Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   2   3   4   5   6   7   8   9   ...   74

 
9
qiyyət  əldə etməsi Qurani-kərimin  əhkamına uyğun olaraq işlədikləri 
üçündür. Qurani-kərimə uyaraq axirətdə sonsuz səadətə qovuşa bilmək 
üçün isə ona inanaraq tabe olmaq lazımdır. 
Allahın birinci əmri “İman” etməkdir. Birinci qadağan etdiyi şey isə 
Küfr”dür. İman, Muhamməd əleyhissəlamın Allahın son Peyğəmbəri ol-
duğuna inanmaqdır. Allah Ona əmr və qadağalarını ərəbcə “Vəhy” etmiş-
dir. Yəni, bir mələk vasitəsi ilə bildirmiş, O da bunların hamısını insanlara 
çatdırmışdır. Allah (cəllə  cələlühü)  ərəbcə, bir mələk vasitəsi ilə bil-
dirdiklərinə “Qurani-kərim” deyilir. Qurani-kərimin bütünlüklə yazıldığı 
kitaba  Mushaf deyilir. Qurani-kərim Muhamməd  əleyhissəlamın sözü 
deyil, Allah kəlamıdır. Heç bir insan o şəkildə düzgün söyləyə bilməz. 
Qurani-kərimdə bildirilənlərin hamısına “İslamiyyət” deyilir. Bunların ha-
mısına qəlbdən inanan insana “Mömin” və “Müsəlman” deyilir. Onlardan 
birini belə bəyənməməyə imansızlıq, yəni “Küfr” (Allaha düşmən olmaq) 
deyilir. Qiyamətə, cinin, mələklərin var olduqlarına, Adəm Peyğəmbərin 
(aleyhissalatü vəssəlam) bütün insanların atası olduğuna və ilk Peyğəmbər 
olduğuna inanmaq yalnız qəlbdən olmalıdır. Bunlara “İman”, “Etiqad” və 
Akaid” (imani əsaslar, inanclar) bilgiləri deyilir. Bədən və qəlb ilə edilə-
cək və çəkiniləcək şeylərə isə həm inanmaq, həm də əməl etmək lazımdır. 
Bunlara “Əhkami islamiyyə” bilgiləri deyilir. Bunlara inanmaq iman olur. 
Bunlara əməl etmək isə “İbadət” olur. Niyyət edərək əhkami islamiyyəyə 
uymağa ibadət etmək deyilir. Allahın əmrlərinə və qadağalarına “Əhkami 
islamiyyə” və “Əhkami ilahiyyə” deyilir. Əmr edilənlərə “Fərz”, qadağan 
edilənlərə “Haram” deyilir. Göründüyü kimi, ibadətlərin vəzifə olduğuna 
inanmayan,  əhəmiyyət verməyən “Kafir” (Allaha düşmən) olur. Bunlara 
inanıb, lakin əməl etməyən kafir olmaz. Buna “Fasiq” (günahkar) deyilir. 
İslam bilgilərinə iman edib, əlindən gəldiyi qədər əməl edən möminə “Sa-
leh müsəlman” (yaxşı insan) deyilir. Allahın razılığını, sevgisini qazan-
maq üçün islamiyyətə uyan və bir mürşidi (doğru yol göstərən, dini rəh-
bər) sevən müsəlmana “Saleh” deyilir. Allahın rızasını (razılığını), sevgi-
sini qazanmış olana “Arif” və ya “Vəli” deyilir. Başqalarının da bu sevgini 
qazanmalarına vasitə olan Vəliyə “Mürşid” deyilir. Bu mübarək, seçilmiş 
insanların hamısına “Sadiq” deyilir. Bunların hamısı salehdir. Saleh mö-
min Cəhənnəmə heç getməyəcəkdir. Kafir əlbəttə ki, Cəhənnəmə gedəcək
Cəhənnəmdən heç çıxmayacaq, sonsuz əzab görəcəkdir. Kafir iman edər-
sə, bütün günahları o an bağışlanır. Fasiq tövbə edib, ibadətləri yerinə ye-
tirməyə başlayarsa, Cəhənnəmə girməyəcək, saleh mömin kimi birbaşa 
Cənnətə gedəcəkdir. Tövbə etməzsə, ya şəfaət ilə və ya səbəbsiz bağışla-
nılıb birbaşa Cənnətə gedəcək, yaxud Cəhənnəmdə günahları  qədər yan-
dıqdan sonra Cənnətə girəcəkdir. 


 
10
Qurani-kərim o zamanki insanların danışdığı ərəb dilinə uyğun olaraq 
gəlmişdir və nəzm şəklindədir. Yəni şer kimi, düzgündür. Ərəb dilinin in-
cəlikləri ilə doludur. Bədi, Bəyan, Məani və Bəlağat

 elmlərinin bütün in-
cəliklərinə uyğundur. Buna görə də anlamaq çox çətindir. Ərəb dilinin in-
cəliklərini bilməyən şəxs ərəbcə oxuyub, yazsa belə, Qurani-kərimi yaxşı 
anlaya bilməz. Bu incəlikləri bilənlər belə, anlaya bilməmiş, çox yerlərini 
Peyğəmbər əfəndimiz izah etmişdir. Rəsulullahın (sallallahü aleyhi və səl-
ləm) bu açıqlamalarına “Hədisi-şərif” deyilir. Əshabi-kiram (rıdvanullahi 
təala aleyhim əcmain) Peyğəmbərimizdən (sallallahü təala aleyhi və  səl-
ləm) eşidib öyrəndiklərini gənclərə bildirmişdirlər. Zaman keçdikcə qəlb-
lər qaralmış, xüsusən də yeni müsəlman olanlar Qurani-kərimdən öz qü-
surlu ağılları və dar düşüncələri ilə məna çıxartmağa cürət etmiş, Peyğəm-
bər  əfəndimizin bildirdiklərinə uymayan şeylər anlamışdırlar.  İslam düş-
mənləri də bu bölünməni, parçalanmanı  qızışdırmış, beləcə 72 cür səhv
yalnış inanc meydana gəlmişdir. Bu cür yalnış inanan müsəlmanlara “Bi-
dət əhli” və ya “Dəlalət əhli” deyilir. 72 bidət qrupundan olanların hamısı 
əlbəttə ki, Cəhənnəmə girəcək. Lakin mömin olduqları üçün orada əbədi 
qalmayacaq, çıxaraq Cənnətə girəcəklər. İnancı Qurani-kərimdə və Hədi-
si-şəriflərdə açıqca bildirilmiş bilgilərə uyğun gəlməyənin imanı gedər. 
Bunlara “Mülhid” deyilir. Mülhid özünü müsəlman hesab edir. 
Etiqad bilgilərini, yəni inanılması lazım olan din bilgilərini Əshabi-ki-
ramdan (rıdvanullahi təala aleyhim əcmain) doğru olaraq öyrənib kitablara 
yazan islam alimlərinə  “Əhli sünnət” alimləri deyilir (rahmətullahi təala 
aleyhim əcmain). Bunlar, dörd məzhəbin birində ictihad dərəcəsinə yüksəl-
miş olan alimlərdir. Bu alimlər Qurani-kərimin mənasını öz ağılları və dü-
şüncələri ilə anlamağa cürət etməmiş, yalnız Əshabi-kiramdan öyrəndikləri-
nə inanmışdırlar. Öz anladıqlarına uymamış, Peyğəmbərimizin bildirdiyi 
doğru yolu yaymışdırlar. Osmanlı dövləti müsəlman idi və Əhli sünnət etiqa-
dında idi. 
Yuxarıda bildirilənlərdən aydın olur və bir çox qiymətli kitablar yazır 
ki, dünyada və axirətdə fəlakətlərdən qurtulmaq, rahat və məsud yaşamaq 
üçün ilk öncə Əhli sünnət alimlərinin (rahmətullahi təala aleyhim əcmain) 
bildirdikləri kimi iman etmək, yəni öyrənmək və hamısına inanmaq lazım-
dır. Əhli sünnət etiqadında olmayan şəxs ya bidət əhli, ya da Mülhid, yəni 
kafir olur. İmanı, yəni etiqadı doğru olan möminin ikinci vəzifəsi saleh ol-
maqdır. Yəni Allahın rızasını, sevgisini qazanmaqdır. Bunun üçün qəlblə 
və bədənlə əməl olunması və çəkinilməsi əmr olunan islam bilgilərini öy-
                                                 

 Bədi- söz və məna ilə bağlı bəzi sənətlərlə sözün bəzədilməsini öyrənən elm; Bəlağat-sözü 
düzgün və yerində söyləməyi öyrədən elm; Bəyan-Bəlağat elminin həqiqət, məcaz, kinayə, 
bənzətmə kimi mövzularından bəhs edən elm; Məani-sözün yerində  işlədilməsindən, hala, 
vəziyyətə görə uğrayacağı dəyişikliklərdən bəhs edən elmdir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə