Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə22/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
Mm-d n m hazir l rin kanspekti

Zarinin (GB) döyüş vəziyyəti əsasən buxar halında olur. Hərbi mü­təxəssislərə görə bu qrup ZM mühafizə olunmayan canlı qüvvəyə və ya əleyhiqazı olan şəxsi heyətə qəfil hücum üçün daha məqsədəuyğundur. İkinci halda fərz edilir ki, şəxsi heyət dərhal əleyhiqazdan istifadə etməyə imkan tapmayacaq. Bu ZM-in tət­bi­qin­də əsas məqsəd - şəxsi heyətin tez və kütləvi olaraq sıradan çı­xa­rılması və mümkün qədər çox ölümcül nəticəyə nail olmaqdır. Za­rin rənsiz və ya sarı rəngdə, iysiz məhluldur, ona görə də onu ətraf mühitdə aşkar etmək çətindir. Zarin, əsasən, havanı buxar və duman halında, yəni davamsız ZM kimi zədələmək üçün nəzərdə tutulur. Bəzi hallarda ərazini və orada olan hərbi texnikanı zədə­lə­mək üçün damcı-maye halında tətbiq edilir; bu halda zarin yayda-bir neçə saat, qışda-bir neçə gün öz davamlılığını saxlayır.
Zarin tənəffüs üzvləri, dəri, mədə-bağırsaq yolu vasitəsilə or­­qa­nizmə daxil olur; maye-damcı və buxar halında tətbiq edi­lə­r­kən dərini zədələmədən orqanizmə daxil olur. Zədələnmə dərəcəsi onun havadakı konsentrasiyasından və zəhərli atmosferdə qalma müd­dətindən asılıdır. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tər­lə­mə, qusma, baş gicəllənmə, şüurun itməsi, güclü qıcolma tut­ma­la­rı, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.



Şəkil 2.25. Kimyəvi silahların fəsadları




Zoman (GD) – rənsiz və demək olar ki, iysiz mayedir. Əsas xü­su­siy­yətlərinə görə zarinə oxşayır. Davamlılığı zarinə nisbətən bir qə­dər yüksəkdir; insan orqanizminə zarindən 10 dəfə güclü təsir gös­tərir. Zarinin (zomanın) davamlıığı ərazidə yayda-bir neçə sa­at, qışda – 2 günə qədər olur.
V-qazları yüksək qaynama tempraturuna malik, az uçucu mayedir, ona görə də onun davamlığı zarindən çox-çox yüksək­dir. Xüsusilə də maye-damcı halında dəri örtüyünə təsiri yüksək ef­fek­t­li­dir; V-qazlarının insan dərisinə düşmüş bir neçə kiçik dam­cı­sı in­sanın ölümünə səbəb olur.
V(Vx) – yayda-bir neçə gün, qışda-bir neçə həftəyə qədər­dir. Bütün sinir-iflicedici ZM su hövzələrini uzun müddətə zə­də­lə­yir. Kiçik dozaların təsirindən göz bəbəkləri daraldığından görmə pis­­lə­şir, tənəffüs çətinləşir, sinədə ağırlıq hissi yaranır. Bu əla­mət­lərə baş ağrıları da qoşula bilər və 2-3 günə qədər davam edə bilər. Or­qanizmə ölümcül dozaların təsirindən güclü mioz, boğulma, çox­lu tü­pürcək ifrazı və tərləmə müşahidə olunur, qusma, ishal, güc­lü qıc­olma halları başlayır, bir neçə saata qədər davam edir, xarak­te­rik qorxu hissi olur, huş itirilir. Ölüm tənəffüs və ürək mərkəz­lə­ri­nin iflici nəticəsində baş verir.
Sinir-iflicedici ZM-lə zədələnmişlərə ilk növbədə əleyh qaz geyindirilir, fərdi apteçkadan şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş ərazidən uzaqlaşdırılır. Əgər ilk 20 də­qi­qə­də qıcolmalar dayandırılmazsa, antidot təkrar yeridilir, tənəffüs pozularsa süni tənəffüs edilir və ya oksigen verilir. Dəri üzərinə düş­dükdə dərhal zədələnmiş nahiyələr fərdi kimya paketinin va­si­tə­silə təmizlənir. Mədəyə düşdükdə zərərçəkmiş qusdurulur, mə­də­si 1%-li soda və ya təmiz su idə yuyulur və tibb müəssisələrinə göndərilir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə