Vulkan püskürməsi. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma– lava adlanır. Lava soyuduqda müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. «Vulkan» qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır (Stratovulkan).
Şəkil 2.4. Vulkanın əsas xüsusiyyətləri
Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava çıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vul-kan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lavanekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir.
Vulkanlar – fəaliyyətdə olan və sönmüş vulkanlara bolunür. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan.
Dostları ilə paylaş: |