|
Mm-dən mühazirələrin kanspektiFərdi sarğı paketi İPP AB-3
|
səhifə | 98/122 | tarix | 26.04.2022 | ölçüsü | 6,07 Mb. | | #86038 | növü | Mühazirə |
| Mülki müdafiəFərdi sarğı paketi İPP AB-3 yaralara ilkin tibbi yardım məqsədilə sarğı qoymaq üçün istifadə edilir. 2 çoxqatlı yastıqdan və elastik bintdən (və ya tənzif bint) ibarətdir, yüngül polimer örtüklə qablaşıdırılmışdır. Yastığın 3 qatı var: atravmatik (tor formasında), sorbsiya edici (pambıq-viskoz liflər) və mühafizəedici (polipropilen parça). Atravmatik qat yara səthinə yapışmır və sarğı qoyan zaman ağrısız kənarlaşdırılır. Sorbsiyaedici qat yaradan axıntıları özünə hopdurur. Mühafizə qatı yaranın infeksiya ilə ağırlaşmasının qarşısını alır. Elastik bint sarğının etibarlı və stabil olmasını təmin edir. Paketin xarici örtüyünün daxili səthi steril olduğu üçün hermetik sarğı qoyulmasına istifadə edilir.
Dostları ilə paylaş: |
|
|