Mım jw uüm iiiii m n ım ıı mım



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü1,07 Mb.
#63703


mım

 

jw uüm iiiii



 

m n ım ıı 



mım

 o  


hun

 i iiCJiuııwih 

qomimi

 ucüUHDfl



V3

Azərbaycan xalçaları cild 8, №25, 2018

akademik İsm ayıl Hacıyev

AM EA Naxçıvan Bölməsinin sədri

E-mail: ismayil_haciyev@yahoo.com

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Araz-Türk Respublikası, 

Əmir bəy Nərimanbəyov,  tabor, parlament, Müsəlman Milli Şurası,  hökumət

Azərbaycan Xalq C üm huriyyətinin fəaliyyət göstərdiyi ilk ildə-1918-ci il noyabrın 3 (18)- 

də Naxçıvan bölgəsini və ətraf əraziləri erməni daşnaklarının işğalından qorum aq üçün Araz- 

Türk Respublikası yaradıldı. Bu respublikanın tarixi və fəaliyyəti barədə Q.Mədətov, Ə.Əliyev, 

A.Hacıyev, İ.Musayev, Ş.Tağıyeva, N.Nəsibzadə, T.Əzizov, S.Sadıqov, N.Mustafa, İ.Atnur, 

A.Gökdəmir, E.Mədətli, H.Cəfərov, A.Abbasoğlu, N.Əliyev, Z.Acar və başqaları monoqrafiya, 

kitab və məqalələr yazmış, onlar haqqında bəhs etmişlər. Tədqiqatçılar içərisində A.Hacıyev və 

İ.Musayevin araşdırm alarını xüsusilə qeyd etməliyik. A.Hacıyevin kitabında Qars (Cənub-Qərbi 

Qafqaz Demokratik Respublikası) və Araz-Türk Respublikalarının tarixi (14), Ermənistanın 

təcavüzünə qarşı bu respublikaların göstərdikləri m üqavim ət çoxsaylı yeni arxiv materialları 

əsasında işlənmişdir. Lakin kitabda tarixi həqiqətə uyğun gəlməyən fakt və hadisələrə yer 

verilməklə yanaşı, bu respublikaların tarixindən kənar məsələlərə də toxunulm uşdur. Prof. 

İ.Musayevin tədqiqatlarında, xüsusilə Araz-Türk Respublikasının tarixinə aid m əqaləsində (19) bu 

respublikanın yaranması, süqutu, ərazisi, mərkəzi, dövlət və idarəçilik orqanları və s. məsələlərlə 

bağlı problemlərə aydınlıq gətirilmişdir. Bununla belə, hələ də Araz-Türk Respublikasının tarixi və 

fəaliyyəti ilə bağlı fərqli fikirlər m övcuddur ki, bunların dəqiqləşdirilməsinə ehtiyac vardır.



46


Qeyd etdiyimiz kimi, Araz-Türk Respublikasının tarixi Azərbaycan tarixşünas- 

lığmda "...ən çox m araq doğuran və səthi öyrənilən m ühüm  elmi problem lərdən 

biri"dir  (19,  s.  107).  Bu  respublikanın yaranması,  fəaliyyəti  və  süqutu  Naxçıvan 

diyarının 1918-1919-cu illərdəki ictimai-siyasi vəziyyəti ilə əlaqədardır.

İlk növbədə, Araz-Türk Respublikasının nə vaxt, harada, hansı zərurətdən ya­

ranm asına aydınlıq gətirilməlidir. M əlum dur ki, Azərbaycan Xalq Cüm huriyyəti 

fəaliyyət göstərdiyi ilk ildə çətin  daxili və xarici  amillərlə qarşılaşdığından Nax­

çıvan  bölgəsinə  istənilən  səviyyədə  diqqət  yetirə  bilməmişdir.  Bundan  istifadə 

edən  erməni  silahlıları  bölgəyə  ardı-arası  kəsilməyən  basqınlar  etmiş,  əhalini 

qorxu və vahimə içərisində  saxlamış,  onları  soyqırıma m əruz  qoymuş,  Naxçıva­

nı  azərbaycanlılardan  təmizləməyə  çalışaraq  onu  "böyük  Ermənistan" a  qatmaq 

istəmişlər.  Ancaq  yerli  əhali  mərdliklə  m übarizə  aparmış,  erm əni  cəlladlarına 

layiqli  cavab  vermişdir.  Bununla  belə,  erməni  vəhşiliklərinin  qarşısını  almaq 

üçün  "1918-ci  ilin  m ayın  sonunda  Naxçıvan  və  Şərur-Dərələyəz  qəzalarının 

əhalisi  Kərim  xan  İrəvanlının  başçılığı  ilə  M ehmed  Vehib  paşanın  yanma  xü­

susi  nüm ayəndə  heyəti  göndərərək"  (16,  s.  49)  Naxçıvan  diyarına  hərbi  qüvvə 

ilə  kömək  etməyi  xahiş  etmişlər.  Naxçıvana  gələn  türk  qoşunları  yerli  könüllü 

dəstələrin köməyi ilə daşnak quldur dəstələrini qəzadan qovmuşlar.

Birinci Dünya m üharibəsində məğlubiyyətə uğrayan Osmanlı dövləti M udros 

m üqaviləsinin  (30  oktyabr,  1918)  11  və  15-ci  m addələrinə  görə,  Azərbaycanı  və 

bütün  Qafqazı  tərk  etməli,  m üharibədən  əvvəlki  sərhədlərə  çəkilməli  idi  (23,  s. 

372).  N uru paşa Azərbaycandan qoşunları çıxardığı kimi, Kazım Qarabəkir paşa 

da  1918-ci  il  noyabrın  əvvəlində  qərargahı  ilə  Naxçıvandan  qatarla  Qarsa  yola 

düşdü. M udros m üqaviləsinin şərtlərini eşidən paşa çox peşm an olmuş, demişdi 

ki,  "Qırx  illik  əsarətdən  altı  ay  öncə  qurtulan  və  erm əni  m əzalim indən  ağır ya­

ralar  alan...  türk-m üsəlm an  əhalisinin  yaşadığı  bu  bölgələrdən  biz  1914-cü  ilin 

hüdudlarına  çəkilincə  yenidən  erməni  zülm ünə  m əruz  qalacaqdır.  Buna  çarələr 

düşünüb, tədbirlər görməliyik..."  (16, s. 50).

Araz-Türk Respublikasının yarandığı tarixi şəraiti səciyyələndirərkən Türkiyə 

qoşunlarının  Naxçıvan bölgəsini  tərk  etmələri  ilə  əlaqədar  olaraq  onun  ərazi  və 

əhalisinin taleyi üçün  doğan  təhlükə  xüsusi  ilə  qeyd  edilməlidir.  Çünki  Türkiyə 

ordu  hissələrinin bölgədən  çıxdıqları,  azərbaycanlı  əhalinin  özünü  və  torpağını 

qorum aq  üçün  qüvvətli  dövlət  qurum una,  nizam i  hərbi  qüvvələrə  malik  olma­

dığı bir vəziyyətdə erm ənilərin siyasəti və fəallaşması ağır nəticələr verə bilərdi. 

Yaranmış şəraitdə bölgənin m üsəlm an-türk əhalisinin başçıları məcburiyyət qar­

şısında  qalaraq  məhəlli  səciyyəli  siyasi-dövlət birliyi  yaratm aq  qərarına  gəldilər 

(18, s. 68).

Bölgənin  təhlükəsizliyini  təm in  etmək  və  erm ənilər  tərəfindən  işğala  yol 

verməmək üçün Araz-Türk Respublikası yaradıldı. Tarixi tədqiqatlarda Araz-Türk 

Respublikasının yaranm a tarixi və yeri mübahisəlidir. Ə.Əliyevə görə, bu respub­

lika  1918-ci  ilin  iyul-avqust  aylarında,  Q.Mədətov,  L.Hüseynzadə,  S.Sadıqova 

görə,  türk  qoşunlarının  Naxçıvanı  tərk  etm əsindən  əvvəl,  A.Hacıyevin  fikrincə, 

1918-ci il noyabrın sonunda, T.Əzizova görə isə 1918-ci ilin noyabrında yaradılıb. 

M üəlliflərdən bəziləri (N.Mustafa, Ə.Gökdəmir, Z.Acar və b.) Araz-Türk Respub­

likasının yaranm a  tarixini noyabrın 3-ü  götürürlər.  Prof.  İ.Musayev bu  faktların 

bəzilərini  təhlil  etdikdən  sonra  da  dəqiq  tarixi  göstərməmiş,  bunu  "təxminən 

1918-ci ilin noyabrına, yəni Türkiyə qoşunlarının Azərbaycandan, o cüm lədən də 

Naxçıvan bölgəsindən  getdikləri  dövrə  təsadüf  etdiyini  yazır"  (19,  s.112).  Bunu 

isə noyabrın 3-ü və  18-i kimi də götürm ək olar.  N oyabrın 18-i tarixini isə İ.Atnur 

qeyd etm işdir (25, s. 96). Nazim Mustafa "Milli m ücadilə qəhrəmanı-İbrahim bəy 

Cahangiroğlu"  məqaləsində  yazır:  "30  oktyabr  1918-ci  ildə  im zalanan  M udros 

sazişinə  əsasən  Türk  ordusu  1914-cü  il  sərhədlərinə  çəkilmək  m əcburiyyətində 

qaldığından və bununla da erm ənilərin həm in əraziləri işğal etmək təhlükəsi ya­

randığından  O rdubaddan  Sürməliyədək  ərazinin  nüm ayəndələri  noyabrın  3-də




Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökum əti qurm aq haqqında qərar çı­

xardılar"  (20).

Əhməd  Gökdəm ir  isə  yazır:  "Bölgənin  türk-islam  əhalisinin  təmsilçiləri  Ka- 

merli (Qəmərli -  İ.H.) qəsəbəsinə toplaşaraq böyük bir məclis qurm uşlardı. Başda 

Naxçıvan  olmaqla  Rəvanın  güneyindən,  Şərur,  Eçmiədzin  və  Sürməlidən  gələn 

nüm ayəndələr  toplanmışdı.  Yapılan  m üzakirələrdən  sonra  bir  hökum ət  qurul­

m asına  qərar  verilmişdi.  Hökum ət  altı  üzvdən  və  bir  hökum ət  rəisindən  ibarət 

idi.  3  noyabr  1918-ci  ildə  mərkəzi  İqdır  olmaqla  Araz-Türk hökum əti  quruldu" 

(26,  s.45-46). Müəllif əsərinin qeydində yazır ki, burada hökum ətin bəyannam əsi 

vardır  və  Rüştü  bəyə  m üraciət  tarixi  3  noyabr  1918-ci  ildir.  Ona  görə  də,  Araz- 

Türk Respublikası bu tarixdə yaradılmışdır. Bu fikri və tarixi Ziya Zakir Acar da 

təsdiq edir (23,  s.  374).  Fikrimizcə, bu müəlliflərin tədqiqatlarını, bir sıra məntiqi 

mülahizələri, tarixi hadisələrin təhlilini əsas götürsək, Araz-Türk Respublikasının 

1918-ci ilin noyabrın 3-də yarandığını təsdiq edə bilərik.

Araz-Türk Respublikasının yaradılm ası təşəbbüsü ilə Naxçıvan, Şərur m üsəl­

m anları  çıxış  etmiş  və  onların  təklifi  ilə  ordubadlılar  da  bu  siyasi  tədbirə  qo­

şulmuşlar.  O rdubad  Milli  Komitəsinin  sədri  M.Seyidzadə  O rdubad  əhalisinin 

bu  təşəbbüsü  m üdafiə  etmələrini  aşağıdakı  amillərlə  əlaqələndirir:  "Tiflis  və 

Gəncəyə yolların bağlanması; türklərin O rdubaddan getməsi ilə  əlaqədar olaraq 

şəhərə yardım  -  ərzaq gətirilməsinin dayandırılm ası və buna görə də 500 nəfərlik 

dəstənin buraxılması və yalnız bir rotanın saxlanılması;  çatışmazlıqların təşkilatı 

zəifləməsi  və  kimə  tabe  olmağın,  kim dən  göstəriş  almağın  bilinməməsi;  Naxçı­

van  qəzası  və  Şərurun  m üsəlm anlarının  da  bu  cür  vəziyyətə  düçar  olmaları  və 

bizim  bir  m üsəlm an  -   Araz  dövlətini  yaratm aq  qərarına  gəlinməsi;  Gəncə  ilə 

əlaqələrin kəsilməsi və həm  də Araz hökum ətinin də AXC hökum əti ilə yaxınlaş­

m aq istəməsi və s.  (2,1919,14 yanvar).

G öründüyü  kimi,  Osmanlı  qoşunları  Azərbaycandan  getdikdən  sonra  Nax­

çıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunm aq və erm ənilərin burada öz 

hökum ətini qura bilmək təhlükəsi diyarın yerli əhalisinin Araz Respublikasını ya­

ratm aqla özünün m üvəqqəti müstəqilliyini elan etməsi ilə nəticələnmişdi.

Bu respublikanın mərkəzi barədə də fikirlər müxtəlifdir. Tədqiqatlarda Araz- 

Türk  Respublikasının  m ərkəzinin  Naxçıvan,  Qars,  İqdır,  Qəmərli  və  b.  şəhərlər 

olduğu  göstərilir.  Q uruluş  bəyannam əsində  İqdır  yazılmışdır.  İ.Atnur  yazır  ki, 

mərkəz  rəsm ən  İqdır  göstərilsə  də,  burada  heç  bir  yığıncaq  keçirilməmişdir. 

H ökum ətin  elanı  və bü tü n   tədbirlər  Qəmərlidə  olm uşdur  (25,  s.  98).  N.Mustafa 

bir  yazısında  İqdır  göstərsə  də,  sonradan  fikrini  dəyişərək yuxarıda  adı  çəkilən 

m əqaləsində Qəmərli olduğunu yazm ışdır (20). Ə.Gökdəmir qeyd edir ki, mərkəzi 

İqdır  olmaq  üzrə  Araz-Türk  Hökum əti  quruldu  (26,  s.46).  Z.Acar  da  m ərkəzin 

İqdır  olduğunu  göstərm işdir  (23,  s.  375).  A.Hacıyev,  L.Hüseynzadə,  İ.Musayev 

və  başqaları  Naxçıvan  şəhərinin  Araz-Türk  Respublikasının  mərkəzi  olduğunu 

yazmışlar.  T.Əzizov,  Ş.Tağıyeva  və  N.Nəsibzadə  isə  m ərkəzin  əvvəlcə  Qəmərli 

olduğunu,  sonra isə erməni nizam i hissələrinin hücum u ilə bağlı Naxçıvana kö­

çürüldüyünü  yazırlar  (12,  s.194).  Qars  ərazisi Araz-Türk  Respublikasının  tərkib 

hissəsi  olm adığından  onun  mərkəzi  Q arsda  yerləşə  bilməzdi.  L.Hüseynzadə 

"Araz  şahiddir"  kitabında  Naxçıvandakı  hadisələrdən  bəhs  edərək  yazır:  "Ok­

tyabr ayının son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim 

xanın evinin qarşısında çoxlu adam lar toplaşmışdı... Burada Naxçıvanın gələcək 

taleyi -  dövlətçilik statusu haqqında məsələ m üzakirə edilirdi. Bu iclasda Kazım 

Qarabəkir  paşa  dedi:  "Naxçıvanın  gələcək  m üqəddəratını  təmin  etmək  üçün 

burada  bir  hökum ət  qurulm ası  vacib  və  zəruridir.  Zatən  siz  naxçıvanlılar  milli 

azadlıq  m übarizəsində  tarixə  şanlı  səhifələr  yazmışsınız.  Dövlətçilik  hüququna 

və  ləyaqətinə  maliksiniz.  Siz  bu hüququ,  haqqı  döyüş  m eydanlarında  düşm ənə 

qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cüm huriyyət qu­

rulm alıdır"  (15,  s.  46).  Burada Araz-Türk  H ökum ətinin  Naxçıvanda  yaradılma-




sından söhbət gedir.  Qeyd etməliyik ki,  L.Hüseynzadə o hadisələrin canlı  şahidi 

olm uşdur.

Araz-Türk  Respublikasının  m ərkəzi  kimi,  onun  ərazisi  barədə  də  müxtəlif 

fikirlər  irəli  sürülm üşdür.  General  Veysəl  Ü nüvar  yazm ışdır  ki,  "Araz-Türk 

Hökuməti O rdubaddan Gernibasar (Qəmərli-İ.H.) bölgəsinə qədər dağlarla Araz 

çayı  arasındakı  ərazini  əhatə  edirdi"  (13,  s.16).  N.Mustafaya  görə,  O rdubaddan 

Sürməliyədək olan torpaqlar bu respublikanın ərazisinə daxildir (20). İ.Musayevlə 

A.Hacıyevin  bu  barədə  fikirləri  üst-üstə  düşür.  Sadəcə  A.Hacıyev  Qəmərlini 

Kəmərli  kimi yazmışdır  (27,  s.  47).  Beləliklə, Araz-Türk Respublikasının h ü d u d ­

ları Naxçıvan, Şərur-Dərələyəz qəzalarını, O rdubad mahalını, habelə Sərdarabad, 

Uluxanlı,  Vedibasar,  Qəmərli,  Mehri  və  s.  əraziləri  əhatə  edirdi  (8,  v.  9-9;  19,  s. 

112). Sahəsi 8696 kv. km (22, s. 33), əhalisi bir milyon nəfərdən artıq olm uşdur.

Araz-Türk Respublikasının fəaliyyətə başlaması ilə bir sıra dövlət və idarəçilik 

orqanları  da  yaradıldı.  Araz-Türk  Respublikası  hökum ətinin  tərkibi  sədrdən  və 

6  üzvdən  ibarət  idi.  H ökum ətin  başçısı  Əmir  bəy  Nərim anbəyov  idi  (15,  s.  46; 

17,  s.105-108).  Araz-Türk  hökum ətinin  Q uruluş  bəyannam əsində  Əmir  bəyin 

ünvanı  "əvvəlinci  diktator"  kimi  göstərilib.  M.B.Əliyev  "Qanlı  günlərimiz" 

gündəliyində "hərbi diktator" deyə ifadə olunan Əmir bəyin soyadı bir neçə yerdə 

Nərimanbəyov  yazılmışdır.  İbrahim  bəy  Cahangiroğlu  "Xatirə'Tərində  Araz- 

Türk hökum ətinin başçısını Əmir bəy Vəzirov olaraq ifadə etmişdir. Ə.Gökdəmir 

əsərində  (26,  s.46,  49)  hökum ət  başçısını  Əmir  bəy  Əkbərzadə  kimi  işlətmişdir. 

İ.Atnur monoqrafiyasında (25, s. 97) Əmir bəyin soyadını Zimanbəyzadə, Z. Acar 

da bunu Zam anbəyzadə  (24,  s.375)  kimi  qeyd  edir.  Nazim M ustafa  qeyd  etdiyi­

miz məqaləsində  "hökum ət rəisi naxçıvanlı  Əmir bəy  Ə kbərzadə"nin olduğunu 

göstərir. İ. Musayev "Araz Respublikası hökum ətinin sədri Əmir bəy Əkbərzadə 

olm uşdur"  deyə bəhs edir (19, s.116). XX əsrin 20-ci illərinin hadisələrinin iştirak­

çısı  L.Hüseynzadə  isə  "Əmir  bəy  N ərm anbəyov  ilk  hökum ətin  başçısı  seçildi" 

yazır (15, s. 46). G öründüyü kimi, Əmir bəyin soyadını müəlliflər müxtəlif forma­

larda işlətmişlər.  Müsəlman Milli Şurasının katibi  olmuş Mirzə Bağır  Əliyevin və 

Lətif Hüseynzadənin fikirlərini  əsas  götürərək  Əmir bəyin soyadı  Nərimanbəyov 

olaraq  qəbul  edilmişdir.  Əldə  etdiyimiz  yeni  materiallar  Əmir  bəyin  soyadının 

Nərimanbəyov  olduğunu  təsdiq  edir.  Əmir bəy  1871-ci  ildə  Şuşa  şəhərində  ana­

dan  olmuş,  Xarkov  Universitetinin  hüquq  fakültəsini  bitirmiş,  bir  sıra  dövlət 

idarələrində  işləmişdi.  Qarabağın  ulu  soylarından  olan  Nərimanbəyovlardandır. 

Ulu  babası  və  atası  Nərimanbəylər  olm uşdur  (11,  s.  72-77).  Soyadı  da  bununla 

əlaqədardır.  M əşhur  rəssamlar  Vidadi  və  Toğrul  Nərimanbəyovlar  Əmir  bəyin 

nəvələridir (11, s.74-75).

"Azərbaycan" qəzetinin  redak­

siya  işçiləri və yazarları  oian 

fotonun rəngli versiyası. 



Soldan  sağa.  Ön  cərgədə

Piri  Mürsəlzadə,  Rəhim ağa 

Və ki lov.

Orta cərgədə: Hənəfi  Zey­

nallı,  Rübabə xanım Tağızadə 

(Parlamentdə idarə qulluqçu­

su),  Şəfiqə xanım Əfəndizadə, 

Məhəmməd  Əmin  Rəsulzadə, 

Səhra xanım  Paşazadə 

(Parlamentdə  idarə qulluq­

çusu),  Üzeyir bəy Hacıbəyli, 

Mustafa  ağa Vəkilov.

Ayaq  üstə duranlar:  Əbdül 

Əbdülzadə,  Mirzə  Hadi Atla- 

sov,  Hacı  ibrahim  Qasımov, 

Məhəmmədəli Sidqi  Səfərov, 

Şəfi bəy Rüstəmbəyli,  Se­

yid  Hüseyn  Sadiq, Xəlil 

ibrahim, Qədir Heydərov,  Əli 

Yusifzadə, Məhəmməd  Hadi 

Əbdüssəlimzadə.

49



Bəhram xan və  Kamran xan 

Naxcıvanskilər

Araz-Türk  hökum ətinin  tərkibində  aşağıdakı  nazirliklər  ya­

radılmışdır:  Hərbi  (İbrahim  bəy  Cahangiroğlu),  İnzibati  (Ba­

ğır  bəy  Rzazadə),  Maliyyə  (Qənbər  Əli  bəy  (Qənbəralı  bəy) 

Bənəniyarlı), Ədliyyə (Məmməd Bəyzadə), Xarici İşlər (Həsə­

nağa  Şəfizadə),  Şeyxülislam  (M irzəhüseyn  Mirzə  Həsən­

zadə və Lütfi Xoca  Ekid  Əfəndi),  Fəxri üzv və  aşirət rəisi 

(general Əli Əşrəf bəy)  (25, s. 46-49; 26, s. 98-99).

Nazirlər  Şurasının  sədri  Əmir  bəy  Nərim anbəyov 

bölgə  əhalisi  arasında  və  siyasi  dairələrdə  çox  baca­

rıqlı,  vətənpərvər  və  millətsevər  bir  şəxsiyyət  kimi 

dəyərləndirilirdi  (21,  s.32).  Osmanlı  dövlətinin 

Araz-Türk  Respublikası  hökum əti  yanındakı  dai­

mi hərbi m üşaviri Xəlil bəy, Kalbalı xan, Cəfərqulu 

xan, Abbasqulu xan və başqaları  da  respublikanın 

fəaliyyətinə  yaxından  yardım   göstərənlərin  sıra­

sında idilər.

Araz-Türk  Respublikasında  bir  sıra  dövlət  və 

idarəçilik  orqanları  təşkil  edilmişdi.  Araz-Türk 

Respublikasının  Parlamenti  yaradıldı,  lakin  Parla­

m ent  fəaliyyətini  genişləndirə  bilm ədi  (29,  s.55). 

"Azərbaycan Xalq Cüm huriyyəti Parlam entinin təsisi 

haqqında  qanun"da  Azərbaycan  Parlamentinə  Nax­

çıvan,  Şərur  və  O rdubaddan  üç  nəfər  millət  vəkilinin 

seçilməsi  nəzərdə  tutulm uşdu  (21,  s.32).  Azərbaycan  Xalq 

Cüm huriyyəti  Parlamentinin açılışında Araz-Türk Respublika­

sının rəsmi nüm ayəndəsi Paşa  Əliyev  də  iştirak etmişdi  (14,  s.  50).

Azərbaycan  Xalq  Cüm huriyyəti  Parlam entinin  təşkili  Araz-Türk  Res­

publikasının türk-m üsəlm an əhalisi tərəfindən razılıqla qarşılanmışdı. O rdu­

baddan  səlahiyyətli  müvəkkil  A.Hacıyevin  imzası  ilə  Azərbaycan  Parlamentinə 

təbrik  teleqramı  göndərilmiş,  onun  "Qafqaz  m üsəlm anlarının  arzularını  doğ­

ruldacağına,  öz  fəaliyyəti  ilə  bizim   də  m üstəqil  yaşam ağa  layiq,  öz  taleyimi­

zi  həll  etmək  və  hüquqlarım ızı  müdafiə  etmək  iqtidarında  olduğum uzu  bütün 

dünyaya  sübut  edəcəyinə"  əmin  olduqlarını  bildirm işlər  (10,  1918,  10  dekabr). 

Diqqətəlayiqdir  ki,  ordubadlılar bu  Parlamenti  "öz  parlam entləri"  adlandırır  və 

m əlum at verirdilər ki, "onun yaradıcı işinə hər cür yardım  etməyə hazırdırlar"  (2, 

1918,10 dekabr).

Araz-Türk  Respublikası  hökum ətinin  əsas  vəzifəsi  bölgənin  təhlükəsizliyini 

erm əni  basqınlarından  qorum aq  üçün  silahlı  dəstələr  yaratm aq  və  onların 

fəaliyyətini təm in etm ək idi. H ökum ətin ilk iclaslarının birində aşağıdakı m ühüm  

qərarlar qəbul edilmişdi:  1. Məcburi səfərbərlik; 2.  Əsgərləri batalyonlara bölmək 

və  kazarm alarda  yerləşdirmək;  3.  Hökum ət  anbarlarında  olan buğdadan  əsgər­

lərin  qidalanm ası  üçün  14  m in  pu d   verilməsini  təm in  etmək;  4.  Təzə  əsgərlərə 

hökum ət  tərəfindən  geyim  və  lazımi  əşyaların verilməsi;  5.  Əsgərliyə  getməyən 

əhalidən silahları yığaraq silahı olm ayan əsgərlərə paylamaq; 6. 20-35 yaşları ara­

sında olan kişilərin hamısını əsgərliyə çağırmaq (15, s. 106). Respublika ərazisində 

milis idarələri və onların sahə şöbələri yaradıldı. Könüllü xalq dəstələri -  taborlar 

(batalyonlar) yaradılm asına da başlandı. Hərbi nazir İbrahim bəy Cahangiroğlu- 

n u n  köməyi ilə  qısa m üddətdə silahlı qüvvələr təşkil olundu, 500 nəfərlik süvari 

alayı yaradılm ağa başlandı.  Yaradılan könüllü  xalq  dəstələri  təxminən 20  tabor­

dan ibarət idi.  Taborlardan 4-ü Naxçıvanda,  3-ü Şərur-Dərələyəzdə,  qalanları isə 

Zəngəzur,  Vedibasar və  Qəmərlidə yerləşdirilmişdi.  H ər  taborda  əsgərlərin sayı 

250 ilə 500 arasında dəyişirdi (23, s. 375).

Nehrəm  taboruna  Kalba  Muxtar,  Cəhri  taboruna  Kalba  Kərim,  Dizə  taboru­

na Qulu bəy,  M əmm əd Rza bəy,  Şərur taboruna H üseyn Əliyev, Yengicə qüvvə-



50


lərinə  Məşədi  Ələsgər  ağa,  Kərkər  qüvvələrinə  M öhsün Camalov,  Baş  Noraşen, 

Düdəngə  və  Zeyvə  kəndlərində  yerləşən  tabora  Kərbəlayı  Həbib  bəy  və  Fətulla 

Hüseynov, O rdubad taboruna Ibrahimxəlil Axundov, Şərur-Sədərək taboruna isə 

Həsən  Şahverdi  oğlu başçılıq  edirdilər  (14,  s.  52;  25,  s.  103-104).  Araz-Türk  Res­

publikasının hərbi hissələrinin yaradılm asında və onların fəaliyyətinin təşkilində 

Osmanlı  dövlətinin  9-cu  ordusunun  kom andanı  Yaqub  Şövqü  paşa  və  9-cu  di­

viziya  kom andiri  polkovnik  Rüştü  bəyin  böyük  əməyi  olm uşdu.  Araz-Türk 

hökum ətinin başçısı  Əmir bəy  Nərim anbəyov  türk  ordusundan  18  m addə  üzrə 

silah-sursat, canlı qüvvə, hərbi ləvazimat, paltar, yük arabaları və m addi vəsaitlə 

kömək göstərilməsini xahiş etmişdi (23, s. 376-377).

Yaradılan  bütü n   qüvvələr  Naxçıvanın,  Araz-Türk  Respublikasının  başqa 

ərazilərinin qorunm asına və idarə olunm asına yönəldilmişdi. Könüllü m üqavim ət 

dəstələri  erməni  daşnaklarına  layiqli  cavab  vermişdi.  Xüsusilə,  Şərur-Dərələyəz 

m ahalm dakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə 6 min nəfərlik könüllü 

m üqavim ət dəstələri erm əni hərbi qüvvələrini darm adağın etm işdi (12, s.  194).

Araz-Türk  Respublikasının  yaradılm asında  başlıca  m əqsəd  bölgəni  erməni 

işğalından qorum aq idi.  Hökum ətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı və 

osmanlıların yardım ından istifadə edirdi. Türkiyə dövlətinin Araz-Türk Respub­

likası  hökum əti  yanındakı  daimi  hərbi  m üşaviri  Xəlil  bəy  və  Osmanlı  qoşunla­

rının Naxçıvanda  saxlanılan 5 zabiti və 300  əsgəri bu  istiqam ətdə  m üəyyən işlər 

görm üşdülər  (29,  s.  55).  Xəlil  bəy  Türkiyə  ilə  Araz-Türk  Respublikası  arasında 

əlaqəni təm in edirdi. O istər Araz-Türk Respublikası dövründə, istərsə də sonrakı 

illərdə  (1919-1920-ci  illərdə)  bölgə  əhalisinin  erm ənilərin  hücum   və  zorakılıqla­

rından qorunm asında xüsusi xidm ətlər göstərmişdir.

Araz-Türk Respublikası Parlam entinin üzvləri, yerli ziyalılar, İrəvan quberni­

yası əhalisinin nüm ayəndələri bölgəni qorum aq üçün bütün im kanlardan istifadə 

etməyə  çalışır,  müxtəlif təşkilatlarla  danışıqlar  aparır,  erməni  basqınlarının  qar­

şısını  almaq üçün  onlara  m üraciət edirdilər.  Parlam ent üzvlərindən T.Makinski, 

Ə.Makinski,  R.İsmayılov,  A.Şeyxülislamov,  M.Məhərrəmov,  P.Bayrambəyov, 

Y.Tahirov və A.Sultanovun Azərbaycan  Xalq Cüm huriyyəti hökum ətinə  ünvan­

ladıqları  m üraciətdə  deyilirdi:  "Erməni  qoşun hissələri bü tü n  Sürməli  qəzası və 

İrəvan,  U çm üədzin və Şərur qəzalarının m üsəlm anlar yaşayan hissəsini tutm uş­

lar və Naxçıvana sarı hərəkət edirlər. Bu zam an dinc əhalinin bir hissəsi qılıncdan 

keçirilmiş, bir hissəsi isə öz kəndlərindən qovulm uş və  dağlardan keçərək İrana 

qaçmaq  m əcburiyyətindədir,  bu  isə  labüd  ölüm   dem əkdir"  (7,  v.  21-22).  Həsən 

bəy  Ağayev  parlam ent  üzvlərinin  bu  m üraciətini  Azərbaycan  Parlamentinin 

1919-cu il yanvarın 8-də çağırılan 7-ci iclasında oxudu.  Bu faciəli faktları kədərlə 

qarşılayan Azərbaycan  Parlamenti  hökum ətə  təklif  etdi  ki,  "sərəncam ında  olan 

bütün tədbirləri görsün ki, b ü tü n  bu bədbəxtliklərin qarşısı alınsın"  (7, v. 23).

Araz-Türk  Respublikası  Azərbaycan  Xalq  Cüm huriyyəti  ilə  sıx  əlaqələr  ya­

ratm ağa çalışmış, onunla birləşm ək üçün yollar aramışdı. Araz-Türk Respublika­

sı  hökum əti  Naxçıvanın Azərbaycanın  ayrılmaz  hissəsi  olduğunu  dəfələrlə  elan 

edərək,  Azərbaycan  hökum ətindən  yardım   istəmişdi.  Bunlar  Azərbaycan  Xalq 

Cümhuriyyəti  tərəfindən  razılıqla  qəbul  olunm uş  və  kömək  göstərm ək  üçün 

tədbirlər görülm üşdü. Lakin Azərbaycan Xalq Cüm huriyyəti Araz-Türk Respub­

likası əhalisinin gözlədiyi köməyi ona göstərə bilm irdi (14, s. 50).

Azərbaycan  Xalq  Cümhuriyyəti Araz-Türk  Respublikasının  əhalisinin  vəziy­

yətini  öyrənmək  üçün  İrəvan  quberniyası  m üsəlm anlarının  həmyerlilər  cəmiy­

yətinin nüm ayəndəsi Mirabbas Mirbağırovu ora göndərdi. Araz-Türk Respublika­

sına kömək üçün göndərilən 12 zabit də Gəncədə M.Mirbağırova qoşuldu (3, s. 8).

Azərbaycan  Xalq  C üm huriyyətinin  nüm ayəndələrini  O rdubadda  və  Naxçı­

vanda böyük  ruh yüksəkliyi  və  təntənə  ilə  qarşıladılar.  M.Mirbağırov  Naxçıvan 

rəhbərlərinə m əlum at verdi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökum əti onlara 

kömək  göstərməyə  hazırdır.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  hökum əti  bura-




ya  1  milyon  m anat  pul  göndərmişdi.  Pulu  gətirən  Paşa  Bayramov  və  Yusif bəy 

Qazıyev m üvəqqəti olaraq Tiflisdə ləngimişlər  (14,  s.  54).  Tiflis yolu  ilə  gətirilən 

pul  Naxçıvana  çatm adığından  Bakıya  qaytarıldı.  Yardım  pullarının  Naxçıvana 

gətirilə bilməməsi regiondakı mövcud sıxıntıları daha da artırdı.

M.Mirbağırov və onunla Naxçıvana gələn nüm ayəndələr 1919-cu il fevralın 23- 

də Araz-Türk Respublikasının hökum ət üzvləri  ilə  iclasda  iştirak etdilər.  Naxçı­

vanlılar Azərbaycanın tərkibində olmaq arzularını Bakıdan gələn nüm ayəndələrə 

bildirdilər.  Naxçıvanın  könüllü  surətdə  Azərbaycan  Xalq  Cüm huriyyətinə 

birləşməsi  haqqında  akt  imzalandı.  Akt  siyasi,  hərbi,  iqtisadi,  m addi  və  m ədəni 

məsələlərə  aid bəndlərdən ibarət idi.  Akt hökum ət üzvləri,  Milli Şura üzvləri və 

əhalinin nüm ayəndələri tərəfindən imzalanmış, hökum ət m öhürü ilə təsdiq edil­

mişdi.


Bu  dövrdə  Naxçıvanda  Cəfərqulu  xanın  tərəfdarları  ilə Araz-Türk Respubli­

kası  arasındakı  m ünasibətlər lazımi  səviyyədə  deyildi.  Bu  isə  təhlükəli  vəziyyət 

yaradırdı. Bunu bilən Azərbaycan Xalq Cüm huriyyəti nüm ayəndələri "Cəfərqulu 

xanın  tərəfdarları  və  əleyhdarları  arasında  qızışan  ehtirasları  söndürm əyə  nail 

oldular"  (14, s. 55).

Araz-Türk Respublikasına gələn M.Mirbağırov onun işi ilə tanış olmuş,  əhali 

ilə  söhbətlər etmişdi.  Yekun olaraq o,  diyar ilə bağlı maraqlı  nəticələr  əldə etmiş 

və onu yazılı şəkildə Azərbaycan Xalq Cüm huriyyətinin Nazirlər Şurasına təqdim  

etmişdi:

1. Bu  diyarı idarə etmək üçün müttəfiqlərin, İranın,  Ermənistanın təsiri ilə 

m übarizə  aparm aq  qabiliyyətinə  malik və  xanlara,  sahibkarlara  rəğbəti 

olmayan, başqalarının təsiri altına düşməyən, m üəyyən bir siyasəti inad­

la  yeridə  bilən,  mərd,  qətiyyətli  adam   olan  və  rüşvətə  meyl  etm əyən 

azərbaycanlı general-qubernatorun təyin olunm ası zəruridir.

2.  Yuxarıda  göstərilən  keyfiyyətlərə  malik  bir  adam ı  hərbi  nazirin 

nüm ayəndəsi təyin etmək zəruridir.

3.  Mülki  və  məhkəm ə idarələrini  idarə etmək üçün baş  m əm urlar m ütləq 

azər-baycanlılardan təyin edilməlidirlər.

4.  Yerli hərbi işin təşkili üçün əvvəl göndərilənlərin az olduğunu nəzərə ala­

raq başçıları istedadlı polkovnik olmaqla daha bir dəstə zabit göndərm ək 

lazım dır (14, s. 56).

M.Mirbağırovun  təkliflərindən  sonra  Azərbaycan  hökum əti  Naxçıvanın 

problemləri  ilə  sistematik  məşğul  olmağa  başladı.  Lakin  1919-cu  ilin  yanvar 

ayında  Naxçıvan  ingilislər  tərəfindən  tutulm ası  və  onların  Əmir  bəy  höku­

mətinə  m üsbət  m ünasibət  bəsləməməsi  işi  çətinləşdirirdi.  Bununla  belə  Azər­

baycan  Xalq  Cüm huriyyəti  Araz-Türk  hökum ətinə  iqtisadi  və  hərbi  yardım  

göstərmək  istəyirdi.  Ö zünün  çox  ağır  iqtisadi  və  maliyyə  vəziyyətinə baxmaya­

raq, Azərbaycan hökum ətinin 1919-cu ilə aid büdcə layihəsində yalnız Bakı-Culfa 

dəm iryolunun  tikintisinə  vəsait  ayırması  da  çox böyük  əhəmiyyəti  olan bir  fakt 

idi (5, v. 3).

Araz-Türk Respublikası Azərbaycan hökum əti ilə m ünasibətləri sıxlaşdırmaq 

üçün bir sıra tədbirlər görm üşdü. Belə tədbirlərdən biri Araz-Türk Respublikası­

nın hərbi rəisi Bəhram xan Naxçıvanskinin  1919-cu ilin m artın  əvvəlində  Bakıya 

göndərilməsi idi.  B.Naxçıvanski yolüstü Tiflisdə və Gəncədə danışıqlar aparm ış­

dı (22, s.19). Məhz Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən və Azərbaycan 

Xalq  Cüm huriyyəti  rəhbərləri  ilə  danışıqlarından  sonra  iki  cüm huriyyət  ara­

sında  əlaqələrin  canlanması  m üşahidə  edilir.  Danışıq  və  razılaşm alardan  son­

ra  Azərbaycan  hökum ətinin  Naxçıvana  göndərdiyi  10  nəfərlik  zabit  heyəti 

Araz-Türk  Respublikasının  hərbi  hissələrində  təlim  keçmiş,  kəşfiyyat  işlərinin 

təşkilində və sərhəd xətlərinin m öhkəmləndirilməsində iştirak etmişdi.

Azərbaycan  Xalq  Cüm huriyyəti  Naxçıvanla  əlaqələrini  yaxşılaşdırmaq  üçün 

Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salınması və mühafizə




edilməsinə  diqqət  artırdı.  Nəticədə  bu  hissədəki  poçt-teleqraf idarələrinə 

silahlı mühafizə dəstələri ayrıldı (14, s. 61).

Azərbaycan hökum əti Naxçıvan, Şərur, Sürməli, Vedibasar və Milistan 

bölgələrinə  T.Makinski,  R.İsmayılov  və  Q ənizadədən  ibarət  nüm ayəndə 

heyəti göndərm ək qərarına gəldi.  N üm ayəndə heyətinin məqsədi erməni 

qoşunlarının  təcavüzündən  ziyan  çəkmiş  əhalinin  ehtiyacı  üçün  onlara 

yardım  göstərmək, qaçqınların vəziyyətini m üəyyən etm ək idi.

Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,  Azərbaycan  Xalq 

Cümhuriyyəti hökum əti Azərbaycanın ayrılmaz tərkib hissəsi 

olan Naxçıvana, Araz-Türk hökum ətinə diqqəti artırm ağa ça­

lışırdı.

Araz-Türk  Respublikası  ilə  Cənub-Qərbi  Qafqaz  De­

m okratik  Cümhuriyyəti  (Qars  Respublikası)  arasındakı 

münasibətlər,  qarşılıqlı  əlaqələr  də  m araq  doğurur.  Son 

illərə  qədər  bu   iki  cüm huriyyət  arasında  fərq  tapm aq 

çətinlik yaradırdı, bunlar bir-birinə qarışdırılırdı.  Çox yaxşı 

haldır ki, həm  Azərbaycan Respublikasında, həm  də Türkiyə 

C üm huriyyətində  hər  iki  cüm huriyyətin  tarixinə  dair  araş­

dırm alar aparılmış və bu indi də davam  edir.

Qeyd  etməliyik  ki,  XX  əsrin  əvvəllərində  Cənub-Qərbi 

Qafqaz ərazisində olan yerli türk əhalisinin şanlı hürriyyət və 

istiqlal  mücadiləsi,  azadlıq  uğrunda  qeyri-adi  qəhrəmanlıqla 

mübarizəsi  başlayır.  Xalq  birləşir,  təşkilatlanır,  siyasi  tədbirlər 

görür. Nəticədə, "Axıska hökum əti", "Araz-Türk Cüm huriyyəti",

"Qars M üsəlman Şurası",  "Milli Şura hökum əti"  və  "Cənub-Qərbi Qaf­

qaz Demokratik Cüm huriyyəti"  adlanan türk respublikaları qurulurdu (1,14,19, 

23, 26, 27).

Cənub-Qərbi Qafqazda  ilk müstəqil  türk respublikası  "Axıska hökum əti"  ol­

m uşdur.  Bu  hökum ət  türk  ordusu Axıska-Axılkələkdən  çıxarılacağı  ərəfədə  qu­

rulm uşdu  (29  oktyabr  1918  -  30  noyabr  1918).  Noyabrın  30-da  (1918)  isə  "Qars 

M üsəlman  Şurası"  adlı yerli hökum ət yaradılır.  Noyabrın  15-də  keçirilən  I Qars 

konfransında  Qars,  Axıska,  A rtvin  və  Batum  vilayətləri  birləşdirilərək  "Mil­

li  M üsəlman  (İslam)  Şurası"  qurulur  (20).  Noyabrın  30-da  keçirilən  konfransda 

Araz-Türk  Respublikası  ilə  Milli  M üsəlm an  (İslam)  Şurası birləşərək Batum dan 

O rdubada qədər ərazidə "Qars M üsəlm an Şurası" hökum əti yaradılır. Araz-Türk 

Respublikasının hərbi naziri İbrahim bəy Cahangiroğlu şura rəisi seçilir (26, s. 69).

17-18  yanvar  1919-cu  ildə  III  Qafqaz  konfransı  keçirilir.  Həmin  gecə  qəbul 

edilən  qərara  əsasən  sədr  İbrahim  bəy  Cahangiroğlu  olmaqla  m üvəqqəti  Milli 

Cənub-Qərbi Qafqaz hökum əti təşkil edilir. Axıska, Axılkələk, Ərdahan, Oltu, Ka- 

ğızman,  İqdır,  Şavşat,  Qəm ərli,  Naxçıvan,  O rdubad,  Qars,  Batum bu hökum ətin 

tərkibinə  daxil idi. Yəni Milli Şuranın sərhədləri eyni ilə mühafizə edilirdi  (25,  s. 

130).


Bu birləşməni  əsas  götürən bir  sıra  tədqiqatçılar Araz-Türk  Respublikasının 

m övcudluğunu 3 (18) noyabr 1918-30 noyabr 1918-ci il tarixləri ilə əlaqələndirir, 30 

noyabr tarixini Araz-Türk Respublikasının fəaliyyətinin  son tarixi hesab  edirlər. 

Lakin I.Musayev, A.Hacıyev,  I.E.Atnurun  da  göstərdikləri  kimi, bu  birləşmə  sırf 

formal səciyyə daşımış,  sadəcə  1918-ci il dekabrın 1-də Qars M üsəlman Milli Şu­

rası  tərəfindən  "Cənub-Qərbi  Qafqaz  C üm huriyyətinin  yaranm ası  haqqında" 

qərar-akt qəbul edilərkən onun ərazisi sayılan m ahalların sırasında Naxçıvan və 

Şərur  qəzalarının  da  adları  çəkilmişdi".  Araz-Türk  Respublikası  Cənub-Qərbi 

Qafqaz Cümhuriyyəti ilə paralel olaraq öz fəaliyyətini davam  etdirmişdi.  1919-cu 

ilin  yanvarında  keçirilən  böyük  Qars  konfransında  (III  konfrans)  mərkəzi  Qars 

olmaqla  Cənub-Qərbi  Qafqaz  Cümhuriyyəti  elan  edilir  və  hökum ət  rəisi  yenə 

də ibrahim  bəy Cahangiroğlu seçilir.  Müstəqil daxili və xarici siyasət yeridən bu

Mir Hidayət bəy Seyidov 

yoldaşı  Şövkət xanım 

Kazımbəyova  ilə

53



hökum əti  12  aprel  1919-cu ildə  ingilislər  süquta  uğradır və  İbrahim  bəy Cahan- 

giroğlu başda olmaqla  13 nəfər parlam ent üzvü  Malta  adasına  sürgün edilir  (27, 

s. 77).

Bəzi  tədqiqatçılar  Araz-Türk  Respublikasının  fəaliyyətini  1919-cu  ilin  may- 



iyun ayına qədər davam  etdiyini yazmışlar (14, s. 237). Fikrimizcə, Araz-Türk Res­

publikasının süqutu 1919-cu ilin m art ayına təsadüf edir. Bu barədə bir sıra faktlar 

vardır.  1919-cu  ilin  m artın  əvvəlində  Araz-Türk  hökum əti  öz  nüm ayəndələrini 

Bakıya  göndərmişdi.  O  dövrün  m ətbu  orqanlarında  Araz-Türk  Respublikasının 

xüsusi  missiyasının  1919-cu  il  m artın  8-də  Naxçıvandan  Bakıya  gəlməsi  haqda 

m əlum at verilir (28,1919, 9 mart). Araz-Türk hökum əti tərəfindən Azərbaycana -  

Bakıya göndərilm iş Paşa Bayramov Tiflisdə Bəhram xanla görüşm üşdür. Bəhram 

xan  ona  Araz-Türk  hökum ətinin  yıxıldığını,  yerində  onun  m ənsub  olduğu 

hökum ətin  qurulduğunu bildirmişdi.  Həqiqətən  də,  ermənilər  1919-cu  ilin  yan­

var-fevral  aylarında  Qəmərliyə  hücum   edərkən  keçmiş  Araz-Türk  Respublikası 

öz-özünə  dağıldı və  Kalbalı xan  Naxçıvan  dəstəsi  ilə  Şərur  əhalisinin köməyinə 

gedərək erm əni silahlı dəstələrini darm adağın etdi. Bölgədə Cəfərqulu xanın, Kal- 

balı xanın və Kərim xan İrəvanlının daxil olduğu hökum ət yarandı (6, v. 3). Başqa 

bir arxiv materialı da bu faktı təsdiq edir: "Bütün bu hadisələrin nəticəsində Əmir 

bəy  hökum əti  süquta  uğradı,  Naxçıvanda  Cəfərqulu  xan,  Kalbalı  xan  və  Kərim 

xan başda olmaqla yeni hökum ət təşkil edildi" M.Mirbağırov 1919-cu il 25 fevral­

da  Naxçıvanda  Kalbalı  xanla  görüşm üş  və  burada  Araz-Türk  Cüm huriyyətinin 

artıq  dağıldığını  söyləmişdi  (9,  v.  87).  Göstərilən  fakt  və  nüm unələr  təsdiq  edir 

ki,  1918-ci  il 3 noyabrda yaradılan Araz-Türk Respublikası  1919-cu ilin m artında 

süquta uğram ışdır.

Araz-Türk  Respublikası  qısa  m üddət  fəaliyyət  göstərməsinə  baxmayaraq, 

bölgənin  taleyində  m ühüm   rol  oynayaraq,  Azərbaycan  Xalq  Cüm huriyyətinin 

ərazi bütövlüyünü  təm in etdi.  O,  Naxçıvan,  Şərur,  O rdubad  və  digər bölgələrin 

əhalisinin düşm ənə qarşı m übarizə üçün birləşdirilm əsində m ühüm  rol oynam aq­

la  yanaşı,  bölgənin  ermənilər  tərəfindən  işğal  edilməsinə  imkan  vermədi.  Araz- 

Türk  Respublikası  dövründə  əldə  edilmiş  nailiyyətlər  təkcə  o  dövr  üçün  yox, 

bütövlükdə bölgənin taleyi, bu  günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə 

malikdir.



Mənbələr:

1.  Abbasoğlu A. Qafqazda türk cümhuriyyətləri. "Ədəbiyyat" qəzeti,  1991, 4 yanvar.

2. 

"Azərbaycan" qəzeti.



3. 

Azərbaycan Republikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 2, iş 81.

4. 

ARDA, f. 894, siy. 2, iş 95.



5. 

ARDA, f. 894, siy. 10, iş 58.

6. 

ARDA, f. 894, siy. 10, iş 76.



7. 

ARDA, f. 895, siy. 1, iş 13.

8. 

ARDA, f. 970, siy. 1, iş 215.



9. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİ SSA), f. 277, siy. 2, 

iş 22.

10.  Cəfərov F. Naxçıvan qəza polisi. Bakı: Nurlan, 2008,192 s.



11.  Çingizoğlu Ə. Nərimanbəyovlar/ Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. Səkkizinci buraxılış. 

Bakı:  "Adiloğlu", 2012, 206 s.



54


12.  Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: 1997,256 s.

13.  General Vesəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921). Türkiyə türkcəsindən çevirən 

Əbülfəz Quliyev. Naxçıvan: 2006,104 s.

14.  Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: 1994,119 s.

15.  Hüseynzadə L. Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir paşa Naxçıvanda (1918-1920-ci illər). 

Bakı: 2001, 80 s.

16.  Mədətli E.  1918-1921-ci illərdə Türkiyə hökumətinin siyasətində Naxçıvan.  "Naxçıvan" jurnalı, 2000,

№2, s. 48-54.

17.  Mirzə Bağır Əliyev. Qanlı günlərimiz. (1918-1920. Naxçıvan). Bakı:  1993, 212 s.

18.  Musayev I. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin 

siyasəti (1917-1921-ci illər). Bakı:  1998, 385 s.

19.  Musayev İ. Araz-Türk Respublikası // Bakı Universitetinin Xəbərləri (xüsusi buraxılış). Bakı, 1999,  № 3, 

s. 107-121

20.  Mustafa N. Milli mücadilə qəhrəmanı -  ibrahim bəy Cahangiroğlu.  "Xalq qəzeti",  1998, 30 may.

21.  Naxçıvan Ensiklopediyası: İki cilddə, I cild, İstanbul: 2005, 360 s.

22.  Naxçıvan tarixi atlası. 2010, 56 s.

23.  Acar Z.Z. Aras-Türk Cumhuriyeti / 

II 


Uluslararası Aras havzası sempozyumu. İstanbul,  13-15 Aralık 

2001, s.372-386.

24.  Acar Z.Z. Aras-Türk Cumhuriyeti. Ankara, 2013, 77 s.

25.  Atnur İ.E. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçıvan (1918-1921). Ankara: 2001, 488 s.

26.  Gökdemir A. E. Cenüb-i Garbi Kafkas Hükümeti. Atatürk Araştırma Merkezi, Ankara:  1998, 289 s.

27.  Гаджиев А. Демократические республики Юго-Западного Кавказа (Карсская и Араз-Тюркская 

республики). Баку: 2004, 280 s.

28.  Газета "Азербайджан".

29.  Мадатов Г. Победа Советской власти в Нахчыване и образование Нахчыванской АССР. Баку, 1968, 

188 с.


academician Ismail Hajiyev

Establishment o f the Araz-Turk Republic 

and struggle fo r protecting the 

region from the armenian  invasion

Keywords: Azerbaijan People s Republic, 

Araz-Turk Republic, Amir bey Narimanbeyov,  camp, 

parliament, Muslim National Council, government

Summary

The article investigates socio-political  situation 

in Nakhchivan  in  1918-1919, justifies  the neces­

sity  of the  emergence  of the  Araz-Turk  Repub­

lic,  makes  some  clarifications  about  the  period, 

center, territory, population, leaders, describes the 

efforts  towards  the  establishment  of government 

agencies,  armed  groups  and  ensuring  security 

of the region  and  the  relations  of the Azerbaijan 

Democratic Republic with other organizations.



академик Исмаил Гаджиев

Создание Араз-Тюркскойреспублики и борьба 

против армянской оккупации

Ключевые слова: Азербайджанская 

Демократическая Республика, Араз-Тюркская 

Республика, Амир бек Нариманбеков,  табор,  парламент, 

Мусульманский Национальный Комитет,  правительство

Резюме

В  статье  исследована  общественно-политическая 

ситуация  в  Нахчыване  в  1918-1919  годах,  обосно­

вывается  необходимость  создания  Араз-Тюркской 

Республики,  сделаны  некоторые уточнения  о  ее тер­

ритории, населении, лидерах, повествуется о государ­

ственных и управленческих органах, создании воору­

женных отрядов, стараниях обеспечить безопасность 

территории, о связях с Азербайджанской Демократи­

ческой Республикой и другими структурами.



55

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə