Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
  1   2   3   4   5   6   7   8   9   10


 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 

dəyişiklik edilməsi haqqında 

 

AZƏRBAYCAN   RESPUBLİKASININ  

Q  A  N  U  N  U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



 

I.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; 2002-

ci  il,  №12,  maddə  709;  2003-cü  il,  №8,  maddə  420;  2004-cü  il,  №3,  maddə  123, 

№5,  maddə 318, №6,  maddə 415, №10,  maddə 761, №11,  maddə 901; 2005-ci  il, 

№2,  maddə  61,  №6,  maddə  466,  №8,  maddələr  684,  692,  693,  №11,  maddə  996, 

№12,  maddə  1085;  2006-cı  il,  №2,  maddə  68,  №3,  maddə  225,  №5,  maddə  387, 

№6,  maddə  478,  №8,  maddə  657,  №12,  maddə  1005;  2007-ci  il,  №2,  maddə  80, 

№6,  maddə  560,  №8,  maddə  745,  №10,  maddə  937,  Azərbaycan  Respublikasının 

2007-ci  il  7  dekabr  tarixli  506-IIIQD  nömrəli  Qanunu)  50-ci  fəslinin  mətni 

dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: 



 

 

“50-ci Fəsil 

Sığorta 

 

§1. Sığorta haqqında ümumi müddəalar 

 

Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 

 

883.1.

 

 Sığorta  müqaviləsi  sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi 

müqabilində  sığorta  obyektinin  məruz  qala  biləcəyi  risklərlə  bağlı  itkilərin,  dəyən 

zərərin  əvəzinin  və  ya  razılaşdırılan  pul  məbləğinin  müəyyən  bir  hadisənin  baş 

verməsi  əsasında  ödənilməsinin  sığortaçı  tərəfindən  öhdəlik  kimi  götürülməsi 

şərtlərinin təsbit edildiyi razılaşmadır. 

883.2.

 

 Təkrarsığorta  müqaviləsi  təkrarsığortalının  müvafiq  təkrarsığorta 

haqqı  ödəməsi  müqabilində  sığortaladığı  risklərin  bütövlükdə  və  ya  bir  hissəsinin 

təkrarsığortaçıya  ötürülməsi  və  ya  onunla  bölüşdürülməsi  şərtlərinin  təsbit  edildiyi 

razılaşmadır. 

 

Maddə 884. Sığorta münasibətlərinin subyektləri 



 

 



 

884.1.

 

Sığorta  münasibətləri  sığortalının  və  ya  sığorta  olunanın  əmlakı, 

həyatı,  sağlamlığı,  mülki  məsuliyyəti,  qanunvericiliklə  qadağan  olunmayan 

fəaliyyəti,  o  cümlədən  sahibkarlıq  fəaliyyəti  ilə  bağlı  olan  əmlak  mənafelərinin 

müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 

884.2.

 

Sığorta  və  ya  təkrarsığorta  müqaviləsinin  tərəfi  olan,  yaxud  belə 

müqavilənin  həyata  keçirilməsi  üzrə  hüquqlara  və  (və  ya)  vəzifələrə  malik  olan 

şəxslər sığorta münasibətlərinin subyektləridir. 



884.3.

 

Sığortaçı  sığorta  müqaviləsində  nəzərdə  tutulan  sığorta  hadisəsi  baş 

verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta 

ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 



884.4.

 

Sığortalı  sığorta 

haqqı  ödəyən,  sığorta  obyektinin  sığorta 

etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin  tərəfidir. 



884.5.

 

Sığorta  olunan  əmlak  mənafeləri  sığorta  müqaviləsi  əsasında 

sığortalanan  şəxsdir.  Şəxsi  sığorta  üzrə  sığorta  müqaviləsində  sığorta  olunan 

qismində  başqa  şəxs  nəzərdə  tutulmayıbsa,  sığortalı  eyni  zamanda  sığorta  olunan 

sayılır.  Əmlak  sığortası  üzrə  sığorta  müqaviləsində  sığorta  olunan  qismində  başqa 

şəxs  nəzərdə  tutulmasından  asılı  olmayaraq,  sığortalının  sığorta  olunan  kimi 

tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 

884.6.

 

Faydalanan  şəxs  icbari  sığorta  qanunvericiliyinə  və  ya  sığorta 

müqaviləsinə  uyğun  olaraq  sığorta  ödənişini  almaq  hüququ  olan  şəxsdir.  Sığorta 

müqaviləsində  faydalanan  şəxs  qismində  başqa  şəxs  nəzərdə  tutulmamışdırsa, 

sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 

884.7.

 

Təkrarsığortaçı  ilkin  sığortaçı  və  ya  ilkin  təkrarsığortaçı  tərəfindən 

bağlanmış  sığorta  və  ya  təkrarsığorta  müqavilələri  əsasında  sığortalanmış 

(təkrarsığortalanmış)  riskləri  təkrarsığortalayan  (təkrarsığortaya  qəbul  edən) 

təkrarsığorta müqaviləsinin tərəfidir. 

884.8.

 

Təkrarsığortalı  sığortaladığı  və  ya  təkrarsığortaladığı  riskləri 

təkrarsığorta  müqaviləsi  əsasında  təkrarsığorta  etdirən  (təkrarsığortaya  ötürən) 

sığortaçı və ya təkrarsığortaçıdır. 



 

Maddə 885. Sığorta sahələri 

 

885.1.

 

Sığorta  sığortaçıların  fəaliyyət  istiqamətləri  baxımından  həyat 

sığortası  və  qeyri-həyat  sığortası  (ümumi  sığorta)  sahələrinə,  sığorta  obyekti 

baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 



885.2.

 

Həyat  və  qeyri-həyat  sığortası  sahələrinin  hər  biri  sığorta 

qanunvericiliyində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 

885.3.

 

Həyat  sığortası  sahəsinə  aid  olan  sığorta  sinifləri  sığorta  obyektinə 

görə yalnız şəxsi sığortaya aiddir. 

885.4.

 

Qeyri-həyat  sığortası  sahəsinə  aid  olan  sığorta  sinifləri  həm  şəxsi, 

həm də əmlak sığortasına aid ola bilər. 

 

Maddə 886. Sığorta obyekti və sığorta predmeti 



 


Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə