Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 



886.1.

 

 Sığorta obyekti sığortalının,  yaxud 

sığorta 


olunanın 

qanunazidd 

olmayan hər hansı əmlak mənafeyidir. 

886.2.

 

 Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla 

qadağan  olunan  mənafelər,  qanunvericiliklə  nəzərdə  tutulmuş  cərimələr,  habelə 

oyunlarda,  mərclərdə,  lotereyalarda  iştirakla  bağlı  mənafelər  sığorta  obyekti  ola 

bilməz. 

886.3.

 

 Sığorta  predmeti  sığorta  müqaviləsi  üzrə  sığortalanan  əmlak 

mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 

 

Maddə 887. Şəxsi sığortanın obyekti 



 

Şəxsi  sığortanın  obyektləri  sığortalının  və  ya  sığorta  olunanın  həyatı, 

sağlamlığı,  əmək  qabiliyyəti  və  pensiya  təminatı  ilə  bağlı  əmlak  mənafeləridir. 

Şəxsi  sığorta  zamanı  həm  sığortalı  özü,  həm  də  müqavilədə  göstərilən  başqa  şəxs 

(sığorta olunan) sığortalana bilər. 

 

Maddə 888. Əmlak sığortasının obyekti 

 

888.1.

 

Əmlak  sığortasının  obyektləri  sığortalının  əmlaka  sahibliyi,  ondan 

istifadəsi  və  (və  ya)  ona  sərəncam  verməsi,  sahibkarlıq  fəaliyyətinin  həyata 

keçirilməsi,  digər  fiziki  şəxslərin  sağlamlığına  xəsarət  yetirməsi  və  ya  fiziki 

şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, 

istehsalat  fəaliyyəti  ilə  bağlı  əmlak  mənafeləridir.  Əmlak  sığortasına  əmlakın  və 

mülki məsuliyyətin sığortası aiddir. 

888.2.

 

Əmlakın  sığortası  zamanı  əmlakın  zədələnməsi,  itirilməsi  (məhv 

olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər 

sığortalanır. 



888.3.

 

Mülki  məsuliyyətin  sığortası  zamanı  üçüncü  şəxslərin  həyatına, 

sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə 

(zərər  vurmağa  görə  mülki  məsuliyyətin  sığortası),  habelə  mülki-hüquqi 

müqavilələrlə  bağlı  yaranan  məsuliyyətə  görə  (müqavilə  şərtlərini  pozmağa  görə 

mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 



888.4.

 

Qarışıq  maliyyə  risklərinin,  kredit  risklərinin,  ticarət  və  investisiya 

risklərinin,  tapşırıq  və  qarantiya  risklərinin,  məhkəmə  xərclərinin,  habelə  bu 

Məcəllənin 888.1-ci  maddəsində nəzərdə tutulmuş əmlak  mənafeləri ilə bağlı digər 

risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir. 

 

Maddə 889. Sığorta marağı 



 

889.1.

 

Sığorta  marağı  sığorta  hadisəsinin  baş  verəcəyi  təqdirdə  sığortalının 

maliyyə  itkisinə  məruz  qalması  ehtimalı  ilə  şərtlənən  və  onun  sığorta  obyektini 

sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 



889.2.

 

Sığorta 


marağının 

mövcudluğu 

qanunvericiliklə 

və 


ya 

qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı 

ilə  sığorta  predmeti  arasında  bu  cür  tanınan  əlaqə  yoxdursa,  sığorta  marağının 

mövcud olmadığı hesab edilir. 




 

 



889.3.

 

Sığortalının 

öz  həyatı,  habelə arvadının (ərinin), valideynlərinin, 

uşaqlarının,  işçilərinin,  işəgötürəninin,  borclusunun,  qəyyumunun,  qəyyumluğunda 

olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.  

889.4.

 

Sığorta  marağı  mövcud  olmadan  bağlanan  sığorta  müqaviləsi 

bağlandığı andan etibarsızdır. 

889.5.

 

Sığorta  marağının  gələcəkdə  əldə  edilməsi  ehtimalı  müvafiq  sığorta 

müqaviləsinin bağlanması üçün əsas deyil. 

889.6.

 

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı 

itərsə sığorta müqaviləsinə xitam verilməlidir. 

889.7.

 

Sığorta  hadisəsi  kimi  tanına  bilən  hadisə  və  ya  hal  baş  verdiyi  anda 

sığorta  marağı  mövcud  olmadıqda  həmin  hadisə  və  ya  hal  sığorta  hadisəsi  hesab 

edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. 



 

Maddə 890. Təkrarsığorta 

 

890.1.

 

Təkrarsığorta sığortaçının sığorta  müqaviləsi üzrə sığortaladığı  və ya 

təkrarsığortaladığı 

risklərin 

bütövlükdə, 

yaxud 


bir 

hissəsinin 

sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  təkrarsığortaçı  ilə  bölüşdürülməsi  və 

ya təkrarsığortaçıya ötürülməsidir. 

890.2.

 

Təkrarsığortanın  şərtləri  təkrarsığortaçı  və  təkrarsığortalı  arasında 

yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir. 

890.3.

 

Bu  Məcəllənin  940-cı  maddəsində  təminat  şəhadətnaməsi  üçün 

müəyyən edilmiş bütün məlumatlar təkrarsığorta müqaviləsində göstərilməlidir. 

890.4.

 

Sığortaçı və ya təkrarsığortaçı sığorta və ya təkrarsığorta müqavilələri 

üzrə  sığortaladığı  (təkrarsığortaladığı)  riskləri  təkrarsığorta  etdirərkən  müvafiq 

sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur. 



890.5.

 

Təkrarsığorta  fakultativ  və  ya  obliqator  formada,  mütənasib  və  ya 

qeyri-mütənasib növlər üzrə aparıla bilər. 

890.6.

 

Mütənasib  təkrarsığorta  müvafiq  sığorta  müqaviləsində  nəzərdə 

tutulmuş  sığorta  hadisəsinin  baş  verdiyi  təqdirdə,  təkrarsığortaçının  təkrarsığorta 

müqaviləsi  üzrə  qəbul  etdiyi  sığorta  riskinə  mütənasib  məbləğdə  sığorta  ödənişi 

vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür. 

890.7.

 

Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə 

tutulmuş 

sığorta 


hadisəsinin 

baş 


verdiyi 

təqdirdə, 

təkrarsığortaçının 

təkrarsığortalının  şəxsi  tutumundan  artıq  olan  məbləğdə  sığorta  ödənişi  vermək 

öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür. 

890.8.

 

Fakultativ  təkrarsığorta  hər  bir  riskin  ayrılıqda  qiymətləndirilməsinə 

əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır. 

890.9.

 

Obliqator  təkrarsığorta  təkrarsığorta  müqaviləsi  ilə  müəyyən  olunan 

şərtlərə  cavab  verən  bütün  risklərin  təkrarsığortalanmasını  nəzərdə  tutan 

təkrarsığortanın formasıdır. 



 

Maddə 891. Sığortaçının (təkrarsığortaçının) təkrarsığorta 

müqaviləsinə görə sığortalı (təkrarsığortalı) qarşısında  

öhdəliyi 

 


Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə