Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc


Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 



 

Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu 

 

 

902.1.

 

Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir: 



902.1.1.

 

sığortaçının adı və ünvanı; 



902.1.2.

 

sığortalının  adı  (fiziki  şəxs  olduqda,  həmçinin  soyadı  və  atasının 

adı) və ünvanı; 

902.1.3.

 

sığorta  predmeti  və  onun  olduğu  yer,  yaxud  sığorta  olunanın  adı 

(fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı; 

902.1.4.

 

sığorta riskləri; 



902.1.5.

 

sığorta məbləği; 



902.1.6.

 

sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti; 



902.1.7.

 

sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi; 



902.1.8.

 

sığorta  müqaviləsinin  aid  olduğu  digər  şəxslər  (faydalanan  şəxs, 

sığorta  agenti  və  sığorta  brokeri)  varsa,  onların  adı  (fiziki  şəxs  olduqda  həmçinin 

soyadı və atasının adı) və ünvanı; 



902.1.9.

 

sığortaçının  sığorta  şəhadətnaməsini,  sığortalının  isə  müvafiq 

sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri. 

902.2.

 

Sığorta  şəhadətnaməsində  sığortalının  və  ya  sığorta  olunanın  sığorta 

müqaviləsi  üzrə  hüquqlarının  pozulmasını  hesab  etdiyi  hallarda  sığorta  nəzarəti 

orqanına  şikayətlə  müraciət  etməsi  üçün  həmin  orqanın  adı,  ünvanı  və  telefon 

nömrəsi aydın şəkildə göstərilməlidir. 

 

Maddə 903. Sığorta haqqı 



 

903.1.

 

Sığorta  haqqı  risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi 

müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya 

ödəməli olduğu pul məbləğidir. 



903.2.

 

Sığorta  haqqının  miqdarı  və  ya  onun  hesablanması  və  ödənilməsi 

qaydası  könüllü  sığortada  sığorta  müqaviləsi  ilə,  icbari  sığortada  isə  icbari  sığorta 

qanunvericiliyi ilə müəyyən edilir. 



903.3.

 

Qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  sığorta 

müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 

903.4.

 

Müqavilədə  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  müqaviləsi 

sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 

903.5.

 

Sığorta  haqqı  və  ya  onun  hissəsi  vaxtında  ödənilmədikdə  sığortaçı 

onun  ödənilməsi  üçün  bu  Məcəllənin  903.6-cı  maddəsinin  tələbini  nəzərə  alaraq 

yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 



903.6.

 

Hər  bir  halda  sığorta  haqqı  və  ya  onun  razılaşdırılmış  ilk  hissəsi 

sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 

 

Maddə 904. Sığorta məbləği 



 

904.1.

 

Sığorta  məbləği  sığortalanmış  risklər  üzrə  sığortaçının  öhdəliyinin  son 

həddidir. 



 

 

10 



904.2.

 

Sığorta 


məbləği  qanunvericiliklə  və  ya  sığorta  müqaviləsi 

ilə müəyyənləşdirilir. 



 

Maddə 905. Sığortalanan əmlakın dəyərinin mübahisə predmeti olması 

 

Sığortalanan  əmlak  barəsində  sığortaçıya  sığortalı  tərəfindən  qəsdən  yanlış 

məlumat  verilməsinin  sübut  edildiyi  hallar  istisna  olmaqla,  tərəflər  əmlakın  sığorta 

müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. 

 

Maddə 906. Sığorta təminatının müddətinin başlanması və sonu 

 

İcbari  sığorta  qanunvericiliyində  və  ya  könüllü  sığorta  müqaviləsində  başqa 

cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  təminatının  müddəti  sığorta  müqaviləsinin 

bağlandığı  gün  saat  iyirmi  dörddən  başlanır  və  sığorta  qanunvericiliyində  nəzərdə 

tutulmuş  hallar  istisna  olmaqla,  sığorta  müqaviləsinə  əsasən  həmin  müqavilənin 

qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 



 

Maddə 907. İcbari sığorta müqaviləsinin məcburiliyi 

 

907.1.

 

Sığorta  qanunvericiliyi  ilə  üzərinə  icbari  qaydada  sığorta  etdirmək 

vəzifəsi  qoyulan  şəxs  müvafiq  icbari  sığorta  növünü  aparmağa  icazəsi  olan 

sığortaçını  sərbəst  seçmək  hüququndan  istifadə  etməklə  müvafiq  icbari  sığorta 

müqaviləsini bağlamağa borcludur. 

907.2.

 

İcbari  sığorta  növünü  aparmağa  icazəsi  olan  sığortaçı  sığorta 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla  müvafiq  icbari  sığorta 

müqaviləsini bağlamaqdan imtina edə bilməz. 



907.3.

 

Sığortalı  qismində  sığorta  etdirməli  olan  şəxsin,  eləcə  də  sığortaçı 

qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini 

bağlamaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 



 

Maddə 908. Sığorta müqaviləsinin etibarsızlığı 

 

908.1.

 

Əqdlərin  etibarsızlığının  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  ümumi 

əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız 

sayılır: 



908.1.1.

 

sığorta  obyekti  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünə 

əsasən müsadirə edilməli əmlakla bağlı olduqda; 

908.1.2.

 

sığorta  müqaviləsi sığortaçının  və ya sığortalının adından  müqavilə 

bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda; 

908.1.3.

 

sığorta  müqaviləsi  bağlandığı  anda  sığorta  predmeti  mövcud 

olmadıqda; 

908.1.4.

 

sığorta  obyekti  sığortalının  qeyri-qanuni  mənafeləri  ilə,  həmçinin 

sığortalanması qanunvericiliklə qadağan olunmuş mənafeləri ilə bağlı olduqda; 

908.1.5.

 

əmlak  bir  və  ya  bir  neçə  sığorta  müqaviləsi  ilə  həqiqi  dəyərindən 

artıq  məbləğə  sığortalandıqda  sığorta  məbləğinin  sığorta  dəyərindən  artıq  olan 

hissəsində; 




Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə