Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 

13 



916.1.

 

Sığorta 


qaydalarında  aşağıdakılar müəyyən edilməlidir: 

916.1.1.

 

müvafiq  sığorta  növünün  aid  olduğu  və  ya  bu  növdə  birləşdirilmiş 

sığorta sinifləri; 

916.1.2.

 

sığorta  predmetlərinin  –  sığorta  olunanların,  sığortalanan  əşyaların 

və ya halların konkret kateqoriyası; 

916.1.3.

 

sığorta məbləğlərinin müəyyən edilməsi qaydası; 



916.1.4.

 

sığorta riskləri; 



916.1.5.

 

sığorta  risklərindən  istisnalar  və  (və  ya)  sığorta  təminatında 

məhdudiyyətlər; 

916.1.6.

 

sığorta  müqaviləsinin  bağlanması,  həmçinin  ona  əlavələr  və 

dəyişikliklər edilməsi və xitam verilməsi qaydası; 

916.1.7.

 

tərəflərin hüquqları və vəzifələri; 



916.1.8.

 

sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; 



916.1.9.

 

sığorta  ödənişinin  həyata  keçirilməsi  qaydası  və  şərtləri,  sığorta 

ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; 

916.1.10.

 

sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 



916.1.11.

 

sığorta  ödənişinin  verilməsi,  yaxud  sığorta  ödənişini  verməkdən 

imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 

916.1.12.

 

sığorta  müqaviləsinin  şərtlərinin  yerinə  yetirilməməsinə  və  ya 

lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 

916.1.13.

 

mübahisələrin həlli qaydası; 



916.1.14.

 

sığorta tarifləri və onların iqtisadi əsaslandırılması. 



916.2.

 

Bu  Məcəllənin  916.1.5-ci  maddəsində  nəzərdə  tutulmuş  istisnalar  və 

məhdudiyyətlər  qanunvericiliyə  zidd  olmadığı  və  sığorta  nəzarəti  orqanının  etiraz 

etmədiyi hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər. 

 

Maddə 917. Həyat sığortası müqavilələrinə dair əlavə tələblər 

 

917.1.

 

Sığorta  olunanın  sığortaçının  mənfəətində  iştirak  etməsi  şərti  ilə 

bağlanan  həyat  sığortası  müqaviləsində  mənfəətin  bölüşdürülməsi  qaydası 

göstərilməlidir. 



917.2.

 

Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün 

məlumat  vermək  vəzifəsini  icra  etməməsi  müqavilənin  bağlandığı  vaxtdan  5  il 

müddət  keçdikdən  sonra  sığortaçının  müqavilə  üzrə  vəzifələrinin  icrasından  imtina 

etməsi  üçün  əsas  ola  bilməz.  Bu  halda  sığortalı  məlumat  vermək  vəzifəsini  qəsdən 

icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir.



 

 

Maddə 918. Vahid sığorta müqaviləsi tərtib etməklə sığorta  

müqaviləsinin bağlanması 

 

918.1.

 

Sığortalı  ilə  sığortaçı  arasındakı  razılaşmaya  görə  davamlı  olaraq 

eynicinsli  əmlakın  (malların,  yüklərin  və  s.)  müxtəlif  hissələrinin  oxşar  şərtlərlə 

ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir 

sığorta müqaviləsi əsasında həyata keçirilə bilər. 

918.2.

 

Sığortalı  bu  Məcəllənin  918.1-ci  maddəsində  göstərilən  əmlakın  hər 

bir  hissəsi  haqqında  sığorta  müqaviləsində  razılaşdırılmış  məlumatları  vaxtında, 



 

 

14 



belə  məlumatların  təqdim  edilmə  vaxtı  müqavilədə  nəzərdə  tutulmadıqda  isə 

həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar 

əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi  məlum 

olduqda  belə,  sığortalı  bu  maddədə  nəzərdə  tutulmuş  vəzifənin  yerinə 

yetirilməsindən azad edilmir. 

918.3.

 

Sığortalı  tələb  etdikdə  sığortaçı  bu  Məcəllənin  918.1-ci  maddəsində 

nəzərdə  tutulan  müqavilənin  aid  olduğu  əmlakın  ayrı-ayrı  hissələri  üzrə  sığorta 

şəhadətnaməsi verməlidir. 



 

Maddə 919. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi 

 

919.1.

 

Sığorta  müqaviləsinə  aşağıdakı  hallarda  vaxtından  əvvəl  xitam 

verilir: 

919.1.1.

 

sığorta predmeti artıq mövcud olmadıqda; 



919.1.2.

 

aşağıdakı  hallar  istisna  olmaqla,  sığortalı  fiziki  şəxs  öldükdə  və  ya 

sığortalı hüquqi şəxs ləğv olunduqda: 

919.1.2.1.

 

əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi 

bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər  hansı şəxsi təyin etmiş olduğu, 

habelə  sığorta  hadisəsi  baş  verənədək  sığortaçının  razılığı  ilə  onu  dəyişdirmiş 

olduğu  hallarda sığortalı  fiziki şəxs vəfat edərsə, onun  həmin  müqavilə  üzrə hüquq 

və  vəzifələri  mülki  qanunvericiliklə  müəyyən  olunmuş  vərəsəlik  qaydasında 

sığortalanmış əmlakı qəbul edən şəxsə keçir; 

919.1.2.2.

 

qanunvericilikdə  və  ya  müqavilədə  başqa  şərtlər  müəyyən 

edilməmişdirsə,  sığortalının  hüquq  və  vəzifələri  sığorta  predmeti  olan  miras 

əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm 

də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir; 

919.1.2.3.

 

başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı 

vəfat etdikdə onun  hüquq  və  vəzifələri  xeyrinə sığorta  müqaviləsi bağlanmış şəxsə 

təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir; 



919.1.2.4.

 

sığortalı  olan  hüquqi  şəxs  sığorta  müqaviləsinin  qüvvədə  olduğu 

dövrdə  yenidən  təşkil  edildikdə  onun  həmin  müqavilə  üzrə  hüquq  və  vəzifələri 

qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir. 



919.1.3.

 

Sığorta  müqaviləsi  üzrə  sığortalı  olmayan  sığorta  olunan  vəfat 

etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə; 

919.1.4.

 

icbari sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər 

hal  nəzərdə  tutulmamışdırsa,  sığortalanmış  əmlak  özgəninkiləşdirilərkən  sığortaçı 

sığortalının  hüquq  və  vəzifələrinin  əmlakın  yeni  mülkiyyətçisinə,  sahibinə  və  ya 

istifadəçisinə  keçməsinə  etiraz  etdikdə;  əmlak  özgəninkiləşdirilərkən  sığortaçı 

sığortalının  hüquq  və  vəzifələrinin  əmlakın  yeni  mülkiyyətçisinə,  sahibinə  və  ya 

istifadəçisinə  keçməsinə  etiraz  etmədikdə  əlavə  sığorta  haqqı  ödənilmədən  sığorta 

müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər; 



919.1.5.

 

sığorta  hadisəsinin  baş  verməsi  ehtimalı  olmadıqda  və  sığorta 

riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda; 

919.1.6.

 

sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə; 



919.1.7.

 

sığortalı  sığorta  haqqını  qanunvericilikdə  və  sığorta  müqaviləsində 

müəyyən edilən qaydada ödəmədikdə; 



Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə