Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 

15 



919.1.8.

 

sığorta 


marağı 

artıq  mövcud olmadıqda. 



919.2.

 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  dövrdə  sığortalı  məhkəmənin 

qərarı  ilə  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilmişdirsə,  yaxud  onun  fəaliyyət 

qabiliyyəti  məhkəmənin  qərarı  ilə  məhdudlaşdırılmışdırsa,    mülki  məsuliyyət 

sığortası  üzrə  müqavilə  məhkəmənin  müvafiq  qərarının  qüvvəyə  mindiyi  andan 

xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini 

onun qəyyumu və ya himayəçisi həyata keçirir.  

 

Maddə 920. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı 



xəbərdar etmə 

 

920.1.

 

Bu  Məcəllənin  919-cu  maddəsində  göstərilən  hallarda  sığorta 

müqaviləsinə  xitam  verilməsi  üçün  əsas  olan  şərait  yarandıqda  müqaviləyə  xitam 

verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. 



920.2.

 

Sığorta  qanunvericiliyində  və  ya  könüllü  sığorta  müqaviləsində 

nəzərdə  tutulmuş  hallarda,  həmçinin  tərəflərin  başqa  cür  razılaşmasına  əsasən 

sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam 

verilərkən  bu  barədə  bir  tərəf  digərinə  ən  azı  30  gün  əvvəl  (sığorta  müqaviləsi  beş 

ildən  çox  müddətə  bağlanmış  olduqda    60  gün,  3  aydan  az  müddətə  bağlanmış 

olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. 

 

Maddə 921. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin  



nəticələri 

 

921.1.

 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı  həm  də 

müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə)  sığortalının  tələbi  ilə 

vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar 

istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla 

müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta 

predmetinə  münasibətdə) qurtarmamış  müddəti üçün sığorta  haqlarını ona qaytarır; 

əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə 

bağlıdırsa,  sığortaçı  sığorta  haqlarını  (qrup  halında  sığorta  zamanı  həm  də 

müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını) 

bütünlüklə sığortalıya qaytarır. 

921.2.

 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı,  həm  də 

müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə)  sığortaçının  tələbi  ilə 

vaxtından  əvvəl  xitam  verildikdə  o,  sığorta  haqlarını  (qrup  halında  sığorta  zamanı, 

həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) 

bütünlüklə  sığortalıya  qaytarır;  əgər  bu  tələb  sığortalının  sığorta  müqaviləsi  üzrə 

vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması  xərcləri  çıxılmaqla  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta 

haqlarını  (qrup  halında  sığorta  zamanı,  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 

predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. 



921.3.

 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı,  həm  də 

müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə)  vaxtından  əvvəl  xitam 

verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək  sığortaçı  tərəfindən  sığortalıya 




 

 

16 



ödənilmiş  sığorta  haqqına  (qrup  halında  sığorta zamanı,  həm də  müqavilənin  hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox 

miqdarda  sığorta  ödənişi  verilmişdirsə,  sığorta  haqqı  (qrup  halında  sığorta  zamanı, 

həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqları) 

sığortalıya qaytarılmır. 

921.4.

 

Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər 

xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından 

(qrup  halında  sığorta  zamanı,  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti 

üzrə  ödənilmiş  sığorta  haqlarından)  az  miqdarda  sığorta  ödənişi  verilmişdirsə, 

həmin sığorta haqqı  məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında 

sığorta haqqının sığortalıya qaytarılması  müvafiq olaraq bu Məcəllənin 921.1-ci  və 

921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 



921.5.

 

Sığorta  müqaviləsi  bu  Məcəllənin  919.2-ci  maddəsində  müəyyən 

edilmiş  məhkəmə  qərarı  əsasında  xitam  verilmiş  hesab  edildikdə  sığortaçı  həmin 

müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla  müqavilənin  (qrup  halında 

sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmetinə  münasibətdə) 

qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını,  bu  Məcəllənin  921.3-cü  və  921.4-cü 

maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır. 

 

 



§3. Sığorta hadisəsi və sığorta ödənişi 

 

Maddə 922. Sığorta hadisəsi 

 

922.1.

 

Sığorta  hadisəsi  qanunvericiliyə  və  ya  sığorta  müqaviləsinə  görə 

sığorta  ödənişinin  sığortalıya,  sığorta  olunana  və  ya  digər  faydalanan  şəxslərə 

ödənilməsi  üçün  əsas  olan,  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində 

baş verən hadisə və ya yaranan haldır. 

922.2.

 

Sığorta  hadisəsi  hesab  edilən  hadisələr  və  hallar  icbari  sığorta  üzrə 

icbari  sığorta  qanunvericiliyində,  könüllü  sığorta  üzrə  isə  tərəflərin  razılaşması 

əsasında sığorta müqaviləsində müəyyən edilir. 



922.3.

 

Sığorta  hadisəsi  baş  vermə  ehtimalına  və  (və  ya)  təsadüfilik 

əlamətlərinə malik olmalıdır. 

 

Maddə 923. Sığorta hadisəsi barədə məlumatlandırma 

 

923.1.

 

Sığorta hadisəsinin baş  verməsi barədə sığortalı  və ya sığorta olunan 

şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün 

olan ən  qısa  müddət ərzində sığortaçıya  və ya onun  nümayəndəsinə, eyni zamanda 

qanunvericiliyə  uyğun  olaraq  həmin  hadisə  barədə  məlumatlandırılmalı  olan 

səlahiyyətli  dövlət  orqanlarına  hər  hansı  vasitə  ilə  xəbər  verməlidir.  İcbari  sığorta 

qanunvericiliyində  və  sığorta  müqaviləsində  sığorta  hadisəsi  barədə  sığortaçıya 

xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. 



923.2.

 

Sığorta  hadisəsinin  baş  verməsi  barədə  sığortaçıya  məlumat  vermiş 

sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-

ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə 




Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə