Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

MÖVZU 5. NORMATİV  GÖSTƏRİCİLƏR,  İŞ REJİMİ,  LAYİHƏNİN 
TİKİNTİ  VƏ  DİGƏR  HİSSƏLƏRİNƏ  OLAN  TƏLƏBLƏR
Balıq   məhsulları   istehsalı   müəssisələrinin   layihələndirilməsi   zamanı   layihənin
sonrakı hissələrinin işlənilməsi üçün qabaqcadan (avadanlıqların seçilməsi və onların
hesablanması,   baş   plan   obyektlərinin   hesablanması,   sanitar   –   texniki   qurğuların
seçilməsi  və s.) texnoloji proseslərə təqdim edilən bir sıra normativ  göstəriciləri və
tələbləri müəyyənləşdirirlər.
Buna görə də məhsul istehsalı prosesinin ayrı – ayrı texnoloji əməliyyatlarının
(mərhələlərinin) yerinə yetirilməsi üçün istehsal normalarını müəyyən etmək vacibdir.
Bu normalar və qəbul edilmiş məhsuldarlıqlar əsasında tələb   edilən bütün işçilərin
(mühəndis – texniki işçilər, fəhlələr, kiçik xidmət personalı və s.) sayını hesablayırlar.
Bəzi avadanlıq növlərinin, məsələn, nəqletdirici konveyerlərin hesablanması, işçilərin
sayından asılı olaraq həyata keçirilir. 
Müasir zamanda qida sənayesinin balıq və su mənşəli qeyri – balıq xammallarının
emalı sahəsində balıqların sortlaşdırılması, xammalların emal üçün hazırlanması, hazır
balıq məhsullarının qablaşdırılması və bu kimi bir sıra digər əməliyyatları əl ilə həyata
keçirirlər. Bir qayda olaraq bu növ əməliyyatları, uzunluğu uyğun əməliyyatla məşğul
olan   işçilərin   sayından   asılı   olan   transportyorlar   (nəqletdiricilər)   üzərində   yerinə
yetirirlər.
Müəssisədə çalışan bütün işçilərin sayına görə habelə sanitar – məişət qurğuların
(ayaqyolu,   əl   –   üz   yuyanlar,   duşxana,   paltar   geyinib   –   soyunma   otağı,   yeməkxana,
papiros   çəkmək   üçün   sahələr   və   s.)   ölçülərini,   yeməkxananın   məhsul   buraxa   bilmə
qabiliyyətini də təyin edirlər.
Məhsul   istehsalı   normasının   müəyyənləşdirilməsi   və   işçilərin   sayının
hesablanması ilə eyni zamanda əməyin qeydiyyat sistemini də, yəni briqada sistemini,
işəmuzd çalışma (xammala görə, emal edilmiş məhsula və bəzən də tullantılara görə)
sistemini və başqalarını müəyyən etmək lazımdır.
Ayrı – ayrı hallarda əmək haqqının mövsümi ödənişi nəzərdə tutulur. Layihənin
bəzi texniki məsələləri əməyin qeydiyyat sistemi ilə əlaqədardır.


Belə ki, transportyor üzərində yerinə yetirilən balığın əl ilə hazırlanması zamanı
əməyin briqada qeydiyyatında balıq xammalı iş yerinə transportyor vasitəsi ilə verilə
bilər, əməyin fərdi qeydiyyatı zamanı isə balıq xammalı iş yerinə tarada (tava, vedrə və
s.) ötürülməlidir.
Bir   çox   balıq   emalı   müəssisələrində   ilin   ayrı   –   ayrı   mövsümlərində   iş
növbələrinin sayı müxtəlif olur. Buna görə də işçi qüvvəsi ilə əlaqədar olan məsələləri
həll edərək, xüsusilə kvalifikasiyalı (kifayət qədər təcrübəsi olan peşəkar işçilər) işçilər
üçün ixtisasların birləşdirilməsi üzrə tədbirlər görmək lazımdır.
Avadanlıqların düzgün seçilməsi və maşın  və aparatların lazım olan miqdarının
hesablanması   üçün   ayrı   –   ayrı   texnoloji   əməliyyatlarda   lazım   olan   iş   rejimini
(davamiyyət, proseslərin başlanması və sonu və s.) müəyyən etmək lazımdır. Bütün bu
məlumatları,   elmi   təşkilatlar   və   ya   müəssisələr   tərəfindən   işlənmiş   və   sınaqdan
çıxarılmış   yeni   proqressiv   rejimlər   nəzərə   alınmaqla   qüvvədə   olan   texnoloji
instruksiyalardan (T İ) götürürlər.
Belə   ki,   məsələn   avtoklavların   miqdarını   müəyyənləşdirmək,   onların
kommunikasiya   sxemlərinin   tərtib   etmək,   boru   kəmərlərinin   diametrini   hesablamaq,
avtomatik   tənzimləmə   və   proseslərə   nəzarət   sistemlərini   seçmək   üçün   aşağıdakıları
dəqiqləşdirmək lazımdır:
a)   sterilləşdirmə   formulunu,   yəni   temperaturun   yüksəldilməsi   (xüsusən
sterilləşdirmə temperaturu), temperaturun azaldılmasının şərti qeydiyyat müddətini,
bundan başqa sterilləşdirmə temperaturu və avtoklavdakı əks təzyiqi müəyyən etmək
lazımdır;
b) səbətlərin sayına görə avtoklavların tipini – şaquli və ya üfüqi olmasını;
          c) sterilləşdirmə texnikasını – əks təzyiqli və ya əks təzyiqsiz, habelə əks təzyiq
sisteminin su və ya hava ilə yaradılması üsulunu seçmək lazımdır.
  Balıq xammalından hazırlanan müxtəlif konserv məhsulları üçün, qablaşdırıldığı
taranın ölçüləri və növü nəzərə alınmaqla sterilləşdirmə formulları, hazırda qüvvədə
olan texnoloji instruksiyalarda göstərilir. Bu məlumatları xüsusi sorğu kitablarından da
əldə etmək olar.
Müasir zamanda balıq xammalından istehsal edilən bir çox   konserv məhsulları
üçün texnoloji əməliyyatların baş vermə müddətini xeyli qısaltmağa və avtoklavların
2


tələb   edilən   miqdarını   kifayət   qədər   azaltmağa   imkan   verən   yüksək   istilikli
sterilləşdirmə rejimləri işlənilmişdir.
Layihənin bir sıra bölmələrini texnoloji əməliyyatların icra mexanizminə   irəli
sürülən   tələblər   nəzərə   alınmaqla   yerinə   yetirirlər.   Texnoloji   əməliyyatların   yerinə
yetirilmə ardıcıllığını, üsul və qaydalarını əks etdirən texnoloji sxemdən asılı olaraq
(şaquli   və   ya   üfüqi),   istehsal   sahəsinin   (binanın)   neçə   mərtəbədən   ibarət   olmasını
müəyyənləşdirirlər.
İstehsal sexlərində, qış mövsümündə mühitin isidilməsi və bu kimi digər vacib
temperatur   hədləri,   həmçinin   xüsusi   kameralarda   xammalların,   yarımfabrikatların   və
hazır məhsulların saxlanması üçün tələb edilən temperatur hədləri, balığın soyudulması
və dondurulması üçün tələb edilən soyuqluq miqdarı qorunub saxlanılır. 
Balığın bəzi istehsal proseslərini tozun, tüstünün və müxtəlif qazların ayrılması
səbəbindən, bir sıra hallarda digər sexlərdən (avtoklav şöbəsi, xuruş bişirmə sexi, tüstü
generator   sexi,   un   üyütmə   sexi   və   s.)   təcrid   edirlər.   İstehsal   əməliyyatlarının
xarakterindən asılı olaraq həm də xüsusi sorucu boru qurğusuna malik yerli və ya bir
neçə sex üçün ümumi olan havalandırma (ventilyasiya) sistemini seçirlər. Belə ki, buxar
– yağ sobalarında balığın qızardılması zamanı  ayrılan su buxarlarını kənarlaşdırmaq
üçün   çətir,   sorucu   borular   və   diflektorlar   şəklində   mövcud   olan   yerli   ventilyasiya
kifayət edir.
Avtoklavlar   və   ya   vakuum   –   buxarlandırıcı   aparatlar   quraşdırılmış   otaqları
ümumi ventilyasiya sistemi ilə təchiz etmək arzu edilən hal sayılır. 
Konserv məhsulları istehsalının bəzi texnoloji prosesləri üçün suyun, əvvəlcədən
təyin   edilmiş   müəyyən   təzyiq   altında   verilməsi   tələb   olunur.   Belə   ki,   avtoklavlarda
(şaquli və ya üfüqi vəziyyətdə quraşdırılmasından asılı olmayaraq) əks təzyiq yaratmaq
və yuyucu maşınların duşxana hissələrində xidmət göstərmək üçün suyun təzyiqi 2 – 3
atmosfer olmalıdır. 
Balıq emalı müəssisələrində olduqca çoxlu miqdarda su istifadə edilir. İstifadə
olunmuş su kanalizasiya şəbəkəsi ilə axıdılır. Kanalizasiya şəbəkəsinin ölçüsü və onun
tipi (bağlı və açıq olması) layihənin texnoloji hissəsini işləyərkən təyin edilməlidir. 
Bu və ya digər sexin döşəmələri üçün materialların seçilməsi böyük əhəmiyyət
kəsb edir. Balıq emalı müəssisələrində həm əsas istehsal sexinin və həm də yardımçı
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə