Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

bina və tikililərin döşəməsi möhkəm, rütubət (su) keçirməyən, sürüşməyən, sanitar emal
üçün asan və əlverişli olmalıdır. 
Binaların daxili və xarici divarlarına olan tələbləri də (üzlük daşlarının, kafelin
vurulma   vacibliyi,   divarların   boyanması,   izolyasiya   olunması   və   s.)   əvvəlcədən
müəyyənləşdirmək lazım gəlir.
Hər bir ayrı – ayrı halda, istehsal prosesinin yanğın təhlükəsizliyini göstərmək
lazımdır. Ekstraksiya tipli yağ – un zavodları, məsələn yanğına qarşı daha təhlükəli
müəssisələr qrupuna aid edilir.
Texnoloji proseslərə irəli sürülən bütün tələbləri layihənin aparatura (avadanlıq),
tikinti, sanitar – texniki, enerji və digər hissələrinin işlənilməsi zamanı mütləq nəzərə
alırlar.
4


MÖVZU  6. AVADANLIQLARIN  SEÇİLMƏSİ  VƏ   
TEXNOLOJİ HESABATI
Balıq  və  su  mənşəli   qeyri –  balıq xammallarını  emal   etmək   məqsədi   ilə
layihələndirilən   texnoloji   istehsal   xətləri   üçün   maşın,   avadanlıq,   aparat   və
qurğuları, istehsal proseslərinin texnoloji sxemləri seçilərkən istinad edilən eyni
qaydalar əsasında seçirlər.
Avadanlıqlar,   xammalın   istehsalatda   minimum   itki   və   tullantılara   malik
olmaqla,   yüksək   keyfiyyət   göstəricilərinə   malik   məhsul   buraxılışını   təmin
etməlidir.   Fasiləsiz   fəaliyyət   göstərən,   quruluşuna   görə   sadə,   asanlıqla   qulluq
göstərmək mümkün olan, elektrik enerjisini, buxarı və soyuğu səmərəli istifadə
edən maşın və aparatlar daha üstün tutulmaqla yanaşı, onların daha geniş miqyasda
tətbiq   edilməsinə   cəhd   göstərilir   ki,   bu   da   müəssisənin   rentabelli   işləməsini
şərtləndirən əsas amillərdən sayılır, məhsulun maya dəyərinin azalmasına səbəb
olur. 
Texnoloji   avadanlıqlar   hazırlanacaq   material   bahalı   və   ya   az   tapılan
olmamalıdır.   Bununla   yanaşı   xammal   və   ya   yarımfabrikatların   paslandırma
xüsusiyyətini   və   avadanlıq   metalının   məhsula   keçmə   mümkünlüyünü   mütləq
nəzərə almaq lazımdır. 
Avadanlıqları  qeyri  – avtomatik,   yarımavtomat   və  tam avtomatik   işləyən
olmaqla   üç   qrupa   ayırırlar.   Daha   tez   –   tez   avtomatik   fəaliyyət   göstərən
avadanlıqlara üstünlük verirlər, belə ki, onlar xeyli kiçik əndazə ölçülərində yüksək
məhsuldarlığa malik olur və minimum işçi qüvvəsi tələb edir. Bu zaman bir neçə
maşın və aparatlardan ibarət olan kompakt işləyən avtomat aqreqatlardan istifadə
etmək daha məqsədəuyğundur. Aqreqatlar az yer tutur, yüksək məhsuldarlıqlıdır və
xidmət zamanı əlverişli olurlar. 
Avadanlığın   tipini   seçərək   onun   məhsuldarlığını   və   sexin   layihə   gücünü
nəzər   alır,   avadanlığın   iş   vaxtına   görə   istifadəsini   və   onun   məhsuldarlığını
yoxlayırlar. Əgər seçilən avadanlığın yüklənməsi kifayət etmirsə, bu zaman onu
daha   sadə   və   az   məhsuldarlığa   malik   avadanlıqla   əvəz   edirlər.   Əsas   istehsal


proseslərində istifadə olunan avadanlıqlardan tam istifadə etmək xüsusilə vacibdir.
Belə avadanlıqlara buxar – yağ sobaları, doldurucular, hermetikləşdirici maşınlar,
sterilləşdiricilər (avtoklavlar), hisləyici kameralar, dondurucu aparatlar və başqaları
aid edilir. 
Avadanlıqları   seçərkən   bir   qayda   olaraq   qida   sənayesi   maşınqayırma
zavodlarının   kütləvi   istehsal   etdiyi   ənənəvi   maşın   və   aparatların   üzərində
dayanmaq məsləhət görülür. 
Tək   –   tək   istehsalı   həyata   keçirilən   və   kütləvi   buraxılmayan   maşın   və
avadanlıqlardan istifadə etmək məqsədəuyğun sayılmır, çünki onların maya dəyəri
xeyli yüksək olur və bu, məhsul istehsalında vahid məhsul fərdinin maya dəyərinin
yüksəlməsinə gətirib çıxarır. Yığım çənləri və avadanlıqlararası çənlər, habelə bəzi
digər vacib sayılan köməkçi avadanlıqlar (məsələn, iki texnoloji avadanlıq arasında
yerləşdirilən transportyorlar) müstəsnalıq təşkil edir. 
Xarici avadanlıqlar xüsusi tapşırıqlarla, təyinatlarına görə sifariş olunaraq
hazırlanır və tətbiq edilir. 
Öz təyinatına görə avadanlıqlar  əsas,  köməkçi  və  nəqletdirici  olmaqla üç
qrupa bölünür. 
Əsas   avadanlıqlara  xammalların,   materialların,   yarımfabrikatların,   hazır
məhsulların   və   habelə   tullantıların   emalı   üçün   tətbiq   olunan   maşınlar   (yuma,
hazırlama,   hermetikləşdirmə),   qurutma,   buxarlandırma,   distilyasiyalı   dondurma
aparatları, avtoklavlar, preslər, sentrifuqalar, filtrlər və başqaları aid olunur. 
Yardımçı  avadanlıqlara –  bilavasitə texnoloji emal  proseslərində iştirak
etməyən   aralıq   çənlər,   qutular,   ölçücülər,   bunkerlər   və   bu   kimi   bir   sıra   digər
avadanlıqlar aid edilir. 
Nəqletdirici avadanlıqlar – xammal, materiallar, yarımfabrikatlar və hazır
məhsulları   daşımaq   üçün   nəzərdə   tutulur.   Onlara   nasosları,   vakuum   nasosları,
şnekləri,   çalovlu   elevatorları,   lentli,   rolikli,   lövhəşəkilli   transportyorları
(nəqletdiricilər),   elevatorları   aid   edirlər.   Yük   və   sərnişin   liftlərini,   yükqaldırıcı
kranları,  avtokarları,  elektrokarları,  qaldırıcı  və  ya  dayanıqlı  platformaya   malik
2


hərəkət edən arabacıqları da eyni zamanda nəqletdirici avadanlıqlar qrupuna aid
edirlər. 
Avadanlıqların   hesablanması,   seçilmiş   texnoloji   istehsal   sxeminə   əsasən
prosesin   gedişinə   görə   müəyyən   ardıcıllıqla   aparılır.   Emal   edilən   xammallar,
materiallar, yarımfabrikatlar və tullantıların miqdarı, məhsul hesabatlarından alınan
məlumatlara görə qəbul edilir. 
Balıq emalı müəssisələrində iki tip avadanlıqlardan istifadə edilir: 
1.
müəyyən   texniki   (həcm,   yüklənmə,   məhsuldarlıq)
xarakteristikaya malik, seriyalarla (kütləvi) istehsal olunan avadanlıqlar; 
2.
layihələndirilən balıq emalı müəssisələri üçün texniki şərtlərə və
çertyojlara   görə   xüsusən   yaradılan,   lakin   seriyalarla   istehsal   olunmayan
avadanlıqlar. 
Həm əsas və həm də yardımçı avadanlıqlar II tip avadanlıqlardan ola bilər. 
Avadanlıqların   hesablanmasını,   müəssisənin   qəbul   olunmuş   layihə   gücü
üçün müəyyən məhsuldarlıqlı avadanlıq vahidinin tipi və daha əlverişli miqdarı
(sayı) qəbul edilməklə həyata keçirirlər. 
Ayrı   avadanlıq   vahidinin   məhsuldarlığı,   vahid   zamanda   emal   edilən
xammalın və ya istehsal edilən hazır məhsulların miqdarına görə, tonlarla (sentner,
kiloqram) və ya ədədlərlə ifadə oluna bilər. 
Seriyalarla   kütləvi   şəkildə   istehsal   olunan   avadanlıqların   seçilməsi   və
hesablanması üçün avadanlıqları, sorğu – kataloqlarda, balıq sənayesi sahəsinin və
ona yaxın olan digər sənaye sahəsi müəssisələrin texnoloji layihə normalarında,
xüsusi texniki – sorğu ədəbiyyatlarında verilən texniki xarakteristikalarına görə
yerləşdirmək vacibdir. 
Seriya ilə istehsal edilən maşın və aparatların miqdarının hesablanması
Maşın və aparatların lazım olan miqdarı aşağıda göstərilən bərabərliklərə
əsasən təyin edilir: 
a) fasiləsiz işləyən avadanlıqlar üçün:
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə