Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

zərərsizləşdirirlər.   Bununla   yanaşı   turşu   və   qələvi   məhlullarının   hazırlanması
proseslərini yerinə yetirir, habelə lazım gələn ekstraksiya materiallarını istehsal
edirlər. 
Hazır məhsulların tərkibinə kənar qatışıqların düşməsindən qaçmaq məqsədi
ilə habelə sous (xuruş), duz məhlulları və bu kimi digər birləşmələri hazırlamaq
üçün lazım olan şöbələri də ayrı – ayrı otaqlarda yerləşdirirlər. 
İstehsalat otaqlarını komponovka edərkən öz aralarında funksional əlaqələri
olan şöbələri yan – yana yerləşdirmək lazımdır ki, xammal və materialların daha
qısa hərəkət yolu təmin edilmiş olsun. 
İstehsal  otaqların  planlaşdırılması  və  bu  otaqlarda  texnoloji  avadanlıq  və
aparatların  yerləşdirilməsi,   qabaqcadan   nəzərdə   tutulan   istehsal   axını   prinsipinə
müvafiq olaraq həyata keçirilir. 
Yarımfabrikatların   xammaldan   hazır   məhsullaradək   qısa   və   ardıcıl
istiqamətləndirilmiş hərəkət prosesi   i s t e h s a l   a x ı n ı   adlanır. 
Lakin   axınlıq   prinsipini   təmin   etmək   üçün   avadanlıqların   düz   xətt
istiqamətində yerləşdirilməsi çox da vacib sayılmır. Maşın və avadanlıqlar sınıq
xətt   şəklində   də   yerləşdirilə   bilər,   amma   bu   zaman   materialın   əks   istiqamətdə
qayıtmaması   şərtinin   ödənilməsi   olduqca   vacibdir.   Müxtəlif  istehsal   sahələrinin
xüsusiyyətlərindən asılı olaraq, istehsal axını   ü f ü q i,   ş a q u l i   və  q a r ı ş ı q
ola bilər. 
Ü f ü q i     i s t e h s a l       a x ı n ı     zamanı materiallar eyni mərtəbəli
(səviyyəli) səthdə bir texnoloji avadanlıqdan digər avadanlığın daxilinə hərəkət
edir.   Belə   istehsal   axınını   bərk   və   səpələnən   materiallar   kimi   xammallarla
işləyərkən   qəbul   edirlər,   bu   materialların   yerini   dəyişdirmək   üçün   isə   lentli
transportyorlardan,   skebberli   nəqletdiricilərdən,   müxtəlif   tip   şneklərdən,
elevatorlardan, vaqonetkalardan, elektrokarlardan və bu kimi digər avadanlıqlardan
istifadə edirlər. 
Balıq emalı müəssisələrində   ü f ü q i   i s t e h s a l   a x ı n ı    konserv
məhsulları istehsalında, balığın duzlanması və hisə verilməsi xətlərində, preslənmə
üsulu ilə yağ – balıq unu istehsalında qəbul olunur. 
2


Ş a q u l i    i s t e h s a l    a x ı n ı    əsas etibarilə mayeşəkilli məhsullarla,
əlaqədar   yerinə   yetirilən   istehsal   proseslərində   qəbul   edilir.   Belə   istehsal   axını
material və xammalların, məsələn, doldurulmamış, boş tənəkə taraların yuxarıdan
aşağıya   doğru   istiqamətlənmiş   fasiləsiz   hərəkətini   nəzərdə   tutur.   Xammal   və
materiallar nasosların köməyindən istifadə etməklə yuxarıya qaldırılır, buradan isə
onların bir aparatdan digərinə sonrakı ötürülməsi öz axını hesabına həyata keçirilə
bilər. 
Şaquli istehsal axınına misal olaraq yağ – balıq unu istehsalını göstərmək
olar. Belə ki, bu zaman unun və yağın alınması üçün ekstraksiya üsulundan istifadə
olunur.   Burada,   ekstraktorda   (ekstraksiya   prosesinin   yerinə   yetirildiyi   aparatda)
alınan “mitsella” filtrlənmək üçün nasos vasitəsi ilə son yuxarı nöqtəyə vurulur ki,
buradan   da,   filtrlənərək   təmizlənmiş   mitsella,   qızdırılmaq   üçün   öz   axını   ilə
müəyyən   istilikdəyişdirici   aparata,   daha   sonra   isə   xüsusi   toplayıcı   tutuma   və
nəhayət buradan da distillə edilmək üçün aşağı son nöqtəyə buraxılır. 
Şaquli   istehsal   axını   zamanı   mərtəbələrin   sayını   azaltmaq   üçün   bir
mərtəbədə qoyulacaq aparatların, həmin mərtəbədə mövcud olan digər aparatlar
üzərində yerləşdirilməsi mümkünlüyünü sınaqdan çıxarmaq lazım gəlir. Əlbəttə ki,
bu   sınaqların   aparılması,   mərtəbənin   hündürlüyünün   işin   icrasına   imkan   verən
hədlər çərçivəsində olduğu halda özünü doğruldur. 
Şaquli   istehsal   axını   zamanı   binanın   yüksək   mərtəbəliliyi,   üfüqi   istehsal
axını ilə müqayisədə artıqlaması ilə kompensasiya edilir. Materialın sonradan öz
axını   ilə   qarışdırılması   şərti   daxilində,   müəyyən   hündürlüyə   bir   dəfəyə
qaldırılması, az sayda nəqletdirici avadanlıqlar və xeyli miqdarda az enerji sərfi ilə
şərtlənir. 
Q a r ı ş ı q   i s t e h s a l     a x ı n ı   səpələnən bərk və maye materialların
emalı zamanı tətbiq oluna bilər (bu zaman bir mərtəbəli binalardan istifadə edilə
bilər). Qida sənayesinin balıq məhsulları istehsalı sahəsində qarışıq istehsal axını
məsələn,   balina   və   treska   balıqlarının   qara   ciyərindən   tibbi   piy   emalı,   balıq
yağlarının   mexaniki   təmizlənməsi   və   rafinadlaşdırılması   zamanı   tətbiq   olunur.
Balığın qara ciyərini emal edərkən, ciyər elevator vasitəsi ilə, xırdalanmaq məqsədi
3


ilə   xüsusi   meydançaya   çatdırılır,   buradan   arabacıqlarla   qiymə   qarışdırıcılarına
daxil   olur   ki,   burada   da   piylə   qarışdırılır   (balina   qara   ciyəri   üçün)   və   nəhayət
hidroliz ediciyə (hidrolizatora) daxil olur. 
Əgər qarışıq istehsal axınını bir mərtəbəli binalarda yerləşdirərlərsə, onda bir
qisim   aparatları   otağın   döşəməsində   quraşdırır,   digər   qisim   aparatları   isə   xeyli
hündürlüyədək yüksəldilmiş özüllər üzərində, stellajlarda, fəhlə meydançalarında,
kronşteynlər üzərinə və s. quraşdırırlar. 
Bütün bunlar materialın öz axını ilə sərbəst ötürülməsini təmin edir. 
Aşağıya   düşmüş   materialın   yenidən   yuxarıya   qaldırılması   mümkün   olan
şərait, istehsal xəttinin axıcılıq prinsipinə mənfi təsir göstərməyərək onu pozmur,
belə ki, son nəticədə material hazır məhsul anbarına doğru hərəkət edir. 
Kütləvi surətdə əl əməyi əməliyyatları istifadə olunan istehsal sahələrində
(məsələn,   konserv   sexində,   duzlama   xəttində,   sortlaşdırma   prosesində,   hazır
məhsul   taraya   düzüldükdə   və   bu   kimi   digər   əməliyyatlarda)   avadanlıqları
planlaşdırarkən əməyin təşkili və uçotu (qeydə alınması) məsələləri mütləq nəzərə
alınmalıdır.   İş   yerlərinin   sayından,   onların   xarakterindən,   əməyin   təşkili   və
uçotundan asılı olaraq, tələb edilən ərazilərin sahələri müəyyənləşdirilir. Bundan
başqa,   materiallar   və   taraların   iş   yerlərinə   verilməsi   üçün   sərbəst   meydançalar
nəzərdə   tutulur,   qablaşdırma   transportyorlarının   olmadığı   hallarda   isə   habelə
xammalın ötürülməsi də nəzərdə tutulur. 
  
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə