Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

Bir sıra hallarda ayrı – ayrı istehsal xətləri öz aralarında əlaqəli olmalı və ya
əksinə,   bir   xətt   ayrı   –   ayrı   axın   xətlərinə   (məsələn,   müxtəlif   çeşidli   balıq
konservləri istehsalı) ayrılmalıdır. 
Maşın və avadanlıqları əsas istehsal sexində yerləşdirərkən baş planın bir
sıra obyektlərini mütləq nəzərə almaq lazımdır. Bu, ilk növbədə əsas və ehtiyat
üçün   nəzərdə   tutulan   giriş   və   çıxışlara,   xammal,   material   və   hazır   məhsulları
saxlamaq   üçün   nəzərdə   tutulan   anbarlara,   bunlara   uyğun   olaraq   isə   məhsul
istehsalının axın istiqamətinə aid edilir. 
Avadanlıqların komponovkası planlaşdırılan zaman həmçinin əməyin təşkili
və uçotu məsələləri də həll olunur. Bu, xüsusilə çoxlu sayda işçilərin (fəhlələrin)
məşğul   olduğu   kütləvi   əl   əməliyyatları   (balığın   hazırlanması,   yerləşdirmə,
sortlaşdırma və s.) üçün vacibdir. Bu məsələlərin həlli zamanı işçi yerlərinin və
onların   tutduğu   sahələrin   vəziyyətini,   inventar   tələbatını   və   başqacəhətləri
müəyyən edirlər. 
Avadanlıqların komponovkası planlaşdırılarkən eyni zamanda xammalların,
yarımfabrikatların,   materialların,   taraların   iş   yerlərinə   ötürülmə   texnikası,   emal
edilmiş   hazır   məhsulların   və   əmələ   gələn   tullantıların   istehsal   sahəsindən
kənarlaşdırılması,  habelə əməyin uçotu metodları nəzərdə tutulur. Bütün bunlar
stolların, transportyorların, qurğu, maşın və avadanlıqların düzgün seçilməsinə və
rasional (səmərəli) yerləşdirilməsinə imkan verir. 
Paralel quraşdırılan axın xətlərində mövcud olan qurğu, aparat, maşın və
avadanlıqların   mərkəzi   oxları   arasındakı   məsafələr,   habelə   divardan
avadanlıqlaradək   olan   məsafə,   keçidlər   və   s.   onların   təyinatına   müvafiq   olaraq
təyin edilir. Yük arabacıqları nəzərdə tutulmayan hallarda keçidlərin 1,8 metr təşkil
etməsi   məqsədi   ilə   paralel   yerləşdirilmiş   iki   istehsal   xəttinin   mərkəzi   oxları
arasındakı məsafə 3 – 4 metr və yük arabacıqlarından istifadə edildiyi hallarda isə
– 2,5 metr qəbul edilir. 
İstehsal xətləri və divar arasındakı məsafə 1,4 metr olmalıdır. 
İstehsal xətlərindəki maşınlar arasında məsafənin tələb edildiyi halda 0,8 –
1,0 metr ölçülü keçid qoyulur. 
4


Avadanlıqları   divarlar   boyunca   yerləşdirdikdə   (əgər   avadanlıqlara   divar
tərəfdən qulluq göstərilməsi nəzərdə tutulmursa), divardan avadanlığa qədər olan
məsafəni   0,4   –   0,5   metr,   əgər   avadanlıqlara   divar   tərəfdən   qulluq   göstərilməsi
nəzərdə tutulursa – 0,7 metrdən az olmayaraq qəbul edirlər. 
Əgər   bu   hal   onlara   qulluq   göstərilməsinə   mane   olmursa,   yardımçı
avadanlıqları meydançalarda və divar çıxıntılarında, divara sıx vəziyyətdə qururlar.
Xəndəkləri elə qazırlar ki, onların kənarı ilə divar arasında olan məsafə 0,5
metrdən az olmasın. 
Nəqletdirici   qurğuların   və   ya   boru   kəmərlərinin   çəkilməsi   üçün   istifadə
edilən  yeraltı  yollar  (lağımlar)  və   estakadalar  0,7  metrdən  böyük  keçidə   malik
olmalıdır. Piyadaların hərəkət etməsi üçün yeraltı yolların eni, bir növbədə 400
nəfərədək adam işləyirsə 1,5 metrdən çox olmalı, növbədə 600 nəfərdən çox insan
işləyirsə, bu göstərici 2,0 metrdən az olmamalıdır. Yeraltı yolların və estakadaların
hündürlüyü, keçid müvəqqəti olduqda 1,9 metrdən az, keçid daimi olduqda isə 2,0
metrdən az olmamalıdır. Eyni ilə bu hündürlükdə avadanlıqlar üçün meydançalar
və bu avadanlıqların altından keçidlər qurulmalıdır. 
Balıq   emalı   müəssisələrinin   əsas   istehsal   sexində   eninə   keçidlər   üçün
istehsal   xətlərində  “qazboynu”  elevatorlardan   istifadə   etmək   olar   ki,   bu   növ
elevatorların bütün texniki göstəriciləri 18 – ci cədvəldə əks etdirilir. Qazboynu
elevatorların   malik   olduqları   quruluş   və   formalar   nəticəsində,   onların   altında
kifayət qədər sərbəst keçid qalır. 
Bəzi xüsusi hallarda, əgər qurğu, maşın və avadanlıqlar sexə daxil olan yolu
müəyyən   qədər   bağlayır   və   keçidi   çətinləşdirirlərsə,   onda   bu   avadanlıqların,
məsələn   transportyorların   üstündən   məhəccərli   aşırma   körpücüklərin   qurulması
məsləhət görülür. Lakin bu körpücükləri, yalnız müntəzəm keçidə ehtiyac olmayan
hallarda tətbiq etmək məqsədəuyğundur. Texnoloji axın xəttində məhsul istehsal
prosesində   açıq   şəkildə   hərəkət   edən   yarımfabrikatların   üstündən   aşırma
körpücüklər qoymaq olmaz, belə ki, bu hal yarımfabrikatların çirklənməsinə gətirib
çıxara bilər. 
5


Torpağın   səthindən   aşağı   səviyyədə   qurulmuş   avadanlıqlar,   arzuedilməz
hallardan qaçmaq məqsədi ilə döşəmədən 0,8 metr hündürlükdə qurulmalı və ya
hasarlanmalıdır. 
Avadanlıqların   böyük   bir   hissəsini   özüllər   üzərində   qururlar.   Planda
özüllərin   forma   və   ölçüləri,   onun   üçün   nəzərdə   tutulan   avadanlığın   forma   və
ölçüləri ilə müəyyənləşdirilir və adətən maşını hazırlayan zavod tərəfindən işlənib
hazırlanır. Özülün qoyulma dərinliyi maşının kütləsindən, onun iş xarakterindən,
maşının titrəmə dərəcəsindən, torpağın möhkəmliyindən və bu kimi bir sıra digər
amillərdən asılı olur. Layihələndirilən zaman, avadanlıqlar altında olan özüllərin
çertyojlarını,   aşağıdakı   şərtlərə   riayət   etməklə   binanın   çertyojları   ilə
əlaqələndirirlər. 
1)
maşınlar və binalar eyni bir özül üzərində durmamalıdır ki, titrəyiş
binaya ötürülməsin; 
2)
maşınların özülünün dibi binanın özülünün dibi ilə eyni səviyyədə
və   ya   ondan   aşağıda   ola   bilər,   amma   binanın   özülünün   altından
yüksəkdə ola bilməz; 
3)
maşınların və binaların özülləri arasında 10 sm – dən az olmayan
məsamə qalmalıdır (bu məsamə qumla doldurula bilər); 
4)
istehsal   otaqlarının   döşəməsini   maşınların   özüllərindən
məsamələrlə ayırmaq lazımdır. 
Özülün döşəmədən yuxarıda qalan hissəsinin hündürlüyü, təyinatından asılı
olaraq seçilir: 

avadanlıqları rütubətdən qorumaq üçün – 200 – 300 mm; 

digər bərkidilmələr üçün – 400 mm; 

öz   –   özünə   axını   təmin   etmək   üçün     (qarışıq   avadanlığın
vəziyyətindən asılı olaraq), az olmayaraq – 500 mm.
Öz – özünə axını və qulluq rahatlığını təmin etmək üçün avadanlıqların bir
hissəsini divara və ya tavana bərkidilmiş meydançalarda quraşdırırlar. Bu zaman
aşağıdakı tələbləri nəzərə almaq lazımdır: 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə