Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ


a)   istehsal   otaqlarını   qaranlıqlaşdırmamaq   məqsədi   ilə   avadanlıqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

a)   istehsal   otaqlarını   qaranlıqlaşdırmamaq   məqsədi   ilə   avadanlıqları
pəncərələr qarşısında yerləşdirməməli; 
b)   meydançalar   aparatlara   qulluq   göstərərkən,   aparatlardan   tavanın
çıxıntılı   hissəsinə   və   ya   çatılaradək   olan   məsafə   1,9   metrdən   az
olmamalıdır; 
v)   meydançalar   hasarla   və   işçilərin   qalxması   üçün   pilləkənlərlə   təchiz
olunmalı,   hasarın   hündürlüyü   0,9   metrdən   az   olmamalıdır.
Meydançalarda avadanlıqlara qulluq göstərmək, onları qismən sökmək
və yumaq üçün yer nəzərdə tutulmalıdır. 
Divarlarda   avadanlıqları   asarkən   pəncərələrarası   və   ya   pəncərəsiz   bütöv
divarlar   istifadə   olunur   (bu   zaman   avadanlıqlar   divarlarda   xüsusi   olaraq
hazırlanmış çıxıntılardan asılır.) 
Avadanlıqlar kompakt olaraq yerləşdirilməlidir. Ehtiyat meydançalar, yalnız
gələcəkdə istehsalı genişləndirmək şərti mövcud olan hallarda nəzərdə tutula bilər.
Kifayət qədər yüksək hündürlüyə malik olan avadanlıqlardan, məsələn, vakuum –
buxarlandırıcı   aparatlar,   ekstraktorlar   və   başqalarından   istifadə   etdikdə,   bütün
binanın hündürlüyünü artırmadan, yerli hündürləşdirmə, yəni yalnız hündürlüyü
yüksək olan avadanlıq yerləşdirilən sahədə tavanın hündürlüyünü artırmaqla, yerli
ucaltma tətbiq edirlər. 
Avadanlıqları düzərək sexə yerləşdirərkən təhlükəsizlik texnikasının bütün
tələbləri yerinə yetirilməlidir. 
Yuxarıda   göstərilən   şərtlər   nəzərə   alınmaqla   bir   otaqda   modellərin
planlaşdırılmasını   qurtararaq,   texnoloji   sxemə   görə   əməliyyatların   ardıcıllığı   və
ayrı – ayrı otaqların funksional əlaqələri nəzərə alınmaqla növbəti otağa keçirlər. 
Bütün   texnoloji   proses   üçün   otaqların   planlaşdırılması   qurtaran   zaman
qapıların   yerləşməsini,   insan   axınının   istiqamətini,   inşaat   konstruksiyalarının
vəziyyətini və sərbəst sahələrin mövcudluğunu bir daha yoxlamaq lazımdır. Bu və
ya digər formada mövcud olan nəzərdən yayınmalar müşahidə edildikdə, dərhal bu
çatışmazlıqların aradan qaldırılmasına çalışırlar. 
7


MÖVZU 10. MƏİŞƏT VƏ ANBAR OTAQLARININ
ƏLAQƏLƏNDİRİLMƏSİ
Balıq   emalı   müəssisələrində   məhsul   istehsalı   ilə   əlaqədar   olan   bütün
sahələrin   komponovkasını   başa   çatdırdıqdan   sonra   məişət   otaqlarının,   habelə
xammal, materiallar və hazır məhsullar saxlanılacaq anbarların əlaqələndirilməsinə
başlayırlar. 
İstehsalat və məişət otaqlarının bir – biri ilə əlaqəli yerləşdirilməsinin həyata
keçirilməsi,   müəssisənin   komponovkasının   ümumi   kompleks   məsələlərinin
tamamilə əhəmiyyətli və vacib halqası sayılır. 
Məişət   otaqlarının   tərkibi   sənaye   binalarının   sanitar   layihələndirmə
normaları ilə reqlamentləşdirilir, bu normalarla da otaqların ölçüləri və sahələri
müəyyənləşdirilir.   Ayrı   –   ayrı   otaqların   uyğun   hesabatlarını   və   ümumi
komponovkasını yerinə yetirərək, onların istehsal otaqları ilə əlaqələndirilməsini
həyata keçirirlər. 
Bu   zaman   nəzərə   almaq   lazımdır   ki,   məişət   otaqları   istehsal   otaqlarına
yaxınlaşdırılmalı və eyni zamanda onlardan təcrid edilməlidir. Bu məqsədlə məişət
otaqlarının   istehsal   sahələri   (otaqları)   ilə   əlaqəsi   dəhlizdən   istifadə   edilməklə
həyata   keçirilir.   Məişət   otaqlarının   mərkəzi   dəhlizlə   ayrılması   daha   əlverişli
olmaqla, həm də daha geniş miqyasda qəbul edilən bir haldır. Nisbətən qaranlıq,
yəni işıqlanması kifayət qədər olmayan sahələri qarderob (paltar şkafı), əl – üz
yuyan, hamam, ayaqyolu və siqaret çəkmək üçün otaqlar kimi ayırır, daha işıqlı
tərəfdə   isə   sex   və   ya   zavod   laboratoriyasını,   inzibati   –   idarəetmə   (müdiriyyət)
otaqlarını, habelə qida qəbul etmək üçün otağı (yeməkxana), tibbi yardım otağını
(tibb məntəqəsi) və südəmər – körpə uşaqları yedizdirmək üçün otağı yerləşdirirlər.
Mərkəzi   dəhliz   bir   tərəfdən   zavodun   əsas   girişi   sayılan   tamburlu   xarici
qapıya   malik   olmalı,   əks   tərəfdən   isə   məişət   otaqlarından   istehsal   sahəsinə
(otaqlarına) keçmək üçün tamburlu daxili giriş qapısı ilə təmin edilməlidir. 


Daxili girişi anbar otaqları ilə birləşdirmək olmaz, lakin bu giriş istehsal
sahələrindən   (sexlərindən,   otaqlarından)   birinə   yaxın   olmalıdır   ki,   buradan   da,
digər bütün istehsal otaqlarından çıxan insan axını sonradan hərəkət edə bilsin. 
10.1. Köməkçi və anbar otaqları
İstənilən hər hansı bir qida məhsulları istehsalını həyata keçirən zavodun, o
cümlədən balıq emalı müəssisələrinin tərkibində xammalların, yarımfabrikatların,
hazır məhsulların, yardımçı materialların, yanacağın, yanğın və partlayış təhlükəsi
olan   materialların,   taraların   və   tara   materiallarının   saxlanılması   üçün   ayrılmış
anbarlar mühüm əhəmiyyət kəsb edir. 
A n b a r l a r ı n       t ə y i n a t ı  – xammalların korlanmasını, habelə
nəzarətsiz   və   qeydsiz   (uçotsuz)   sərfiyyatı   aradan   qaldıran   material   dəyərinin
qorunmasını təmin etməkdir. 
10.1.1. Anbar otaqlarının tərkibi
Balıq   emalı   müəssisələri   profillərindən   asılı   olaraq,   aşağıdakı   anbar
otaqlarına malik olur: 
1.  Xammal  anbarları  –  aqar  zavodlarında,  tibbi  piy  zavodlarında  və  s.
(konserv zavodlarında soyuducular, xammal anbarı sayılır); 
2. Həlledicilər üçün saxlanma yeri (ekstraksiya tipli piy – un zavodları);
3. Köməkçi materiallar (duz, yağ, ədviyyələr, tomat məhsulları, filtrləyici
parça, mis sulfat, perqament kağızı və başqaları) anbarı; 
4. Anbarlar – hazır məhsullar saxlanılan yer; 
5. Yanacaq anbarı (baş planda göstərilir); 
6. Yanğın və partlayış təhlükəsi olan materiallar (ekstraksiya ilə işləyən
zavodlarda benzin və ya dixloretan) anbarı; 
7.   Tara   materialları   və   hazır   tara   (yeşiklər,   çəlləklər,   butulkalar,   şüşə
bankalar  və s.) anbarları. 
10.2. Anbarların tutumunun hesablanması 
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə