Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

Balıq emalı müəssisələri istehsal otaqlarının bir mərtəbəsinin orta hündürlük
ölçüsü aşağıda göstərilənlərə bərabər qəbul edilir: 
soyuducular üçün   .   .   .   .    .   3,0 – 5,0 metr;
duzlama sexləri üçün   .   .   .   .   3,25 – 5,0 metr;
konserv sexləri üçün   .   .   .   .    3,5 – 5,0 metr; 
hisləmə sexləri üçün   .   .   .   .    4,0 – 5,0 metr; 
piy – un sexləri üçün   .   .   .   .    4,0 – 6,0 metr. 
Standart inşaat materiallarından (hissələrindən) istifadə edildikdə ayrı – ayrı
həm  istehsal   və   həm   də   məişət   otaqların,   həmçinin   bütövlükdə   binanın   eni   və
uzunluğu reqlamentləşdirilir. Binanın eni 6 metrdən başlamaqla 3 dəfə, uzunluğu
isə 6 dəfə böyük, yəni eni – (6 ∙ 3 = 18) metr, uzunluğu isə – (6 ∙ 6 = 36) metr
qəbul edilir. 
Binanın   son   konfiqurasiyası,   yalnız   istehsal   otaqlarının   məişət   və   anbar
otaqları   ilə   kompleks   şəkildə   komponovkasından   (tərtibatından)   sonra
aydınlaşdırılır. 
Balıq sənayesi müəssisələrinin binalarının konfiqurasiyası adətən uzanmış
düzbucaqlı   şəklində   olur,   belə   ki,   bu   forma   hər   şeydən   əvvəl   düzxətli   istehsal
axınına daha uyğun gəlir. Lakin, istehsal xətlərinin həddən çox böyük uzunluğu
şərti   daxilində,   bəzən   isə   tikinti   üçün   nəzərdə   tutulan   meydançanın   ölçüləri
ucbatından,  binanı düz bucaq altında bir – birinə uyğunlaşan  iki cinaha ayırır,
bəzən isə hətta üç cinaha ayırırlar. 
Binanın   bütün   tərəflərdən   daxili   qapalı   həyətə   malik   olmaqla
planlaşdırılmasına yalnız müstəsna hallarda icazə verilir. 
Xammalları kompleks emal etdikdə, bir neçə istehsal xəttinin bir blokda,
mərkəzdə   soyuducu   olmaqla   istehsal   otaqlarının   qapalı   planlaşdırılması   ilə
yerləşdirmək mümkündür. Bəzən istehsalın xarakterindən, avadanlıqların miqdarı
və   ölçülərindən   irəli   gələn   səbəblərdən   asılı   olaraq,   istehsal   binalarını   düzgün
olmayan konfiqurasiyalarda və müxtəlif hündürlüklərdə layihələndirmək və tikmək
məcburiyyəti qarşıya çıxır. 
6


Bu   halda,   sonradan   əlavə   edilən   tikililərdə,   xammal   və   yarımfabrikat
anbarları,   məişət   otaqları,   maşın   salonları,   hazır   məhsullar   anbarı   yerləşdirilir.
Binaların   belə   konfiqurasiyası   hisləmə,   konserv   sexləri   və   zavodları   üçün,
yosunların emalı üzrə müəssisələr və digər su mənşəli qeyri – balıq xammallarını
emal edən müəssisələr üçün mümkün sayılır. 
İstehsal sexlərini ayrı – ayrı binalarda yerləşdirərkən onların konfiqurasiyası
sadələşir.   Bu   zaman   inşaat   konstruksiyalarının,   otaqların   işıqlandırılması   və
havalandırılmasının,   taxtapuşlardan   suyun   axıdılması   və   digər   işlərin   bütün
məsələləri asanlıqla həll edilir. 
Lakin bu zaman divarların və özüllərin perimetri, buna müvafiq olaraq isə
tikinti   materiallarına   çəkilən   xərclər   artır;   istehsal   prosesi   binalar   arasında   ara
boşluqlarının yaranması hesabına daha yayılmış olur, istehsal kommunikasiyaları
uzanır, istehsal proseslərinə xidmət göstərmək çətinləşir. 
Göstərilən bütün çatışmazlıqlar sexləri bir binada bloklaşdıran zaman aradan
qaldırılır. Lakin bu zaman ayrı – ayrı sexlərin optimal hündürlüyünün tapılması,
sütun torlarının qurulması, sexlərin işıqlandırılması və digər məsələlərin həlli daha
çətin olur. Bütün bu məsələlər rasional və kompleks şəkildə həll edildikdə kapital
xərcləri xeyli azalır. 
Binaların   mərtəbəliliyi   də,   əhəmiyyətli   dərəcədə   texnoloji   proseslərin
tələbləri ilə təyin olunur. Əksər balıq emalı müəssisələrinin bir mərtəbəli, təsadüfi
hallarda isə iki mərtəbəli binalarda layihələndirirlər ki, hisləmə və konserv sexləri
belələrinə   aiddir.   Adətən   soyuducular   üç   və   daha   çox   mərtəbəli   binalar   kimi
layihələndirilir. 
Otaqların   son   tərtibatı,   onlarda   avadanlıqların   yerləşdirilməsi,   binaların
mərtəbəliliyi və konfiqurasiyası bir neçə variantın müqayisəli qiymətləndirilməsi
yolu ilə təyin edilir. 
10.3. Sexlərin planlarının və kəsiklərinin qrafiki tərtibatı
 
7


Sexlərin   planlarının   və   kəsiklərinin   qrafiki   tərtibatı,   istehsalın
komponovkasının   millimetrlik   kağızda   işlənilmiş   sonuncu   variantı   qəbul
edildikdən sonra çertyoj vərəqində (A–4 vatman kağızında) yerinə yetirilir.
İstehsal sahələrinin hər bir mərtəbəsinin planını, eni və uzunluğu boyunca
kəsiklərini layihənin tərkibinə daxil edirlər. Sexlərin çertyojları 1:100 və ya 1:50
miqyaslarında yerinə yetirilir. Hər bir təkrarlanmayan eninə tikinti kəsikləri 1:50
miqyasına  malik   olmalıdır   ki, inşaat  konstruksiyalarını  kifayət  qədər aydın əks
etdirmək mümkün olsun.
Sexlərin   plan   və   kəsiklərində   birləşdirilmiş   binaların,   məsələn   xammal
meydançalarının və anbarların, tənəkə – banka sexlərinin və digər obyektlərin bir –
birinə bitişdirilməsini göstərirlər.
Çertyojlarda   bütün   əsas   avadanlıqları:   nəqletdiriciləri   (transportyorlar,
elevatorlar,   şneklər,   nasoslar   və   b.),   köməkçi   avadanlıqları   (kompressorlar,
kondensatorlar,   qarışdırıcılar,   ölçücülər   və   b.),   yarımfabrikatları,   yağı,   duzu   və
digər materialları ehtiyatda saxlamaq üçün yığım və ehtiyat tutumlarını (çənlər),
havalandırma   (ventilyasiya),   isitmə,   soyutma   avadanlıqlarını   (hava   vuranlar,
kaloriferlər,   soyuducu   batareyalar   və   b.)   göstərirlər.   Çertyojlarda   həmçinin
ötürücüləri   də   (fırlanma   hərəkətini   bir   yerdən   digər   yerə   ötürən   mexanizmlər)
göstərirlər. İnşaat konstruksiyalarını (divarlar, dayaqlar və s.) çertyojlarda qalın
xətlərlə göstərir və ya ştrixləyirlər.
Avadanlıqları, şərti işarələrdən istifadə etməklə sxematik olaraq göstərirlər.
Avadanlıqların   çertyojunu   çəkərək,   imkan   daxilində   onların   əndazə   ölçülərini,
maşın və aparatların kontur xətlərini və ayrı – ayrı avadanlıq növlərinin həm öz
aralarında və həm də inşaat konstruksiyaları ilə uyğunluğunu göstərmək lazımdır.
Maşınların detallarla təsvirini əks etdirmək, çertyojun kiçik miqyası nəzərə
alındıqda lüzumsuz sayılır.
Kəsiklər   istənilən   istiqamətlərdə   verilə   bilər.   Hansı   avadanlığı   göstərmək
istəyindən   asılı   olaraq,   kəsikləri   birbaşa   və   ya   pilləli   yerinə   yetirirlər.   Eninə
kəsikləri adətən soldan sağa yönəltməklə icra edirlər. Binanın uzunluğu boyunca
kəsiyini   bir   qayda   olaraq   mərkəz   xəttinə   görə   verirlər.   Kəsiklərin   miqdarı   və
8


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə