Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

xarakterini, təkrarlanmalara yol verməməklə, bütün inşaat konstruksiyalarının və
bütün   avadanlıqların   göstərilməsi   şərti   ilə   seçirlər.   Çertyojda   kəsikləri,
proyeksiyaların yerləşdirilməsi qaydalarına müvafiq olaraq yerləşdirirlər.
Planda kəsiklərin xətlərini oxlarla işarələndirirlər. Əgər kəsik xətti sınıqdırsa
(sınıq   xətlə   göstərilirsə),   onda   kəsiyin   dönmə   yerini   bir   –   birinin   davamı   olan
bucaqlarla işarələndirirlər.
Kəsiklərdə,   ön   planda   yerləşdirilən   avadanlıqlar   göstərilir.   Görünüşü   ön
planda yerləşdirilən avadanlıqlarla tamamən və ya qismən örtülən ikinci plan (arxa
plan) avadanlıqları çertyojda göstərmirlər. Əgər kəsik müstəvisi avadanlıq, maşın
və ya aparatdan keçirsə, bu halda avadanlıq, maşın və ya aparata kəsik vermirlər,
onun görünüşünü yandan (böyürdən) və ya qarşıdan baxmaqla göstərirlər.
“Künc ştampı” üçün adətən, çertyoj vərəqinin aşağı sağ küncündə (185 mm
x   55   mm)   yer   saxlayırlar.   Planda   otaqların   və   avadanlıqların   spesifikasiyaları
yerləşdirilir. Avadanlıqların spesifikasiyasına onların adları, maşın və aparatların
sayı daxil edilir. Əgər maşın və ya aparatın spesifikasını diqqətə çatdırmaq lazım
gələrsə eyni tip avadanlıqlar eyni və ya fərqli mövqelərlə işarələndirilə bilər.
Sahələrin (otaqların) spesifikasiyasına istehsal və yardımçı sahələr (otaqlar),
anbarlar və iş əlverişliliyi daxil edilir.
Texnoloji çertyojlarda aşağıda göstərilən ölçüləri qeyd edirlər:
1.   binanın   ümumi   uzunluğu   və   eni   (divarların   mərkəz   oxları   arasındakı
məsafə);
2. aşırımlar (sütunlar) arasındakı məsafə;
3. sexin bütün şöbələrinin daxili ölçüləri (eni və uzunluğu);
4. binanın döşəmədən dam örtüyünün üstünədək olan hündürlüyü;
5.   hər   bir   mərtəbənin   döşəmədən   örtüyədək   olan   hündürlüyü,   döşəmə
səviyyələrinin qeydləri;
6.   yüksək   əndazə   ölçülərinə   (xüsusən   də   hündürlüyə)   malik   avadanlıqlar
üçün dam örtüyündəki çıxıntıların hündürlüyü;
7. özüllərin, dam örtüklərinin, döşəmələrin, taxtapuşların, pilləkən qəfəsinin
və digər inşaat konstruksiyalarının ölçüləri;
9


8. qapı və pəncərə yerlərinin ölçüləri;
9. pəncərə altlığının hündürlüyü və pəncərədən tavanadək olan məsafə;
10. meydançaların və çalaların ölçüləri (uzunluq, en, hündürlük);
11. monorelslərin hündürlüyü, monorels cərgələri arasındakı məsafə və ən
kənar cərgədən divaradək olan məsafə;
12. avadanlıqların yerləşdirilməsi üçün müəyyənləşdirilən ölçülər, məhsul
istehsalı   üzrə axın  xətlərinin  mərkəz  oxları arasındakı  məsafə,  məhsul  istehsalı
üzrə ən kənardakı axın xəttinin mərkəz oxundan divarın mərkəz oxunadək olan
məsafə, ayrıca quraşdırılmış maşın və aparatlardan divara və ya sütunlaradək olan
məsafə.
Çertyojda avadanlıqlar üzərində ölçü göstərmirlər.
10.4. İnşaat hissəsi və sanitar – texniki hissə
Bu hissənin hesabat – izahat yazısında layihələndirilən müəssisə tikiləcək
rayonun   iqlim   şəraitlərinin   təsviri;   minimum,   maksimum   və   orta   temperatur
hədləri,   donmaların   başlanma   və   sona   çatma   müddəti,   küləklərin   gücü   və
istiqaməti, torpağın donma dərinliyi və kimi digər göstəricilər şərh edilir.
Bütün bu məlumatların aylar üzrə, bir il üzrə orta və bir neçə il üzrə orta
qiymətləri   göstərilir.   İqlim   və   meteoroloji   şəraitlərə   görə   materiallar   yaxın
meteoroloji   stansiyaların   məlumatlarına   əsasən   izahlı   şərhlərlə,   cədvəllər   və
qrafiklər şəklində tərtib edilir.
Bu məlumatlardan özüllərin konstruksiyaları seçilərkən, onların doldurulma
dərinliyi   müəyyənləşdirilərkən   istifadə   olunur.   Xarici   havanın   temperaturu
divarların   qalınlığının   seçilməsinə   və   isitmə   sisteminin   hesablanmasına   təsir
göstərir. Küləklərin üstünlük təşkil edən istiqaməti layihənin baş planının tərtib
olunmasında istifadə edilir.
Avadanlığın planlaşdırılması və əsas istehsal, yardımçı və anbar sahələrinin
komponovkası nəzərə alınaraq, binanın konfiqurasiyası, onun əndazə ölçüləri təyin
edilir, sütunların mərkəzlərarası məsafəsi (toru) seçilir.
10


Binanın   seçilmiş   konstruktiv   elementlərinin,   yəni   özüllərin,   sütunların,
blokların,   örtücü   plitələrin,   mərtəbələrarası   örtüklərin,   divar   bloklarının,
arakəsmələrin,   döşəmələrin,   pəncərələrin,   qapıların   və   s.   təsviri   (tip   və   marka)
göstərilir.
Məişət otaqlarının (sahələrin) tərkibi müəyyənləşdirilir və sanitar normalara
uyğun olaraq hesabatı aparılır.
Su təchizatı və kanalizasiya təminatı üçün xüsusi bölmə ayrılır. Bu bölmədə
yeni layihələndirilən və ya qüvvədə olan su təchizatı və kanalizasiya sistemi təsvir
edilir, su təchizatı mənbələri (texnoloji məqsədlərə sərf edilən su və texniki su
üçün ayrıca olaraq) göstərilir. Su təchizatı mənbəyi kimi şəhər su kəməri şəbəkəsi
qəbul edilə bilər, bu şəbəkədən müəssisənin su magistralına iki ötürücü ayırırlar.
Şəhər su kəməri şəbəkəsi olmadıqda və ya bu şəbəkədən müəssisənin su tələbatını
təmin etmək mümkün olmadıqda, müəssisə ərazisində artezian su quyusu vururlar.
Sanitar   mühafizə   zonası   yaratmaq   məqsədi   ilə   su   quyusu,   su   çənləri   və   nasos
stansiyası yerləşən sahələri yaşıllaşdırırlar.
Balıq emalı müəssisələrini çaydan, göldən və ya digər su tutarlarından da su
ilə təminatlandırmaq olar.
Müəssisə ərazisində olan su kəməri magistralını dövrəvi vəziyyətdə qururlar,
yanğın   təhlükəsizliyi   su   kəmərini   isə   qida   məqsədi   üçün   olan   və   ya   istehsal
məqsədli su kəmərinə birləşdirilir.
Su kəməri magistralı üzərində məsafəsi divardan ən azı 5 metr, yoldan isə ən
çoxu 2 metr olan bir sahədə yanğın hidrantları quraşdırırlar. Müəssisənin əsas su
kəməri magistralından baş planda yerləşdirilən ayrı – ayrı obyektlərə su kəməri
ayrılır. Əsas istehsal binasına bir cüt, yəni qoşa su kəməri çəkilir.
Balıq   emalı   müəssisələrinin   bir   çox   obyektləri   texnoloji   və   məişət
məqsədləri   üçün   qaynar   su   tələb   edir.   Suyu,   istifadə   edildiyi   sahədə
qarışdırıcılarda, çənlərdə, qazanlarda və ya digər tutumlarda, qazanxanadan və ya
xüsusi qızdırıcılardan alınan qaynar buxarla qızdırırlar.
11


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə