Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

Xarici su kəməri şəbəkəsini çəkmək üçün əsas etibarilə çuqun və ya polad
borulardan istifadə edirlər. Şəbəkəni torpağın donma səviyyəsindən 0,5 – 0,6 metr
dərinlikdə çəkirlər.
Su   kəməri   şəbəkəsinin   böyük   bir   hissəsini   qurmaqdan   ötrü   təsərrüfat,
istehsalat və yanğın təhlükəsizliyi məqsədləri üçün eyni zamanda xidmət göstərən
daxili su kəmərlərinin birləşdirilmiş sistemini tətbiq edirlər. Daxili su kəmərləri
şəbəkəsini  çəkmək  üçün 150 mm  (hesabata görə) diametrli su – qaz kəmərləri
borularından istifadə edirlər.
Su kəmərini fasiləsiz su istifadə olunan bütün obyektlərə, habelə xeyli çox
miqdarda   su   tələb   edən   avadanlıqlara   (məsələn,   yuma   maşınları,   pörtücülər,
avtoklavlar və s.) çəkirlər.
Avadanlıqları   və   döşəməni   yumaq   üçün   rezin   borular   birləşdirilmiş
kranlardan   gələn   sudan   istifadə   edirlər.   Döşəmələri   soyuq   su   ilə,   yağlı   –   piyli
qalıqlarla çirklənmiş döşəmələri isə 60
0
 S – dək qızdırılmış qaynar su ilə yuyurlar.
Bütün su istehlakçıları, onlarda istifadə olunan suyun keyfiyyətindən asılı
olaraq qruplara bölünür. 
10.4.1. Kanalizasiya
Layihələndirilən   müəssisənin,   şərti   olaraq   təmiz   və   çirkli   kimi   iki   yerə
ayrılan   çirkab   sularının   qısa   xarakteristikası   verilir.   Soyuducu   və   qazanxana
qurğularından, vakuum – buxarlandırıcı qurğu və aparatlardan, distilləedicilərdən,
kondensləşdiricilər   və   digər   avadanlıqlardan   axan   suları   şərti   təmiz   suya   aid
edirlər.   Tualet   (ayaqyolu)   suları,   təsərrüfatda   işlədilən   sular,   hamam   və
əlüzyuyanlardan yığılan sular, habelə istehsalat prosesindən ayrılaraq axan sular
çirkli su kimi qəbul edilir ki, bu növ suyun tərkibində mexaniki hissəciklər və üzvi
qatışıqlar mövcud olur.
Qəbul edilən (və ya müəssisənin yenidən qurulması zamanı qüvvədə olan)
kanalizasiya sisteminin təsviri verilir.
Qida məhsullarını emal edən aparatlardan axan çirkab sularının axıdılması
fasiləli şırnaqla trapdan və ya qıflara malik sifondan həyata keçirilir.
12


Piylə   çirklənmiş   (məsələn,   buxar   –   yağ   sobalarında   işlədilən   su)   çirkab
sularını  əvvəlcə   piy   tutucularından   keçirir  və  yalnız  bundan  sonra   ümumzavod
kanalizasiya sisteminə buraxırlar.
Çirklənmiş su və şərti təmiz su ayrı – ayrılıqda axıdılır.
Çirklənmiş   suları   şəhər   kanalizasiya   sisteminə   axıdırlar.   Şəhərdə
kanalizasiya   sistemi   olmadıqda,   adətən   zavod   ərazisindən   kənarda   təmizləyici
qurğular   –   yəni   durulducu   hovuzlar   və   bioloji   filtrlər   quraşdırmaqla,   xüsusi
kanalizasiya   şəbəkəsi   yaradırlar.   Təmizlənməmiş   çirkab   sularını   ictimai   su
tutarlarını axıtmaq qəti qadağandır.
Balıq   emalı   müəssisələrinin   çirkab   suları   üzvi   maddələrə   malik   olur   və
durulaşdırıldıqdan sonra tərəvəz bitkiləri əkilən torpaqları suvarmaq üçün istifadə
oluna bilər.
Kanalizasiya şəbəkəsi nisbətən kiçik ölçülərə malik olmalıdır. Müəssisənin
ərazisində boruların meylliliyi 0,006 – 0,008 m/m təşkil etməlidir.
Boruları torpağın donmadığı dərinlikdə yerləşdirirlər. Müəssisə ərazisində
kanalizasiya   şəbəkəsi   çəkmək   üçün   çox   vaxt   125   mm   və   daha   böyük   ölçülü
keramik   borulardan   istifadə   edirlər.   Sex   kanalizasiyasını   həyət   kanalizasiyasına
birləşdirmək üçün asfaltlaşdırılmış çuqun borular istifadə olunur. Baş planın ayrı –
ayrı   obyektlərindən   çıxan   boruların   zavod   kanalizasiya   şəbəkəsinə   birləşdirilən
yerlərində   və   döngələrdə   baxış   quyuları   quraşdırırlar.   Kanalizasiyanın   düz   xətt
boyunca olan sahələrində baxış quyuları hər 40 – 50 metrdən bir quraşdırılır.
Balıq   emalı   müəssisələrinin   istehsal   sexlərində   adətən   qapalı   tipli
kanalizasiya   şəbəkəsi   qururlar,  ayrı  –   ayrı   sahələrdə,   məsələn,   balıq   hazırlayan
transportyorların altında, böyük həcmli çənlərin altında və bu kimi digər sahələrdə
açıq tipli kanalizasiya quraşdırıla bilər.
İstehsal   əməliyyatlarından,   avadanlıqların,   döşəmələrin   və   bu   kimi   digər
sahələrin yuyulmasından əldə olunan çirkab suları trapa daxil olur və oradan da
borular vasitəsilə ümumzavod  kanalizasiya sisteminə  axıdılır. Trapların miqdarı
150 m
2
 döşəmə sahəsinə bir trap nəzərdə tutulmaqla hesabatdan müəyyənləşdirilir.
13


Traplar 100 mm diametrə malik olurlar. 0
0
  S – dən kiçik temperaturalı otaqlarda
(dondurucu kameralar, soyuq saxlama anbarları və s.) traplar quraşdırılmır.
10.5. Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi tədbirləri
Balıqçılıq   təsərrüfatlarında   və   balıq   emalı   müəssisələrində   təhlükəsizlik
texnikası  və yanğın təhlükəsizliyi vəziyyətinin yaxşılaşdırılması  birinci dərəcəli
əhəmiyyət   kəsb   edən   məsələlərdən   sayılır.   Bu   tapşırıqların   yerinə   yetirilməsi,
göstərilən   məsələlər   üzrə   bütün   ixtisasların   mühəndislərinin   hazırlanması
keyfiyyətindən və ali tədris müəssisələrində qazanılan nəzəri və praktiki biliklərin
onlar   tərəfindən   istehsal   proseslərində   praktiki   fəaliyyət   zamanı   tətbiq
edilməsindən əsaslı dərəcədə asılı olur. Buna görə də əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi   məsələləri   ali   tədris   müəssisələrində   hazırlanan   mütəxəssislərə
hərtərəfli öyrədilməli və başa salınmalıdır.
Yeni layihələndirilən balıq emalı müəssisələrinin hesabat – izahat yazısında
“Təhlükəsizlik   texnikası   və   yanğın   təhlükəsizliyi   tədbirləri”   adlı   xüsusi   bölmə
işlənilir.   Bu   bölmədə   avadanlıqlar   planlaşdırılarkən   və   istehsal   sexləri
komponovka   olunarkən   çertyojlarda   və   izahat   yazısının   texnoloji   –   hesabat
hissəsində nəzərdə tutulan təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi texnikası
üzrə əsas tədbirlər qısa formada şərh edilir.
Layihədə “Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi” üzrə şərh edilən
işin   həcmi,   verilən   layihə   tapşırığında   göstərilməli   və   layihələndirilən   istehsal
prosesində təhlükəsizlik üzrə konkret tapşırıqların həllini təmin etməlidir.
Yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası   üzrə   ümumi   suallar
kompleksindən 2 – 3 sual texniki hesabatların, sxemlərin çəkilməsinin və layihənin
qrafiki   hissəsində   onların   əks   olunmasının   tətbiqi   ilə   müqayisədə   nisbətən
mürəkkəb işlərə aid olmalıdır.
“Təhlükəsizlik   texnikası   və   yanğın   təhlükəsizliyi   tədbirləri”   bölməsini
hazırlayarkən   normativ   materiallardan,   təhlükəsizlik   texnikası   və   yanğın
təhlükəsizliyi üzrə instruksiyalardan, bu məsələlər üzrə digər rəsmi sənədlərdən,
14


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə