Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

həmçinin işləyən müəssisələrdə istehsal prosesi zamanı əldə edilən yeni praktiki
məlumatlardan istifadə edirlər.
Avadanlıqların,   tikililərin,   qurğuların   və   binaların   təhlükəsiz   istismarını
təmin edən (fərdi qoruyucu vasitələr, xəbərdaredici tablolar, plakatlar və yazılar, əl
ilə   işləyən   yanğın   təhlükəsizliyi   ləvazimatları   və   s.)   təhlükəsizlik   texnikası   və
yanğın təhlükəsizliyi üzrə tədbirlər, balıq emalı  müəssisələri  layihələndirilərkən
qüvvədə olan xüsusi qaydalar, instruksiyalar və nizamnamələrlə tənzimlənir. Ona
görə də tələbələrin tədris planına müvafiq olaraq yerinə yetirdikləri kurs işlərində
bu   məsələlərin   işlənilməsi   nəzərdə   tutulmur.   Layihədə   yalnız   layihələndirilən
müəssisənin   təhlükəsiz   işini   təmin   edən   təhlükəsizlik   texnikası   və   yanğın
təhlükəsizliyi üzrə texniki tədbirlərin işlənilməsi vacib sayılır.
Layihənin   izahat   yazısının   sonunda   təhlükəsizlik   texnikası   və   yanğın
təhlükəsizliyi üzrə istifadə edilən ədəbiyyat siyahısı göstərilir.
Layihənin izahat yazısı və qrafiki hissəsi təhlükəsizlik texnikası və yanğın
təhlükəsizliyi məsələləri üzrə məsləhətçi tərəfindən imzalanmalıdır. Belə bir imza
olmadan   layihələndirilən   balıq   emalı   müəssisələrinin   tikilməsinə   icazə
verilməməlidir.
Balıq   emalı   müəssisələrinin   layihəsində   təhlükəsizlik   texnikası,   sənaye
sanitariyası və yanğın təhlükəsizliyi üzrə aşağıdakı tədbirlər nəzərdə tutulur:
1.   Təhlükəli   zonaların   və   bütün   avadanlıq   növləri   mexanizmlərinin
hasarlanması;
 2. Maşınların, mexanizmlərin, dəzgahların, təzyiq altında işləyən boruların,
qaldırıcı   –   nəqletdirici   qurğuların,   soyuducu   və   kompressor   maşınları   və
qurğularının,   cihaz   və   alətlərin   təhlükəsiz   istismarını   təmin   edən   qoruyucu
qurğular;
3.   Elektrik   cərəyanı   ilə   işləyənlərin   zədələnmə   ehtimalının   qabaqcadan
xəbərdarlığını   təmin   edən   tədbirlər.   Mühafizə   (qorunma)   sxeminin   seçilməsi
(torpaqla   birləşdirmə,   sıfırlaşdırma,   qoruyucu   söndürülmə   və   s.)   və   onun
əsaslandırılması;
15


4.   İstehsal   proseslərinin   avtomatlaşdırılması   və   təhlükəsizlik   texnikası
baxımından onun analizi;
5. Ventilyasiya qurğularının layihələndirilməsi və hesablanması;
6. Elektrik – işıq qurğularının layihələndirilməsi və hesablanması;
7. Məişət otaqlarının layihələndirilməsi və s.
Təhlükəsizlik texnikası üzrə tədbirləri ayrıca olaraq hazırlayırlar (işləyirlər).
İnşaat normaları və qaydalarına müvafiq olaraq aşağıda göstərilənləri yerinə
yetirmək lazımdır:
a) bina materiallarının yanğına dözümlülüyü göstərilməklə layihələndirilən
istehsalın kateqoriyasını təyin etməli;
b)   yaradılan   texnoloji   proseslərin   və   avadanlıqların   yanğın   təhlükəsinin
qiymətləndirilməsini və layihədə nəzərdə tutulan yanğın təhlükəsizliyi tədbirlərini
yerinə yetirməli;
v) seçilmiş havalandırma (ventilyasiya), işıqlandırma və isitmə sistemlərinin
yanğın   dəyərini   qiymətləndirməli   və   təhlükəsizlik   texnikası   və   yanğın
təhlükəsizliyi baxımından onları əsaslandırmalı;
q) yanğın təhlükəsizliyi məqsədi ilə su təchizatını layihələndirməli və yanğın
təhlükəsizliyi üçün lazım olan su sərfinin hesabatını aparmalı;
d)   yanğın   təhlükəsizliyi   keçidlərini,   yolları   və   döngələri,   yanğın   hadisəsi
zamanı insanların və əmlakın çıxarılma yollarını göstərməli;
e)   müəssisənin   baş   planında   istehsal   obyektlərini,   üstünlük   təşkil   edən
küləklərin istiqamətini nəzərə almaqla yerləşdirməli;
j)   avadanlıqları   planlaşdırmalı   və   yanğın   təhlükəsizliyi   texnikasının
tələblərinə uyğun olaraq istehsal, anbar, köməkçi və məişət otaqlarını komponovka
etməli.
16


MÖVZU 11. İSTEHSALA GÖRƏ SƏRF ƏMSALLARI
Balıq   emalı   müəssisələrində   istehsala   görə   sərf   əmsalları   dedikdə   hazır
məhsul vahidi üçün (kiloqram, sentner, ton, və ya min şərti banka, milyon şərti
banka və s.) saatlıq, növbəlik və sutkalıq su, buxar, elektrik enerjisi və soyuğun
miqdarı başa düşülür. 
Bu məlumatlar güc qurğularının gücünün təyin edilməsi, su, buxar, elektrik
enerjisinin sərf qrafiklərinin qurulması, buxar və su kəmərlərinin hesablanması,
hazır məhsulların maya dəyəri kalkulyasiyasının hesablanması və bu kimi bir sıra
digər tədbirlərin həyata keçirilməsi üçün olduqca vacibdir. 
11.1 Buxar sərfinin hesablanması
Balıq emalı müəssisələrində istifadə olunma sahələrinə görə buxar texnoloji,
güc və məişət məqsədli olmaqla, üç qrupa bölünür. 
T e x n o l o j i   m ə q s ə d l ə r l ə   buxardan istilik daşıyıcısı kimi, qaynar
buxardan qatılaşdırma, pörtmə və bişirmə əməliyyatlarını yerinə yetirmək üçün,
istilik sərf edərək işləyən qurğuların qızdırılması (məsələn avtoklavlar) və boru
kəmərlərində tələb edilən təzyiqi yaratmaq üçün istifadə olunur. 
Balıq   emalı   müəssisələrində   istilik   daşıyıcısı   kimi   doymuş   və   ya   az
qızdırılmış 1,5 – 2,0 atmosferdən 10 – 12 atmosferədək (1,5 – 12 bar təzyiqli) su
buxarından   istifadə   olunur.   Əsas   etibarilə   buxar,   xammal   və   materialların
qızdırılmasına sərf olunur.
 İ s t e h s a l   m ə q s ə d l ə r i   üçün buxar sərfini hesablayarkən texnoloji
sxemə görə ardıcıl olaraq, istilik sərf edilən bütün texnoloji əməliyyatlar nəzərə
alınmalıdır. 
Hər   bir   texnoloji   əməliyyat   üçün   ayrıca   olaraq,   hansı   növdə   (qaynaq,
doymuş   və   ya   ifrat   doymuş),   hansı   parametrlərə   malik   olan   və   hansı   müddət
ərzində   buxar   tələbatı   müəyyənləşdirilir   və   bu   tələbata   müvafiq   buxar   sərfi
hesablanır. Buxarla qızdırılan materialın miqdarı, material hesabatı məlumatlarına


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə