Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ


MÖVZU 12. BALIQ  EMALI  ZAVODUNUN  KOMPONOVKASI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

MÖVZU 12. BALIQ  EMALI  ZAVODUNUN  KOMPONOVKASI  
VƏ  BAŞ  PLANI 
Balıq   emalı   müəssisələrində   istehsal   sexlərinin   tərtibatını,   yəni
komponovkasını başa çatdırdıqdan və onların tələb edilən ölçülərini təyin etdikdən
sonra   zavodun   bütün   digər   obyektlərinin   əndazə   ölçülərini   tapır   və   baş   planda
yerləşdiriləcək   bina   və   tikililərin   siyahısını   müəyyənləşdirirlər.   Bundan   sonra
inşaat normaları və qaydaları, habelə sanitar – gigiyenik və yanğın təhlükəsizliyi
normaları   ilə   texnoloji   prosesi   rəhbər   tutaraq,   bütün   obyektlərin   son   tərtibatını
həyata keçirirlər. 
İnşaat   meydançasının   düzgün   seçilməsi   və   orada   bütün   obyektlərin
yerləşdirilməsi   üçün   gələcək   tikinti   ərazisinin   vəziyyət   planına   malik   olmaq
vacibdir. Bu ərazi atmosfer  sularının (yağış, leysan və s.) axını, birbaşa  günəş
şüalanması, təbii havalanma, qrunt sularının durum səviyyəsi və havanın, suyun və
torpağın   istehsal   proseslərindən   zərərli   maddələrlə   çirklənməsi   hallarını   aradan
qaldırmaq məqsədilə bəzi tədbirlərin həyata keçirilməsi baxımından bütün sanitar -
gigiyenik tələbləri tam təmin etməlidir. 
Baş planı tərtib edərkən, imkan daxilində onu təşkil edən obyektləri ümumi
binalarda yerləşdirmək lazımdır ki, ayrıca korpusların (binaların) sayı nisbətən az
olsun.
Ayrıca binalar nə qədər az olarsa, tikintinin dəyəri bir o qədər aşağı olar və
inşaat   meydançası   daha   səmərəli   istifadə   edilər.   Bundan   başqa,   baş   planın
obyektlərini kompleks yerləşdirdikdə kommunikasiya xətlərinin uzunluğu azalar.
Bloklaşdırma məsələlərini həll edərək, ayrı – ayrı binaların və tikililərin yanğın
təhlükəsizliyini, həmçinin sanitar – gigiyenik tələbləri nəzərə alırlar. 
Binalar və tikililər yerləşdirilərkən sərbəst keçid imkanları, habelə yaşıllıq
zonası  diqqət  mərkəzində  saxlanılmalıdır.  Balıq   emalı   müəssisələri   üçün  tikinti
altında qalan sahələr, müəssisənin ümumi sahəsinin 25 – 35 % – ni təşkil edir. Baş
plan   obyektlərinin   sadə,   düzbucaqlı   formada   olması   daha   məqsədəuyğun   və
iqtisadi cəhətdən daha əlverişli sayılır. 


Baş plan obyektlərini yerləşdirərkən çalışırlar ki, balıq emalı müəssisəsində
kommunikasiya xətləri (qovşaqları) minimum uzunluğa malik olsun. Əsas yük və
insan axınları bir – biri ilə kəsişməsin. 
Baş   planın   qurulması   digər   sənaye   obyektlərini   və   yaşayış   –   məişət
binalarını, həmçinin əsas nəqliyyat magistrallarını rayon planlaşdırılmasının sxemi
ilə uyğunlaşdırır. 
Balıq emalı müəssisələri kənd, qəsəbə və ya şəhərlərə nəzərən külək əsən
tərəflərdə yerləşdirilməlidir. 
Müəssisələrlə  yaşayış sahələri arasında, əhalini istehsal prosesləri zamanı
ayrılan zərərli maddələrdən (qaz, tüstü, toz, his, qoxu və s.) qorumaq məqsədi ilə
sanitar – mühafizə zonası yaradırlar. 
İstehsalın   zərərliliyindən   asılı   olaraq   sənaye   müəssisələrini   əsas   5   sinfə
bölürlər. Balıq emalı müəssisələri 2 – 5 – ci siniflərə aid edilir: 
II sinif – dəniz canlılarından piyin (yağın) əridilərək istehsalı ilə məşğul
olan zavodlar (sanitar – mühafizə zonasının eni – 500 metr); 
III sinif – balıq vətəgələri (sanitar – mühafizə zonasının eni – 300 metr); 
IV sinif – yağ – un sexləri olan balıq konservləri və balıq filesi (sümüksüz
ağ ət) zavodları, balıq kombinatları (sanitar – mühafizə zonasının eni – 100
metr);
V sinif – konserv və hisləyici zavodlar (sanitar – mühafizə zonasının eni –
50 metr). 
Balıq   emalı   müəssisələrini   şəhərin   (yaşayış   məntəqəsinin)   kənarında
yerləşdirdikdə,   sanitar   mühafizə   zonasının   eni,   yerli   hakimiyyət   orqanları   ilə
razılaşdırmalara müvafiq olaraq müəyyənləşdirilir. 
Sanitar   –   mühafizə   zonalarında   yardımçı   və   xidmət   təyinatlı   binaları,
məsələn   yanğın   təhlükəsizliyi   deposu,   mühafizə   otaqları,   avtomobil   qarajları,
yardımçı materiallar üçün anbarlar, hamamlar, camaşırxanalar, yeməkxanalar, tibb
məntəqəsi və bu qəbildən olan digər binaları tikmək olar. 
Balıq   emalı   müəssisələrinin   ərazisində   yaşayış   binalarının   tikilməsi
yolverilməz hal sayılır. 
2


Layihələndirilən balıq emalı zavodunun fasadı yaşayış qəsəbəsinə və ya əsas
nəqliyyat magistralına (yol, çay, dəniz və s.) tərəf olmalıdır. Zavodun üz tərəfində
anbarların,  təmir   emalatxanalarının,   qazanxanaların   və  bu   tipdən  olan   binaların
tikilməsi məsləhət deyil. 
Balıq emalı müəssisələrinin baş planını komponovka (tərtib) edərkən əsas
istehsal proseslərindən və digər sahələrdən ayrılan çirkab sularının öz axını ilə asan
axıdılmasını   və   olduqca   az  torpaq   işlərini   təmin   edən   ərazinin   relyefini   nəzərə
alırlar. 
Baş planın obyektlərini yerləşdirərkən çoxillik müşahidələrə əsasən ilin isti
dövrlərində orta əsim istiqamətlərinə görə qəbul edilən hökmranlıq edən küləklərin
istiqamətini mütləq nəzərə almaq lazımdır. 
Qazanxananın   tüstü   borusu,   dəmirçixanaya   malik   mexaniki   emalatxana,
hisin,   tüstünün,   xoşagəlməz   qoxunun   ayrılması   ilə   əlaqədar   olan   hisləmə
istehsalının,   yağ   –   un   sexlərinin   və   digər   obyektlərin   tikilməsini   küləklənən
tərəflərdə həyata keçirmək lazımdır. 
П və ya Ш – şəkilli tikilmiş binalar arasındakı daxili həyətləri paralel və ya
hökmranlıq   edən   küləklərə   nəzərən   0   –   45
0
  -   li   bucaq   altında   yerləşdirmək
lazımdır,  bu  zaman   həyətin tikinti  olmayan  hissəsi  hökmranlıq  edən  küləklərin
daha çox əsən tərəfində olmalıdır.
Binaların   hər   tərəfdən   həyətlərlə   qapanmış   halda   qurulmasına,   aşağıdakı
şərtlərə   riayət   etməklə   texnoloji   və   ya   planlaşdırılmış   mülahizələrə   görə   icazə
verilir:
a)   həyətin   daha   kiçik   tərəfi   ətraf   həyətlərdəki   binaların   ən   yüksəyinin
ikiqat hündürlüyündən böyük olmalıdır;
b) həyətin küləklənməsi təmin olunmalıdır;
v) belə binaların altından ikitərəfli keçidlərin eni 4 metrdən çox olmalı,
hündürlüyü isə 4,5 metrdən az olmamalıdır. 
İşıqlandırma   pəncərədən   olduğu   halda,   paralel   yerləşdirilən   iki   bina
arasındakı məsafə, qarşı – qarşıya duran binalardan birinin yerdən karnizədək olan
hündürlüyündən az olmamalıdır. 
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə