Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

Binalar arasında buraxılabilən ən kiçik məsafə – 12 metr olmalıdır.        
12.1. Balıq emalı  müəssisələrinin baş planının əsas obyektləri
 Baş planın əsas obyektləri aşağıdakılardır:
1. İstehsal sexləri, xammal və yarımfabrikatların qısamüddətli saxlanması
üçün xammal meydançaları, zavod laboratoriyası, məişət otaqları, mexaniki –
təmir   emalatxanası,   sex   anbarları   və   kontorlar,   soyuducu   qurğuların   maşın
şöbəsi, sexin hazır məhsul anbarı yerləşdirilən baş (əsas) korpus;
2.   Hazır   məhsullar   və   yarımfabrikatlar   (konserv,   hisləmə   zavodları   və
balıq kombinatlarında hazır məhsullar, xammal və yarımfabrikatlar üçün anbar
kimi   soyuducular   istifadə   oluna   bilər),   materiallar,   tənəkə   və   çəllək   tara
anbarları   daxil   olan   anbar   korpusu   (və   ya   bir   neçə   korpus).   Duzlama
zavodlarında ayrıca və ya digər anbarlarla birgə (blokşəkilli) anbar və ya duzun
saxlanması  üçün  xüsusi   meydança hazırlayırlar.   Kiçik zavodlar  və  ya  ayrıca
sexlərdə bütün anbarlar baş korpusla birləşdirilə bilə;.
3 Zavod idarəsi, nəzarət – buraxılış məntəqəsi, yeməkxana və ona xidmət
göstərən otaqlar, tibb məntəqəsi, habelə bəzi hallarda məişət otaqları da daxil
olan inzibati – təsərrüfat korpus;.
4.   Xammal   və   hazır   məhsullar   üçün   yeşiklərin   hazırlanması   həyata
keçirilən, habelə çəlləklərin hazırlanması və təmiri həyata keçirilən talvarlı tara
sexi;
5. Yanacaq saxlamaq üçün meydançaya malik qazanxana.
Göstərilən obyektlərdən başqa baş planda avtomobil tərəzilərini, avtomobil
qarajlarını,   bəzi   hallarda   isə   hətta   yanğın   təhlükəsizliyi   deposunu,   yağlayıcı
materiallar və maye yanacaq anbarını, transformator yarımstansiyasını, dövriyyədə
olan taranı saxlamaq və hazırlamaq üçün meydançanı, zavodu su ilə təchiz edən
tikili   və   qurğuları   (su   rezervuarı,   nasos   stansiyası,   artezian   quyusu,   su   təzyiqi
yaradan qüllə, duz hasilatı qurğusu, çiləyici hovuz və s.), kanalizasiya şəbəkəsinə
xidmət göstərən qurğuları (çəkib – vurma stansiyası) da yerləşdirirlər. 
4


Balıq emalı  müəssisələrinin baş planının əsas obyektlərini və onların baş
planda yerləşdirilməsini nəzərdən keçirək.    
12.1.1. İstehsal sexləri                    
Baş (əsas) korpusda yer tutan istehsal sexlərini bir qayda olaraq xammal,
yarımfabrikatlar anbarı və ya gəminin yan alması üçün qurulmuş körpü (xammal
dəniz və ya çaydan daxil olan zaman), zavodun hazır məhsul anbarı, tara, duz
anbarı və s. kimi obyektlərin yanında, onlara bitişik halda yerləşdirirlər. 
Baş   planda   istehsal   axını   ilə   əlaqədar   olan   bir   neçə   istehsal   sexini
planlaşdıran zaman onları elə yerləşdirirlər ki, aralarında ən yaxın əlaqə olsun və
istehsal axını geriyə hərəkət etmədən və kəsişmədən həyata keçsin.
Tənəkə banka sexi. Tənəkə bankalar balıq konservləri üçün əsas tara növü
sayılır. Tənəkə bankaları, bu müəssisənin yaxınlığında yerləşən bir neçə konserv
zavoduna xidmət göstərən ixtisaslaşdırılmış müəssisələrdə istehsal etmək məsləhət
görülür.   Bununla   yanaşı,   boş   tənəkə   taranı   xeyli   uzaq   məsafələrə   daşımaq,
nəqliyyatdan pis istifadə sayəsində əlverişsiz olur. 
Buna   görə   də   tənəkə   banka   sexlərini   adətən,   onları   baş   korpusla
bloklaşdıraraq konserv zavodunun ərazisində tikir və ya bilavasitə rahat nəqliyyat
əlaqəsi yaratmaqla onun yaxınlığında yerləşdirirlər. 
Tənəkə   banka   sexində   tənəkə   və   tənəkə   tara   anbarları,   tənəkəni   və   ya
bankanı laklamaq üçün şöbə, bəzən də litoqraf şöbəsi yerləşdirirlər. 
Belə ki, tənəkə adətən dəmir yolu nəqliyyatı vasitəsilə çatdırılır, məhz buna
görə də tənəkə anbarını dəmir yolu qolunun yaxınlığında yerləşdirmək məsləhətdir.
Tənəkə anbarını və tənəkə banka istehsalı üzrə axın xəttinin ilkin hissəsini
(qayçılar,   preslər)   tikilmiş   binanın   birinci   mərtəbəsində   yerləşdirmək   məsləhət
görülür, axın xəttin qalan hissələri, habelə tənəkə bankaları saxlamaq üçün anbar
binanın   ikinci   mərtəbəsində   yerləşdirilə   bilər   ki,   bu   zaman   taranın   birinci
mərtəbəyə   və   ya   əsas   istehsal   sexinə   göndərilməsi   üçün   xüsusi   transportyor
növlərindən istifadə olunur. 
5


Tənəkə tara anbarının yerləşdirilməsini istehsal sexlərinin düzüb – doldurma
şöbələri ilə yanaşı həyata keçirmək lazımdır. 
Ağac   taraları   hazırlamaq   və   təmir   etmək   üçün   sex.  Ağac   taraları   da
tənəkə   taralar   kimi,   mərkəzləşdirilmiş   halda   xüsusi   müəssisələrdə   hazırlamaq
olduqca müsbət nəticələr əldə etməyə imkan verər. Lakin boş taralar daşınarkən
nəqliyyatın  istifadəsi   səmərəsiz   sayılır,  buna  görə  də  ağac   taraları  (xüsusilə   də
yeşikləri)   balıq   emalı   müəssisələrində   yeşik   komponentlərindən   və   çəlləkləri
xüsusi çəllək taxtalarından hazırlayırlar. 
Bunun üçün tara hazırlamaqdan savayı dövriyyədə olan taraların təmirini də
həyata  keçirən   tara   sexləri   layihələndirilir.  Bu   sexlərin   fəaliyyəti  yeşiklər  üçün
yeşik   komponentlərini   və   çəlləklər   üçün   çəllək   taxtalarını   saxlamaqdan   ötrü
anbarların, taraların hazırlanması və təmir edilməsi üçün emalatxanaların və hazır
taraları saxlamaq üçün anbarların və ya talvarların mövcudluğu ilə şərtləndirilir. 
Sexlər tələb edilən yeşiklərin 50 % – nin hazırlanmasına hesablanır. Anbarın
yeşik komponentləri və çəllək taxtaları üçün tutumu mövsümün ən pik zamanında
taraya olan aylıq tələbat nəzərə alınmaqla hesablanır. 
1 m
2
 döşəmə sahəsinə, keçidlər də nəzərə alınmaqla 1,5 m
3
 yeşik komplekti
və   çəllək   taxtası   yerləşdirmək   mümkündür   ki,   bu   da   müvafiq   standart
normativlərlə tənzimlənir. 
Emalatxananın   sahəsi,   burada   işləyəcək   işçilərin   sayı   nəzərə   alınmaqla,
avadanlıqlar yerləşən sahəyə əsasən hesablanır. Köməkçi sahə istehsal sahəsinin 15
– 20 % – dək hissəsini təşkil etməlidir. 
Hazır taralar üçün anbarlar və ya talvarlar, taraya olan sutkalıq tələbatı tam
təmin etməlidir. 
Yanğına qarşı təhlükəliliyi əsas tutularaq ağac taralar hazırlamaq üçün olan
sexi, yanğınsöndürən maşınların bu sexə sərbəst yaxınlaşmasını təmin edən ayrı
binalarda yerləşdirirlər. Sex, hazır məhsullar sexi adlanan əsas tara istehlakçısı ilə,
məhsulları   yığışdırmaq   üçün   çəllək   və   yeşiklər   istifadə   edilən   sexlərlə,   habelə
yeşik komplektləri və çəllək taxtaları çatdırılan dəmi yolu qolu ilə ərazicə əlaqədar
olmalıdır. 
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə