Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

Dövriyyədə olub qayıdan taraları (xüsusilə çəlləkləri) saxlamaq üçün balıq
emalı müəssisələrində xüsusi meydança nəzərdə tutulur.
12.1.2. Anbar otaqları
Xammal   və   yarımfabrikat   anbarları. 
Balıq   xammalını   və
yarımfabrikatları növbə və ya sutka ərzində qısamüddətli  saxlamaq  üçün lazım
olan     meydançalar   bilavasitə   istehsal   sexlərinin   yaxınlığında,   istehsal   axınının
başlanğıcında nəzərdə tutulur. 
Konserv məhsulları, qaynar hislənmiş balıq və kulinar (mətbəx) məmulatları
istehsalı üçün təzə ovlanmış və ya dondurulmuş balıq ilkin xammal kimi istifadə
oluna   bilər.   Zavodda     soyuducu   mövcud   olduğu   halda   vacib   sayılan   xammal
ehtiyatlarını   bu   soyuducunun   kameralarında   saxlayırlar.   İstehsal   korpusunun
tərkibində   soyuducu   olmadıqda,   xammalı   soyuq   halda   saxlamaq   üçün   şöbəni
(anbarı) və soyuducu avadanlığı yerləşdirmək məqsədi ilə maşın şöbəsi nəzərdə
tuturlar.   Anbarların   tutumu,   xammalın   qəbul   dinamikasından,   istehsalın   layihə
gücündən,   buraxılabilən   saxlanma   müddətindən,   anbarın   1   m
2
    sahəsinə   düşən
yükdən və yuxarıda göstərilən formalardan asılı olaraq teyin edilir. 
Balıq xammalını soyudulmuş halda saxlamaq üçün optimal istilik –2...+ 2
0
C, dondurulmuş halda saxlamaq üçün isə mənfi 10
0
  C – dək təşkil edir. İçalatı
çıxarılmamış balığın soyudulmuş vəziyyətdə saxlama davamiyyəti 2 sutkadan çox
olmamalı, içalatı çıxarılmış balığı isə 10 – 12 sutkayadək saxlamaq olar. Yüklənmə
1m
2
 sahəyə 300 – 400 kq təşkil etməlidir. (– 10)...( – 25)
0
 C temperatura və 95 %
və daha yüksək nəmliyə malik saxlama kamerasında dondurulmuş balıq, balığın
növündən və yaş və ya quru dondurulma üsulundan  asılı olaraq 2 aydan 9 ayadək
saxlana bilər. Kameranın 1m

həcminə düşən yük 300 – 500 kq donmuş balıq təşkil
edir.
Balıq emalı zavodlarında tam emal olunanadək duzlanmış yarımfabrikat və
soyuq   hisləmə   məhsullarını   saxlamaq   üçün   temperaturu   (–   2)...(   –   8)
0
  C   olan
soyuducu   kameradan   istifadə   edir   və   ya   yarımfabrikatı   saxlamaq   üçün   xüsusi
anbarlar layihələndirirlər.
7


Yağ   –   un   zavodlarında   xammalı   qısa   müddət   ərzində   (2   sutkadan   çox
olmayaraq)   saxlamaq   üçün   baş   korpusda   xammal   meydançası   layihələndirilir.
Duzlanmış və ya konservləşdirilmiş xammalların uzunmüddətli saxlanılması üçün
ayrıca mexanikləşdirilmiş anbarlar layihələndirilir.
Hazır məhsul anbarları. Qısa müddət ərzində (1 – 2 sutka) saxlamaq üçün
hazır məhsul anbarlarını baş korpusda, istehsal axınının   sonunda yerləşdirirlər.
Hazır məhsulları daha uzun müddət ərzində saxlamaq məqsədi ilə zavod anbarı
layihələndirilir. 
Bu anbar istehsal korpusu   ilə bir blokda və ya çox da böyük   olmayan
əndazə   ölçülərinə   malik   ayrıca   bina   şəklində   planlaşdırılır   ki,   bunun   da   əsas
istehsal sexi ilə qısa və əlverişli əlaqələri (asfalt yollar, transportyorlar   və digər
nəqliyyat vasitələri olan yeraltı tunellər) mövcud olmalıdır.
            Anbarın sahəsini hazır məhsulların saxlama normalarını nəzərə almaqla
hesablayırlar. Saxlama normalarının orta hədləri aşağıdakı kimi ola bilər: 
Saxlama normalarını, layihələndirilən müəssisənin istehlakçılarla nəqliyyat
əlaqələrindən və istehsal edilən məhsulların təyinatından asılı olaraq böyük və ya
kiçik tərəflərə çəkərək təshih etmək (düzəltmək) olar. 
Hazır   məhsullar   anbarını   əsasən   bir   mərtəbəli   olmaqla   zirzəmisiz
layihələndirirlər. Anbarın hündürlüyü məhsulların düzülmə (cərgələnərək yığılma)
hündürlüyündən   asılı   olaraq   müəyyənləşdirilir.   Ştabel   düzücülərindən   istifadə
edərək, möhkəm taraya (yeşiklər, çəlləklər və s.) malik hazır məhsulları 5 metr
hündürlüyə qədər yığmaq olar. 
Məhsulları   elektrokarların,   avtoyükləyicilərin,   ştabel   düzücülərin   hərəkət
imkanları   təminatlandırılmaqla   ümumi   zal   otaqda   saxlayırlar.   Bu   məqsədlə
anbarları   asfalt   döşəməyə   malik   geniş   binalarda   yerləşdirirlər.   Anbarlara   qapı
keçidləri 1,8 metrdən az olmayan enliyə və 2,3 metrdən az olmayan hündürlüyə
malik olmalıdır. 
Qış   mövsümündə   donmaqdan   ehtiyatlanan   məhsul   (məsələn   konserv
məhsulları) saxlanılan anbarları verilən saxlama temperaturunadək qızdırırlar ki,
bu hədlər də 
0
 C ölçü vahidi ilə aşağıda göstərilir:
8


duzlaşmış balıq üçün   .   .   .   .   .   .   .   .   0 – (–8);
duzlaşmış kürü üçün   .   .   .   .   .   .   .   .   .(+2) – (–5);
soyuq halda hislənmiş balıq üçün   .   .   .   .(+2) – (–2);
qaynar halda hislənmiş balıq üçün   .   .   .   (–1) – (+2);
çəlləklərdə balıq marinadları üçün   .   .   .   .0 – (–2);
bankalarda preservlər üçün:
1 ayadək qısa müddətli saxlama zamanı .   .  0 – (+4);
uzun müddətli saxlama zamanı   .   .   .   .   .  0 – (–5);
bankalarda konservlər üçün   .   .   .   .   .   .   .0 – (+15).
Müxtəlif növ balıq məhsullarının saxlanma norması 1 – ci (29) cədvəldə
göstərilir.                                                               Cədvəl 1 (29) 
Sıra

Məhsul növləri
Saxlanma
norması (gün)
1
2
3
4
5
6
7
8
9
10
11
12
Yağda şprotlar   .   .   .   .   .   .  
Yağda sardinalar   .   .   .   .   .  .
Yağda konservlər   .   .   .   .   . 
Tomat sousunda konservlər   .
Natural konservlər   .   .   .   .   .
Bankalarda preservlər   .   .   .  .
Duzlanmış balıq   .   .   .   .   .   .
Soyuq halda hislənmiş balıq   .
Qaynar halda hislənmiş balıq  .
Yem unu   .   .   .   .   .   .   .   .  .
Texniki yağ   .   .   .   .   .   .   .  .
Tibbi və qida yağı   .   .   .   .   . 
50
45
15 gündən çox
15
15
60
15
7
Normalaşdırılmır
30
30
15
Hazır məhsulların  vaqonlara rahat yüklənməsi  üçün anbarlar bir tərəfdən
dəmir   yolu   qoluna   yaxın   olmalıdır.   Dəmir   yolunun   uzunluğu   boyunca   6   metr
enliyə malik platforma (üstü bağlı platforma daha yaxşı nəticə verir) qururlar. 
  Platforma   ilə   vaqonun   döşəməsi   eyni   səviyyədə   qurulduqda,   vaqonların
daha rahat yüklənməsinə nail olmaq mümkündür. Lakin bu zaman tikinti işlərinin
həcmi kəskin artır, belə ki, platforma anbar döşəməsi ilə eyni səviyyədə olmalıdır.
9


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə