Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

Zavod laboratoriyasını əsas istehsal korpusunda, hazır məhsullar anbarının
və sexlərin yaxınlığında yerləşdirmək daha yaxşı nəticələr verər. laboratoriya digər
bütün əsas otaqlardan ayrı olmalıdır, onun zavod ərazisində ayrıca giriş qapısına
malik olması arzuedilməzdir. 
12.1.4. Məişət otaqları 
Məişət  otaqlarının tərkibi istehsal  proseslərinin  sanitar xüsusiyyətlərindən
asılıdır.   Bu   əlamətə   görə   istehsal   proseslərini   dörd   qrupa   bölürlər.   Qida
məhsullarının   emalı   ilə   əlaqədar   olan   müəssisələrdə,   o   cümlədən   balıq   emalı
zavodlarında yüksək keyfiyyətli məhsul istehsal etmək üçün xüsusi sanitar rejim
tələb olunur. Bu müəssisələr dörd qrupa aid edilir. 
Bu qrup müəssisələrin məişət otaqlarının tərkibinə əlüzyuyan, duşxana və
qarderoba malik sanitar profilaktika məntəqəsi, konserv zavodlarında isə habelə
xüsusi otaqlar: tibbi nəzarət otağı (tibb məntəqəsi olmadıqda) və manikür otağı da
daxil olur. 
Əksər balıq emalı müəssisələrində qadın işçilər üstünlük təşkil edir. Buna
görə də sanitar profilaktika məntəqəsini hesablayarkən, qadınların sayını işçilərin
ümumi sayının 70 % – dən az olmayan miqdarını qəbul edirlər. 
İş paltarlarını asmaq üçün qarderob çıxılmaqla məişət otaqlarının hesabatını
ən böyük növbədə işləyən işçilərin 90 % – nə görə aparmaq lazımdır. 
Qarderoblar küçə və ev paltarları üçün ayrıca, iş paltarları üçün ayrılıqda
layihələndirilir. 
Paltarları saxlamaq üçün aşağıdakılar tətbiq oluna bilər:
a) örtülən şkaflar və asılqanlar (örtülü üsul);
b) açıq şkaflar və asılqanlar (açıq üsul):
c) asılqanlarla eyni zamanda örtülü şkaflar (qarışıq üsul).
Bir   qayda   olaraq   bütün   növbələrdə   işləyənlərin   sayına   görə   qarderobda
yerlərin   sayı   hesablanan   zaman   paltarların   örtülü   saxlanma   üsulundan   istifadə
edirlər. Hər bir işçiyə küçə və ev paltarları üçün bir ədəd iki gözlü şkaf və iş
paltarları üçün bir ədəd bir gözlü şkaf nəzərdə tutulur. İki gözlü şkafın ölçüləri
13


aşağıdakı kimidir (metrlə): dərinlik – 0,50; en – 0,33; hündürlük – 1,65; bir gözlü
örtülü şkaf: dərinlik – 0,50; en – 0,25; hündürlük – 1,65. 
Örtülü   şkafların   arasındakı   keçidin   enliyi   1,0   metrdən   az   olmayaraq
müəyyənləşdirilir.   Şkaflarda   oturacaqların   qoyulduğu   halda   enliyi   1,5   metrdən,
skamyaların qoyulduğu halda 1,7 metrdən (şkaflar cərgəsinin uzunluğu 5 metrədək
olduqda), daha böyük uzunluqlarda isə  2,0 metrdən  az olmayaraq  qəbul edilir.
Qarderoblarda keçidlərin eni 0,7 metrdən az olmayaraq qəbul edilir. 
Paltarların   açıq   üsulla   saxlanması   zamanı   ev   paltarları   üçün   qarderobda
yerlərin sayını, aralarındakı fasilə 30 dəqiqədən az olan iki daha çoxsaylı qarışıq
növbələrdə işləyənlərin sayına görə hesablayırlar.
İş   paltarları   üçün   qarderobdakı   yerlərin   sayını   zavodun   maksimum
yüklənməsi zamanı bütün növbələrdə işləyənlərin sayına görə qəbul edirlər. 
Bir işçiyə küçə paltarı üçün asılqanda bir qarmaqcıq, ev paltarı üçün bir açıq
şkaf   və   iş   paltarı   üçün   bir   açıq   şkaf   nəzərdə   tutulur.   Asılqanı   döşəmədən
qarmaqcığa qədər olan 1,55 metr hündürlükdə yerləşdirirlər. Asılqanın bir metr
uzunluğuna beş qarmaqcıq düşür.
Açıq şkaflar aşağıdakı ölçülərə malik olur (metrlə): eni – 0,20; dərinliyi –
0,25; hündürlüyü – 1,65. 
Paralel quraşdırılmış açıq şkafların oxları arasındakı məsafə 1,2 metrdən az,
şkafların çıxıntılı hissələri arasındakı məsafə isə 0,7 metrdən az olmamalıdır. 
Qarderobda paltarların qarışıq üsulla saxlanması, əgər ən böyük növbədə
işləyən kişilərin və ya qadınların sayı 100 nəfərdən çox olarsa tətbiq edilir. Hər bir
işçiyə küçə paltarı üçün asılqana bir qarmaqcıq, ev və iş paltarı üçün iki ədəd bir
gözlü örtülən şkaf nəzərdə tuturlar. 
Yerlərin miqdarı açıq üsulla saxlama zamanı olduğu kimi təyin edilir.
Ev və iş paltarlarını saxlamaq üçün qarderoblar paltar dəyişmək üçün, bir
yerə 0,6 metr uzunluqlu skamya hesabı ilə 0,3 metrdən az olmayan enliyə malik
skamyalarla təchiz edilməlidir. Paltar dəyişmək üçün yerlərin miqdarı ən çoxsaylı
növbədə işləyənlərin 25 % miqdarından az olmamalıdır. 
14


Tara   sexində,   mexaniki   emalatxanada   və   soyuducu   qurğunun   maşın
şöbəsində paltarları saxlamaq üçün balaca şkaflar bilavasitə sexlərdə quraşdırıla
bilər. 
İstehsal sexlərinə xidmət göstərən qarderoblar qarşısında təmiz və çirkli işçi
paltarlarını saxlamaq  üçün,  hər birinin sahəsi   3,0 m
2
  –  dən az  olmayan  ayrıca
anbarlar quraşdırırlar.
Balıq emalı müəssisələrinin bir sıra prosesləri su tələb edən avadanlıqların,
məsələn xammallar və taralar üçün yuma maşınlarının, balıq hazırlayan maşınların,
avtoklavların, qızartma sobalarının və bu kimi digərlərinin istismarı ilə əlaqədardır.
Belə   istehsal   sahələrində   məişət   otaqlarının   tərkibində   işçi   paltarları   qurutmaq
üçün otaqlar layihələndirirlər. Bu zaman hər quruducu istifadəçisinə 0,2 m
2
  sahə
hesablanır. 
Ən   uzaq   işçi   sahəsindən   tualetlərə   olan   məsafə   100   metrdən   çox
olmamalıdır. İş sahəsindən binadan kənarda yerləşən tualetlərədək olan məsafə 200
metrdən çox olmamalıdır. 
Tualetlərə   olan   girişlər   özü   bağlanan   qapılarla   təmin   olunmaqla   yanaşı,
tamburlarda yerləşdirilməlidir. Tualetlər, ölçüləri 1,2 x 0,9 metr olan kabinələrə
yerləşdirilmiş   unitazlarla   təchizatlanmalıdır,   bu   kabinələrin   qapıları   çöl   tərəfə
açılmalıdır. Kişi tualetlərində xüsusi avadanlıqlar da qurulmalıdır  ki, bu da bir
unitaza bir qurğu şərtini təmin etməlidir. 
Kabinə   cərgələri   arasındakı   keçidin   eni   1,5   metrdən   az   olmayaraq,
kabinələrlə divar arasındakı məsafə 1,3 metr qəbul edilir. 
Tualetlərin   şlüzlərində   dörd   kabinəyə   bir   əlüzyuyan   olmaq   hesabı   ilə
əlüzyuyanlar, kabinələr az olduqda isə hər tualetə bir əlüzyuyan quraşdırırlar. 
Əlüzyuyanlar.  Əlüzyuyanlar   qarderoblarda, onlara bitişik otaqlarda və ya
istehsal otağının girişində yerləşdirilir. Əlüzyuyanların miqdarını 20 nəfərə 1 kran
olmaq hesabı ilə müəyyənləşdirirlər. Hər bir kran isti və soyuq su qarışdırıcısı ilə
təchiz edilir. Əlüzyuyan kranları arasındakı məsafə 0,6 metrdən az olmamalıdır.
Əlüzyuyan   cərgələri   arasındakı   keçid   1,6   metr,   əlüzyuyan   cərgələri   və   divar
arasında isə 1,1 metrdən çox məsafə qəbul edilir. 
15


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə