Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

Duşxanalar.  Duşxanalar  qarderob   otaqlarına   bitişik   otaqlarda,   bir   qayda
olaraq iş və ev paltarları asılan qarderoblar arasında (ancaq binanın xarici divarları
tərəfdə yox) yerləşdirilir. 
Duşların sayı 7 nəfər işçiyə 1 duş hesabı ilə istehsal sexləri üçün və 20 nəfər
işçiyə 1 duş hesabı ilə yardımçı sexlər üçün müəyyənləşdirilir. 
Duş   kabinələrinin   ölçülərini   0,9   x   0,9   metr,   kabinə   cərgələri   arasındakı
məsafəni 1,5 metrdən az olmayaraq, kabinələrdən divara qədər olan məsafəni isə
0,7   metrdən   az   olmayaraq   qəbul   edirlər.   Duş   kabinələrinin   qarşısında,   duşdan
istifadə edən hər 100 nəfər işçiyə 1 unitaz olmaqla tualet quraşdırırlar. 
Qadınların   şəxsi   gigiyenası   üçün   otaqlar.  Müəssisədə   100   –   dən   artıq
qadının işlədiyi halda bu məqsədlə otaqlar layihələndirilir. 
Bu sahə qəbul – soyunma – geyinmə otağından, tualet və əlüzyuyana malik
10 – 20 m
2
  sahədən, fərdi kabinələrə malik prosedur otağından, gigiyenik duşlar
quraşdırılmış və hər biri 1,5 m
2
 – dan az olmayan sahələrdən (100 – 300 işçiyə iki
duş + 300 – dən çox hər 200 işçiyə bir duş hesabı ilə) ibarətdir. 
Qadınların şəxsi gigiyenası üçün olan otağı digər otaqlardan izolyasiya edir
və girişini tamburdan ayrıca nəzərdə tuturlar. 
Südəmər uşaqları yedizdirmək üçün otaq  daha çoxsaylı növbədə 100 –
dən artıq südəmər aşağı olan qadın işlədikdə nəzərdə tutulur. Bu otaqları keçid
kontorlarında   və   ya   zavodun   qarşısındakı   meydançada   düzülmüş   binalarda
yerləşdirirlər. 
Bu sahə qarşısında tualet olan hər bir nəfər üçün 0,7 m
2
 hesabı ilə gözləmə
otağına,   isti   suyu   olan   əlüzyuyanla   təmin   edilmiş   uşaq   yedizdirmə   otağına
malikdir.   Onun   sahəsini   süd   verən   hər   anaya   1,5   m
2
  sahə   nəzərdə   tutmaqla
hesablayırlar. Süd verən anaların miqdarı, müəssisədə çalışan qadınların ümumi
miqdarının 2,5 % – i qədər qəbul edilir. Tualeti nəzərə almadan südəmər uşaqları
yedizdirmək üçün layihələndirilən otağın sahəsi 1,5 m
2
 – dan az olmamalıdır. 
Siqaret çəkmək üçün otaqlar.  Bir qayda olaraq müvafiq təyinatlı otaqlar
tualetlərin   və   ya   işçilərin   qızınması   üçün   nəzərdə   tutulan   otaqların   yanında
yerləşdirilir. Növbə ərzində işləyənlərin sayı 100 nəfərdən çox olduqda, siqaret
16


çəkmək   üçün   olan   otaqlarının   tualetlər   qarşısında   olan   tamburlarla   qonşuluqda
yerləşdirilməsinə icazə verilir. Siqaret çəkmək üçün olan otaqların ümumi sahəsi 8
m
2
 – dan az olmamalıdır və ən böyük növbədə işləyənlərin hər bir nəfərinə 0,02 m
2
hesabı ilə müəyyənləşdirilir. 
Camaşırxana.  İş   paltarlarının   yuyulmasının   digər   müəssisələrlə   və   ya
şəhərin   kommunal   camaşırxanaları   ilə   kooperativləşdirmə   yolu   ilə   təşkili
faydalıdır. Belə imkan olmadıqda balıq emalı müəssisələrində mexanikləşdirilmiş
camaşırxananın layihələndirilməsini nəzərdə tuturlar ki, bunun da tərkibi və sahəsi
iş paltarlarının çirklənmə xarakterindən, bu paltarların təmizlənmə tələblərindən və
onların işlənməsi üzrə sanitar qaydalardan asılı olaraq hesablanır.
Manikür   otaqları.  Bu   otaqlar  bilavasitə   qida   məhsulları   ilə   (konserv,
kulinar   və   b.)   işləyərkən   əl   əməyindən   istifadə   etməklə   əlaqədar   olan   istehsal
prosesləri üçün layihələndirilir. Manikür otağının ümumi sahəsi 10 m
2
  civarında
olmalıdır. 
İşçilərin qızınması üçün otaq.  Belə bir otaq  əsasən soyuducularda və ya
havanın   temperaturu   mənfi   10
0
  C   –   dən   kiçik   olan   digər   istehsal   sahələrində
layihələndirilir. Bu otağın ümumi  sahəsi 8 m
2
  – dən az olmamalı və ən böyük
növbədə işləyən hər bir işçiyə 0,1 m
2
 hesabı ilə təyin edilməlidir. 
Tibbi nəzarət üçün otaq. Tibbi nəzarət üçün otaq 12 m
2
 – dən az olmamalı
və o zaman qurulmalıdır ki, işçilərin ümumi sayı 50 nəfərdən 300 nəfərədək təşkil
etsin. Bu otaq sanitar profilaktika məntəqəsində yerləşdirilə bilər.
Ümumi   işçilərin   sayı   300   nəfərdən   800   nəfərədək   olduqda   48   m
2
  sahəli
ümumzavod feldşer – tibb məntəqəsi, 800 nəfərdən 1500 nəfərədək olduqda 66 m
2
sahəli həkim – tibb məntəqəsi, 1500 nəfərdən 2000 nəfərədək olduqda isə 102 m
2
sahəli həkim – tibb məntəqəsi layihələndirilir.
Ümumzavod  tibb məntəqəsini   ya ayrıca  binalarda,  ya  da köməkçi  və  ya
istehsal binalarının birinci mərtəbəsində, tibbi nəqliyyatın rahat yaxınlaşmasının
təmin edilməsini nəzərə almaqla yerləşdirirlər. 
Qida qəbul etmək üçün otaq.  Qida qəbul etmək üçün otaq,  bir növbədə
çalışan işçilərin sayı 100 nəfərdən az olduqda bufet də daxil olmaqla 1 nəfərə 1,2
17


m
2
 sahə hesabı ilə nəzərdə tutulur. İşçilərin sayı 50 nəfərdən az olduqda qida qəbul
etmək üçün otaq 12 m
2
 ümumi sahəyə bərabər layihələndirilir.
Eyni zamanda qida qəbul edən işçilərin miqdarı ən böyük növbədə çalışan
işçilərin   30   %   –   i   qədər   qəbul   edilir.   Otaq,   məişət   otaqları   ilə   eyni   blokda
yerləşdirilir. 
Bir   növbədə   çalışan   işçilərin   sayı   100   nəfərdən   çox   olarsa,   yeməkxana
layihələndirilir ki, bu da ya müəssisənin ərazisindəki ayrı binalardan birində, ya da
istehsal   və   ya   yardımçı   binaların   tərkibində   (örtülü   yeməkxana),   və   yaxud   da
müəssisə ərazisindən kənarda (açıq yeməkxana) yerləşdirilir.
Yeməkxanalarda aşağıda göstərilən otaqların olması nəzərdə tutulur: nahar
zalı,   mətbəx,   paylayıcı,   məhsulları   hazırlamaq   üçün   sex,   tərəvəzlər   və   quru
məhsullar üçün anbarlar, soyuducu anbar, yuma otağı, kontor, işçi personal üçün
otaq, inventar otağı, tualet, qarderoba malik dəhliz. 50 yerlik yeməkxana 125 m
2
sahəyə, 200 yerlik yeməkxana isə 400 m
2
 sahəyə malik olur. 
Yeməkxana binasının daxili hündürlüyü (döşəmədən tavanadək) 3,0 metrdən
az olmayaraq qəbul edilir. Yeməkxana adətən zavodun idarə binası ilə eyni binada
yerləşdirilir, yeməkxananın ayrıca binada yerləşdirilməsinə də icazə verilir.  
Qırmızı   guşə.  Balıq   emalı   müəssisələrində   qırmızı   guşə,  daha   çoxsaylı
növbədə işləyən hər bir işçiyə 0,5 m
2
  hesabı ilə layihələndirilir. Dəhlizlərin eni
1,75 – 2,5 metr qəbul edilir. Qırmızı guşəni ya məişət otaqları ilə eyni blokda, ya
da zavodun idarə binasında yerləşdirirlər.
Məişət otaqları bir qayda olaraq sexlərlə, isti keçidlər vasitəsilə əlaqədə olan
baş   korpusda   yerləşdirilir.   Məişət   otaqlarında   duşxanalar   və   sanitar   qovşaqlar,
kommunikasiya borularını sadələşdirmək məqsədi ilə kompakt olaraq yerləşdirilir.
Məişət   otaqları   döşəmədən   tavanadək   2,5   metrdən   az   olmayan   hündürlüyə   və
döşəmədən   çıxıntılı   konstruksiyaların   aşağı   hissəsinədək   olan   2,2   metrdən   az
olmayan hündürlüyə malik olmalıdır. 
Bəzən   məişət   otaqlarını   istehsal   korpusunda,   onun   otaqlarının   normal
hündürlüyünə əməl etməklə quraşdırırlar. 
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə