Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

Sanitar profilaktika məntəqəsinin süni ventilyasiya və gündüz işığı lampaları
ilə işıqlandırmanın mütləq tətbiqi ilə zirzəmi sahələrində qurulmasına icazə verilir.
İstehsal sexlərinin girişində əlüzyuyanla təchiz olunmuş sanitar postu qururlar. 
12.1.5. İnzibati – təsərrüfat korpusu
İnzibati – təsərrüfat korpusuna aşağıda göstərilənlər daxil olur:
– bütün şöbələri ilə zavod idarəsi
– zavodun ictimai təşkilatlarının otaqları;
– tibb məntəqəsi;
– bəzən yeməkxana;
– texniki kitabxana;
– konstruktor bürosu;
– kommutator.
Zavod idarəsinin sahəsi bir işçiyə 3,25 m
2
, texniki şöbədə və konstruktor
bürosunda   isə   hər   bir   çertyoj   stoluna   5   m
2
  hesabı   ilə   qəbul   edilir.   Kontorun
qarşısında hər bir işçiyə 0,25 m
2
  hesabı ilə soyunub – geyinmə yeri və vestibül
layihələndirilir. 
Bundan başqa müəssisəyə gələn qonaqları nəzərə alaraq sahənin 10 % – i
qədər əlavə sahəni də nəzərdə tuturlar. Kontorda klub olmadıqda texniki tədris və
yığıncaq   keçirmək   üçün   sahə   nəzərdə   tutulur.   İşçilərin   sayı   100   nəfərdən   150
nəfərədək olduqda bu sahə hər adama 0,9 m
2
, 150 nəfərdən 200 nəfərədək olduqda
– 0,7 m
2
, 200 nəfərdən çox olduqda isə – 0,5 m
2
 planlaşdırılır.
Zavodun idarə binasına girişi küçədən, çıxışı isə zavodun ərazisindən, yəni
nəzarət   –   buraxılış   məntəqəsindən   layihələndirirlər.   Bəzən   inzibati   –   təsərrüfat
korpusunu əsas istehsal binasının bir qanadı kimi layihələndirirlər. 
Ümumzavod kontoru ilə yanaşı istehsala bilavasitə xidmət göstərmək üçün
sexlərdə kontorlar qururlar. Sex kontoru iki otağa malik olmalıdır:
1 – ci otaq  6 – 8 m
2
 sahəyə malik olmaqla sex rəisi üçün nəzərdə tutulur;
2 – ci otaq isə 10 – 12 m
2
  sahəyə malik olmaqla mühasibat – uçot işçiləri
üçün nəzərdə tutulur.
19


12.1.6. Nəzarət – buraxılış məntəqəsi
Nəzarət – buraxılış məntəqəsi, zavod ərazisinə əsas giriş sayılır və kontorda
yerləşən keçiddə nəzərdə tutulur. Keçid 8 – 12 m
2
 sahəyə malik olur və kontorun
əndazə (qabarit) ölçülərinə daxildir. 
Keçidi yaşayış məntəqəsi tərəfdən və sərnişin nəqliyyatı dayanacağına yaxın
sahədə yerləşdirirlər. 
Avtomobil   nəqliyyatının   zavoda   girişi   üçün   darvaza,   keçidlə   yanaşı   elə
yerləşdirilir ki, bu hər iki obyektə eyni xidmət personalı nəzarət edə bilsin.
12.1.7. Avtomobil tərəziləri 
Xammal   və   materiallar   əsasən   avtomaşınlarla   daşınan   bəzi   balıq   emalı
müəssisələrində (piy – un zavodları, yosunların emalı ilə məşğul olan zavodlar və
s.) avtomobil tərəziləri quraşdırırlar.
Tərəzi   zavod   ərazisində   giriş   darvazasından   8   –   10   metr   kənarda   yolun
qırağında yerləşdirilir. 
12.1.8. Mexaniki – təmir emalatxanası 
Emalatxanalar əsas və köməkçi avadanlıqlara cari və əsaslı təmiri həyata
keçirir,   ehtiyat   hissələri   hazırlayır,   səmərələşdirici   təkliflərin   həyata   keçirilməsi
üzrə işləri yerinə yetirir. 
Emalatxanaların ştat cədvəli, müəssisənin layihə gücündən və onun müxtəlif
mexanizmlərlə  təminatlandırılmasından  asılı olmaqla,  8 – 10 nəfərdən  18 – 25
nəfərədək və daha çox işçiyə malik ola bilir.
Emalatxanalar   bir   qayda   olaraq,   bir   növbəli   işləyir,   qalan   II   və   III
növbələrdə isə yalnız növbətçi çilingər və elektriklər işləyir. 
Mexaniki   –   təmir   emalatxanasının   tərkibi   görüləcək   işin   həcmi   ilə   təyin
olunur və orta hesabla aşağıdakı şöbələrə malik olmalıdır: 
çilingər – dəzgah   .   .   .   .   .   60 – 80 m
2
;
dəmirçi   .   .   .   .   .   .   .   .   .  55 – 160 m
2
;
instrumental – itiləmə   .   .   .  .  8 – 12 m
2
;
          elektrotəmir   .   .   .   .   .   .   .   15 – 16 m
2
;
qaynaq   .   .   .   .   .   .   .   .   .   . 8 – 12 m
2
;
20


anbar   .   .   .   .   .   .   .   .   .   .    6 – 8 m
2
;
emalatxana rəisinin otağı   .   .   10 – 12 m
2
; 
Mexaniki   –   təmir   emalatxanalarını   ayrı   binalarda   və   ya   baş   korpusda
yerləşdirirlər, ən son halda onları istehsal sexlərindən izolyasiya edirlər. 
Bundan başqa istehsal sexlərinin tərkibində xırda təmir işləri, bıçaqların və
digər əl və mexaniki alətlərin itilənməsi üçün çox da böyük olmayan emalatxanalar
nəzərdə   tuturlar.   Bu   emalatxanalarda   adətən   növbətçi   çilingər   və   elektriklər
mövcud olur. Sex emalatxanalarının ölçüləri sexin məhsuldarlığından asılı olaraq
12 – 36 m
2
 civarında olur. 
12.1.9. Qazanxana və tüstü borusu 
Baş   planda   qazanxananı,   müəssisə   ərazisinin   mümkün   qədər   uzaq
nöqtəsində, əsas istehsal sexlərindən küləklənən sahələrdə, imkan daxilində əsas
buxar istehlakçılarına yaxın məsafədə yerləşdirirlər. 
Qazanxana   yerləşdirildikdə   yanacaq   anbarlarının   və   şlak   üçün
meydançaların   yerləşməsini   mütləq   nəzərə   almaq   lazımdır   (bərk   yanacaq   üçün
meydança, mazut üçün sisternlər). 
Yanacaq anbarlarını qazanxanadan və digər sahələrdən müəyyən məsafədə
yerləşdirirlər: 
daş kömür anbarı – 8 metrdən yaxın olmamalı;
odun və meşə materialları anbarı – 24 metrdən yaxın olmamalı;
maye yanacaq anbarları – 24 metrdən yaxın olmamalı.
Qazanxananı   ayrıca   korpusda   layihələndirirlər.   Tüstü   borusunun
yerləşdirilməsi   qazları   kənarlaşdırmaq   üçün   olan   qurğunun   yerləşdirilməsi   ilə
əlaqələndirilir. 
Borunun hündürlüyü yanacaq sərfindən asılı olaraq müəyyənləşdirilir: 
Sutkalıq orta 
yanacaq sərfi, 
tonadək
5 5 – 15 15 – 50 50 – 100
Tüstü borusunun
hündürlüyü,  
metr
30
45
60
80
21


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə