Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ


Yanacaq anbarları və şlak üçün meydançalar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

12.1.10. Yanacaq anbarları və şlak üçün meydançalar 
Yanacaq   anbarları   və   şlak   üçün   meydançalar   qazanxananın   yaxınlığında
yerləşməlidir.
Bərk   yanacaq   anbarlarını   maksimum   tələbatın   iki   aylıq,   maye   yanacaq
anbarlarını   isə   bir   aylıq   saxlanmasına   hesablayırlar.   Daşınmanın   çətinliyi   ilə
əlaqədar olaraq, təsadüfi fasiləli çatdırılma zamanı anbarların həcmini 6 və hətta 10
aylıq tələbatadək artırırlar. 
Bərk   yanacaqları   ştabellərlə,   mayeşəkilli   yanacaqları   isə   –   sisternlərdə
saxlayırlar. Qonur kömür ştabellərinin hündürlüyü 1,5 metr təşkil edir, odun və
torfun hündürlüyü isə 2,0 metr.
Bəzi yanacaq növlərinin həcm kütləsi aşağıda göstərilir:
Yanacaq növü:              Həcm kütləsi, kq/m
 
 
3
Qonur kömür      .   .   .   .   .    750
Daş kömür   .   .   .   .   .   .   .   900
Quru torf    .   .   .   .   .   .   .   . 300
Möhkəm ağac növü   .  . 500 – 800
Yumşaq ağac növü   .   . 350 – 550
Mazut   .   .   .   .   .   .   .  890 – 990
Mazutu   yeraltı   və   yerüstü   sisternlərdə   saxlayırlar.   Sisternlər   arasındakı
məsafə 5 metrdən az olmamalıdır. 
12.1.11. Transformator yarımstansiyası və elektrostansiya 
Transformator   yarımstansiyasını   zavod   ərazisinin   mərkəzində,   elektrik
enerjisinin əsas istehlakçılarına yaxın sahədə yerləşdirirlər. Yarımstansiyalar əsas
və ya köməkçi korpuslarda tikilə bilər. 
Elektrik   enerjisini   fəaliyyətdə   olan   sistemdən   almaq   mümkün   olmadıqda
buxar   turbinləri,   buxar   maşınları   və   ya   daxiliyanma   mühərriklərindən   (dizel
mühərriki)   ötürmə   qəbul   edən   generatorlarla   təchiz   edilmiş   zavod
elektrostansiyasını layihələndirirlər.
22


Buxar elektrostansiyasını qazanxana ilə bir blokda və ya onun yaxınlığında
yerləşdirirlər. Dizel elektrik stansiyası ayrıca binada və ya istehsal binasına bitişik
binada, məsələn soyutma qurğusunun maşın şöbəsi ilə bir binada yerləşdirilə bilər.
12.1.12. Soyuducunun və ya soyuducu qurğunun maşın şöbəsi 
Bu   şöbəni   bilavasitə   soyuq   tələbedicilərinin   yaxınlığında   yerləşdirirlər.
Əksər   hallarda   bu   şöbəni   soyuq   istifadə   edən   korpusa   bitişik   korpusda
yerləşdirirlər.
12.1.13. Elektrokarlar və elektroyükləyicilər üçün depo 
Bir maşına (elektrokara və elektroyükləyiciyə) düşən deponun sahəsi 5 – 6
m
2
 təşkil edir. 
Elektrokar və avtoyükləyicilər üçün deponun bilavasitə, zavodun ərazisində
olan yola birbaşa çıxışı olmalıdır. 
Avtoyükləyicilər   və   elektrokarlara   xidmət   göstərən   elementlər
batareyalarının doldurulması (cərəyan yığması) üçün düzləndirici və doldurucudan
ibarət   olan   stansiya   layihələndirirlər.   Düzləndiricinin   sahəsini   8   –   10   m
2
,
doldurucunun isə 10 – 12 m
2
 qəbul edirlər. 
Zavodun əsas girişinin qarşısında avtomobillərin dayanması üçün meydança
nəzərdə   tuturlar.   İşçilərin   zavoda   girişi   üçün   nəzərdə   tutulan   və   kontorun
qarşısında yerləşən keçidin yanında velosipedlər üçün meydança planlaşdırırlar. 
12.1.14. Zavodun həyəti və magistrala çıxan yollar 
Zavod   ərazisinin   hasarlanması   mütləqdir.   Zavod   həyətinin   sahəsi   elə
hamarlanmalıdır ki, orada heç bir çala və quyu olmasın. Zavod ərazisində atmosfer
çöküntüləri   (qar,   yağış)   üçün   arxlar,   səkilər,   döşənəklər,   habelə   xarici
işıqlandırıcılar da quraşdırırlar. 
Zavod  ərazisində   tullantıların  yığılması   və   qısamüddətli   saxlanması   üçün
xüsusi sahələr ayırırlar. Zibil qutularını qapalı tipli hazırlayırlar. Həyət tualetləri
pəncərə və qapılardan ən azı 25 metr uzaqda və su quyularından 50 metr kənarda
yerləşdirilməlidir.   Yaşıllıq   yaradan   əkililərin   zavod   ərazisinin   bütün   perimetri
boyunca 2 metr enliyində olması yaxşı hal sayılır. Bundan başqa belə yaşıllıqları
zavod   kontorunun   yanında,   adamların   keçid   məntəqəsindən   keçərək   istehsal
23


korpusuna   gedən   yolunun   üstündə,   habelə   yeməkxananın,   laboratoriyanın,   tibb
məntəqəsinin və buna bənzər digər obyektlərin bütün dörd bir tərəfində də salırlar.
Əkilmiş   yaşıl   ağacları   elə   yerləşdirmək   lazımdır   ki,   onlar   zavod   nəqliyyatının
hərəkətinə mane olmasın.
Xammal, materiallar və taranın daşınması məqsədi ilə avtomobil nəqliyyatı
üçün magistrala çıxış və zavoddaxili yollar asfalt örtüyünə malik olmalıdır. Digər
yollar torpaq da ola bilər. Magistrala çıxış yolları küvetlərlə (küvet – şose və ya
dəmir yolu boyunca gedən su arxı), zavoddaxili yollar isə şəhər tipli səkili tikilir. 
Zavodda yolun gediş hissəsinin eni 6,0 m, avtomobillərin birtərəfli hərəkəti
zamanı isə 3,5 metrə bərabər qəbul edilir. Piyada keçidinin eni 1,5 – 2,0 metr
planlaşdırılır.
Zavod ərazisində avtomobil yolları dairəvi, dalanlı və qarışıq yollar şəklində
ola bilər. Dalanlı yollarda maşınların dönməsi üçün dairəvi dolayı yol və ya 12 x
12 metr ölçüdə meydançalar nəzərdə tutulur.
Yol, avtomobil nəqliyyatına xidmət göstərən binanın uzunluğu 20 metrdən
az olduqda binanın xarici divarının kənarından 1,5 metr məsafədə, əgər binanın
uzunluğu 20 metrdən çox olarsa 4,5 metr məsafədə durmalıdır. 
Yollar, binalar və tikililər arasında olan məlumatlara malik olmaqla yanaşı,
həm də düzxətli (az döngəli) olmalıdır. 
Estakadalar və qalereyalar, yerüstü boru kəmərləri və transportyorlar altında
qalan yolların keçid hissəsinin enini 0,5 metr artırır, hündürlüyünü isə ən azı 4,5
metr quraşdırırlar. 
Ehtiyat   suya   malik   hovuzlarla   yanğın   söndürülən   hallarda   maşınların
dönməsi üçün 12 x 12 metr ölçüdə meydança nəzərdə tutulur.
5 hektardan böyük əraziyə malik müəssisələr, ərazinin müxtəlif tərəflərində
yerləşən ikidən az olmayan çıxışa malik olmalıdır. Bu çıxışlardan biri ehtiyat çıxış
kimi istifadə oluna bilər.
Zavod   ərazisindəki   piyadalar   üçün   nəzərdə   tutulan   səkilər   tikililərə   1,5
metrdən, ən yaxın dəmir yolu relsinə isə 3,0 metrdən yaxın olmamalıdır.
24


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə