Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

Zavodda dəmir yolu qolu o vaxt layihələndirilir ki, xarici daşınmalar sutka
ərzində 10 şərti vaqondan az olmasın.
Dəmir yolu qolu hazır məhsul, materiallar, tənəkə, şüşə tara, kömür, duz
anbarlarına   xidmət   göstərir.   Adətən   parovozun   qayıtması   üçün   iki   paralel   yola
malik bir dalanlı giriş layihələndirirlər. Dəmir yolu girişi üçün darvazanın eni 4,9
metrdən az olmamalıdır. 
Dəmir yolu qolunun uzunluğu boyunca qurulan pampalar (pampa – qatarın
yerin üzərindən yerin altına keçməsi üçün dəmir – beton tikinti) 1,5 metrdən az
olmayan   enliyə,   avto   və   elektrokarlar   istifadə   olunduqda   isə   3,0   metrdən   az
olmayan enliyə malik olmalıdır. Platforma pampasına giriş üçün enliyi nəqliyyat
vasitəsinin enindən 0,8 metr böyük olan panduslar (pandus – binalarda, məsələn
qarajlarda pilləkən əvəzində hazırlanan eniş) qururlar. Pandusun meylliliyi 6,0 % –
dən çox olmamalıdır.
Normal   dəmir   yolunda   relslərin   oxları   arasındakı   məsafə   1524   mm,   dar
dəmir yolunda isə 750 mm enliyə bərabər olur. 
Dəmir yolu nəqliyyatı üçün yollar 1524 mm enliyə malik məsafə üçün dəmir
yoluna çıxışı olmayan binaların çıxıntılı hissəsindən 3,1 metr məsafədə, 750 mm
enliyə malik məsafə üçün isə 2,5 metr məsafədə yerləşdirilməlidir. 
Dəmir yoluna çıxışın mövcudluğu halında bu məsafələri uyğun  olaraq 6 və
5 metr qəbul edirlər. 
Dəmir yolu qolundan zavodun ərazisini ayıran hasaradək olan məsafə geniş
yolda 5 metrə, dar yolda isə 4,0 metrə bərabər qəbul edilir.
Zavod ərazisində dəmir yolu qolunun dönmə radiusu geniş yol üçün 200
metrdən, dar yol üçün isə 75 metrdən az olmamalıdır.
Balıq emalı müəssisələrinin baş planını 1:500 miqyası ilə, böyük ərazilərə
malik  müəssisələrdə  isə 1:1000 və ya 1:2000 miqyası ilə yerinə yetirirlər. Baş
plana   bütün   bina   və   tikililəri,   əsas   kommunikasiyaları,   habelə   “küləklər
qızılgülünü” və horizontları (hündür qeydləri) köçürürlər.
Baş   planı   ayrı   –   ayrı   obyektlərin   mərtəbəliliyini,   onların   sahələrini   və
həcmlərini göstərməklə (eksplikasiyalarla) şərhlərlə təchiz edirlər. 
25


MÖVZU 13. TEXNOLOJİ   LAYİHƏLƏNDİRMƏNİN 
İQTİSADİYYAT   HİSSƏSİ
Texnoloji layihələndirmənin hesabat – izahat yazısının son bölməsi (fəsli)
iqtisadiyyat   hissəsidir.   Bu   hissədə   layihələndirilən   müəssisələrdə   məhsulların
planlaşdırılmış maya dəyəri, müəssisənin rentabellik səviyyəsi və tikintiyə qoyulan
kapital xərclərinin ödəniləcək müddəti müəyyən edilir.
Planlı   kalkulyasiya   məhsul   növü   və   ya   məhsul   qrupunun,   habelə
avadanlıqdan istifadənin proqressiv normaları əsasında məhsul vahidlərinin maya
dəyərinin, əmək, xammal və materialların, istehsalın idarə edilməsi və xidmətinə
görə minimum sərfiyyatının hesablanması kimi başa düşülür. 
Məhsul   vahidi   üçün   balıq   məhsullarının   maya   dəyərinin   kalkulyasiyası
hesablanarkən, hesabatın bir sentner məhsul üçün aparılması qəbul olunur. Buna
müvafiq olaraq balıq xammalının, yarımfabrikatların, materialların və s. miqdarını
da həmçinin sentnerlərlə göstərirlər. 
Hər bir məhsul çeşidi üçün xammal və əsas materialların dəyərini, balığın
hazırlanmasının   hər   bir   növü   və   üsulu   üçün   qiymətlərə   və   normalara   görə
hesablayırlar.
Xammal   və   yarımfabrikatların,   köməkçi   materialların,   xarici   və   daxili
taraların,   texnoloji   məqsədlərə   sərf   edilən   yanacağın   və   elektrik   enerjisinin,
soyuğun və soyuducuya göstərilən xidmətin, əmək haqqının, sex və ümumzavod
xərclərinin,   istehsaldan   kənar   digər   xərclərin   dəyərini   balıq   məhsullarının   və
yarımfabrikatların planlı kalkulyasiyasına daxil edirlər.
Balıq   xammalını   cinsi   (növ)  dəyərinə,   xüsusi   yarımfabrikatları   sex   maya
dəyərinə,   pulla   alınan   yarımfabrikatları   isə   hesabatlardan   əldə   edilən   həqiqi
dəyərinə görə qiymətləndirirlər.
Xammalın   qiyməti   ilə   yanaşı   istehsal   proseslərində   istifadə   edilən
yarımfabrikatların, hazır məhsulların və tullantıların miqdarı və dəyəri də müəyyən
edilir. Onların dəyərini dəyişməyən qiymətlərə görə təyin edirlər. İstifadə olunan


yarımfabrikatın, hazır məhsulların və tullantıların dəyərini xammalın dəyərindən
ayırır və beləliklə də emala istiqamətləndirilən xammalın dəyərini hesablayırlar.
Balığı emal etmək üçün tələb olunan materialların dəyərini hesablayarkən
onları xüsusilə ayırır və xərclərdə böyük xüsusi çəkiyə malik buzun, duzun, yağın,
unun   və   digər   materialların   dəyərini   kalkulyasiyada   göstərirlər.   Xarici   taranın
dəyəri hesablanarkən çəlləklərin, yeşiklərin dəyərini xüsusən ayırırlar.
Həsir,   xlorvinil   və   polietilen   materiallardan   hazırlanan   içlikləri   xarici
taralara aid etmirlər, amma material məsrəflərində göstərirlər.
Soyuduculara görə texnoloji məqsədlər üçün sərf edilən soyuğun dəyərində
balıq məhsullarının soyudulması və saxlanması dəyərini, digər zavodlara (sexlərə)
görə   isə   –   öz   soyuducusunun   sex   maya   dəyərinə   və   ya   başqa   soyuducuların
müəyyənləşdirilmiş   qiymətinə   görə   hesablanan,   xammalın   və   hazır   məhsulların
saxlanma dəyərini göstərirlər. 
Əmək haqqı xərcləri
İstehsalatda çalışan işçilərin əmək haqqı xərclərini təyin etmək üçün, 1 – ci
(31)   cədvəldə   göstərilən   formaya   uyğun,   eyni   tipli   müəssisələrin   iş   təcrübəsi
nəzərə alınmaqla iş vaxtının planlaşdırılan balansı qurulur.
Əgər   müəssisə   xammalın   mövsümi   qəbul   edilməsi   və   ya   təmir   üçün
planlaşdırılan   dayanmalar   nəticəsində   il   boyu   qeyri   –   tam   işləyirsə,   onda   ilin
təqvim vaxtından işdə fasilələr vaxtı çıxılır və buna uyğun olaraq nominal vaxt
azalır.
Növbəti əlavə məzuniyyətlərin davamiyyətini əmək qanunvericiliyinə uyğun
olaraq planlaşdırırlar. Əgər işçiyə əlavə məzuniyyət düşürsə (insan orqanizmi üçün
zərərli   olan   istehsal   və   b.),   onda   balans   tərtib   edilərkən   bu   hal   mütləq   nəzərə
alınmalıdır.
Əsas istehsal proseslərində çalışan işçilərin miqdarını adətən iş yerlərinin
sayına və avadanlıqlara göstərilən xidmət normalarına görə təyin edirlər. İşçilərin
iştirakçı sayına görə orta siyahı miqdarı tapılır. Bunun üçün işçilərin iştirakçı sayı
işçi vaxtının balansına uyğun olaraq işə çıxmamalar faizi qədər artırılır. Peşəsinə
2


və ixtisasına görə işləyənlərin sayını əmək kalkulyasiyasına görə planlaşdırır və
təyin edirlər.
                                                                          Cədvəl 1 (31)
Göstəricilər
Günlərin
miqdarı
Təqvim vaxtı   .   .   .   .   .   .   .   .   .   .
İstirahət günləri   .   .   .   .   .   .   .   .   .
Bayram günləri   .   .   .   .   .   .   .   .   .
Nominal vaxt   .   .   .   .   .   .   .   .   .   .
İşə çıxmamalar   .   .   .   .   .   .   .   .   .   
Növbəti və əlavə məzuniyyət   .   .   .   .
Hamiləliyə və doğuşa görə məzuniyyət.
Dövlət və ictimai vəzifələrin yerinə   . .
yetirilməsinə ayrılan vaxt   .   .   .   .   .  
Xəstəliyə görə işə çıxmamalar   .   .   .  .
İşə çıxmamaların cəmi   .   .   .   .   .   .  .
Bir işçinin effektiv vaxtı   .   .   .   .   .   .
Köməkçi   işçilərin   və   digər   fəhlələrin   sayının   təyin   edilməsini   də   əsas
istehsal proseslərində çalışan işçilərin sayının müəyyənləşdirilməsində olduğu kimi
yerinə   yetirirlər.   Köməkçi   işçilər   müəssisələrdə   normalaşdırılmış   və
normalaşdırılmamış işlərlə məşğul olurlar. Normalaşdırılmış işlərlə məşğul olan
köməkçi   işçilərin   sayını,   işçilərin  ümumi   sayına   və  ya  avadanlıqlara   göstərilən
xidmət normalarına  görə hesablayırlar. Bu zaman sexlərin iş növbəliliyi nəzərə
alınır.
Mühəndis texniki işçilərin və qulluqçuların sayı eyni tipli müəssisələrdə ştat
cədvəli əsasında müəyyənləşdirilir. Müəssisənin idarə olunmasını yaxşılaşdırmaq,
sadələşdirmək və ucuzlaşdırmaq məqsədi ilə ştat cədvəlinin korrektə olunmasına
(dəyişdirilməsinə) icazə verilir.
Kiçik xidmət personalının sayı işçi yerlərinə xidmət normaları ilə müəyyən
edilir: xadimələrin sayı – yığışdırılan (xidmət göstərilən) otaqların sahəsi və bir
3


xadiməyə düşən yığışdırılmalı sahə normaları ilə, qarderobçuların sayı – qarderob
otağındakı nömrələrin sayı və bir qarderobçuya düşən norma ilə və s. təyin edilir.
Silahlı   mühafizənin   və   yanğın   mühafizəsinin   say   tərkibini   gözətçi
məntəqələrinin,   qorunan   obyektlərin   və   mühafizənin   iş   rejimindən   asılı   olaraq
müəyyənləşdirirlər.
Planlaşdırılan əmək haqqı fondu istehsal proqramlarının yerinə yetirilməsinə
görə əmək ödənişini əhatə edir və qüvvədə olan tarif sistemi və planlaşdırılmış
istehsal normaları əsasında əmək haqqının ödənmə formalarına görə hesablanır.
Əmək   haqqını,   müəssisədə   işləyən   müxtəlif   kateqoriyalara   görə   ayrıca
hesablayırlar.
İşçilərin   əmək   haqqını   hesablayarkən   əvvəlcə   tarif   cədvəllərinə   və   ya
işəmuzd qiymətləndirməyə görə birbaşa əmək haqqını təyin edirlər. Hesabatı 2 – ci
(32) cədvəl şəklində tərtib edirlər.
                                                         Cədvəl 2 (32)
İş növü Dərəcə
İşçilərin
miqdarı
Günlük tarif
dərəcəsi (işəmuzd
qiymət) manat
İllik əmək
haqqı fondu,
manat
1.
2.
3.
4.
. . . 
n.
Yekun 
Birbaşa əmək haqqından başqa planlaşdırılan əmək haqqı fonduna planın
yerinə yetirilməsi və keyfiyyət göstəricilərinə görə mükafatı (orta hesabla birbaşa
əmək   haqqının   illik   fondunun   15,0   %   –   i   qədər),   gecə   saatlarında,   bayram
günlərində görülən iş üçün, briqadaya rəhbərlik üçün əlavə əmək haqqını da daxil
edirlər və nəticədə əsas əmək haqqını əldə edirlər.
4


Əsas   əmək   haqqından   başqa   növbəti   və   əlavə   məzuniyyətlərin   ödənişi,
dövlət işlərinin və ictimai vəzifələrin yerinə yetirilməsi vaxtına görə ödənişi, körpə
– südəmər uşağı olan anaların işindəki fasilə vaxtına görə ödənişi, yeniyetmələrə
olan   güzəşt   saatlarının   ödənişi,   çoxillik   fasiləsiz   qulluğa   görə   mükafatı   və
başqalarını da özündə birləşdirən əlavə əmək haqqını da planlaşdırırlar.
Sahildə yerləşən balıq emalı müəssisələrində əlavə əmək haqqı, əsas əmək
haqqının orta hesabla 6,0 % – ni təşkil edir.
Bu əmək haqlarının toplanmasından əldə olunan məbləğ, illik əmək haqqı
fondunu təşkil edir.
Hesablanmış   əmək   haqqı   fonduna   əsasən   əsas   və   əlavə   əmək   haqqı
fondundan sosial sığortaya (6 – 7 %) və əmək mühafizəsi üçün (orta hesabla 6 %)
ayırmaları hesablayırlar.
Aylıq məvacib alan mühəndis – texniki işçilərə, qulluqçulara, kiçik xidmət
personalına, silahlı – mühafizə və yanğın mühafizəsi üzrə xidmət personalına əmək
haqqı fondu, bu işçilərin sayı, onlar üçün müəyyənləşdirilmiş aylıq məvacib və il
ərzindəki iş aylarının sayı əsas tutulmaqla hesablanır.
Hesablama zamanı qüvvədə olan əsasnaməyə görə mühəndis – texniki və
rəhbər işçilərə orta hesabla əmək haqqının 10 % – i həcmində mükafat və belə
digər ödəmə növləri (6 % həcmində) də nəzərdə tutulmalıdır.
Əsas vəsaitlərin amortizasiyası
Amortizasiya ayırmalarının ümumi miqdarı balıq emalı müəssisələri üçün
müəyyənləşdirilmiş orta amortizasiya faizinə görə planlaşdırılır: bina və tikililər
üçün – 5 %, avadanlıqlar üçün – 10 %.
Qabaqcadan nisbətən böyük göstəricilərə görə kapital xərcləri hesablanır. Bu
zaman xarici əndazə ölçülərinə görə istehsalat, köməkçi və məişət sahələri təyin
edilir. Binaların dəyəri alınmış sahənin (m
2
)
 
ölçü vahidi ilə ümumi miqdarının 1 m
2
sahənin   qiymətinə   olan   hasili   ilə   təyin   edilir.   1   m
2
  sahənin   qiyməti,   binanın
tipindən və layihədə qəbul edilən tikinti materiallarından asılı olaraq dəyişilə bilər.
Layihələndirilən balıq emalı müəssisələrinin nisbətən ucuz qiymətə başa gəlməsi
5


məqsədi ilə adətən yerli tikinti materiallarından istifadə edilməsi məqsədəuyğun
sayılır.
Bundan əlavə tikintinin, bina və tikililərin dəyərindən asılı olan ölçülərdə
hazırlanmasına çəkilən xərclər də nəzərə alınır.
Sonra,   layihələndirilən   müəssisədə   quraşdırılacaq   avadanlıqların   dəyərini
müəyyənləşdirirlər. 
Hesablamalardan əldə edilən məlumatları 3 – cü (33) cədvəldə göstərilən
formada qeyd edirlər.
                                                                   Cədvəl 3 (33)
Avadanlığın adı
Ölçü
vahidi
Sayı
1 ədədinin 
dəyəri, man.
Ümumi
dəyər, man.
Yekun 
Avadanlıqların   daşınmasına   və   montaj   edilməsinə   (quraşdırılma)   çəkilən
xərclər – uyğun olaraq avadanlığın dəyərinin 5 və 20 % – i miqdarında, nəzərdə
tutulmayan   kiçik   avadanlıq   və   inventarların   əldə   edilməsinə   –   avadanlıqların
dəyərinin   5   %   –   i   miqdarında   xərclər   əlavə   olaraq   nəzərə   alınır.   Bu   xərclərin
hamısının cəmi – avadanlıqlara çəkilən yekun xərcləri təşkil edir.
Tikintiyə və layihələndirilən müəssisənin avadanlıqlarla təchizatına çəkilən
xərclərin cəmi kapital xərclərini əmələ gətirir.
Maya   dəyəri   kalkulyasiyasına   əlavə   olaraq   cari   təmir   xərclərini   də   daxil
edirlər.   Bu   xərclər   balıq   emalı   müəssisələri   üçün   orta   hesabla   amortizasiya
ayırmalarının 50 % – i miqdarına bərabər qəbul edilir.
Sex maya dəyərinin kalkulyasiyası
6


Aparılan hesabatlar nəticəsində sex maya dəyərinin kalkulyasiyasını tərtib
edirlər ki, bu da 4 – cü (34) cədvəldə göstərilən formaya malik olur.
Digər  sex  xərclərini  məhsul   istehsalı  zamanı   çəkilən  sex  xərclərinin  orta
hesabla 1,0 % – nə bərabər qəbul edirlər. 
                                                        Cədvəl 4 (34)
Xərc maddələri
Cəm məbləğ, 
min manat
Xammal   .   .   .   .   .   .   .   .
Yardımçı materiallar   .   .   .  
Su   .   .   .   .   .   .   .   .   .   .   .
Buxar   .   .   .   .   .   .   .   .   . .
Elektrik enerjisi   .   .   .   .   . .
Əsas, əlavə əmək haqqı və
sosial sığortaya ayırmalar   . .
Amortizasiya ayırmaları   .   .
Cari təmir   .   .   .   .   .   .   .   .
Əmək mühafizəsi   .   .   .   .   .
Başqa sex xərcləri   .   .   .   .  .
Sex maya dəyəri   .   .   .   .   .
Bu maddə ilə inventarlaşmaya, rabitə vasitələrinə (telefon, selektor və s.) və
siqnallaşdırmaya   görə,  təcrübə, sınaq  və  tədqiqat  işlərinə görə  çəkilən xərcləri,
səmərələşdirici təkliflərə və ixtiralara görə, yuxarıda göstərilən maddələrlə nəzərdə
tutulmayan digər xərcləri nəzərə alırlar.
Fabrik – zavod maya dəyəri sex maya dəyəri ilə əsas istehsal proseslərində
çalışan   işçilərin   əmək   haqqı   fondunun   80   –   100   %   hədlərində   qəbul   edilən
ümumzavod xərclərinin cəmi kimi təyin edilir.
Ümumzavod xərclərinə bu və ya digər sexə birbaşa yolla (bilavasitə) aid
edilə bilməyən, bütövlükdə müəssisənin idarə edilməsi və ona göstərilən xidmətə
görə   bütün   xərcləri   daxil   edirlər.   Buraya   inzibati   –   idarəetmə   xərcləri,   ümumi
təsərrüfat xərcləri, tutum və ayrılmalar aid edilir.
7


Tam   maya   dəyəri   –  eyni   zamanda   istehsaldan   kənar   xərcləri   də   özündə
birləşdirir   ki,   bu   sonuncular   da   fabrik   –   zavod   maya   dəyərinin   3   –   5   %   –   i
civarında, faizlərlə təyin olunur.
Qeyri   –   istehsal   xərclərinin   faiz   nisbətini   məhsulun   maya   dəyərinin
kalkulyasiyası   hesablanarkən,   fəaliyyət   göstərən   mövcud   müəssislərdə   istehsal
prosesində dəqiqləşdirmək olar.
Layihələndirilən   müəssisənin   planlaşdırılan   gəliri   –  pərakəndə   –   satış
qiymətlərinə görə hazır məhsulun dəyəri ilə məhsulun tam maya dəyəri arasındakı
fərq kimi təyin edilir.
Layihələndirilən   müəssisənin   rentabellik   səviyyəsi   –  gəlirin   tam   maya
dəyərinə bölünməsi yolu ilə və ya gəliri əsas və dövri fondların cəminə bölməklə
hesablayır və faizlərlə ifadə edirlər.
Kapital   xərclərin   özünü   təminatlandırması   –  kapital   xərclərin   dəyərinin
gəlirin miqdarına bölünməsi yolu ilə təyin olunur.
Yuxarıda qeyd olunan bütün məlumatlar yeni layihələndirilən balıq emalı
müəssisələrinə   şamil   edilir.   Qeyd   etmək   lazımdır   ki,   mövcud   balıq   emalı
müəssisələri vaxtaşırı olaraq yenidənqurmaya (rekonstruksiya) məruz qoyulur.
Yenidənqurma   işlərindən   sonra   balıq   emalı   müəssisələrinin   iqtisadi
effektivliyi   olduqca   böyük   əhəmiyyət   kəsb   edən   məsələlərdən   hesab   olunur.
Yenidənqurma işləri həyata keçirilən balıq emalı müəssisələrində ən əvvəl əlavə
kapital qoyuluşlarını hesablayırlar. 
Əlavə kapital qoyuluşlarına aşağıdakılar aiddir:
 istehsal,   yardımçı   və   məişət   sahələrinin   (otaqlarının)   yenidən
qurulması (yenidən planlaşdırma) dəyəri;
   yeni avadanlıqların dəyəri, köhnə avadanlıqların yenidən montaj
edilməsi xərcləri (orta hesabla köhnə avadanlıqların dəyərinin 20 %
 i civarında);
  yeni avadanlıqların daşınması və montaj edilməsi (yerləşdirilməsi)
xərcləri (yeni avadanlıqların dəyərinin 20 – 25 %  i civarında).
8


Texnoloji   proseslərin   mexanikləşdirilməsindən,   az   məhsuldarlıqlı,   köhnə
avadanlıqların yeni, yüksək məhsuldarlıqlı avadanlıqlarla əvəz edilməsindən, əsas
istehsal   proseslərində   çalışan   işçilərin   və   köməkçi   işçilərin   sayının
ixtisarlaşdırılmasından,   istehsal   sahələrinin  əlverişli  istifadə   olunmasından  və  s.
əldə edilən şərti səmərə müəyyənləşdirilir.
Aparılan   bu   hesablamalara   əsaslanaraq   müəssisənin   yenidən   qurulmasına
çəkilən kapital xərclərin özünü nə vaxt doğrultacağı müddət və bunun əksi olan
kəmiyyət – yenidənqurmanın iqtisadi effektivlik əmsalı müəyyənləşdirilir. Bunun
üçün   yenidənqurmaya   sərf   olunan   kapital   xərclərinin   ümumi   miqdarını
yenidənqurma nəticəsində əldə edilən şərti gəlirin miqdarına bölmək lazımdır. 
 
9

Document Outline

  • movzu 1
  • movzu 2
  • movzu 3
  • movzu 4
  • movzu 5
  • movzu 6
  • movzu 7
  • movzu 8
  • movzu 9
  • movzu 10
  • movzu 11
  • movzu 12
  • movzu 13

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə