Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   2   3   4   5   6   7   8   9   ...   47

tərkibini tənzimləyən cihaz, qurğu və aparatlar söndürülür. Soyuducu batareyaların
səthində yığılan qar kütləsi toplanır və dərhal kameradan çıxarılaraq kənarlaşdırılır.
Kamera havasının parametrlərinin (istilik, təzyiq, nisbi nəmlik, oksigenin və
karbon qazının faiz miqdarı və s.) yaradılmasında və tənzimlənməsində istifadə
olunan   avadanlıqların   hamısının   texniki   sazlığı   yoxlanılır.   Nasaz   avadanlıq
müşahidə olunduqda dərhal yenisi ilə əvəz edilməlidir. 
Qapıların   vəziyyəti,   xüsusən   də   onların   kip   bağlanıb   –   bağlanmamağına,
döşəmədə, tavanda və divarlarda sökük yerlərin olub – olmamasına diqqət yetirili,
bu   baxımdan   müəyyən   qüsurun   aşkar   edilməsi   halında   o,   dərhal   aradan
qaldırılmalıdır.
  Məhsulun   yığılıb   saxlanılması   və   buraxılması   üçün   tələb   olunan   bütün
kamera inventarlarının (avtokarlar, yük altlıqları, sökülüb – yığılan arakəsmələr,
qapı pərdələri və s.) hamısı kameradan çıxarılıb, ayrıca yerdə xüsusi qaydalara
müvafiq   olaraq   təmizlənməli,   dezinfeksiya   edilərək   mikrobsuzlaşdırılmalı   və
lazımi halda təmirə məruz qoyulmalıdır. 
Kameralar əvvəlcə qurudulur, sonra süpürülüb təmizlənir, havası dəyişdirilir
və   dezinfeksiya   edilir.   Kameraların   dezinfeksiya   edilməsi   qaydası   müxtəlif
amillərdən asılıdır. Bununla əlaqədar, soyuducu kameralar kükürd qazı (1 m
3
 həcm
üçün 50 – 60 qram kükürd yandırmaqla) ilə, xlorlu əhəngin, kalsium karbonatın
sulu məhlulu, F – 5 maddəsi (natrium – oksidin fenollu birləşməsi), ozon və s. ilə
dezinfeksiya edilə bilər. Kameranın dezinfeksiyası mövcud təlimatlara qəti şəkildə
uyğun   qaydada   aparılmalıdır.   Dezinfeksiya   edildikdən   sonra   kamera   havasının
dəyişdirilməsi,   küləkləndirmə   yolu   ilə   oradakı   dezinfeksiyaedici   maddələrin   iy
qalıqlarının yox edilməsi həyata keçirilməlidir.
Dezinfeksiya   ilə   yanaşı   müxtəlif   gəmiricilərin   (siçanlar   və   b.),
xəstəliktörədən həşəratların, cücülərin məhv edilməsi və çoxala bilməmələri üçün
tədbirlər görülür. 
Məhsul qəbuluna 10 – 15 gün qalmış kameralar xüsusi ağardıcı vasitələrlə
ağardılır və yaxşıca qurudulur. Kamera havasının parametrlərinə nəarət etmək və
bu   parametrləri   tənzimləmək   üşün   istifadə   olunacaq   cihazlar   –   termometrlər,
12


termoqraflar,   hiqrometrlə,   psixrometrlər,   hiqroqraf,   katatermometr   və   başqaları
yoxlanılır və öz yerlərinə qoyulur. 
13


MÖVZU 3. İSTEHSALIN TEXNOLOJİ SXEMİ. İSTEHSALA 
TEXNOLOJİ VƏ BAKTERİOLOJİ NƏZARƏT.
İstənilən   hər   bir   yeni   layihələndirilən   və   ya   yenidən   qurulan   (rekonstruksiya
edilən) müəssisə, istehsalına çəkilən nisbətən az xərclərlə yüksək keyfiyyətli məhsul
istehsal etməlidir.
Buna, daha mükəmməl texnika və qabaqcıl texnologiyaları tətbiq etməklə nail
olmaq mümkündür. 
Sənaye müəssisələri layihələndirilərkən texnoloji sxemin qurulmasını təyin edən
ümumi prinsiplər aşağıdakı kimidir:
a)   məhsulların   maksimum   çıxımını   almaq   məqsədi   ilə   xammalın   daha   tam
istifadəsi;
b) istehsal edilən məhsulların yüksək keyfiyyətliliyi;
c)   istehsal   prosesinə   xidməti   sadələşdirmək   və   yüngülləşdirmək   məqsədi   ilə
istehsalın fasiləsizliyi, mexanikləşdirilməsi və avtomatlaşdırılması; 
d) istehsal prosesində iştirak edən şəxslərin təhlükəsizliyi.
Aşağıdakı səbəblərə görə fasiləsiz prosesə üstünlük vermək mümkün olan bütün
hallarda üstünlük verilir:
a)   fasiləsiz   işləyən   aparatların   məhsuldarlığı,   fasilə   ilə   işləyən   aparatlardan
yüksək olduqda;
b) fasiləsiz işləyən aparatlara qulluq göstərmək sadədir və az miqdarda xidmət
personalı tələb edir;
c) fasiləsiz işləyən aparatlarda bir sıra ardıcıl əməliyyatlar həyata keçirildikdə,
onların   s i n x r o n l a ş m a s ı n a  asanlıqla nail olmaq mümkündür; 
d) istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması rahatlaşır.
Yuxarıda göstərilən qurulmanın ümumi prinsiplərinə riayət edilərkən, texnoloji
proses müxtəlif hallarda müxtəlif cür formalaşa bilər. Bu və ya digər texnoloji sxemin
seçilməsi bir sıra faktorlardan asılıdır:
Onlardan vacibləri aşağıdakılardır:
a) emal olunan xammalın təbiəti:


b) məhsul çıxımını, onun keyfiyyətini və çeşidini  təyin edən tələblər;
c) müəssisənin gücü;
d) istehsalın əmək tutumu;
e) köməkçi materiallar, buxar, su və elektrik enerjisinin sərf norması;
k) yerli şəraitlər.  
3.1. Emal edilən xammalın təbiəti
Balıq   sənayesində   emal   edilən   xammalın   təbiəti,   layihələndirilən   müəssisənin
texnoloji sxeminin qurulmasına əsaslı surətdə təsir göstərir.
Xammalın təbiəti, qismən bu və ya digər rayonda hasil olunmuş balıqların növü
layihələndirilən   zavodun   məhsul   çeşidini   təyin   edir   ki,   bunun   da   əsasında   texnoloji
sxemləri yaradırlar. Hər bir məhsul çeşidinin  t e x n o l o j i    i n s t r u k s i y a s ı ()
mövcud   olur.   Layihənin   müəllifləri   bu   və   ya   digər   texnoloji   sxemin   üzərində
dayanmazdan əvvəl, oxşar texnoloji sxemlərə müqayisəli iqtisadi qiymət verilməlidir.
Bütün hallarda, layihələndirilən zavodda xammalın kompleks emalına çalışmaq
lazımdır. 
Məhsulların keyfiyyətindən asılı olaraq texnoloji 
sxemlərin qurulması
İstehsal   olunan   məhsulların   keyfiyyətindən,   çeşidindən,   bəzən   isə   həm   də
təyinatından   (məsələn,   balıq   emalı   zamanı   tibbi   piy   istehsalı)   asılı   olaraq   istehsalat
prosesi   qurulur.   Hər   bir   müəyyən   halda   müəyyən   sxemdən   istifadə   etməklə   zavod
layihələndirmək olar:
a) tibbi piy yarımfabrikatı istehsalı üzrə;
b) xammaldan hazır tibbi piy istehsalı üzrə;
c) yarımfabrikatlardan tibbi piy istehsalı üzrə;
d) vitamin istehsal edən sexi də olmaqla tibbi piy istehsalı üzrə.
Bu zaman müəssisənin gücündən asılı olaraq, müxtəlif əlavə məhsullar istehsalını
(məsələn, qrakslardan yeni konserv məhsulları və ya zülal qalığından gübrə) da həyata
keçirmək olar. 
2


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə