Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   2   3   4   5   6   7   8   9   10   ...   47

Texnoloji sxemləri seçərkən müəssisənin gücünü nəzərə almaq lazımdır, məsələn,
müəssisənin gücü kiçik olduqda xammalın kompleks emalını layihələndirmək, fasiləsiz
işləyən yüksək məhsuldarlıqlı avadanlıqlardan istifadə etmək çətinləşir. Buna görə də
istehsal   prosesinin   texnoloji   sxeminin   seçilməsi   bütün   avadanlıqların   seçilməsi   və
hesablanmasından sonra müəyyənləşdirilir. 
Texnoloji sxemləri  işləyərkən (hazırlayarkən) tədris layihələrində aşağıdakıları
təsvir etmək lazımdır:
a)   texnoloji   sxemin   seçilməsinin   əsaslandırılmasını   əks   etdirən   izahat   yazısı,
lazımı miqdarda texnoloji avadanlıqların seçilməsi və hesablanması; texnoloji sxemin
təsviri; 
b)   texnokimyəvi   nəzarətin   yeri   və   xarakteri   göstərilməklə,   texnoloji   sxemin
çertyoju (qrafiki hissə). 
Texnoloji sxemlərin tərtibat metodları
İstehsal prosesinin prinsipial texnoloji sxemini bütün təyinedici faktorları nəzərə
almaqla   qururlar.   Qrafiki   olaraq   sxem,   uyğun   texnoloji   əməliyyatlar   göstərilməklə
düzbucaqlılar və ya dairələr şəklində tərtib edilə bilər. Sxemlərdə maşın və aparatları
uyğun izahat yazıları ilə sadə geometrik fiqurlar və ya hər bir aparatın əsas konturlarını
təkrar   edən   şəkillər   kimi   təsvir   edirlər   (imkan   daxilində   eyni   miqyasda).   Bütün
aparatları aksonometrik  proyeksiyalarda yerləşdirilən, çertyojda onların tərtibatı zamanı
isə proseslərin fasiləsizliyi nəzərə alınan sxemlər daha inandırıcı olurlar. Daha aydın və
inandırıcı   görünmək   üçün   aparatları   öz   aralarında   əlaqələndirən   nəqletdirici
(transportyor) elementləri də işarələndirirlər. 
İstehsala texnoloji və bakterioloji nəzarət
Balıq   emalı   müəssisələrində   yüksək   keyfiyyətli   hazır   məhsul   istehsalı,   zavod
laboratoriyaları tərəfindən  texnoloji  prosesin   bütün mərhələlərində  istehsal   prosesinə
yaxşı təşkil olunmuş nəzarətdən çox asılıdır. Nəzarət, xammalın qəbulundan başlayaraq
hazır məhsul buraxılışınadək olan istehsal prosesinin bütün zənciri boyunca fasiləsiz
3


olaraq   yerinə   yetirilir.   Xammalın   keyfiyyətinə,   texnoloji   prosesin   düzgün   gedişinə,
onların texniki şərait (TŞ) və texnoloji instruksiyalara (Tİ) uyğunluğuna nəzarət olunur.
Zay məhsulların yaranma səbəbi, balıq məhsullarının sort göstəricilərinin aşağı
düşməsi aydınlaşdırılır və onların aradan qaldırılması yolları müəyyənləşdirilir. Sonra
yardımçı materialların keyfiyyəti, həmçinin məhsul vahidi (sentner, ton, min şərti banka
və s.) istehsalına xammal sərfi yoxlanılır.
Son nəticədə hazır məhsulun keyfiyyətinə nəzarət olunur. 
İstehsala nəzarət metodları
Balıq   emalı   sənayesində   istehsal   məhsullarına   nəzarət   orqanoleptiki   (sensor),
fiziki, fiziki-kimyəvi və mikrobioloji metodlarla həyata keçirirlər.
Orqanoleptiki   metod   insanın   hiss   üzvlərinin   duyma   xassələrinə   əsaslanır.   Bu
metodla  tədqiq  edilən  məhsulların  xarici görünüşləri,  ətri,  dadlı və  konsistensiyaları
üzrə keyfiyyəti təyin olunur.
Fiziki və fiziki-kimyəvi metodlarla texnoloji proseslərin (rejimlərin) şəraitlərinə,
yəni   mühitin   temperaturu,   nisbi   nəmliyi,   havanın   hərəkət   sürəti,   məhsulun
konsentrasiyası,   məhlulların   qatılığı   və   digər   parametrlərə,   habelə   yarımfabrikatların
keyfiyyətinə nəzarət edilir. Bu metodlar, qeyd edilənlərlə yanaşı fiziki xassələrin, yəni
rəngin,   ölçülərin,  çəkinin,   sıxlığın,  ərimə   və  bərkimə   temperaturlarının   təyinində   də
istifadə olunur.
Kimyəvi metodlarla məhsulun tərkib hissələrini, onların faiz miqdarını və habelə
kənar qatışıqların mövcudluğunu təyin edirlər.
Mikrobioloji metodlarla tibbi və qida məhsulları istehsalı zamanı sanitar rejimə
nəzarət edirlər, son zamanlar isə məhsullarda aminturşuların və vitaminlərin miqdarını
da təyin edirlər.  
İstehsala nəzarət formaları
İstehsal proseslərinə nəzarətin iki formasını bir – birindən fərqləndirirlər:
1. Texniki nəzarət forması;  2. Kimyəvi (laborator) nəzarət forması;
Texniki nəzarət istehsal sexlərində balığın emal yerlərində laboratoriya işçiləri
tərəfindən   həyata   keçirilir.  Bu   nəzarət   zamanı   ölçü  cihazlarının,   habelə   sex   yazıları
4


göstəricilərinin vaxtaşırı yoxlanması yolu ilə, ayrı-ayrı   texnoloji proseslərin rejiminə
riayət olunması təmin olunmalıdır.
Texniki   nəzarət   yarımfabrikatlar   və   hazır   məhsul   çıxımının,   alınan   itki   və
tullantıların miqdarının, köməkçi materiallar sərfinin yoxlanılmasını həyata keçirir.
Texniki instruksiyalar, texnoloji itkilərin norması  və köməkçi materiallar sərfi
texniki nəzarət üçün əsas hesab edilir. Kimyəvi və mikrobioloji laboratoriyalar şəklində
təchiz edilmiş xüsusi şərait tələb edən tədqiqatlar, laboratoriya nəzarətinə aid edilir.
Xammal   və   yarımfabrikatların   keyfiyyətinə   kimyəvi   nəzarət   üçün   xammal   və
yarımfabrikatlara texnoloji instruksiyalar (T İ) və texniki şərtlər ( T Ş), hazır məhsullar
və köməkçi materiallar üçün isə - standartlar əsas kimi xidmət göstərir.
İstehsal nəzarəti prosesində bilavasitə tədqiqata məruz qoyula bilməyən  xammal,
yarımfabrikat və hazır məhsulların çox böyük kütlələri ilə iş  görmək lazım gəlir. Buna
görə də tədqiqatlar üçün “nümunə” adlandırılan müəyyən miqdarda məhsul ayırırlar.
Xammal  və yarımfabrikatlara nəzarət edərkən nümunəvi  bu və ya digər balıq
emalı qurğusuna və ya aparatına (çən, quruducu və ya hisləyici tunel və s.) salınmış
nəzarət edilən məhsuldan götürürlər.
Hazır   məhsullara   nəzarət   edərkən   nümunəni   eyni   zamanda   təhvil   və   qəbula
təqdim   olunmuş   balıq   məhsulu   partiyasından   seçirlər.   Əvvəlcə   məhsul   partiyasının
müxtəlif   sahələrindən   seçilmiş   ayrı-ayrı   nümunələri   qarışdırmaqla   əsas   sınaq
nümunədən laboratoriya tədqiqatlarına məruz qoyulacaq orta nümunəni seçirlər. Orta
nümunənin   tədqiqat   nəticələri   bütün   məhsul   partiyasının   bütövlükdə   keyfiyyətini
xarakterizə edir.
Layihələrin   texnoloji   sxemlərində   nəzarət   nöqtələrini   (   işarələndirməni   şərti
işarələr   –   yəni   rəngli   dairələr,   sadə   geometrik   fiqurlar   və   s.   şəkildə   qeyd   edirlər)
göstərirlər.
Layihələrdə   aşağıdakıları   göstərmək   lazımdır:   a)   nəzarət   nöqtəsini   (xammal
meydançası, balığın yuyulması, balığın qızardılması, sterilləşdirmə və s.); 
b)  nəzarət  obyektini  ( prosesin  rejimi,  xammal   və ya yarımfabrikat,  yardımçı
materiallar və s.);
c) nəzarət metodunu ( orqanoleptiki, texniki, kimyəvi, mikrobioloji );
5


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə