Möhtəşəm fərman


Müxtəlif məzmun yenilikləri - yeniliyin əsas mənası



Yüklə 1,37 Mb.
səhifə11/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Müxtəlif məzmun yenilikləri - yeniliyin əsas mənası


Bu gün həm İslam quruluşunun, həm ölkənin, həm də bütün dünyanın müxtəlif ehtiyacları vardır. İslam epistemologiyasının, İslamın iqtisadi və siyasi doktrinasının, onların əsasını təşkil edən fiqh və hüquq nəzəriyyələrinin, təlim və tərbiyə sisteminin, əxlaqi, mənəvi və digər məfhumların izahı dəqiq, elmi, qaneedici və dünyanın geniş yayılmış düşüncələrinə hesablanmış şəkildə hazırlanmalıdır. Bu, hövzələrin işidir. Bu iş ictihadla mümkündür. Əgər biz bu işi görməsək, dinin bəşər həyatından çıxarılmasına öz əlimizlə kömək etmiş olacağıq; ruhaniliyin təcrid olunmasına öz əlimizlə kömək etmiş olacağıq. Yenilin mənası budur. Belə müxtəlif ictihad işləri yeniliyin əsasıdır.

Üslublarda yenilik


Digər sahələrdə də mən nəyin yenilik olduğunu və nəyin olmadığını, daha doğrusu, hansı yeniliyin düzgün, hansının səhv olduğunu deyəcəyəm. Mənim sözüm həmişə bu olub, indi də budur, əvvəllər də müxtəlif məclislərdə hövzə alimlərinə bunu demişik: Yenilik və dəyişiklik zəruri məsələdir və baş verəcək. Bu gün müxtəlif təbəqələrin, millətlərin və digər toplumların ətrafında darvaza və hasar yoxdur. Lakin bu yeniliyi və dəyişikliyi ya idarə etməli və istiqamətləndirməliyik, ya da özbaşına buraxmalıyıq. Əgər buraxsaq, uduzacağıq. Hövzənin böyükləri, təqlid müctəhidləri, mütəfəkkirlər, alim və müəllimlər kəmərlərini möhkəm bağlamalı, iradə göstərməli, bu yenilik üçün proqram hazırlamalı, onu istiqamətləndirməli və idarə etməlidirlər. Buna əsasən, yeniliyin əsas mənası budur: müxtəlif məzmun yenilikləri.

Universitet metodlarının icrası - yenilikdə yayınma


Yenilik barədə səhv bir məna qəsd oluna və başa düşülə bilər. Bundan mütləq qaçmaq lazımdır. Yenilik tədris və təhsildə hövzənin çox faydalı olan ənənəvi metodlarını tərk edib onları bugünkü universitet metodları ilə əvəzləmək deyil. Belə bir yenilik və dəyişiklik çox səhvdir. Bu gerilikdir.

Universitet metodlarına qayıtmaq - irtica və gerilik


Bu gün bizim qədim və klassik metodlarımız dünyada tanınır. Bəziləri ya təqlidçilik, ya yaradıcılıq üzündən həmin metodlara rəvac verirlər. Biz qədim Qərb üsullarından götürülmüş və yazılmış universitet üsullarımızı hövzəyə hakim edək?! Xeyr, biz bunu yenilik bilmirik. Əgər belə bir dəyişiklik baş versə, şübhəsiz, irtica və gerilikdir. Biz bunu qəbul etmirik.

Hövzənin kalssik üsullarının gözəllikləri

Azad müəllim seçimi


Elmi hövzədə bizim çox yaxşı üsullarımız var. Bunlar qədimdən adət olmuşdur; məsələn tələbənin müəllimi azad şəkildə seçməsi. Tələbə hövzəyə daxil olanda axtarıb özünün qəbul etdiyi və sevdiyi müəllimi tapır və onun dərsinə gedir.

Əzbərçiliyin yerinə düşüncəyə təmayül


Hövzədə əsas iş düşünmək və diqqətlə araşdırmaqdır, əzbərləmək deyil. Əzbərçilik bu gün bizim yeni təhsil sistemimizin bəlasıdır. Biz bir müddətdir onunla mübarizə aparırıq. Bu hələ düzəlməmişdir, amma düzəlməlidir. Hövzədə ənənəvi olaraq əsas məsələ düşünmək olmuşdur.

Dərslərin öncədən mütaliə edilməsi


Hövzə tələbəsi oxuduğu dərsi qabaqcadan mütaliə edib zehnini hazırlayır ki, müəllimdən yeni söz eşitsin.

Dərslərin mübahisəsi


Dərsdən sonra onu bir sinif yoldaşı ilə mübahisə edir; bir dəfə bu ona dərs deyir, bir dəfə də o buna və bu yolla zehinlərinə hopur.

Müəllimin dərsini yazmaq


Nəcəf kimi bəzi hövzələrdə müəllimin dərsini yazmaq adət olmuşdu. Qumda bunu az edirdilər, yaxud etmirdilər və çox nadir idi. Müəllimin dərsindən sonra savadlı bir tələbə oturub müəllimin dediyi həmin dərsi ehtiyacı olan bəzi tələbələr üçün yenidən deyirdi. Görün bu iş tələbənin elmini, savadını və məlumatını dərinləşdirmək üçün nə qədər təsirlidir. Bu ənənələri əldən vermək olmaz. Bunlar heyfdir.

Şagirdin müəllimə hörməti və onun qarşısında təvazökarlığı


Müəllimə hörmət də bir məsələdir. Elmi hövzələrdə geniş yayılmış ənənələrdən biri şagirdin müəllim qarşısında təvazökarlığı, ona hörmət göstərməsidir. Öyrənci əxlaqı mövzusunda çoxlu kitablar yazılmışdır; yəni tələbənin müəllim qarşısında hansı vəzifələri və müəllimun onun üzərində hansı hüquqları var. Əlbəttə, qarşılıqlı olaraq tələbənin də müəllim üzərində haqları var. Müəllim yalnız dərsi deyib getməməlidir, şagirdin sözünü də dinləməlidir. Bunlar qədimdən adət olmuşdur. Bizim dövrümüzdə bəzi böyük alimlər vardı, indi də belələri var; şagird dərsdən sonra müəllimin evinədək onu müşayiət edir, elmi müzakirə aparır, söhbətləşir və sual verir; məclis elm məclisidir, araşdırma və sual-cavab məclisidir. Bunlar bizim hövzəmizin yaxşı ənənələridir. Digərlərinin bunları bizdən öyrənmək istədiyi halda biz bunları digərlərinin qüvvədən düşmüş və köhnəlmiş üsulları ilə əvəzləyək?! Deməli, bu ənənələr qalmalı və gücləndirilməlidir. Yenilik bunları dəyişdirmək deyil.

Hövzədə müsbət yeniliyin şərtləri

Elmi fəaliyyətlərin günün ehtiyaclarına uyğun olması


Müsbət yenilikdə mütləq lazım olan məsələlərdən biri budur ki, biz özümüzü və elmi fəaliyyətimizi ehtiyaclara uyğunlaşdıraq. Bizim xalqımızın ehtiyaclı olduğu və bizdən cavab istədiyi məsələlər var. Biz onları təmin etməliyik. Elə mövzular da var ki, xalqın onlara ehtiyacı yoxdur; çox işlənib, çox araşdırılıb. Onlarla məşğul olmamalıyıq. Bunlar çox əsaslı və mühüm məsələlərdir. Biz universitetdən istəyirik ki, öz fəaliyyətini cəmiyyətin ehtiyacları ilə uyğunlaşdırsın. Universitetlə, müəllimlərlə və tələbələrlə üzləşdikdə bunu həmişə onlardan istəyirik. Deyirik ki, elmi fənlərinizi cəmiyyətin ehtiyaclarına uyğunlaşdırın, görün bizə nə lazımdır. Bu, hövzələrə daha çox lazımdır.

Yeniliyin hövzənin rəftar və əxlaq sisteminə uyğunlaşdırılması


Sonrakı məsələ hövzələrin rəftar və əxlaq sistemi məsələsidir. Əgər yenilik baş verəcəksə, bu yenilik bu cəhətə də malik olmalıdır. Burada bir neçə mövzu var. Mən onları qeyd etmişəm:

Müəllimlərə hörmət


Hövzələrin rəftar və əxlaq sistemi müəllimlərə hörmət istiqamətində olmalıdır; müəllimə hörmət, dəyərli kadrlara hörmət, xüsusən təqlid müctəhidlərini uca tutmaq. Heç kəs asanlıqla təqlid müctəhidliyi həddinə çatmır; bunun üçün çoxlu səlahiyyətlər lazımdır. Təqlid müctəhidləri əksərən elmi hövzələrin elmi zirvələri sayılırlar. Buna görə təqlid müctəhidlərinin hörməti qorunmalı, onlar uca tutulmalıdırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə