Möhtəşəm fərman


İnqilaba zərbə vurmaq üçün düşmənin səyi



Yüklə 0,6 Mb.
səhifə2/37
tarix04.08.2018
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   37

İnqilaba zərbə vurmaq üçün düşmənin səyi

Düşmənin hücum etdiyi əsas nöqtələr


Bu sözün davamı odur ki, düşmənlər bu müddət ərzində bu inqilaba və quruluşa zərbə vurmaq istəyəndə onların hücumlarının hədəfi nə olmuşdur? İki mühüm nöqtə düşmən hücumlarının hədəfi olmuşdur: biri din, biri isə xalq və onun vəfadarlığı.

Din

İnqilabı qorumaqda dinin rolu

Dinin zalım qarşısında mübarizə və müqavimətə həvəsləndirməsi


Bilirlər ki, bu inqilab dini inqilab olmasaydı, dirəniş gücü olmazdı. Çünki öz ardıcıllarına zülmə tabe olmağı qadağan edən, onları zülmlə mübarizəyə həvəsləndirən, insanların həyatına ədalət, azadlıq, mənəviyyat və inkişaf təklif edən dindir. Bu, dinin xüsusiyyətidir. Deməli, dinə əsaslanan bir quruluşun düşmənlərin, hegemonların və artıqtamahların təzyiq və şiddətinə tabe olması mənasızdır. Əgər bu inqilabda din elementi olmasaydı, inqilabın məsul şəxslərinin və rəhbərlərinin düşməndən bir imtiyaz almaqla güzəştə getmələri və düşmənin istismarına yenidən yol açmaları mümkün idi. Amma dinin bu inqilabın fəqərə sütunu olduğuna görə indiyədək belə bir şey baş verməmişdir və bundan sonra da baş verməyəcək.

Allahın vədinə etimad, müqavimət və ağıllı idarəçilik - Allahın yardımının təminatçısı


Bizim əziz imamımızın bizə və bütün xalqa böyük dərsi bu idi; öz gücünüzə inanın, bu gücü daim artırmağa çalışın, Allah-Taalaya və Onun vədinə etimad edin. Əgər müqavimət göstərib ağılla hərəkət etsəniz, əmin olun ki, Allahın yardımı sizinlə olacaq. Bu, xalqın dindar olmasına, inqilabın və İslam quruluşunun dini inqilab və quruluş olmasına görədir.

Xalq və onların quruluşa vəfadarlığı

İnqilabın xalq inqilabı olmasının mənası


Xalq inqilabı o deməkdir ki, bu inqilab xalq tərəfindən vəfadarlıqla himayə olunur. İslam quruluşu xalq tərəfindən təsdiqlənir və tam dəstəklənir. Bu da bu müddətdə təsdiq olunmuşdur.

İnqilabın xalq inqilabı olmasının səmərələri


Əgər xalq olmasaydı, əgər xalqla quruluş arasında uçurum yaransaydı, quruluş düşmənlərin qarşısında müqavimət göstərə bilməzdi. Məsul şəxslərin müqavimət dayağı xalqın bu möhkəm dəstəyidir. Bunlar iki əsas cəhətdir: din və xalq. Odur ki, düşmən də bunları öz hücumlarının hədəfi seçmişdir; dini bir formada, xalqın vəfadarlığını və etiqadını da bir formada.

İnqilabla mübarizədə düşmənin hiylələri

Cəmiyyətdə dini zəiflətmək üçün hiylələr


Siz görürsünüz ki, 1980-cı illərdən və imamın bərəkətli həyatı dövründən istər xarici düşmənlər, istər onların daxildəki muzdurları, yaxud muzdsuz və minnətsiz nökərləri din müqəddəslərini, din həqiqətlərini, İslam hökmlərini şübhə altına salır və inkar edirlər. Bu, təsadüfi hal deyil. Bunun üzərində təkidlə dayanmışlar. Bu məsələ Salman Rüşdi ilə başlayıb Hollivudun antiislam filmləri ilə, karikaturlarla, Quran yandırmaqla və o tərəf-bu tərəfdə İslam əleyhinə müxtəlif hadisələrlə davam etdi. Məqsəd xalqın İslama və İslam müqəddəslərinə imanını azaltmaqdır. Ölkə daxilində xalqın, xüsusən də gənc nəslin imanının təməllərini müxtəlif yollarla zəiflətməyə çalışırlar; cinsi özbaşınalığı, mütləq halallığı yaymaqdan tutmuş həqiqi irfanın saxta formasının, yalançı irfanların təbliğinə, Bəhailiyin və ev kilsələri şəbəkəsinin təbliğinə qədər. Bunlar bu gün İslam düşmənlərinin araşdırması, siyasəti və proqnozu əsasında görülən işlərdir. Məqsəd isə məhz dini zəiflətməkdən ibarətdir.

Düşmənin xalqın quruluşa vəfadarlığını zəiflətməyə yönəlik hiylələri


Xalqın quruluşa vəfadarlığını zəiflətmək üçün çoxlu işlər görürlər; xalqı ölkə məmurlarına, icra, qanunverici və məhkəmə hakimiyyətlərinin başçılarına ümidsiz etmək üçün şayiə yayırlar, bədbinlik toxumu səpirlər, ölkədə görülən hər bir dəyərli və yaxşı işi müxtəlif təbliğat vasitələrində şübhə altına salırlar, mənfi cəhətləri bir neçə dəfə böyüdür, müsbət cəhətləri isə gizlədirlər. Məqsəd xalqı, xüsusən də gənc nəsli ümidsiz etməkdir. Xalqı səhnədən çıxarmaq üçün gənc nəslin və xalqın qarşısındakı gələcəyi qaranlıq göstərirlər. Lakin əsas məsələ budur ki, İran xalqının və İslam quruluşunun düşmənlərinin otuz ildən artıq sürən bu müddətdə hər iki sahədə gördükləri bütün işlər ziyanlarına olmuşdur; nəticə əldə etməmiş və qəti məğlubiyyətə uğramışlar. Onlar elə bilirdilər ki, xalqı İslam quruluşundan ayıra bilərlər.

Düşmənin məğlubiyyətinin əlamətləri

Xalqın dini inancının və agahlığının artması


Hər gün ötdükcə xalqın dini məsələlərlə və mənəvi dəyərlərlə rabitəsinin artdığını görürsünüz. Bizim ölkəmizdə nə zaman mənəvi mərasimdə - ramazan ayının, yaxud Fitr bayramının ibadət mərasimlərində bu qədər gənc iştirak etmişdir?! Xalqın bu möhtəşəm toplantıları, siyasi məsələlərdə bu aydın baxışı keçmişdə olmamışdır. 2009-cu ilin Aşura günü təhrik olunmuş bir qrup tərəfindən İmam Hüseynə (ə) edilən hörmətsizlikdən iki gün ötməmiş xalq 9 deydə (30 dekabrda) küçələrə çıxıb öz mövqeyini açıq şəkildə ortaya qoydu. Düşmən əlləri və təbliğatı xalqı nəinki dini hisslərindən uzaqlaşdıra bilmədi, hətta bu hisslər günbəgün daha gücləndi və bu inam daha dərinləşdi.

Xalqın seçkilərdə qırx milyonluq iştirakı və iğtişaş qarşısında müqaviməti


Şübhəsiz ki, düşmən xalqı İslam quruluşundan ayırmaqda iflasa uğramışdır. Ötən ilki seçkilərdə ölkənin qırx milyon əhalisi iştirak etdi; əslində İslam Respublikası quruluşunun və seçkilərin xeyrinə qırx milyonluq bir referendum keçirildi. Düşməni qəzəbləndirən bu idi. İğtişaşla onun təsirini məhv etmək istədilər, amma bacarmadılar. Xalq iğtişaşın qarşısında da dayandı.

2009-cu il iğtişaşlarının antidin təbliğatının və siyasi mikroblarının təsirsiz olması


2009-cu il iğtişaşı ölkəni vaksinlədi, xalqı siyasi və ictimai mikroblar əleyhinə hazırladı, xalqın agahlığını artırdı. Ötən illərdə ölkənin bəzi mətbu orqanlarında elm və dərk iddiası edən bəzi şəxslər din əleyhinə, İslam əsasları əleyhinə bəzi sözlər yazırdılar; bunlar da xalqa təsir etmədi.

Düşmənlərin dinə hücumunda əsas məsələlər


Buna diqqət yetirin. Düşmənlər dinə dair iki əsas məsələni izləyirlər; çünki bu iki amilin xalqın həyatına nə qədər təsirli olduğunu görmüşlər:



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə