Möhtəşəm fərman



Yüklə 1,37 Mb.
səhifə22/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

Avamlığa dair nümunələr

Erkən İslam çağından avamlığa dair nümunələr


Mən tarixdən bir misal vurum. Siffeyn döyüşündə Müaviyənin ordusunun məğlub olmasına az qalırdı; tamamilə məhv edilməsinə bir şey qalmırdı. Canlarını xilas etmək üçün düşündülər ki, Quranları nizələrə taxıb meydana gətirsinlər. Quran vərəqlərini nizələrə taxıb dedilər ki, Quran bizimlə sizin aranızda hakim olsun; Quran nə desə, onu edək. Bəli, avamların xoşuna gələn yaxşı bir iş idi. Qoşunun içindən sonralar xəvaricdən (separatçılardan) olub Əmirəl-mömininə (ə) qarşı xəncər çəkən bir qrup dedi ki, yaxşı sözdür, bunlar pis söz demirlər, Quranı hakim etmək istəyirlər. Baxın, bura aldanma yeridir. Burada insan ayağının altına baxmadığına görə sürüşür. Əgər sürüşsə, heç kəs onu bağışlamaz, çünki ayağının altına baxmayıb, ayağının altındakı yemiş qabığını görməyib. Onlar baxmadılar. Əgər həqiqəti anlamaq istəsəydilər, o, gözlərinin önündə idi. Quranın hakim edilməsinə və onun hökmünə tabe olmağa dəvət edən şəxs seçilmiş və itaəti vacib olan imamla vuruşur. O, Qurana necə inana bilər?! Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) bizim nəzərimizcə Peyğəmbər (s) tərəfindən təyin edilmiş xəlifədir. Amma bunu qəbul etməyən şəxslər də o zaman üçüncü xəlifədən sonra hamının onunla beyət və xilafətini qəbul etdiyini bilirdilər. O bu yolla imam və İslam cəmiyyətinin itaəti vacib olan hakimi olmuşdu. Onunla vuruşan, onun əleyhinə xəncər çəkən şəxslə vuruşmaq bütün müsəlmanların vəzifəsi idi. Əgər Quranı nizəyə taxan bu şəxs Qurana etiqadlıdırsa, Quran deyir ki, nə üçün Əli (ə) ilə vuruşursan? Əgər həqiqətən Qurana etiqadlıdırsa, əllərini qaldırıb "mən vuruşmuram" deməli və xəncərini yerə atmalıdır. Bunu görməli və anlamalı idilər. Bu, çətin məsələ idi?! Bu, dərki mümkün olmayan bir problem idi?! Səhlənkarlıq etdilər. Bu olur avamlıq. Əgər azca düşünüb fikirləşsəydilər, həqiqəti anlayardılar. Çünki bunların özləri Mədinədə Əmirəl-mömininin (ə) səhabələri olmuşdular; Osmanın öldürülməsində Müaviyənin adamlarının və köməkçilərinin əlinin olduğunu görmüşdülər. Osmanın öldürülməsinə onlar şərait yaratdılar və sonra qisas üçün köynəyini bayraq etdilər. Onların özləri bu işi gördülər, təqsirkar özləri idilər, amma təqsirkar axtarırdılar. Baxın, bu avamlıq diqqətsizlikdən irəli gəlir, baxmamaqdan irəli gəlir, aydın bir həqiqətə göz yummaqdan irəli gəlir.

İndiki zamanda avamlığa dair bir nümunə


Sonuncu iğtişaşlarda bəziləri səhv etdilər. Bu, avamlığa görə idi. Böyük və əzəmətli bir seçkilərdə saxtakarlıq iddiası etməyin yolu bəllidir. Saxtakarlığın baş verdiyini düşünən şəxs əvvəla buna dəlil göstərməlidir. Bundan əlavə, dəlil göstərsə də, göstərməsə də, qanun yolu müəyyən etmişdir; şikayət edə bilər. Gərək yoxlanıb araşdırılsın, bitərəf şəxslər gəlib baxsınlar və saxtakarlığın edilib-edilmədiyi bəlli olsun. Yolu budur. Biz də buna çox kömək etdik. Mən qanuni müddəti uzatdım; hətta dedik ki, insanlar özləri kamera önünə gəlib saysınlar. Əgər kimsə bu yolu qəbul etmirsə, deməli, inadkarlıq edir... Diqqət yetirin. Burada məqsəd ötən hadisələr haqda fikir bildirmək deyil, misal vurmaq istəyirik.

Agahlığa nail olmağın cəmiyyət üçün mümkünlüyü və asanlığı


Deməli, agahlığa nail olmaq çətin iş deyil. Əgər siz baxıb məntiqli və qanuni bir yolun olduğunu görürsünüzsə və kimsə o məntiqli və qanuni yoldan imtina edib ölkə üçün zərərli olan, xalqın maraqlarına zərbə vuran bir iş görürsə, ədalətli, normal və tərəfsiz baxışla onun haqsız olduğu bəllidir. Bu aydın bir məsələdir, aydın bir mühakimədir. Buna görə görürsünüz ki, xalqın agah olmasını istəmək çətin və mümkünsüz bir işi istəmək deyil. Agahlığa nail olmaq çox çətin iş deyil. Agahlıq əldə etmək bu qədər lazımdır ki, insan müxtəlif tələlərə - dostluqların, düşmənliklərin, nəfs istəklərinin və müxtəlif tələsik mühakimələrin tələsinə düşməsin. İnsan bu qədər baxıb fikirləşsə, həqiqəti görə bilər. Agahlıq bu fikirləşməkdən, bu baxmaqdan ibarətdir, artıq gözlənti deyil. Beləliklə anlamaq olar ki, agahlığa nail olmaq hamının işidir; hamı agah ola bilər.

Avamlıqda diqqətsizliyin rolu


Əlbəttə, bəzi adamlar inadkarlıq və bədxahlıq üzündən deyil, diqqətsizlik üzündən avamlıq edirlər. İnsan öz canını çox istəsə də, bəzən maşın sürərkən bir an diqqətinin yayınması, yuxulaması və qəzaya düşməsi mümkündür. Bu sahədə baş verən yayınmaları günah saymaq olmaz, amma əgər davamlı olsa, avamlıqdır və daha məqbul deyil.

Xalqı məlumatlandırmaq - düşmənin yumşaq muharibəsi qarşısında gənclərin vəzifəsi


Bu gün yumşaq müharibədə düşmənin əsas işi ölkənin siyasi mühitini bulaşdırmaqdır; bunu nəzərdən qaçırmayın. Bu gün düşmənin ən mühüm işi budur. Siyasi işlərlə məşğul olan və məlumatlı insanlar bilirlər ki, bu gün böyük güclərin qüdrəti atom bombalarından və banklarında yığılmış sərvətlərdən daha çox onların təbliğat imkanlarındadır, hər yerə çatan gur səslərindədir. Təbliğat üsullarını da yaxşı bilirlər; bu sahədə doğrudan da inkişaf etmişlər. Bu gün qərblilər - istər avropalılar, istər amerikalılar təbliğat işində modern və çox mütərəqqi üsullar bilirlər. Biz bu sahədə geridəyik. Onların ən əsas işlərindən biri təbliğatı bacarmalarıdır. Bu təbliğat üsulları ilə, ajiotajla, həqiqətin ziddinə olan söz yığını göndərməklə cəmiyyətlərin vəziyyətini dəyişdirməyə və təsir göstərməyə çalışırlar. Bu məsələyə diqqət yetirmək və bundan ehtiyatlı olmaq lazımdır. Bu gün bu baxımdan bizim gənclərimizin üzərinə ağır vəzifə düşür. Sizin yalnız özünüzün həqiqəti təyin etməniz kifayət etmir, öz ətraf mühitinizi də məlumatlandırmalı və onlar üçün də məsələləri aydınlaşdırmalısınız.

Beynəlxalq təbliğat vasitələri ilə cəmiyyətin həqiqətlərini tərsinə göstərmək


Bir mühüm məsələ budur ki, nahaq insanın qarşısında həmişə çılpaq görünmür ki, nahaq olduğu anlaşılsın. Nahaq çox zaman haqq libası ilə, yaxud haqqın bir parçası ilə meydana çıxır. Əmirəl-möminin (ə) buyurmuşdur ki, əgər haqq və nahaq açıq şəkildə və pərdəsiz meydana çıxsalar, ixtilaf olmaz; hamı haqqı sevər və nahaqqa nifrət bəsləyər. Lakin haqqın bir hissəsini nahaqqın bir hissəsi ilə qarışdırırlar, tamamən nahaq olmasına qoymurlar. Odur ki, insanlar səhvə düşürlər. Bundan çox ehtiyatlı olmaq lazımdır. Bu gün beynəlxalq təbliğat şəbəkələri sizin ölkənizdə, cəmiyyətinizdə, sizin İslam quruluşunuzda həqiqətləri tərsinə göstərməyə çox israrlıdır. Təbliğat imkanları da çoxdur, daim çalışırlar. Əlbəttə, bəzi şəxslər də bilərəkdən, bəziləri də bilmədən daxildə həmin sözləri təkrarlayır və işıqlandırırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə