Möhtəşəm fərman


Ruhanisiz İslamın təbliği



Yüklə 1,37 Mb.
səhifə3/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   2   3   4   5   6   7   8   9   ...   37

Ruhanisiz İslamın təbliği


Biri ruhanisiz İslam məsələsidir; çünki ruhaniliyin İran cəmiyyətinə necə böyük təsir göstərdiyini və xalq hərəkatında hansı rolu oynadığını görmüşlər. Əlbəttə, inqilabdan öncə də belə zümzümələr edirdilər. Ruhanilərin inqilabda iştirakı və öncüllüyü bu məsələni müvəqqəti olaraq gündəmdən çıxardı, amma sonra yenə başladılar.

Dinin siyasətdən ayrılığı


Biri də siyasətsiz İslam məsələsidir, dinin siyasətdən ayrılığıdır. Bunlar bu gün mətbuatda, yazılarda və internetdə çox israrla təbliğ edilən məsələlərdir. Bu məsələlər onlar üçün əhəmiyyətlidir.

Mübarizə zamanı düşmənin mərkəzləşdiyi nöqtəyə diqqət yetirmək


Buna diqqət yetirməliyik. Düşmənin təkidlə dayandığı, düşmənin yol xəritəsinin və ümumi proqramının mərkəzləşdiyi nöqtələr bizim üçün də ümumi bir proqram və yol xəritəsi verə bilər. Biz diqqət yetirməli, onların hədəf seçdiyi amilləri qorumalı olduğumuzu dərk edib, həmin amillər üzərində dayanmalıyıq: xalqın iştirakı, din və İslam təlimləri.

Ölkəmiz əleyhinə embarqoların sərtləşməsinin səbəbi


1979-1980-ci illərdən bizim ölkəmiz əleyhinə embarqolara başlayıblar. Lakin embarqoların belə sərtləşdirilməsi əslində xalqa sıxıntı yaratmaq və onu İslam quruluşundan ayırmaqdan ötrüdür. Xoşbəxtlikdən həm rəsmi şəxslər dedilər, həm xalq elan etdi və əməldə də göstərildi ki, Allahın yardımı ilə bu embarqolar xalqın həyatına nəzərəçarpacaq təsir göstərməyəcək. Səksəninci illərin və inqilabın ilk çağının zəhmət və problemlərinə dözmüş xalq bugünkü möhtəşəm inkişaflarla daha arxayındır, gələcəyə ümidi daha çoxdur və düşmənin qarşısında dayanıb onun təxribatını zərərsizləşdirəcəkdir.

Düşmənin hiylələri qarşısında quruluşun davranış qaydaları


1. Milli sözbirliyi

Möminlərin namazı ilk vaxtda qıla bilməsindən ötrü mən düşmənin planına əsasən öz rəftarımız üçün ixtisarla bir neçə qayda deyəcəyəm. Bir məsələ milli sözbirliyi məsələsidir. Bu söz həm nüfuzlu şəxsiyyətlərə, həm də bütün xalqa aiddir. Vəhdət məsələsinə ciddi yanaşmaq lazımdır. Mən xalqın sözbirliyi barəsində çox danışmış, xüsusiyyət və meyarlarını demişəm. İnsanın yalnız “biz birlik tərəfdarıyıq” – deməsi kifayət etmir; bunun meyar və əlamətləri var.


2. Xalqın və nüfuzlu şəxsiyyətlərin icra, qanunverici və məhkəmə hakimiyyətləri ilə həmrəyliyi


Başqa bir məsələ xalqın və nüfuzlu şəxsiyyətlərin icra, qanunverici və məhkəmə hakimiyyətləri ilə güclü həmrəyliyidir. Ölkənin bu üç hakimiyyəti ilə birlik günbəgün möhkəmlənməlidir; gərək kömək olunsun. Xüsusən icra hakimiyyətinin işləri çox ağırdır. Şayiə yaymaq və zəhmətləri görməzdən gəlmək əsla ölkə işlərinin və ölkənin gələcəyinin xeyrinə deyil.

3. Dini inancı gücləndirmək və gənc nəslin suallarına cavab vermək


Üçüncü məsələ dini inancı gücləndirmək, gənc nəslin suallarına cavab vermək və onların düşüncə ehtiyaclarını təmin etməkdir. Bu əsasən ruhanilərə və elmi hövzələrə aiddir. Daim şübhə yayırlar. Şübhələrə intensiv və gündəm şəkildə cavab verilməlidir.

4. Ruhaniliyi düzgün tanıtdırmaq


Dördüncü məsələ ruhaniliyi düzgün və layiqli tanıtdırmaqdır. Bu yalnız ruhanilərin özlərinin vəzifəsi deyil. Ziyalılar və məlumatlı insanlar ölkədə ruhaniliyin rolunu, ruhaniliyin, xüsusən də böyük təqlid müctəhidlərinin və elmi hövzə böyüklərinin həssas dönəmlərdə cəmiyyəti hansı problemlərdən və çətin keçidlərdən keçirdiyini deyə bilərlər.

5. Agahlığı artırmaq və düşməni tanımaq üçün gənclərin səyi


Başqa bir məsələ gənclərin agahlığı artırmağa səy göstərməsidir. Gənclərin özləri buna çalışa bilərlər. Düşməni və onun üsullarını öyrənmək lazımdır. Bu, gənclərin özlərinin üzərinə düşür.

6. Ölkənin ümumi elmi xəritəsi istiqamətində hərəkət etmək


Bizim bugünkü lazımlı işlərimiz arasında növbəti mühüm məsələ elmin inkişafı və ölkənin ümumi elmi xəritəsi istiqamətində hərəkət etməkdir. Bu iş Allaha şükür olsun ki, beş-altı ildir yaxşı başlamış və böyük nailiyyətlər əldə olunmuşdur. Daha artıq çalışmaq və bu hərəkəti daha da sürətləndirmək lazımdır. Başqa bir sürətli hərəkət də elmi hövzələr daxilində başlamalıdır. İnşallah bu barədə elmi hövzənin üzvü olan dostlarla, qardaş və bacılarla söhbət edəcəyik.

7. Xalqa problem yaradan amilləri aradan qaldırmağa çalışmaq


Müraciət və məsuliyyət tərəfi hökumətdən ibarət olan digər mühüm iş xalqı narazı salan və onun üçün problem yaradan amillərin aradan qaldırılmasına çalışmaqdır: məişət məsələsi, işsizlik məsələsi, idarə sistemləri, qurumların vəzifəli şəxsləri, xüsusən də yüksək rütbəli məmurlar məsələsi, meriyalar, polis və sair; onlar xalqla birbaşa ünsiyyətdədirlər və xalqın çoxlu problemlərini aradan qaldıra, yaxud Allah eləməmiş, narazılıq yarada bilərlər. Buna əsasən, idarələr müxtəlif məsələlərə əhəmiyyətli yanaşsınlar, bir-biri ilə əlaqələri və həmkarlıqları olsun, ixtilaf yaranmasın. Bu da dövlət qurumlarına aiddir.

Qum şəhərinin milli və transmilli imkanları

Qum - inqilabın vətəni


Qum şəhəri barədə bir neçə cümlə deyim. Qum inqilabın vətənidir; bizim ölkəmizin və bütün dünyanın bu əzəmətli hadisəsinin və bu böyük tarixi fenomenin meydana çıxdığı yerdir. Quma transmilli baxış xüsusi bir məsələdir; müxtəlif ölkələrdən buraya get-gəl edilməsindən başqa bir mövzudur. Müxtəlif səbəblərdən get-gəl etməyənlər də bu şəhərə qarşı həssasdırlar, ona qarşı özəl maraqları var, bu şəhərin hadisələrini izləyirlər. Sizin bugünkü əzəmətli toplantınız da diqqət mərkəzindədir. Ola bilsin mediaya çıxarmasınlar, deməsinlər, amma siyasəti təyin edən şəxslər görürlər, hesablayırlar və beynəlxalq nöqteyi-nəzərdən baxırlar.

İslam dünyasının ən böyük elmi hövzəsi


İslam dünyasında İslam elmlərinin ən böyük elmi hövzəsi bu şəhərdədir. Heç bir elmi hövzə Qum Elmi Hövzəsinə çatmır.

Həzrət Məsumənin pak məqbərəsi


Bura ziyarət və mənəviyyat ocağıdır. Burada həzrət Məsumənin möhtəşəm məqbərəsi vardır.

Müqəddəs Cəmkəran məscidi


Müqəddəs Cəmkəran məscidi burada yerləşir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə