Möhtəşəm fərman


İndiki dünyada dinin təbliği və cəmiyyətin hidayəti üçün fiqh və üsulun yetərli olmaması



Yüklə 1,37 Mb.
səhifə34/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   29   30   31   32   33   34   35   36   37

İndiki dünyada dinin təbliği və cəmiyyətin hidayəti üçün fiqh və üsulun yetərli olmaması


İkincisi, biz düşünürük ki, bu gün dinin nökəriyik, adların nökəri deyilik. Ruhanilik nə üçündür? Ruhanilik xalqı dini cəhətdən təmin etmək üçündür; sözsüz ki, elmi şəkildə. O zaman bir tələbə Nəcəfə gəlib dərs oxuyurdu, fiqh və üsul öyrənib, rical öyrənib və bəzi digər elmləri öyrənib ruhani olurdu, alim olurdu. Əgər Nəcəfdə qalsaydı, Bəhrül-ülum, Kaşif əl-ğita olardı; əgər Nəcəfdən xaric olsaydı, Mirzə Qumi, Molla Mehdi Nəraqi, Molla Əhməd Nəraqi, Hacı Kəlbasi, Seyid Şəfti və digərləri olardı. Yəni bunların hər biri hansı şəhərdə olsaydılar, öz xalqlarının mənəvi və düşüncə qidası və hidayəti üçün yetərli idilər.

Bir Seyid Şəftinin, yaxud bir Hacı Kəlbasinin, yaxud Məşhəddə bir Mirzə Mehdi Şəhidin özü və şagirdləri xalqı düşüncə baxımından qidalandıra bilirdilər. O zaman xalqı azdıran və səhvə salan amillər çox deyildi, insanların həmişə düçar olduğu şəxsi ehtiraslar idi; o da moizə ilə, nəsihətlə və bu kimi amillərlə böyük həddə aradan qaldırılırdı. Bir qədər də qalırdı. Təbii ki, həmişə günahkarlar olur.



O zaman televiziya yox idi, internet yox idi, bu qədər yeni kitab, jurnal və yeni düşüncələr yox idi; xalqın beyni daxilində bu qədər yeni fəlsəfələr yox idi; ev filmləri şəbəkəsi, peyk antenləri yox idi; gənci və qocanı təsir altına salan cazibə və əngəllər, müxtəlif düşüncə və şübhələr yox idi. O zaman məsələn Mirzə Qumi, yaxud Hacı Kəlbasi kimi bir alim bir şəhərə daxil olanda o şəhərin bütün əhalisindən elmli idi. Hər bir şəhərin alimləri bir neçə cümlə ədəbiyyat, yaxud əqli məsələlər, yaxud buna bənzər sözlər oxumuş şəxslər idilər. Bunlar onların hamısından yaxşı idi, üstün idi. Elmi toqquşma və güc sınama zamanı heç kəs onların öhdəsindən gəlmirdi. Amma bu gün belə deyil. Bu gün fiqh və üsul oxuyan bizlər bir şəhərə getdikdə hamıdan güclü olmuruq. Müxtəlif fənlərdə, müxtəlif işlərdə, müxtəlif sahələrdə, müxtəlif düşüncələrdə elmli, mütəxəssis və peşəkar insanlar var; tribunanı ala bilən bizim qədər güclü adamlar var. Bu gün dini təbliğ etmək üçün fiqh və üsul yetmir. Buna görə hövzələrin vəzifəsi çox ağırdır. Hövzə elmlərinin rəngarəngliyi qəti və ciddi bir ehtiyacdır və proqramlarda buna diqqət yetirmək lazımdır.

Günün üsullarından istifadə etməklə hövzə tələbələrinin sayını artırmağın zəruriliyi


Burada qeyd olundu və mən də qəbul edirəm ki, hövzədə say məsələsi mühüm məsələdir. Bizim hövzələrimizin sayı azdır. Sayı artırmaq istəyiriksə, bəzi işlər görmək lazımdır. Yalnız ümumi elanla insanları gətirmək olmaz. Bu gün dünyada insanları cəlb etmək üçün müxtəlif üsullar vardır. Bu üsullardan istifadə etmək lazımdır. İstedadı, həvəsi və hazırlığı olan və hövzəyə gətirilməsi mümkün olan insanları cəlb etmək lazımdır.

Hövzənin müdiriyyət məsələsinin əhəmiyyəti


Söz çoxdur, iş çoxdur. Xoşbəxtlikdən hövzə hərəkət istiqamətindədir. Allaha şükür olsun ki, bir neçə il öncədən etibarən mühüm işlər görülmüşdür. Bu müdiriyyət məsələsinə çox ciddi yanaşmaq lazımdır.

İndiki müdiriyyəti dəstəkləmək


Nəzərdə tutulmuş və mövcud olan bu idarəçilik forması güclü və məqbul formadır. Bu müdiriyyətin altında təqlid müctəhidlərinin imzası var. Hövzənin müdiriyyətini və Ali İdarə Şurasını zəiflətmək olmaz. Boşluq yaradılmamalıdır. Gərək işlərini görsünlər. Kiminsə bir şeyə, bir sözə və bir hərəkətə etirazı ola bilər. Çox gözəl, etirazı bildirmək lazımdır; islah etmək olar. Amma ehtiyatlı olun ki, müdiriyyət zəifləməsin.

Müdərrislər Cəmiyyətini qorumaq və gücləndirmək


Həmçinin bilin ki, Müdərrislər Cəmiyyəti yalnız şəxslər deyil. Bu, bir ictimai heyətdir, daimi bir orqandır, qırx ildən artıqdır müxtəlif sahələrdə işlər görmüşdür. Onu qorumaq lazımdır.

Hövzə və düşməni tanımaq məsələsi

Düşməni və onun fikirlərini öyrənməyin zəruriliyi


Mən vaxtın azlığına görə bir neçə səhifəni ötürürəm. Burada qeyd etdiyim son məsələ budur ki, biz dinə, dinin möhkəmlənməsinə, təbliğinə və dindarlığın yayılmasına əhəmiyyət veririksə, bu fikirlərin düşmənini də tanımalıyıq. Bu dinin yayılmasından və dindarlığın güclənməsindən qorxan, onunla düşmən olan kimdir və hansı gücdür? Bu, Amerikanın durduğu və ən fəalının sionistlərdən – həm sionist şəbəkəsindən, həm də qondarma sionizm dövlətindən ibarət olduğu hegemonluqdur. Bunlar dindarlığın düşmənidirlər. Quranın yandırılması məsələsinə əhəmiyyətsiz yanaşmayın; əziz İslam Peyğəmbəri (s) əleyhinə karikaturaların çəkilməsini əhəmiyyətsiz saymayın. Əlbəttə, başlanğıcı Salman Rüşdi etdi. Amma ondan öncə və sonra nəhəng Hollivud və onun şirkətləri İslamofobiya işinə təyin olundular. Lakin İrandakı tərəfdarları deyirlər ki, İslam Respublikası sənət adamının əmrlə işləməsini gözləyir. Siz əmrlə işləyirsiniz. Elə bilirsiniz biz anlamırıq?! İslam inqilabından əlavə, İslamın, ruhaniliyin, Quranın, şəriətin və dindarlığın əleyhinə film hazırlamaq göstərişi də verilmişdir. Çox açıq şəkildə İslam inqilabı əleyhinə filmlər çəkir və danışırlar. Bunlar düşməndirlər. Dindarlığın, dini qəbul etməyin, dinə etimadın və onun rəvacının düşməni hegemonluqdan ibarətdir.

Hegemonluq qarşısında mövqe seçmək


Hövzə hegemonluq qarşısında sakit dayana bilməz; bunu da deyim. Hövzənin hegemonluq qarşısında həmişə mövqeyi olmalıdır.

Əməllərdə agahlıq


Agahlığın ən mühüm nümunələrindən biri budur ki, bizim hansı işimizin düşmənə kömək etdiyinə diqqət yetirək. Fərqi yoxdur, hövzənin böyükləri, kiçikləri – hamı ehtiyatlı olmalıdır. Bəzən bir söz, bir əməl, bir hərəkət o düşmənin xeyrinə nəticələnir. Biz bu məqsədlə etmirik, amma bəzi məsələlər niyyətə tabe deyil, öz təsirini bağışlayır. Tüfəngin lüləsindən bir güllə açılıb qarşı tərəfin sinəsinə dəydikdə yıxıb öldürür. İstər siz qəsdən edəsiniz, istər səhvən; fərqi yoxdur. Bu güllənin onun sinəsinə təsir göstərməsi sizin niyyətli olub-olmamanıza baxmır. Ehtiyatlı olun ki, səhv etməyəsiniz. Belə bir halda səhv edənlər üçün cəza da təyin etmişlər.

Düşmənlə mübarizə


Buna görə ehtiyatlı olmaq lazımdır ki, kömək olunmasın. Bundan əlavə onunla mübarizə aparmaq da lazımdır.

İlahi! Deyib-eşitdiklərimizi Özün üçün və Öz yolunda hesab et!

İlahi! Bizi din elminə və Əhli-beyt (ə) təlimlərinə sadiq qalanlardan et!

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, dövrün imamının müqəddəs qəlbini bizdən, əməllərimizdən və sözlərimizdən razı et!



İlahi! Bizim ölümümüzü İmam Səccadın (ə) Səndən istədiyi kimi et! Bizim ölümümüzü öz yolunda şəhidlik et!

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə