Möhtəşəm fərman


İslam İnqilabının Böyük Rəhbərinin Qum Elmi Hövzəsinin bir qrup müəllim və nümunəvi tələbəsi ilə görüşdəki tələbləri



Yüklə 1,37 Mb.
səhifə35/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   29   30   31   32   33   34   35   36   37

İslam İnqilabının Böyük Rəhbərinin Qum Elmi Hövzəsinin bir qrup müəllim və nümunəvi tələbəsi ilə görüşdəki tələbləri

1. Müəllimlərin tələbələrə nəsihət verməsi


Allahın lütfü ilə hövzədə elə şəxslər var ki, onların qəlbindən süzülən və yalnız dilin vərdişi olmayan mənəviyyat zülalı hamımızı doyura bilər. Xüsusən gənc tələbələrin buna hamıdan artıq ehtiyacı və bu sözlərə hamıdan çox hazırlıqları və təsirlənmə imkanları var. Bəzən dərsdə müəllim bir münasibətlə iki kəlmə söz deyir və tələbə tamam dəyişir... Tələbələrə nəsihət verin, onları təfəkkürə, diqqətə, ölümü yada salmağa çağırın, uca məqamlara çatmaq və xalqın diqqətini cəlb etmək üçün dərs oxumaqdan çəkindirin. Tələbələr Allah üçün, Allah yolunda və Allahla dərs oxusunlar. O zaman hövzə bərəkətli olacaq.

2. Mənzərə, yaxud xartiya hazırlamağın elmi hövzənin vəzifəsi olması


Bu gün hövzənin proqrama ehtiyacı var. Əlbəttə, mənzərə mütləq tənzim olunmalıdır. Bu düzgündür. Bir mənzərə sənədi, yaxud bəzi cənabların dediyi kimi ruhaniliyin və yaxud elmi hövzənin xartiyası lazımdır. Bu yazılmalıdır. Lakin belə bir mənzərini, yaxud xartiyanı hazırlamağın özü mühüm bir işdir, əsaslı layihədir. Beş mütəfəkkir və mütəxəssisin oturub bir məmuriyyət xartiyası hazırlaması, yaxud bir mənzərə sənədi yazması çox asan deyil. Onun bir mənzərə sənədi olması üçün müqəddimələr lazımdır.

3. Əməli məqsədləri həyata keçirmək üçün qısamüddətli və uzunmüddətli proqramlar hazırlamaq


İndi bizə lazım olan proqram hövzənin reallıqlarına, əməli və mümkün işlərə hesablanmalıdır. Proqram boşluğunda yaşamaq olmaz. Proqram hazırlamaq lazımdır. Mütləq uzunmüddətli və qısamüddətli proqramlar yazılmalıdır. Deməli, əməli məsələlərə baxmaq lazımdır; yəni haqlı olan və bir gün şübhəsiz, həyata keçəsi arzulara. Mən məyus və bədbin insanlardan deyiləm, bu arzuların həyata keçəcəyinə əminəm.

4. Hövzədə İslam humanitar elmlərini yaratmaq


Mən humanitar elmlərin elmi hövzəyə gəlməsinə əsla qarşı çıxmıram. Mən deyirəm ki, elmi hövzə İslam təfəkkürünə və İslam dünyagörüşünə əsaslanan humanitar elmlərin əsasını qoymalıdır... Buna görə elmi hövzədə humanitar elmləri oxusunlar, öyrənsinlər, bu elmlərin müxtəlif məsələləri ilə tanış olsunlar, sonra İslamın əsaslarına müraciət edib görsünlər ki, onların İslam təfəkkürünə oxşar məsələləri necədir və necə formalaşır.

5. Sual və şübhəyə imkan yaratmaq və onlarla elmi şəkildə rəftar etmək


Elmi təşkilat sual doğuran, sual yaradan olmalıdır. Elmi mövzu ortaya qoyulduqda sual ortaya qoyulur. Sualı yaxşı qarşılamaq lazımdır.

6. Azadfikirlilik və müxalif nəzərlərin deyilməsinə imkan yaratmaq


Başqa bir məsələ budur ki, hövzə azadfikirlidir. Elmiliyin xüsusiyyəti azadfikirli olmaqdır. Elmdə qapalılığın mənası yoxdur. Yəni əgər alimiksə, elmi hövzəyiksə, elmi işdə çalışırıqsa, düşüncəni azad qoymaq lazımdır; sözsüz ki, düşüncə sahibi üçün... Fikir bildirmək səlahiyyəti olan şəxs fikir bildirməlidir; istər fiqhdə, istər üsulda, istər fəlsəfədə, istər kəlamda, istər digər hövzə mövzularında və elmlərində; yəni azadfikirlilik olmalıdır... Biz demək istəyirik ki, bu azadfikirliliyin dairəsi genişlənməlidir.

7. Elmi özünəinam


Hövzə, hövzə alimləri və hövzə tələbələri elmi özünəinama nail olmalı və özlərinə güvənməlidirlər. Bu çox böyük əhəmiyyətə malikdir. Nəzərlərin toqquşmasında, elmi hərəkətin keyfiyyətində və hövzənin dəyər dərəcələrində elm ən üstün meyar olmalıdır.

8. Elmi məsələlərdə elmi insaf


Elmi hövzənin şərtlərindən olan və hövzənin elmi əxlaqının tələb etdiyi məsələlərdən biri də elmi məsələlərdə insaflı olmaqdan ibarətdir; elmi insafa malik olmaq lazımdır.

9. Müəllim və tələbənin ciddiliyi


Sonrakı məsələ müəllim və tələbə üçün ciddilik və işi buraxmamaqdır. Yeni mədəniyyətin və Avropadan idxal olunan yeni təhsil sisteminin bəlalarından biri budur ki, müəllim yeni düşüncə istehsal etmək üçün özünə əziyyət vermir, çox zaman mütaliəsiz dərs deyir. Bizim müəllimimiz mütaliəsiz dərs demir; bizim müəllimimiz mütaliə edir, düşünür, fikirləşir, düşüncə ilə dərs deyir. Əgər siz Məkasib kitabını on dəfə tədris etsəniz də, on birinci dəfə yenə də fikirləşirsiniz ki, bəlkə nəzərinizə yeni bir şey gəldi.

10. Daxildə və xaricdə fəaliyyət göstərən elmi təşkilatlarla fəal rabitə


Elmi hövzəyə lazım olan məsələlərdən biri ölkə daxilindəki və xarici cəmiyyətlə fəal rabitə qurmaqdır. Elmi hövzə dünyanın və ölkənin elmi hövzələri ilə elmi rabitə qurmalıdır.

11. Elmi əsaslandırma yolu ilə müxalif nəzərlərlə mübarizə; kafir və fasiq elan etməkdən çəkinmək


Elmi hövzədə müxalif nəzəri rədd etmək üçün qeyri-elmi üsullardan istifadə etmək olmaz. Elmi üsul nədir? Əsaslandırma və cavab vermək; əqli cəhətdən qane etmək, yaxud ən azı əsaslandırmaq. Qeyri-elmi üsul nədir? Kafir və fasiq elan etmək. Bu düzgün deyil.

12. İlin sonundakı imtahandan əlavə sinifdə də dərsi soruşmaq


Müəllimlər də bu məsələyə diqqət yetirsinlər. İndi hövzədə imtahan vaxtıdır. Bu çox lazımlı və yaxşı bir şeydir... Lakin bunun müəllimin dərsdə imtahan götürməsi ilə ziddiyyəti yoxdur. Siz dərsin ilk on dəqiqəsini tələbələrdən soruşmağa ayırın... Xüsusən orta pillə dərslərində tələbəni bu düşüncəyə vadar etmək çox mühüm məsələdir.

13. Mətnləri əzbərləmək yerinə başa düşməyə çalışmaq


Tələbə orta pillənin hər bir dərsini oxumalı və anlamalıdır. Bu mətnlərin dərkinə çalışmaq lazımdır. Əzbərçilik yerinə dərindən mənimsəmək, düşünmək və mətləbi tədqiqi mənimsəməkdən ibarət olan məqsədin həyata keçməsi üçün təkrarlamaq... Bildiyiniz kimi, (hövzənin ilk kitabı olan Sərfi-Mir) "Bil ki, Allah sənə kömək olsun" cümləsi ilə başlayır. Məşhur idi, deyirdilər ki, nə üçün burada "oxu" yox, "bil" deyilmişdir. Məqsəd budur ki, əvvəla tələbədə sual vermək hissini dirçəltsin; sonra da onu başa salsın ki, oxumaq məqsəd deyil, bilmək məqsəddir. Bu, bizim proqram hazırlayanlarımız üçün həqiqətən ümumi bir prinsip olmalıdır.

14. Münasib tədqiqat sisteminin tərifi və tədqiqatın əsas məsələ olmasına çalışmaq


Hövzədə tədqiqatın əsas məsələ olması da növbəti məsələdir. Hövzə üçün münasib tədqiqat sistemi lazımdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə