Möhtəşəm fərman


İran xalqına əzəmət bəxş edən amillər



Yüklə 1,37 Mb.
səhifə6/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   2   3   4   5   6   7   8   9   ...   37

İran xalqına əzəmət bəxş edən amillər

1. Şəhid və fədakarlar


Bu əzəməti İran xalqına kim verdi? Birinci növbədə bizim bu əziz şəhidlərimiz - bu zeynəddinlər, bu sadiqilər, bu vəkililər, bu heydərianlar. Bunlar bu inamı dildə yox, əməldə göstərdilər. Şəhid Heydərian Qum şəhərindən azsaylı bir dəstə ilə ayağa qalxıb Kürdüstana gedəndə, düşmənlə vuruşanda İran xalqı çox yalqız idi; bütün Qərb düşərgəsi bizim qarşımızda dayanmışdı; bütün beynəlxalq imkanlar bizim əleyhimizə təchiz olunmuşdu. Bir neçə gənc Qumdan, bir neçə gənc başqa bir şəhərdən... Bütün kənd və şəhərlərdən cəbhəyə yollanan gənclər Allahla alış-verişə inandıqlarını əməldə göstərdilər: "Allah, şübhəsiz ki, Onun yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır". Allahın vədi doğrudur. Birinci sırada bizim şəhidlərimiz, fədakarlarımız durur. Müharibə əlilləri bizim rəhbərlərimiz, bu haqq cəbhəsinin avanqardları oldular, şəhadətə və Allahla alış-verişə inamı əməldə göstərdilər.

2. Şəhid və fədakar ailələri


İkinci sıra ailələrə məxsusdur; şəhidlərin siz ata-analarına, övladlarına və həyat yoldaşlarına. Siz dözdünüz, zahiri acı olan bu hadisəyə tab gətirdiniz. Əzizləri itirmək acıdır, ağırdır. Ata və ana zəhmət çəkib bu gül dəstəsini, bu əziz və barlı ağacı ürəyinin qanı ilə suvarır, böyüdür, sonra isə cəbhədən onun cənazəsini gətirirlər. Ağır hadisədir, asan deyil. Ata-analar, xanımlar və övladlar zahiri acı olan bu hadisəni rəğbətlə qəbul etdilər, Allahla alış-verişə inandıqlarını göstərdilər. Mən elə şəhid anaları ziyarət etmişəm ki, ciddi və çox səmimi şəkildə deyirdilər: "Əgər bizim on övladımız olsaydı, hamısını Allah yolunda verərdik". Onlar yalan demirdilər. Mən elə ana və atalarla görüşmüşəm ki, övladlarının Allah yolunda şəhid olduğuna görə izzət və fəxr hissi keçirirdilər. Sözsüz ki, onlar haqlıdırlar; bu, izzət və fəxrdir. Bizim bibimiz Zeynəb-Kübra da belə buyurdu: "Gözəllikdən başqa bir şey görmədim". Kərbəla hadisəsi kiçik hadisədir?! Allahı görən göz bu hadisənin, tökülmüş bu qanların, bu ağır müsibətlərin arasında gözəl bir həqiqət müşahidə edir: "Gözəllikdən başqa bir şey görmədim". Mən Zeynəb-Kübranın hisslərinə malik olan çoxlu ailələr görmüşəm. Onlar da deyirdilər ki, gözəllikdən başqa bir şey görmədik. Bir xalqa iqtidar bəxş edən bunlardır; bir xalqda özünəinam yaradan bunlardır; bunlara görə dünyanın maddi güclərinin, təcavüzkar və hegemon dövlətlərin məst nərələrinin təhdidləri onları qorxutmur.

Cəmiyyətin mənəvi iqtidarında mənəviyyatın rolu

Güclü iman və mənəvi iqtidar - düşmənlərin təhdidlərini zərərsizləşdirən amil


Bu gün İran xalqı təhdidlərdən, şəhvətlərə qərq və dünyaya hakim olan maddi hökumət başçılarının nərələrindən qorxmur və öz amallarının arxasında möhkəm dayanmışdır. Burada söhbət edən möhtərəm və əziz ata-analar da bunu bəyan etdilər. Bu sözlər doğrudur. Şəhid ailələri və İran xalqı Allaha iman səbəbindən onlarda yaranan bu mənəvi iqtidara və bu qüvvəyə görə möhkəm dayanmışlar. Bu imanı gücləndirmək lazımdır.

Mənəvi iqtidarı qorumağın və gücləndirməyin zəruriliyi


Mənim sözüm budur ki, həm məmurlar, həm xalq, həm ailələr bu imanın qədrini bilsinlər, onu günbəgün gücləndirsinlər.

İman və mənəvi iqtidar - cəmiyyətdə siyasi, ictimai və elmi inkişafların amili


İran xalqının qüdrətini təmin edən budur. Bu bizim elmi, texniki, siyasi və ictimai inkişaflarımızın təminatçısı ola bilər.

Mənəvi iqtidarı məhv etmək üçün düşmənin güclü səyi


Bilin ki, imamın vəfatından sonra bəzi şəxslər bizim xalqımızın bu hissini və bu imanını məhv etmək üçün bütün səylərini topladılar; dedilər, təkrar etdilər. Düşmən bu imanı sıradan çıxarmaq üçün çox çalışdı və təbii ki, bacarmadı, bundan sonra da heç zaman bacarmayacaq.

Şəhidlərin yolunu davam etdirən bugünkü gənc nəsil


Bizim bugünkü əziz gənclərimiz çox yaxşı gənclərdir. Bu mühitdə bu hiss və imanla böyüyən gənc nəsil faydalı nəsildir. Əgər bu gün də səksəninci illərdə olduğu kimi bir hadisə baş versə, bugünkü gənclər döyüşə getməkdə ozamankı gənclərdən geri qalmazlar. O sınaq onların qarşısına çıxdı və getdilər. Əgər bu gün də baş versə, gedərlər. Gənclər yaxşıdırlar, pakdırlar, hazırlıqlıdırlar. Mən əziz gənclərimizə, xüsusən də şəhid övladlarına tövsiyə edirəm ki, öz izzətlərinin qədrini bilsinlər, əziz şəhidlərə mənsub olmalarının qədrini bilsinlər. Bu həm sizə, həm də bütün İran xalqına fəxrdir.

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bizi şəhidlərin qədrini bilən et! Bizi fədakarların qədrini bilən et! İlahi! Mənəviyyata, paklığa və nura sarı gedən və şəhidlərin bizim üçün açdığı bu iman yolunu həmişə üzümüzə açıq saxla! Dövrün imamının müqəddəs qəlbini bizdən razı et!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!

İslam İnqilabının Böyük Rəhbərinin Qum şəhərinin şəhid və müharibə əlillərinin ailələri ilə görüşdəki tələbləri

İmanı və mənəvi iqtidarı gücləndirmək


Bu imanı gücləndirmək lazımdır. Mənim sözüm budur ki, həm məmurlar, həm xalq, həm ailələr bu imanın qədrini bilsinlər, onu günbəgün gücləndirsinlər.

Şəhadət barədə təfəkkür və onun əhəmiyyəti


Şəhadət məsələsi əməli baxımdan xalqa aydın oldu. Lakin şəhadət barədə düşünmək üçün çoxlu mövzular vardır.

Bu xalqın əzəməti haradan əldə olundu? Bütün bu suallara cavab tapmaq üçün şəhadət məsələsinin əhəmiyyətinə diqqət yetirmək lazımdır.


Möhtəşəm yenilik


Qum Elmi Hövzəsinin tələbə, alim və müəllimləri ilə görüşdəki çıxış

21 Oktyabr 2010

Bismillahir-Rəhmanir-Rəhim.

Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmmədə və onun pak, seçilmiş, hidayət edən və məsum ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!

Salam olsun, sənə, ey sərvərimiz, ey Fatimə Məsumə, ey Musa ibn Cəfərin qızı! Ən üstün salavat və salam olsun sənə, sənin pak və məsum ata-babalarına!



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə