Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə1/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
  1   2   3   4   5   6   7   8   9   ...   85


2

Moisey  Kalankatuklu

Albaniya  tarixi

Alban  salnaməsi

Mxitar   Qoş

AVRASİYA   PRESS

B A K I   2 0 0 6

`



3

947.5-cd22

AZE

Moisey  Kalankatuklu. Albaniya tarixi.

Mxitar Qoş. Alban salnaməsi.

Bakı, “Avrasiya press” , 2006,296 səh



ISBN10              9952-421-52-2

İSBN13      978-9952-421-52-1


4

R E D A K T O R D A N

VII Yüzilliliyin abidəsi olan Albaniyanın Kalankatuk

kəndindən olan Moisey Kalankatlunun “Albaniya  tarixi”  əsəri üç

hissədən ibarətdir və mütəxəssislər belə hesab  edirlər ki, ikinci və

üçüncü kitablar  X əsrdə  yazılmışdır. Əlbəttə, VII əsrdə  yaşayıb-

yaratmış müəllif  X  əsrə  qədər, üç yüz il yaşaya bilməzdi. Demək,

üç kitabdan yalnız birinin,yaxud X  əsrdə  yazılması zənn edilən

ikisinin müəllifi Moisey Kalankatuklu ola bilərdi. İkinci müəllif

barəsində fikirlər çalpaşıqdır. Bəs bu kitablardan hansının müəllifi

Moisey Kalankatukludur?Kitabların üçünün də bir müəllif tərəfindən

yazılması fikrini söyləyənlər də  var. Şübhəsiz ki, kitablar müəllifin

ana dilində yazılmışdır.

O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban

qəbiləsinin artıq vahid bir dildə birləşməsi, hələ V əsrdən Aran

dilinin Azərbaycanın  şimal torpaqlarında vahid dil olması indi tarix

ədəbiyyatında şübhə doğurmur.

Məlum olduğu kimi, VII yüzilliyin sonlarında Azərbaycan

ərazisi Ərəb xilafəti tərəfindən zəbt olunmuş, yerli xristian albanların

çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki Dağlıq Qarabağda-

Arsaxda  yaşayan albanlar isə öz dinlərində qalmış, xristian

ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş,

erməniləşmişdi. Alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi

albanlara məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı

abidələrin  isə  qədim erməni dilinə -qrabara tərcümə etməyə cəhd




5

göstərmişdir. Eyni fəlakət haqqında söhbət gedən “Albaniya tarixi”

kitabının başına gəlmiş və ulularımızın bu abidəsi qədim erməni

dilində çatmışdır.  “Albaniya tarixi” bir neçə dəfə erməni dilində,

həmçinin  rus  və  xarici  dillırdə  nəşr  olunmuş,  hamısı  da    Moisey

Kalankatuklunun  müəllifliyi ilə. Burada  oxucu  yenə baxışlarına

heyrətedici sual doldurub soruşa bilər: Necə? Alban abidəsi,

ulularımızın abidəsi neçə dəfə müxtəlif dillərdə nəşr olunduğu halda,

bəs albanların xələfləri niyə öz ulularının bu gözəl abidəsinə biganə

olublar, onu ana dilimizdə nəşr etməyiblər? Çox  düz sualdır, amma

bilmirəm necə cavab verim. Yalnız təssüf. Bir də bu  kitabı

Azərbaycan dilinə tərcümə edib öz xalqına çatdırmaq təşəbbüsünü öz

üzərinə götürmüş akademik Z.Bünyadova  minnətdarlıq etmək  qalır.

Oxucunun yuxarıda qeyd olunmuş suallarına, ola bilsin ki,

kitabla tanış olarkən meydana çıxa biləcək başqa sualları içərisində

bir həqiqət də ortaya çıxacaqdır. Bu, ondan ibarətdir ki, bu kitabda

ulularımızın yaratdığı dövlətlərdən biri olan Albaniya çarlığının həm

siyasi, həm sosial-iqtisadi, həm də ictimai quruluşu tarixinin

məsələləridir.  Bu tarixi məsələlər  V əsrdən başlayaraq VII əsrə

qədər, yəni Albaniya çarlığının süqutuna qədərki dövrə kimi öz

əksini tapmışdır.

Burada verilən məlumat, xüsusən Mehranilər sülaləsinin

Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq,

Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyəti düvrünün tarixi,

Cavanşirin çarlıq fəaliyyəti, onun həyatına qəsd edilməsi və s. bəzi



6

əfsanəvi məlumatlar nəzərə alınmasa, çox dolğun və qiymətlidir.

“Albaniya  tarixi  ”ndə    gətirilən  dəlillər  o  qədər  əhatəlidir  ki,    hətta

orada Albaniyanın  ictimai quruluşu haqqında olan materiallar

əsasında tarixçi Fəridə Məmmədova “Moisey Kalankatuklunun”Albaniya

tarixi” ilk orta əsrlər Albaniyasının ictimai quruluşuna dair mənbə

kimi”müvzusunda 1977-ci ildə monoqrafiya nəşr etdirmişdir. Heç

şübhə yoxdur ki, “Albaniya tarixi”Albaniyanın bilavasitə

istehsalçıların, siniflərin və sosial təbəqələrin, torpaq sahibliyi və

torpaqdan istifadə formaları və s. mühüm problemləri tədqiq edən

tədqiqatçılar üçün də qiymətli tarixi qaynaq rolunu oynamış, gələcək

tədqiqatçılar üçün də oynayacaqdır.

Moisey Kalankatuklunun oxucuya çatdırılan “Albaniya

tarixi”əsərində hadisələr X  yüzilliyə qədər davam etdirilir.

Albaniyanın sonrakı, XI-XII əsrlər tarixini salnamə halında Gəncə

şəhərində anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş

yazmışdır. Qoşun “Alban salnaməsi”akademik Z.Bünyadov

tərəfindən hələ 1960-cı ildə Azərbaycan dilinə tərcümə olunmuş və

Azərbaycan SSR Elmlər Akademiyasının “Xəbərlər”ində (İctimai

elmlər seriyası, №3,1960) nəşr edilmişdi. Kitab tərtibatçısı onu. Yəni

“Alban salnaməsi”ni bu kitabın sonuna əlavə etməyi  lazım bilmişdi.

Tərtibatçı bununla oxucuda Albaniyanın sonrakı iki əsr tarixi

haqqında təsəvvür yaratmaq istəmişdir, belə ki, salnamə yarımçıq,

bitməmiş qalsa da, onda cəmləşmiş material çox maraqlı və

qiymətlidir.



7

 1992-ci il



M U S A

K A L A N K A T L I


8

A L B A N İ Y A

T A R İ X İ


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə