Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə14/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

59

hətta onu ələ salırdı. O deyirdi:” Allah göstərməsin ki, mən öz

toxulmamış bakirəliyimi it oğluna və murdar bütpərəstə verim!

İşgəncələrdən qorxub əbədiyyəti bu fani həyatla əvəz etmək olarmı?

” və  əllərini göyə qaldıraraq qadın ucadan dedi: “Ya ilahilərin

Allahı, ya Padşahlar Padşahı! Sənə bel bağlayan bəndəni rüsvay

etmə. Məni bu təhlükədə bakirə və təmiz saxla! Necə ki, Sən məni

Səni tanımaq üçün işıq çələngindən dünyaya gətirdin, eləcə də

bugünkü  eyibdən məni xilas et və bu rəhmsiz barbarları elə

vəziyyətə sal ki, sənin həqiqətinin işığı onların ürəklərinə daxil olsun

və Səni də yeganə Allah kimi tanısınlar!”

Bu sözləri eşidən hunlar birbaşa sərkərdələrinin yanına

gedərək ona bu əhvalatı danışdılar. Onların arasında bir tərcüməçi də

var idi.


Artıq dərəcədə  qəzəblənən və vəhşi heyvan kimi nərildəyən

zalım əmr etdi:” Əgər o könüllü  və hörmətlə gəlməsə onu əzab,

işgəncə ilə vurun, öldürün!”

Qadının yanına gələn nökərlər onu sərkərdənin arzusuna tabe

olmağa məcbur etmək istədilər. Lakin bunu bacarmayan nökərlər baş

əyməyən Taquhinin əl – qolunu bağlayıb, saçlarından tutaraq

sürükləyir, üz – gözünü tikanlarla parçalayır, bədənini doğrayır  və

ən sonunda başını bədənindən ayırdılar. Beləliklə, Taquhi İsanınilahi

və heç vaxt solmayan şəhidlər çələnginə layiq oldu.

Elə həmin gecə, həmin tayfanın sərkərdəsi öz döyüşçülərilə

birlikdə kefini çəkən vaxtda  Allah tərəfindən fövqəladə möcüzə



60

zahir olundu. Bütün orada olanlar Taquhinin əzabla öldüyü yerdən

güclü işıq gəldiyini və onun yırtılmış libasının hər yanda atılmış

parçalarının ulduz kimi işıq saçdığınğ gördülər. Həmin ulduz işığış

bütün orada şəhid olanlardan da gəlirdi. Bunu görənlər bu yerə

Ulduzlu təpə adını qoydular və bu təpə indi də bu adla məşhurdur.

Buna görə sərkərdə həddindən artıq təəccüb etdi və təşvişə düşdü.

Əmr etdi ki, yanına keşiş gətirsinlər və onlardan  xilas yolunu

öyrənərək canlı Allaha (İsaya) inandı. Əmr etdi ki, bütün

müqəddəslərin qaxımış cəsədlərini yığıb təmiz kətan parçasına büküb

təpədə basdırsınlar. Burada onlar qoyun və keçilərdən qurban kəsib

şəhidləri yada saldılar.



ON DOQQUZUNCU FƏSİL

Tubal qoşunlarının sərkərdəsi İsaya iman gətirir;

onun qoşunlarının, oğullarının və keşişlərin Albaniya

ölkəsində öz çarlarının əlləriylə şəhid olunmaları

Mömin knyaz Teofilin

112

 qəlbinə həqiqət işığı daqxil olandan



sonra o, əsirlərin azad olunması haqqında əmr verir, özü isə Pasxa

bayramının ertəsi günündə öz keşişləri, xaçpərəstliyi  qəbul edənlərin

çoxu, müqəddəs bayraqları altına keçən  ordusu ilə  Uti vilayətinə

gedir. Burada Kür çayının üzərind. Salınmış müvəqqəti körpünün

113

yanında ordugahını qurur.



Elə bu vaxt Rosmosokların böyük çarı əsirlər yığını və böyük


61

qənimətlə qarətdən qayıdan ordusu ilə  şərq tərəfdən Kürü keçərək

Teofilin ordugahı ilə üzbəüz öz düşərgəsini salır. Öz bayramlarında

olduğu kimi, bu səfər də o, öz ilahilərinə qurban kəsməyi əmr etdi.

Buna görən Teofil və döyüşçüləri xaçpərəst dininin qaydalarına görə

qurbanı Allah adına kəsib öz bayraqlarını xaçlarla bəzədilər.

Bütün bunlarla əhvalı pozulmuş, ədəbsiz, qanunpozan

ifritlərlə hirsləndirilmiş barbarlar çarı əmr etdi ki, müqəddəs sərkərdə

Teofili və otuz başqa döyüçünü onun yanına gətirsinlər. Əvvəlcə çar

onunla mülayim, sonra da sərt danışıb dedi:”Sən  çaldığın qələbələr

və  şücaətinə görə bizim məmləkətdə nə istəkli adam idin. Biz sənə

çoxlu mükafatlar verib başqa sərkərdələrə üstün qoyduq və

ordumuzun üçdə birinin başçısı təyin etdik.  Bəs nə üçün öz xalqının

döyüşlərdə bizə qələbə gətirən ilahələrini atırsan? Nə üçün sən öz

döyüşçülərinlə mənim əleyhimə üsyan edib iman gətirmədiyimiz

Allaha sitayiş edirsən? Buna görə də, əgər sən bizim ilahələrə qurban

verməsən, həm özün, həm də sənin döyüşçülərin  edam

ediləcəksiniz”.

 İsaya inam bağlayan cəsur sərkərdə Teofil çara belə cavab

verdi:” İnsan halının dərk edilməsi səxavətin mənbəyidir, səxavət isə

gözəl işlərlə birlikdə möminliyin anasıdır. Və, əgər şan – şöhrətin

artması naminə  İsanın miladı bizim varlığımızla sıx – sıx

birləşdirilibsə və biz nurun sayəsində Allahı göylərin və yerin

yaradanı kimi və bizi iyrənc bütlərə sitayişdən azad etmək istəyən

vahid müqəddəs Üç Uqnumu dərk  etmişiksə, necə ola bilər ki, sən



62

bu ilahi bərəkəti bizdən ala biləsən? Yoxsa sən öz müvəqqəti

şöhrətini Allahın şan – şöhrətilə müqayisə etmək istəyirsən? Bəlkə

sən bizi hədələyib qorxutmaq istəyirsən ki, biz Allahı atıb bu fani

həyatı keçirərək lal bütlərə sitayiş edək?”

Bu sözləri eşidən hunlar çarı qeyzə gələrək böyük qəzəblə

əmr etdi ki, sərkərdə Teofili və onun otuz silahdaşı və iki keşişini ən

əzablı ölümlə cəzalandırsınlar. Onlar bu şıhidlik meydanındakı

döyüşü mərdliklə keçirdilər və qaliblər tacını  İsanın əlindən aldılar.

Beləliklə də, müqəddəs Teofil öz otuz silahdaşı və keşişləri ilə

göylərdəki iqamətgahlarına köçdülər.

 Bunu görən kimi müqəddəs sərkərdə - Teofilin Moisey və

Aneroloqes adlı oğulları, ordusunun döyüşçüləri və başqa

xaçpərəstlər atlarına minib qanunpozan çarın əlindən qaçaraq hesab

etdilər ki, İsa xatirinə təhqiri atalarının ölçülməz sərvətlərindən daha

üstün tutdular.Onlar cənub tərəfə qaçaraq böyük bir dağın zirvəsinə

çatdılar. Bu dağlar ölkənin demək olar ki, vilayətlərinin çoxunu əhatə

edirdi.


Bu vaxt rəhmsiz çarın əmrilə hun qoşunlarından dəstələr

ayrılıb qaçanların dalınca göndərildi. Onlar qaçanlara  dağın

ətrafında çataraq yalvardılar ki, yenə də bütpərəstliyə qayıdıb çara

tabe olsunlar. Lakin qaçanlar inamlarını dəyişmədilər  və onların

hamısını həmin yerdə doğram – doğram etdilər. Müqəddəs  Moisey,

qardaşı və xaçpərəstliyi  qəbul edən alaylar öz dünyəvi həyatlarını

belə başa çatdırdılar. Onlar hamısı  İsadan  şəhidlik tacını alaraq



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə