Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   ...   85

25

qayıtmalarından 270 il sonra farslarla assurilərə  hakim olan

Parfiyanın mülkünü ləğv etmişdir. Həmin parfyanların nəslindən 620

il ərzində  erməniləri  Vologezdən  Ərdəşirə qədər  24 çar

1

 idarə


etmişdir. Sonra mülk Arşakilərin əlindən alınır, müqəddəs  riqorun

patrikliyi isə  ləğv  olunur. Və əgər Baqratilərin  nəsli haqda bir şey

öyrənmək istəsən, bil ki, erməni çarı Paruyr oğlu Hraçe Babil

çarından Şmavon  adlı yəhudinin ona verilməsini  xahiş etmişdi.

Özüylə aparıb, onu böyük hörmətlə Erməniyyədə  yerləşdirdi. Bax,

Baqratilər həmin Şmavonun törəmələridir.



DÖRDÜNCÜ  FƏSİL

Albaniya  ölkəsinin  bolluğu və bərəkətliliyi.

Bu  torpaqdan  insanlar  necə faydalanırlar.

  Uca, Böyük və Kiçik Qafqaz dağlarının qoynunda yerləşən

Alban ölkəsi öz saysız- hesabsız təbii sərvətləriylə həddindən artıq

gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu

ölkənin düz ortasından axır və iri və xırda balıq gətirib, sularını

Xəzər dənizinə tökür. Çayın sahilləri boyu münbit çöllərində  külli

miqdarda  taxıl və üzüm,neft və duz, ipək və pambıq və çoxlu zeytun

ağacları var. Onun dağlarında qızıl, gümüş, mis və oxra çıxarılır.



Vəhşi heyvanlara  isə gəldikdə,burada şir, bəbir, panter, çöl

1

Patkanovda  26 çar.




26

eşşəyi,çoxlu quşlardan  isə qartallar, qırğılar və bunlara bənzərlər var.

Ölkənin paytaxtı əzəmətli Bərdə şəhəridir.

BEŞİNCİ FƏSİL

Vologez albanlara hökmdar təyin edir.

  Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranması

ilə  çar Vologezin

5

 dövrünə  Böyük Qafqaz dağları arasında  hansı



xalq yurd salıb- bu haqda oxucularımıza heç bir aydın məlumat  verə

bilmərik. Vologez  öz hakimiyyıtini şimal tayfaları üzərində bərqərar

edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları

ətəklərində, dağlardan  cənubdakı dərələrlə çöllərdə və düzənlik

başlanan yerlərdə yaşayan  vəhşi qəbilələrin  başçılarını çağırıb,

onlara qarətlərlə  qətllərdən  əl çəkib, çarın vergilərinin itatətlə

ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər

təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan (Sünik)

soyundan olan Aran onlara hakim təyin olunur.

Aran Araz çayından başlayaraq  Hunan qalasına

6

 qədər


uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq

almışdır. Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər

ki, Aranın özünü, yumşaq xasiyyətinə görə,”ağu”(“Mehriban”) deyə

çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur və

cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti,

Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin




27

Aranın oğullarının nəslindəndir.

Müxtəlif nəsil şəcərələrini biz buraya qədər izah etdik.

ALTINCI FƏSİL

İlahinin biz Şərq xalqına zühur etməsi.

 Aranın bu Alban evinı hakim təyin olunmasından Alban

torpaqlarını idarə edən Cəsur Vaçaqanın

7

 vaxtına qədər keçən dövr



haqqda daha mötəbər məlumatları tapa bilmədik.Lakin  Ədalət

Günəşinin  zühur olan günlərində və bizim xilaskarımız,

Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın

8

 zühur



edib, bütün  insanların qeydinə qalmaqla və heç bir zaman

ayrılmadığı Öz varlığının şöhrətinə sahib olması zamanda O, öz

müqəddəs və sevimli şagirdlərini (havarilərini bütün dünyaya

təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari

Faddey

9

 təyin olunmuşdu. Faddey Artaz vilayətinə



10

 gəlir və burada

erməni çarı Sanatrukun

11

 əlilə şəhid olur. Faddeyin şagirdi müqəddəs



Yelisey Qüds şəhərinə qayıdıb öz dindaşı havarinin həsəd oyadan

şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci

batriki Ağamızın

12

 qardaşı müqəddəs Yakovun (Yaqub ) tövsiyəsiylə



müqəddəs Ruh naminə Şərqə təyin edilir.

Yelisey öz sərəncamına Şərqi (Albaniyaı) alır. Qüdsdən

ayrılıb İrana gedir və oradan ermənilərin gözündən  qaçaraq

Məskut


13

 elinə keçir.Öz təbliğini o, Çolada

14

 başlayır və müxtəlif




28

yerlərdə  şagird  toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa

çalışırdı.

 Oradan o, üç nəfər şagirdi ilə Uti vilayətində  olan Srxana

15

gedir.Lakin şagirdlərin  bəzi qohumları onları izləyib arxalarına



düşürlər və  şagirdlərin birini şəhid edirlər. Digər ikisi müqəddəs

Yeliseyi atıb, qatillərlə çıxıb getdilər.

Müqəddəs batrik Gisa

16

 gəlir, burada kilsə tikir və qansız



qurban verir.

 Bu yer Şərqin bütün kilsələri və  şəhərlərin başlanğıcıdır və

biz şəqrilərə xristianlığın qəbul etdirilməsinin mənbəsidir.

Buradan Yelisey Zərqun dərəsinin

17

 keçib cahil bütpərəstlərin



müqəddəs səcdəgahlarının olduğu yerə gedir və oradaca şəhid olur.

Və bu cinayəti kim  edib – bilinmir! Qatillər müqəddəs cənazəni

Qomenk

18

 adlanan yerdə bir xəndəyə  atdılar  və uzun müddət onun



qaxımış cəsədi gizli qalır.

YEDDİNCİ  FƏSLİ

Şərqin maarifpərvəri

Müqəddəs Yeliseyin cəsədinin tapılması.

 Lakin nə həqiqəti gizlətmək olar, nə də zülmətdə işığı

saxlamaq! Uzun  müddət keçəndən sonra müqəddəs Yelisey dindar

kişinin röyasına girir. Adamlar dəstəylə o yerə yüyürdü və xəndəyə

çatanda  bir yığın sümük görürlər. Bir qədər məyus qalaraq, onlar

yenə də sümükləri xəndəkdən çıxarıb, bütün gecəni ibadət edirlər.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə