Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə7/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   10   ...   85

29

Səhərə yaxın bərk zəlzələ  oldu və orada duranların hamısı yerə

yıxıldı. Çöl tərəfdən sərt külək əsdi, murdar sümükləri o tərəfə bu

tərəfə  səpələdi və həmin yerdə ancaq  havarinin sümükləri qalır. Elə

bu  an  Urekan  adlı  kəndin

19

Stepannos adlı dindar keşişi sümüklərin



içindən kəlləni oğurlayıb ata minir və aradan çıxır.

Camaat onun dalınca yüyürür, lakin bu dəmdə göydən

qapqara bulud enir və bunlar ondan qorxub, evlərinə

qayıtdılar.Röyalarında  gördükləri müqəddəs Yeliseyin sümüklərini

götürüb, dindar keşiş  onun kəlləsini apardığı yerə, yəni Urekan

kəndinə apardılar və oradaca qoydular. Sonralar bizim qüdrətli

İlahimiz eşqinə sümükləri oradan  müqəddəs Nersmehr adına (indi

onun adı Cırvişdikdir) kilsəyə apardılar. Çox illər keçəndən sonra

alban çarı Mömin III Vaçaqan

20

 şəhidin sümükləri tapılan xəndəyin



üstündə bir rukn tikir. Bu ruknu  müqəddəsləşdirirlər və çarın fərraşı

onun üstünə çıxıb,ömrünü orada bitirdi.



SƏKKİNCİ FƏSLİ

Yafəs və Arandan başlayaraq III Vaçaqana qədər

Albaniyada hakim olan hökumdarların

siyahısı.

 Yafəs, Homer,Firas, Foqarma, Hayık, Armeneak, Aramans,

Amasiya, Qelam, Harma, İbrahimin həmdövrü Aran, İshaqın

həmdövrü Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan,




30

Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay,

Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun

həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu

öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq,

Pavus, az yaşamış Yeruand  və Tiqran.

 Aran həmin şəcərə cədvəlinə  əsasən  albanlar üzərinə təyin

olunməşdu. Arandan  əzəmətli Arşakilər nəslindən olan Cəsur I

Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mehravan, Satoy, Asay,

Arsvagen, II Vaçe və ondan sonra Alban çarı Mömin III Vaçaqan.

Bunların çoxu səxavətli həyat keçirib, hərəsi öz vaxtında

vəfat  edib.Ancaq  bunların    sonuncusuna,  Alban  çarı  Mömin  III

Vaçaqana belə bir ilahi sərvət zühur edib və bu sərvət yalnız ona

təqdim olnunmuşdur.

Firuzabad kimi də əzəmətli şəhəri İran şahı Firuzun

22

 əmri ilə



ikinci II Vaçe tikdirmişdir. İndi bu şəhərin adı  Bərdədir.

DOQQUZUN  FƏSİL

Arandan  Alban çarı Urnyra

23

 qədər ölkədə

cərəyan edən hadisələr haqda ardıcıl izah edilmiş

məlumatları tapa bilmədik. Amma hər nə bilmək

lazımdırsa, burada xülasə şəklində verilir.


31

  Yaxşı olardı ki, Aranın çarlığı vaxtından başlayaraq  bizim

dövrə qədər olmuş hadisələr xronoloji hesabatlar tapılaydı. Lakin

Şərqdə mövcüd olan müxtəlif xalqların çoxluğu, kitab və  əhdlərin

yandırılması ilə  əlaqədar  olaraq izah edirlər ki, niyə görə mümkün

deyil.Amma buna baxmayaraq, burada bizim köməyimizə

Artavazdın

24

 romalılarla müharibələri haqda bəhs edən birici



salnaməçi Moisey

25

 gəlir. Artavaz Atropatenadan çoxlu qoşun yığıb,



Qafqaz dağlarından güclü xalqları və Albaniyanın və  İveriyanın

ordularını dəvət edib, onlarla Mesopotamiyaya gedir, bunların

köməyi ilə romalıları oradan çıxarır.

Artakses


26

 Yervanda

27

 hücum edəndə, Yervand Albaniyanın



Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə

qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə

(Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan

qovub, Erməniyyəni işğal edir.

 Elə  bu  vaxtlarda  albanlar

28

 bütün dağlı qəbilələri və



gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və

erməni torpağına hücum edirlər. Artakses də  öz ordusunu yığır və

onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır.

 Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə

əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır

və sülh bağlayaraq Erməniyyəyə qayıdır.

Az bir vaxtdan  sonra Satinikin atası vəfat edir və taxtını bir

qəsbkar tutub, qızın qardaşını ölkədən qovur. Artaksesin Sibat adlı




32

mürəbbisi qəsbkarı qovub, taxtı Satinikin qardaşına qaytarir, özü isə

böyük qənimətlə və çoxlu əsirlərlə Erməniyyəyə qayıdır. Artaz

vilayətindən  olan əsirləri o, Savarşan vilayətində yerləşdirir. Şərqin

(Albaniyanın ) nahararları

29

 Satinikin nəslindəndir. Bu nəsil



Tiridatın atası Xosrovun

30

 vaxtında Basil ölkəsindən



31

 gəlmiş bir

mərd adamla qohum olmuşdur.

ONUNCU  FƏSİL

Erməniyyənin maarifçisi Müqəddəs Qriqori və

onun səadətli oğulları: Müqəddəs Qriqorinin nəvəsi

Vrtanesin oğlu Müqəddəs Qriqorisin Albaniyanin və

İveriyanın katolikosu vəzifəsinə təyin edilməsi; onun

Albaniyaya gəlməsi və burada xristianlığı yayması;

onun şəhidliyi və qaxımış cəsədinin

aparılması  haqqında qısa xəbər

  Dediyimiz kimi, İsanın Faddey adlı şagirdi Erməniyyənin bir

yerindən keçir və Şərq vilayətlərinin bəzilərindən oralara yüksək- şan

və üç qat müqəddəs Qriqori gələnədək, xristian dinini təbliğ edirdi.




33

Qriqorinin atası – parfiyalı Anak tərəfindən xaincəsinə  öldürülən

erməni çarı Xosrovun ölümündən və Anakın qaçdığı zaman Arazın

suyunda boğulmasından sonra

32

, Xosrovuv bəzi mürəbbiləri



Qriqorini xilas edib Yunanıstana aparırlar.

Bu əhvalat Uca Allahın  əməllərindən idi və pozğun Firon

onun əməllindən qamış səbətin içində Nil çayının sularında xilas olan

birinci peyğəmbər Musanın əhvalatına bənzəyirdi.

33

  Və  xilas  olan



Musa sonralar öz xalqını ağır Misir əsarətindən və işgəncələrindən

qurtarmışdı.

34

 Bunlara bənzər erməni canilərini qılınclarından xilas



olan ən müqəddəs Qriqori də Allah tərəfindən yunanlar ölkəsində

ona görə gizlində saxlanırdı ki, gələcəkdə Şərq ölkələrini xilas etsin

və qalxanda gizlənən, seçilmiş ox kimi gözə görünməyən düşməni

sonralar  öldürsün. O, Allah tərəfindən  hələ anasının bətnində

seçilmişdi, hələ bətndə ikən o, müqəddəs şəhid və havari kimi

adlanmışdı və dünyaya gəldikdən sonra xristianlığı yaymaq üçün

Əşkinazın nəsillərinin yanına göndərilmişdir.

Və xristian dinidə böyümüş  və tərbiyə almış səadətli Qriqori

havarilərə xas olan cəsarətlə erməni çarı Tiridatın hüzuruna gəlir ki,

müqəddəs havari Pavelin kiməsə dediyi” hər şeydə öz cisminizdən

olan aöalarınıza qorxu və həyəcanla, ürəyimizin sadəliyi ilə elə bil

İsaya tabe olunuz; zahirən insana yaxşılıq kimi qulluq göstərməklə

yox, ancaq İsanın oğulları kimi, Allahın əmrini səmimi-qəlblə yerinə

yetirməklə tabe olunuz”

35

– sözlərinə inam bağlayaraq, çara həvəslə



və itaətlə xidmət etsin. Burada onun oğlu- Aristakes və Vrtanes


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə