Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

34

dünyaya gəlir.

Lakin müxtəlif murdar bütlərə inamla sitayiş edən çar qəddar

Əjdahanın köməyi ilə qüdrətli şəhidi məhvedici uçurum içində

pozğunluq ilahələrinə sitayiş etməyə məcbur edirdi. Müqəddəs

Qriqorini çoxlu müxtəlif içgəncələr salmasına baxmayaraq, çar

müqəddəs ərin mətin inamını sarsıda bilmədi. Qriqorinin çara

müqaviməti gündən- günə artıb güclənirdi və o, gözə görünməyən və

görünən düşmənlər üzərindəki qələbəsinə görə mükafat alırdı.

Çar comərd ərin İsaya həqiqi inamını sındırmağa yol tapa

bilmədiyi üçün, Şeytan öz nökərlərinin ürəklərinə şər saldı və bunlar

müqəddəs Qriqorini Artaşat

36

  şəhərində ilanla dolu çox dərin bir



quyuya atırlar və o orada otuz il qalır. Elə o vaxt həmin çar məhşur

şəhidlər Ripsime və Qayane və onların otuz büş rəfiqələrini

37

öldürüb, onların meyilərini çölə atmışdı.



Bundan sonra əzəmətli Allah şəhidlər Qriqorini, Ripsi

dəhşətli cəza endirir.Lakin bu cəza deyil, yalnız böyük mərmeni və

onun rəfiqələrini ziyarət edir və Erməniyyə üzərinə həmətin əlaməti

idi və bu mərhəmət atanın istəkli oğluna nəsihət verməsinə və yad

oğulluğuna nifrət etməsinə bənzəyirdi.

Həmin cinlər ki, onlara çar və yaxınları qurbanlar və

hədiyyələrlə sitayiş edirdilər, üzlərinə dönüb onlara hücum edir və

dəli hala gətirib özləri öz ətlərini yeməyə məcbur edirdilər.Bundan

başqa Allah onların çarını donuza döndərib, onu qalın qamışlığa

qaçmağa məcbur edir. Onlara elə dəhşətli qorxu gəldi ki, onlar




35

qiyamət gününün gəlməsini düşündülər.

Və o zaman ki, bütün insanlar- böyüyündən kiçiyinə kimi-

dəhşət və lərzələr içində idilər, Allah yer üzünə mərhəmət mələyini

göndərir. Bu mələk erməni çarı Tiridatın Xosrovduxt adlı bacısının

yuxusuna girir və ona deyir:” Bu zərbələrdən sizi yalnız müqəddəs

Qriqori xilas edə bilər. Odur ki, gedin və onu dərin quyudan

çıxardın!”

Xosrovduxt oyanaraq yuxusunu danışdı, lakin hamı onu

danladı və susmağı tələb etdi. Onlar dedilər: “ Demək sən də dəli

olmusan? Çoxdan ölüb gedəni sonra mürtədlər, yeni bəlaların

gəlməsindən qorxaraq, quyuya tərəf gedib, Allahın sözlərini təkrar

edərək dedilər: “ Əgər sağsansa- çıx bayıra!”

38

  Və  elə  bu  anda



Qriqori xəbər verir ki, sağ- salamatdır.

Onlar böyük sevinclə onu yuxarı qaldırır və erməni çarının

iqamətgahı olan Yeni Qalaya (Vaqarşapata) aparırlar. Cinlər əzəmətli

Qriqorinin yanına dəli divanələri, sayıqlayanları və öz ətlərini

didənləri gətirirlər. Cinlər onun yanına qamışlıqdan böyük əzablar

çəkən çarı da gətirdilər və müqəddəs Qriqori diz çöküb və göz

yaşlarını tökərək mərhəmətli Allaha yalvarır ki, o, bədbəxt xalqın

günahından keçsin. Və elə bu an, müqəddəsin duaları ilə, xalq öz

cismani xəstəliklərdən sağalır və canları da bəd əməllərindən xilas

olurdu.


Əgər orada şəhid olmuş müqəddəs qadınlar haqda heç kəs

söhbət açmadısa, Qriqori öz quyusunun dibində onların şəhidliyinin




36

röyasında görübmüş və buna görə də soruşdu: “Müqəddəslərin

qaxımış cəsədləri haradadır?” Xalq təəccübləndi və ondan soruşdular

ki, o, hansı müqəddəslərdən danışır. Və ondan şəhidlərin adlarını

eşidəndə camaat başa düşdü ki, kimdən söhbət gedir və ona

müqəddəs və ehtiramlı cəsədləri göstərdilər. Qriqori onları götürüb

elə onların yırtılmış libaslarına bükür və heç kəsə müqəddəs suda pak

olmayana qədər o cəsədlərin yanına gəlməyə icazə vermirdi. O,

cəsədləri şəhid olduqları yerdə qurulan kilsəcikdə qoydu.

Sonra Qriqori bütün Erməniyyəyə öyüd-nəsihət verir, hamını

xaç suyuna salır.Onların hamısını həyatverici İlahinin cisminin və

qanının dadına baxaraq müqəddəs Ruhun mərhəmətinə layiq edir.

Əzəmətli Qriqori patriax  taxtını qəbul etmək istəməyəndə, onun

yanına Allah mələyi gəlib deyir:” Etiraz etmə və öz itaətinə inad

göstərmə, ürəkli ol və Allah tərəfindən sənə verilən ikiqat əbədi

şöhrəti qəbul et!” Və o, patriarx mənsəbini qəbul edib gürcülər və

albanlar ölkələrinə xristianlığı yaymağa gedir.

39

Haband vilayətinə gələrək o, yerli əhalinin Allah Oğlunun



vəsiyyətlərini qorumağa çağırırdı. Amaras şəhərində

40

 o, kilsənin



təməlini  qoyub,  onu  tikmək  üçün  fəhlələr  və  ustalar  cəlb  edir.

Sonra Qriqori Erməniyyəyə qayıdır və orada oğlu Vrtanesi öz

yerinə təyin edib, onu patriarx taxtına qaldırır. Oğlu atası kimi

mərhəmətli idi və tamamilə onun sərancamlarına bağlı olub, namuslu

və səxavətli həyat sürür və bütpərəst küfründə olanlara öyüd- nəsihət

verirdi. Çarın arvadını da çirkin pozğunluğuna görə




37

məzəmmətləndirirdi.

 Bir gün Vrtanes Taron vilayətində

41

kilsəyə dini mərasimi



42

mədh etmək üçün girəndə çarın arvadının təhriki ilə çoxlu qəzəbli

bütpərəstlər və  Şeytana sitayiş edənlər onu öldürmək üçün üzərinə

hücum etmişdi. Lakin onlar kilsə daxilinə soxulan kimi Allah əmrilə

elə o an əl-ayaqları bərk-bərk bağlanıb buxovlandı,boyunları da

üzüldü. Müqəddəs ər Allahın kəlamlarını bitirənə qədər onlar pis

niyyətlərindən və çarın arvadının arxusundan danışdılar. O,dua

oxudu və hər birinə  əliylə toxunaraq,onlara şəfa verdi və bundan

sonra pislik görməkdən tövbə edərək  Allahın mərhəmətini

qazanmağa nəsihət verdi.

Onun iki oğlu var idi. Birinin adı İusik

43

 idi. Onun səxavətli



və məsum xasiyyəti var idi. O da şəhid oldu, çünki atasının

patriarxlıq taxtına qalxaraq  pozğun çara qarşı durdu və çarın əmri ilə

kilsənin içində dəyənəklərlə döyülüb öldürülmüşdü.

Digər oğlunun adı babasınkı kimi Qriqoris

44

 idi.O, babasına



oxşayır və onun kimi də hər cəhətdən səxavətli idi. O, heç

evlənməyib və atasının mənəvi mirasına ehtirasla çatmaq istətirdi.

Hələ gənc yaşlarında o, müqəddəs kitabları oxumağa çalışırdı, şəhvət

hisslərini dualar və orucluqla boğur,ruhunu dinə məhəbbətlə

bəsləyirdi. Qısa müddətdə babasının - müqəddəs Qriqorinin ikiqat

yüksək mənsəbin – taxtla patriarx tacını və saleh əməllərinə görə

şəhidliyin ən yüksək mərtəbəsini qəbul edir.

Hələ on beş yaşında ikən gənc Qriqoris Gürcüstan və




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə