Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə85/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

390

Həmin gün onlar daha iki yepiskop seçib, müqəddəs yağa xeyir – dua

verdilər. Sonra müqəddəs yağı bol – bol bütün şəhərlərə payladılar.

Onlar bu kilsə məclisini bayram edib, şənlikləri müqəddəs Ruhun

Ucalması bayram gününədək (17 sentyabr 1139 – cu il) davam

etdirib hamılıqla Allah şöhrətinə dua oxuyub sevindilər.

  Areq ayında, bu ayın 18 – ci günündə, şənbə gününə açılan

gecə ərzində, Müqəddəs Georgi bayramı günündə ( 30 sentyabr 1139

–cu il şənbə günü)

58

 Allahın dünyaya qəzəbi tutdu. Yerin hiddəti və



böyük dağıntılar dəhşətlə yayılaraq bu Albaniya torpağına da çatdı

59

 ,



necə ki, deyilib: “(Allah) Yeri öz yerindən oynadır və onun rüknləri

titrəyir”

1

 və başqa yerdə də deyilib: “ (Allah) Yerə gözünü dikir, o da



titrəyir”.

2

 Bu zəlzələ nəticəsində bir çox yerlərdə ( şəhərlərdə),



Parisos

60

 və Xaçın



61

 vilayətlərində istər düzən hissədə, istərsə də

dağlarda çox yer dağıldı. Zəlzələdən paytaxt Gəncə şəhəri də əhalisi

ilə birlikdə Cəhənnəmə vasil oldu.

62

  Dağlıq mahallarda bir çox qalalar  və kəndlər əhalinin başına



uçulub tökülən monastırlar və kilsələrlə birlikdə dağıldə.Viran olmuş

binalar və qalaların altında saysız – hesabsız adam tələf oldu. Bu

hadisə erməni təqviminin 588- ci ilində baş vermişdi.

  Zəlzələnin baş verdiyi elə həmin gündə çar Davidin oğlu –

Gürcüstan çarı Demetre

63

 böyük bir qoşunla hərəkət edərək Arran



vilayətinə gəldi. O, öz sərkərdəsi İvanenin başçılığı altındakı qoşunla

paytaxt olan Gəncə  şəhərinə çatdı. Onlar sağ qalmış  şəhər əhalisi

1

 İncil. Əyyubun kitabı, IX, 6.



2

Yenədə orada. Zəbur, 103, 32.




391

üzərinə amansızcasına və kobud surətdə hücum edərək, hamını

qılıncdan keçirtdilər, ya da özlərinə qul etdilər. İşğalçılar əhəmiyyətli

bir şəhər olan Gəncənin birdən – birə Cəhənnəmə çevrildiyini ( çünki

burada qızıl yığınları insan cəsədləri ilə bir yerə qalanmışdı)

gördülərsə də, əsla mərhəmət göstərmək istəmədilər. Qızıl və gümüş

xəzinələrini qazıb çıxararaq özləri ilə apardılar. İşğalçılar öz

basqınları və işgəncələri ilə (xalqa) zəlzələdən daha çox əzab

verdilər. Zəlzələ zamanı bizim vardapetlərimiz Sərkis və Qriqor

fəlakətin qəzəbinə dözə bilməyib, ömürlərini Allaha bağışladılar. Bir

neçə gün keçdikdən sonra ərəb əmirlərindən farsca Cahandar kimi

çağırılan Qara Sunqur adlanan birisi İran torpağından hərəkət edib,

bu Arran vilayətinə gəldi və ölkəni bərpa edib möhkəmləndirməyə

başladı. O, Gəncə  şəhərinin dağılmış divarlarını bərpa edərək,

şəhərin hüdudları daxilində sülh yaratdı. Bundan sonra o, gürcü

çarının hakimiyyəti altında olan vilayətə yollanıb, onların əli ilə viran

edilmiş öz vilayətlərinin intiqamını aldı.Qara Sunqur Gürcüstan

ölkəsinə birinci və sonra ikinci dəfə həmlə edərək, onları dəhşətə

gətirib tir – tir əsməyə məcbur etdi. Onların istehkamlarını  ələ

keçirib, özünə tabe etdi və oradan dağlıq Qeqam vilayətindən keçən

yol ilə geri qayıtdı. Sonra o, Araz çayını keçib, Atrpatakan

sərhədlərinə çatdı və erməni təqviminin 589 – cu ilində (15 fevral

1140 – 13 fevral 1141 – ci il) vəfat etdi.

64

 Onun (Qara Sunqurun) yaxın adamlarından olub, Gəncə



şəhərinin əmiri təyin edilmiş Qutluq adlı birisi

65

 həyasızlaşaraq,




392

sultana qarşı çıxıb, öz knyazlığının sərhədlərindən kənara doğru

yürüş təşkil etdi. O, böyük bir ordu ilə Gəncədən çıxıb, Xudaharay

dağlıq vilayətinə doğru hərəkət edərək, Katolikos Qayası və bunun

yaxınlığındakı Karapetans Kar ( Karapet Qayası) adlanan qalalara

yanaşdı. Qutluq hər iki qalanı uzun müddət mühasirədə saxlayıb, çox

böyük çətinliklə  ələ keçirtdi və dağıdıb yandırmaqla onları viran

qoydu. Müqəddəs kilsələr isə erməni təqviminin 591 –ci ilində (14

fevral 1142 – 13 fevral 1143 – cü il) Katolikos Qayası qalasını

tamamilə dağıdıb talan etdiyi vaxta qədər pozğunların ayaqları

altında tapdaq olunurdu.

 Nəticədə Qutluq üsyanı davam etdirərək bir neçə gün

hakimiyyət sürdü. Lakin sonra İran ölkəsindən Çavlı adlı bir

sipəhsalar gəldi.

66

 O, başçılıq etdiyi ordusu ilə Qutluqun üsyan etmiş



olduğu Gəncə  şəhərinin lap darvazalarına yaxınlaşdı, şəhəri bir ay

mühasirədə saxlayıb ələ keçirtdi və Qutluqu tutub, gözlərini

çıxartdırdı. Çavlı ermənilərin 592 – ci ilində (14 fevral 1143 – 13

fevral 1144 –cü il) hamını özünə tabe etdi.

  Elə həmən ildə çar oğlu yepiskop Stepannos Xalınça Kar

(Xalınç qayası) qalasında vəfat etdi. Çavlı isə lovğalıq edib, Xaçın

dairələrinə doğru hərəkət edərək, onların bütün qalalarını ələ keçirtdi,

kilsələri dağıtdı, monastırı yerli – dibli yandırdı, adlı – sanlı adamları

öldürdü, qoşunları  əsir aldı və müxtəlif vasitələrlə hər şeyi dağıdıb

məhv etdi.

67

 Sonra o, buranı tərk edib, yenidən İran ölkəsinə qayıtdı.




393

  Sonrakı ildə (1144 -1145) Çavlı yenidən bu Arran vilayətinə

qayıtdı və tələsik surətdə, çar Abbasın möhkəmlənmiş olduğu Tovuz

qalasına həmlə etdi. O, böyük səylə bu qalanı uzun müddət

mühasirədə saxladı və nəhayət, ələ keçirtdi. Lakin çar Abbas 594 –

cü ildə ( 13 fevral 1145 – 12 fevral 1146 – cı il) gürcü çarının yanına

yollandı.

68

Elə həmin ildə Kurikenin oğlu çar Davud Masnaberd



qalasında ömrünü Allaha bağışladı və onun yerinə oğlu Kurike

keçdi.


69

 Çavlı isə ikinci dəfə, Xaçına,Tancikə

70

 və Adahaya doğru



hərəkət etdi, çünki onun hələ birinci səfərdə ələ keçirmiş olduğu bu

qalalar əlindən çıxmışdı: Belə ki, həmin qalaların Çavlının əlində

olduğu bu qısa müddətdə meşələrdəki mağaralarda gizlənmiş əyanlar

öz qalalarına qayıdıb, ərəblərə qarşı üsyan etmişdilər. Bundan

qəzəblənən Çavlı intiqam almaq niyyəti ilə onlara qarşı yürüş etdi.

  Çavlı qalaları  ələ keçirə bilmədisə də, bütün vilayəti talan

etdi. O, həmçının havari tərəfindən bina edilmiş Dadui Vank adlı

müqəddəs monastırı

71

  yerli  –  dibli  yandırıb  külə  döndərdi.  Sonra



Çavlı Midiya ölkəsinə getdi və orada sultana qarşı üsyan edib,

ermənilərin 595- ci ilində ( 13 fevral 1146 – 12 fevral 1147 – ci il)

Zəngan şəhəri yaxınlığında əzabla öldürüldü. Böyük sülalədən və

məşhur nəsildən olan Paxradin ( Fəxrəddin) adlı aşqa bir əmir Çavlı

ordusuna və Çavlının idarəsi altında olan bütün vilayətlərə rəhbərliyi

öz əlinə aldı. Sultanın əmri ilə Fəxrəddin bu Arran vilayətinə gəlib,

onu bütünlüklə öz ixtiyarına keçirdi.



394

  Lakin  Fəxrəddin Gürcüstan çarına yamanlıq etmək arzusu ilə

alışıb yanırdı və gürcü çarının idarəsi altında olan yerləri yandırıb

külə döndərməklə hədələyirdi. Onun bu hədə - qorxusundan dəhşətə

gələn ölkə monastırlarının rahibləri bütün dindarların xilası üçün

Allaha yalvardılar. Allah – təala onların bu yalvar – yaxarını qəbul

edib Gəncəni idarə etməyə başladığı vaxtdan bir neçə gün sonra

Fəxrəddinin ömrünü əlindən aldı, yəni onu sultanın sülaləsindən olan

Xazbek adlı  əmirin qılıncı ilə öldürdü. Bu hadisə 596 – cı ildə (13

fevral 1147 – 12 fevral 1148 – ci il), 367 –ci Roma ilində və

müsəlmanların 536 – cı ilində olmuşdur.

73

 Yunanların imperatoru Aleksinin nəvəsi Kalucanın oğlu



Mixail idi. Gürcüstanın çarı Georq Baqratuninin nəvəsi, Davidin

oğlu Demetri idi. İran ölkəsinin sultanı isə Məlikşahın nəvəsi

Məhəmmədin oğlu Məsud idi.

74

  Parsın (Farsın) və Xujastanın ( Xuzistanın) Bzapay adlı əmiri



Fəxrəddinin öldürüldüyünü eşidib, bunun sultanın əmri ilə edildiyini

bilərək, ordu götürüb, sultanı hakimiyyətdən məhrum etmək

məqsədilə ona qarşı hərəkət etdi. Xazbek isə öz ordusunu götürüb,

sultanın köməyinə gəldi. Onların arasında şiddətli vuruşma oldu,

ordular bir – birini qırıb tökdü. Döyüşdə Bzapay öldürüldü və böyük

qarışıqlıq əmələ gəldi.

75

 Bundan sonra Ərgiş adlı



76

əmir gəlib, sultanın heç bir

göstərişi olmadan Gəncəni özünə tabe etmək istədi.Şəhərin rəisləri

bundan xəbər tutub, onu şəhərə buraxmadılar. Rəislərin bu




395

hörmətsizliyindən qəzəblənən Ərgiş dağ mahallarına qalxıb üsyan

edərək tərəkəmələrin qiyam başçılarına çevrilmiş adamları baçına

topladı və onların köməyi ilə dağ mahallarında çoxlu dağıntılar

törətdi və vilayəti ayrı – ayrı adamlar arasında böldü. Lakin Gəncə

şəhərinə heç bir xəsarət yetirmədi ki, bəlkə bu yol ilə  şəhəri ələ

keçirsin. Şəhər əhalisi Demetre adlı Gürcüstan çarını köməyə çağırdı,

çünki onun qızı sultanın hərəmi olcaqdı. Qızın adı Ruzuqan

(Rusudan) idi. Ruzuqanın müqabilində sultan Gəncəni gürcülərə

verməliydi. Buna görə də gürcü çarı öz ordusunu (köməyə) göndərdi.

Qaçmağa üz qoyan Ərgiş  İran torpağına qayıtdı. Bundan sonra isə

sultan Məsud öz əmirlərindən Rəvvadi adlı birini

77

 hakim olaraq



Gəncə  şəhərinə göndərdi. Gəncəyə gələn Rəvvadi vilayəti

dağıtdıqları üçün tərəkəmələrdən intiqam almaq niyyətində idi. Lakin

Rəvvadi tərəkəmələri məğlub edə bilmədi, çünki o, nə yüksək

nəcabətli, nə də güclü idi. Buna görə də tərəkəmə başçıları ona

həqarətlə baxırdılar. Onlar Rəvvadiyə qarşı üsyan qaldırdılar.

Vilayətdəki qalaların heç də hamısı Rəvvadiyə tabe olmurdu.

Rəvvadi də hərəkət edib onları mühasirəyə aldı, lakin heç birini ələ

keçirə bilmədi. Tərəkəmələr çox böyük sahədə düzənləri və dağ

mahallarını viran edib çəkildilər. Bundan qəzəblənən Rəvvadi

tərəkəmələrin çoxlu varidatını talan edib aldı və beləliklə də onları

özünə daha sərt düşmən etdi. Nəhayət, Rəvvadi sülh bağlayıb,

tərəkəmələrlə dost oldu, hətta onlardan özünə arvad da aldı

78

  və  öz



396

qızını Herqanberd hakimi Azadinə (İzzədinə)

79

  ərə verdi. Beləliklə



də Rəvvadi vilayətdə sülhü bərqərar etdi.

 Bundan sonra Caraberd vilayəti və onun qalalarının knyazı

Daranın oğlu Tavqan (Şahin) təkəbbür göstərib Arranı tutmaq istədi.

Lakin sultanın oğlanlarından Çahrşah

80

 Tavqanın üzərinə yeridi,



onun özünü və qayınatası Kavahan Berd

81

 hakimi olan Vasakın oğlu



knyaz Qriqoru ələ keçirdi. Sultanın oğlu  Tavqanın üzərinə etdiyi

həmlə ilə Desmanın oğlu Həsəndən intiqam aldı, çünki onun Smbat

adlı qardaşını mənasız bir vuruşda o (Həsən) öldürmüşdür; bu

vuruşun  səbəbi  isə  o  idi  ki,  onlar  öz  qızlarını  dinsizlərə  ərə

vermişdilər. Bu səbəbə görə də Qriqor özünə qürrələnərək kürəkəni

Tavqanın yanına getdi və Tavqan da onunla birlikdə yola düşüb,

Herqanberd  yaxınlığında Qayköy adlı dağda məskən saldılar.

Əvvəlcə Rəvvadi tərəkəmələrin başçısı Qurbuqayın kürəkəninə qarşı

durmuşdu; vaxtı ilə Tavqan onu və onunla birlikdə Tutəkeank

82

 adlı



başqa birisini sultana itaət etməyə çağırmışdı. Onlar Divaxur (Şeytan

tövləsi) dağında durmuşdular və Tavqana tabe olmurdular. Buna görə

də müharibə baş verdi və Tavqanın ordusu darmadağın edildi, özü də

öldürüldü.

Onlar həmçinin Qriqoru və onunla birlikdə bir çox adlı- sanlı

adamları da öldürdülər. Vilayətin xaçpərəstləri Qriqoru oradaca dəfn

etdilər, bir il keçdikdən sonra isə oradan çıxarıb, Qandzasar

monastırında

83

 basdırdılar; Qriqorun sələfləri də həmin monastırda



dəfn olunmuşdu. Onlar Çahrşahı tutub, Gəncə  şəhərində Rəvadiyə


397

təslim etdilər, onu yalançı və xain hesab edib məsxərəyə və ümumun

həqarətinə məruz qoydular və sonra azad buraxdılar.

Çahrşah əvvəllər Rəvvadinin talan etmiş olduğu

tərəkəmələrin yanına yollandı. Onlar sevinib, Şahdağ dağının bütün

türklərini topladılar və ona çar kimi pərəstiş etdilər. Çahrşah bütün

dağ mahallarını tərəkəmələr arasında böldü, özü böyük bir ordu ilə

Gəncə şəhərinə qədər hərəkət edib, şəhəri mühasirəyə aldı. Rəvvadi

Gürcüstan çarının yanına adam göndərib, ondan hərbi yardım istədi.

Çar da onun köməyinə böyük bir ordu göndərdi. Bundan xəbər

tutunÇahrşah indi Bərdə adlanan Firuzabaddan cənuba doğru qaçdı

və üsyan etmiş tərəkəmələrin arasında qaldı.

Bundan sonra Çarek qalasında

84

 oturan Tapakarqanın nökəri



Sevinc

85

 əvvəllər onu öz qalasında mühasirədə saxlamış olduğu üçün



Rəvadiyə qarşı kin bəslədiyindən Gəncə  şəhərindən olan bir çox

adamlarla ittifaqa girib, Naxçıvan şəhəri və vilayətinin hakimi

Eltkuzun (Şəmsəddin İldəgizin)

86

 yanına gəldi, onu da  özü ilə



götürüb hərəkət edərək, gəlib Gəncə şəhərini mühasirəyə saldı və bir

ay sonra Çıraqbanlıq – Xaçaçuran günündə ( yanvarın 6- da) yerli

əhalinin köməyi ilə  şəhəri tutdu. Rəvvadi də  şəhər əhalisinin

rəyindən xəbərdar olub, könüllü surətdə Gəncəni təslim etdi. Lakin

Eltkuz şəhər darvazalarına yaxınlaşdıqda əhali ona dedi: “ Əgər sən

bizim düşmənimiz Çahrşahı məhv etməsən biz sənə tabe olmarıq”.

Buna görə də  Eltkuz tez yola düşüb Çahrşahı tutdu, onu ağacdan

asıb qayıtdı və dediyimiz kimi şəhərə sahib oldu.




398

 Rəvvadi Bəyabad şəhəri yaxınlığındakı öz doğma dairəsinə

qayıtdı.

87

 Eltkuz sultanın qadınlarından birini özünə arvad etmiş



olduğundan, Məsudun ölümündən sonra öz arvadından olan Arslan

şahı çar (sultan) elan etdi, özünə isə atabəy rütbəsini götürdü, çünki

Eltkuz sultanın oğlanlarının atabəyi olan və onunla rəqabət aparan

Xazbəyi öldürmüşdür. Beləliklə də, Eltkuz İran şahlığına sahib oldu,

qüdrəti artdı və bütün böyük hakimləri məğlub edib, çoxunu özünə

tabe etdi, üsyan etmiş tərəkəmələrin başçılarını məğlubiyyətə

uğratdı.

88

 Eltkuz Arran ölkəsindəki iğtişaşı yatırtdı, zalım ismayililər



tayfasını sakitləşdirdi və beləliklə də, həmin tayfanın Alban

ölkəsində tez – tez törətdiyi talanların qarşısı alındı.

Lakin Gürcüstan çarı və Xaçın knyazları ilə müharibə hələ

bitməmişdi, çünki onlar fürsət tapıb xəlvəti Haru qalasını tutmuş və

orada olanların hamısını qılıncdan keçirmişdilər.

Sonralar Gürcüstan çarı Demetre öldükdə onun yerinə oğlu

David çarlıq etməyə başladı.

89

 David öz tabeliyində olan erməni



knyazlarına xüsusi ilə xeyirxah münasibət bəsləyən bir adam idi. O,

knyaz Vaxramın oğlu, Tiflis şəhərinin hakimi Vasakı və onun Kürd

və Sərkis adlı qardaşlarını səxavətlə mükafatlandırdı; David

Baqratuninin oğlu çar Kivrikeni çağırıb sələflərinin onun (Davidin)

əlindən almış olduqları malikanəni geri qaytarmağa vəd etdi.

Beləliklə də, onu bəxşişlərlə yola saldı, həmçinin onunla yenidən

görüşmək üçün sazişə gəldi. David bu niyyətdə idi ki, məşvərət edib,

etiqad barəsində bütün həqiqəti öyrənsin və beləliklə də,




399

pravoslavlığa sitayiş etsin. Gürcüstan knyazları (Davidin) bu

niyyətindən xəbər tutduqda on ları, hamıdan artıq isə Orbelian nəslini

qəzəb bürüdü və onlar zəhər verib çar Davidi öldürdülər. Gürcüstan

və Erməniyyə ölkələrini ağır və sürəkli bir fəryad bürüdü. Onlar

Davidin qardaşı Georgini onun yerinə çar etdilər.

90

Georgi çarlığa keçdikdən sonra knyaz Vasakı həbs etdi, çünki



şəhər hakimi olan Vasak Georgiyə qabaqlar Davidə göstərmiş olduğu

qədər ehtiram göstərmirdi, xidmət və itaət etmirdi. Gürcüstanın

başqa knyazları da Georgidən narazı idilər ( yaxud: Georgi həmin

knyazlardan narazı idi).Knyaz Vasak qardaşı ilə birlikdə qaçıb,

Ərzurum ( Feodosipol) şəhərinə getdi. Şəhər əmiri Saltuk onu sevinc

və hörmətlə qəbul etdi, çünki vaxtı ilə Saltuk Ani şəhərini mühasirə

edərkən gürcü ordusu tərəfindən məğlub edilib, Tiflisə, çar

Demetrenin yanına gətirildikdə Vasak ona çoxlu xidmət

göstərmişdi.

91

 Buna görə də (Saltuk) ona hədiyyələr və çoxlu kənd



verdi. Orada bir neçə ay qaldıqdan sonra Vasak vəfat etdi və

şəhərdəki Ümmülilahə kilsəsində dəfn olundu. Onun bayrağı,

şeypuru və hakimiyyəti qardaşı Kürdə verildi. Kürd də orada böyük

hörmət sahibi idi.

92

Georgi isə çar olduqdan və mövqeyini möhkəmləndirdikdən



sonra saysız igidliklər göstərdi, çoxlu vilayətlərə soxulub, döyüşlərdə

bir çox yerləri dağıtdı. O, yepiskop Barseqin və onun qardaşlarının –

Magistros Həsənin oğlanlarının çağırışı ilə Ani şəhərini bir və ya iki

dəfə tutdu. Lakin sonra onlar ona müqavimət göstərib, şəhəri vermək




400

istəmədilər. Belə olduqda Georgi güclə  şəhəri aldı və onun talan

olunmasını  əmr etdi. O, ordudakı bütün kişiləri, habelə qadınları,

keşişləri, rahibləri lüt soyundurub müqavimət göstərdikləri üçün

93

onları rüsvay etdi. Şəhərə vali təyin edib



94

 və müəyyən miqdarda

qoşun qoyub, oranı tərk etdi. Düşmən həmlələrindən təngə gəlmiş

əhali Georgidən xahiş etdi ki, onların ixtiyarını fars nəslindən olan

əvvəlki hakimə versin.

95

 Bu minval ilə tez – tez əldən - ələ keçən



şəhər və vilayət rahatlıq bilmirdi. Sonra Georgi şəhərin ixtiyarını öz

sərkərdəsi İvaneyə verdi. Lakin şəhər öz əvvəlki hakimlərinə

qaytarılmayınca sülh bərqərar olmadı.

96

Bütün İran şahlığının knyazı olan Eltkuz isə bunları və onun



(Georginin) gücünü görüb, öz ordusunu topladı və Qaq qalası

97

yaxınlığındakı düzənlikdə düşərgə saldı. O, Müqəddəs Sərkis



monastırını yandırdı və buna görə də ordusuna böyük bədbəxtlik üz

verdi,adamlarının çoxunu ilan çalıb öldürdü. Çar Georgi də çoxlu

qoşun toplayıb gəldi və onun müqabilində mövqe tutub, döyüşə

hazırlaşmağa başladı. Lakin Georginin sərkərdəsi Smbat

Xalaquçeanın oğlu İvane bunu gizlində atabəyə və sultana xəbər

verdi, çünki İvane onlarla müttəfiq idi və almış olduğu rüşvət onun

gözlərini tutmuşdu.

Döyüş başlanacaq gündən əvvəlki gecə onlar bu sirdən hali

olub, hələ vuruşma başlanmamış öz çadırlarını yığışdırıb buranı tərk

etdilər.


98

 Lakin onlar xristianlara qarşı bəslədikləri öz bəd

niyyətlərindən əl çəkə bilmədilər. Gözlənilmədən Ani şəhərinin



401

sərhədlərinə yaxınlaşıb Aşnak və Talin kəndlərini

99

 tutdular, qalaları



ələ keçirib, oradakı bütün kişi, qadın və uşaqlarla birlikdə

yandırdılar. Çoxlarını  əsir edib, uzaq qəbilələrə satdılar. Lakin çar

Georgi qəfildən və azacıq qoşunla özünü Dəbil şəhərinə yetirib, uzun

müddət iranlıların ərazisində qaldı, çoxlu qənimət ələ keçirdi və

bütün ... sülaləsini məhv etdi.

100



402


403


404


405


406


407


408


409


410


411


412


413


414


415


416


417


418


419


420


421


422


423

Moisey Kalankatuklu

ALBANİYA  TARİXİ

ALBAN  SALNAMƏSİ

Mxitar Qoş


424

 Buraxılışa məsul:



Umud Rəhimoğlu

Texniki redaktor:



Mübariz Piri

Kompyuter səhifələyicisi:



Allahverdi Kərimov

Kompyuter  operatoru:



Maral Rəisqızı

Korrektor:



Elmira Əliqızı


425

Yığılmağa verilmişdir

14.09.2006.

 Çapa imzalanmışdır

26.12.2006.

Formatı


 60x90

1

/



16

.

Fiziki çap vərəqi



18.5. Ofset çap üsulu.

Tirajı


10000.

 Sifariş


192.

DÜST  5773 – 90,  DÜST 4.482- 87

Kitab

“CCB - PP” MMC



məətbəsində çap olunmuşdur.

Bakı, Şərifzadə küçəsi, 3.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə