|
Molekulyar biologiya fəNNİ ÜZRƏ doktororanturaya qəbul imtahaninin suallari
|
tarix | 20.01.2018 | ölçüsü | 33,27 Kb. | | #21707 |
|
MOLEKULYAR BİOLOGİYA FƏNNİ ÜZRƏ DOKTORORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
-
Molekulyar biologiyanın tarixi, predmeti. Elmin inkisafının əsas mərhələləri. Əsas prinsipal elmi кəşflər.
-
Nuklein turşularının genetik rolunun sübutu və Uotson-Krik tərəfindən DNT-nin ikiqat spiral modelini qurmağa кöməк edən elmi kəşflərin xronologiyası.
-
«Molekulyar biologiyanın mərkəzi ehkamı» postulatı.
-
Molekulyar biologiyanın əsas metodları: mikroskopiya, rentgen-struktur analiz, radioaktiv izotoplar, ultrasentrifugalaşdırma, xromotografiya, elektroforez, elektrofokuslasma, hüceyrə kulturası, hüceyrəsiz sistemlər, monoklonal anticisimlar, Nozern-blot analiz və Sauzern-blot analiz, Polimeraz zəncir reaksiyası metodu.
-
Nuklein tursuları va onların ilkin qurulusu.
-
Nuklein turşularının komponentlərinin konformasiyaları.
-
Nuklein turşularında heterotsiklik əsaslar arasında qarşılıqlı təsir.
-
DNT-nin komponentləri. Ikiqat DNT zəncıri, onun В formasının əsas parametrləri.
-
DNT molekulunun A, C, D, Z və digər alternativ formaları, onların bəzi fiziki-kimyəvi parametrlərinin müqayisəsi və bir formadan digərinə keçid şəraiti.
-
DNT-nin denaturasiyası və renaturasiyası, molekulyar hibridləşmə metodu.
-
DNT-nin superspirallaşması, topoizomerazalar.
-
RNT molekulunun növləri va hüceyrədə funksional rolu
-
Zülalların quruluş səviyyələri. Amin tursuları va onların təsnifatı.
-
Qlobulyar va fibrilyar zülallar. Zülalların funksiyaları.
-
Genetik kod va onun xüsusiyyətləri. Muşahidə olunan кənaraçıxmalar.
-
DNT-nin replikasiyası və onun əsas prinsipləri.
-
Replikasiyanın polukonservativ xarakterini sübut edən Mezelson - Stal təcrübələri.
-
Matrisa, praymer va praymasoma anlayışları.
-
Kornberq tərəfindən DNT-polimerazanın kəşfi və DNT-polimeraza I, II, III –ün subvahid tərkibi və funksiyaları.
-
Replikasiyanın start sahəsinin (origin) qurulusu. Replikator anlayışı.
-
Replikasiyanın inisiasiya kompleksinin yaranması.
-
DNT-nin in vivo replikasiyasının sxemi: Reyci Okazakinin kəsilən antiparalel replikasiya sxemi.
-
M13 faqının çoxalmasi sxemi və фХ174 faqı (va yaxud Diyirlənən həlqə, D-ilgəyi sxemləri).
-
DNT-nin replikasiyasının topoloji problemləri. Topoizomerazalar va ssb zülalları.
-
E.Coli DNT-sinin replikasiyasının müasir sxemi.
-
DNT-liqaza fermenti va onun işləmə mexanizmi.
-
Eukariotların DNT polimeraza fermentləri və onların funksiyaları.
-
Eukariot DNT-sinin replikasiyasının fərqli xüsusiyyətləri.
-
Eukariotlarda xromosom DNT-si sonluqlarının replikasiyası.
-
DNT molekulunun zədələnmələrinin formaları. DNT zədələnmələrinin birbaşa reparasiyası.
-
DNT polimeraza III ilə səhvlərin bərpa edilməsi replikasiya səviyyəsində reparasiyadır.
-
DNT molekulunda pirimidin dimerlərinin bərpasının fotoreaktivasiya mexanizmi.
-
Prokariotlarda replikasiyaya qədər olan eksizyon reparasiya mexanizminin mərhələləri.
-
Eukariotlarda DNT-nin eksizyon reparasiyası
-
Modifikasiya olunmuş əsasların eksizyon reparasiyası.
-
Replikasiyadan sonrakı reparasiya və yaxud rekombinasion reparasiya.
-
Mismetç reparasiya.
-
«SOS» reparasiya va yaxud induksion reparasiya.
-
Transkripsiya. Transkripsiyanın prinsipləri. Operon haqqında anlayış.
-
E.Coli-nin RNT-polimerazalarının subvahid tərkibi.
-
Promotorun quruluş xüsusiyyətləri.
-
Transkripsiyanın elonqasiya va terminasiya mərhələləri
-
Prokariotlarda transkripsiyanın tənzimlənməsi: Jakob va Mononun neqativ və pozitiv induksiya sxemləri.
-
Prokariotlarda transkripsiyanın tənzimlənməsi: neqativ va pozitiv repressiya sxemləri. Lac – və ya trp - operonun pozitiv nəzarət işi. Attenyuasiya.
-
Eukariotlarda transkripsiya və onun fərqli xüsusiyyətləri.
-
Enhanserlər, saylenserlər və insulyatorlar.
-
Eukariotlarda RNT-nin yetişməsi - prosessinq:kep-(papaq) tikilməsi və poliadenilləşmə.
-
Splaysinq: alternativ, trans və avtosplaysinq, snRNT-nin splaysinqdə rolu və mRNT səviyyəsində redaktə etmə.
-
Zülalların biosintezi, ribosomun katalitik mərkəzləri və onların funksiyaları.
-
Amin turşulaların aktivləşməsi, amin turşuların öz nRNT-nə birləşməsi reaksiyalari.
-
Zülalların biosintezinin jnisiasiya mərhələsi və inisiasiya faktorlari.
-
Zülalları biosintezinin elonqasiya mərhələsi və elonqasiya faktorları.
-
Zülalların biosintezinin terminasiya mərhələsi və terminasiya faktorları.
-
Prokariot va eukariot genomlarının təşkilinin ümumi və fərqli cəhətləri.
-
Genomun quruluşu: onun ölçüsü; eukariot genomunun «artiqliği» - C-value fenomeni.
-
Interspersiyalar va onların tipləri. Satellit DNT-si.
-
Xromatin, ümumi tərkibi. Heteroxromatin və euxromatin anlayişları.
-
Xromatinin zülal komponentləri: histon və qeyri-histon zülallar və onlarin funksiyaları.
-
Xromatinin nukleosom, solenoid, ilgək və metafaza xromosomları səviyyələrdə təşkili.
-
Nüvədənkənar DNT-lər.
Dostları ilə paylaş: |
|
|