Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə1/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
  1   2   3   4   5   6   7   8   9   ...   198


 

 

 



 

 

 




 


ON SOZ 

Molum  olduğu  kimi,  cinayətkarlığa  qarşı  mübarizonin 

gücləndirilməsi  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi 

sahəsində hüquq mühafizə orqanları mühüm rol oynayır. Məhz bu 

orqanlar qarşısında cinayətkarlıqla mübarizə üzrə çox mürəkkəb 

və  məsuliyyətli  vəzifələr  durur.  Son  illər  hüquq  mühafizə 

orqanları yeni cinayət növləri (qanunsuz silahlı dəstələr yaratmaq, 

terrorizm, girov saxlama, insanların oğurlanması, reket, müxtəlif 

növ  bank  və  maliyyə  fırıldaqları  və  s.)  ilə  tez-tez  rastlaşırlar. 

Cinayətkarlar  da  öz  növbəsində  peşəkarlıqlarını  artıraraq  daha 

mütəşəkkil  fəaliyyət  göstərirlər.  Bu  isə  hüquq  mühafizə 

fəaliyyətinin əsaslı surətdə təkmilləşdiril- məsini tələb etmişdi. 

Dövlətimiz  müstəqillik  əldə  etdikdən  sonra  onun  dünya 

dövlətləri  arasında  daha  demokratik  mövqe  tutması  üçün 

qanunvericilikdə  yeniliyə  ehtiyac  yarandı.  Cəmiyyətin  bütün 

sahələrinin müasirləşməsi və demokratikləşməsi məqsədi ilə onun 

bütün  sahələrində  köklü  islahatlar  başlandı.  Hüquqi  dövlət 

quruculuğunun  həyata  keçirilməsi  üçün  və  ümumiyyətlə 

cəmiyyətin inkişaf etməsi üçün islahatların başlaması çox vacib 

idi.  12  noyabr  1995-ci  il  referendum  yolu  ilə  Azərbaycan 

Respublikasının  yeni  Konstitusiyasının  qəbulu  hüquq  sahəsində 

başlanan islahatların təməlini qoydu. 

Bu islahatlar bir sıra inkişaf etmiş ölkələrin qanunlarına və 

təcrübələrinə  söykənərək  özünəməxsus  formada  həyata 

keçirilmişdir.  Yeni  qanunvericiliyin  hazırlanmasında  inkişaf 

etmiş demokratik ölkələrin qanun və normativ aktlarından istifadə 

olunmuşdur. 



Əgər  biz  islahatlara  qısa  nəzər  salsaq,  görərik  ki,  yeni 

Konstitusiyamızda  insan  hüquqları,  hakimiyyət  bölgüsü, 

məhkəmə  hakimiyyətinin  müstəqilliyi  və  digər  demokratik 

şərtlər öz əksini tam şəkildə tapmışdır. Buna baxmayaraq digər 

qanunlar  hələ  də  dəyişməmişdi  və  bu  səbəbdən  onların 

dəyişməsi  zərurəti  yarandı.  1997-ci  ildə  «Məhkəmələr  və 

hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul 

edildi.  1998-ci  ildən  Konstitusiya  Məhkəməsi  öz  fəaliyyətinə 

başladı. Bir müddət sonra yeni Cinayət, Cinayət- Prosessual və 

başqa  məcəllələr  qəbul  olundu.  Sürətlə  davam  edən  məhkəmə 

hüquq  islahatları  2000-ci  ildə  üç  pilləli  məhkəmə  sisteminə 

keçidi  təmin  etdi.  Daha  sonra  2002-ci  il  avqustun  24-də 

referendum  yolu  ilə  Konstitusiyamızda  mühüm  dəyişikliklər 

edildi.  Konstitusiyadakı  bu  yeniliklərin  əksəriyyəti  məhkəmə 

hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. 

İnsan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  olunması 

hər  bir  demokratik  hüquqi  dövlətin  başlıca  vəzifələrindən  biri 

olduğu  hazırkı  .şəraitdə  hüquq  mühafizə  orqanlarında  əsaslı 

islahatların 

aparılması 

günün 

vacib 


tələblərindəndir. 

Respublikamızın hüquq mühafizə orqanları sistemində mühüm 

yer  tutan  məhkəmənin,  prokurorluğun,  polisin  və  digərlərinin 

uzun illər təşəkkül tapmış mövcud sisteminin, strukturunun və 

fəaliyyət  istiqamətlərinin  müasir  dövrə  uyğun  müəyyən 

edilməsi,  onların  hüquqi  dövlətin  prinsipləri  ilə  uzlaşan  bir 

orqana  çevrilməsi  hüquqi  islahatların  əsas  vəzifələrindən  biri 

olmırşdur. 

Demokratik,  hüquqi  dövlət  quruculuğu  dövründə, 

ictimai-siyasi  həyatın  bütün  sahələrində  olduğu  kimi,  hüquq 

mühafizə orqanlarında da əsaslı islahatlar aparılması nəticəsində 

bu  orqanların  cəmiyyətdə  roluna  yenidən  baxılmış,  bu  sahədə 

əvvəlki rejimdən qalma  stereotiplərdən imtina edilmiş, onların 

sırf cəza orqanlarından insan hüquqlarının və 




azadlıqlarının osl müdafıoçisino çevrilməsi istiqaməlindo 

mühüm addımlar atılmışdır. 

Son  illərdə  Azərbaycan  dövlətinin  demokratik,  hüquqi  və 

dünyəvi  quruculuğu  yolunda  inamla  addımlaması,  Avropa 

Şurasına  daxil  olması  və  Avropa  hüquq  zonası  ilə  birləşməsi 

insan hüc|uqları haqqında beynəlxak] sənədlərə uyğun olaraq öz 

üzərinə  götürdüyü  hüquqi  öhdəliklərlə  əlaqədar  olaraq 

Azərbaycan Respublikasının hüquq mühafizə sistemində böyük 

islahatlar  aparılmışdır.  «Prokurorluq  haqqında»,  «Polis 

haqqında»,  «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında»,  «Milli 

Təhlükəsizlik  haqqında»  və  s.  qanunlar  qəbul  edilmi.ş-  dir. 

Bütün  bu  qanunların  ana  xəttini  demokratiya,  insan  hüquq  və 

azadlıqlarının aliliyi prinsipləri təşkil edir. 

Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan 

hüquqlarına  münasibəti,  həmin  dövlətdə  insan  hüquqlarının 

vəziyyəti ilə müəyyən olunur. Demokratiya və insan hüquqları 

bir-biri ilə qırılmaz surətdə bağlıdır və biri digərini şərtləndirir. 

Yalnız  cəmiyyətdə  mövcud  olan  demokratik  iqlim  insan 

hüquqlarının qorunmasına real təminat verə bilər. Digər tərəfdən 

isə insanın əsas hüquq və azadlıqlarının qanunvericilikdə və real 

həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanm təşəkkülü və 

geniş inkişafı ücün həlledici amil rolunu oynayır. 

Azərbaycan  Respublikasında  hüquq  mühafizə  orqanlarının 

fəaliyyətlərinin  məzmunu  insanların  həyatını,  sağlamlığını, 

hüquq  və  azadlıqlarını,  dövlətin,  fiziki  və  hüquqi  şəxslərin 

qanuni  mənafelərini  və  mülkiyyətini  hüquqa  zidd  qəsdlərdən 

qorumaqdan  və  ədalət  mühakiməsinin  təmin  olunmasından 

ibarətdir.  Elə  buna  görə  də,  hüquqşünaslar  hüquq  mühafizə 

orqanlarının  müasir  dövrün  tələblərinə  uyğun  təşkilini, 

strukturlarını  və  vəzifələrini  əsaslı  surətdə  öyrənməli,  onların 

dövlət  orqanları  sistemində  tutduqları  yeri  yaxşı  bilməlidirlər. 

Buna isə «Azərbaycan Respublikasının hüquq mühafizə 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə