Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə3/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   ...   198

rəsillin yaradılması, odliyyo orqanlarına bəzi cinayət işləri üzrə 

ibtidai  istintaqın  aparılması  funksiyasının  verilməsi  bu 

orqanlarının  strukturunu  dəyişdirmiş  və  səlahiyyətlərini  xeyli 

genişləndirmişdir. Digər hüquq mühafizə orqanlarının da təşkili 

və əsas funksiyaları dəqiqləşdirilmişdir. Bəzi orqanlar, məsələn, 

gömrük və vergi orqanları hüquq mühafizə orqanlarının sırasına 

daxil  edilmişlər.  Respublikada  insan  hüquqlarının  müdafiəsi 

üzrə yeni təsisat - İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsınan) 

institutu yaradılmışdır. 

Göstərilən  hadisələr  və  digər  səbəblər  müasir  həyatla 

ayaqlaşan, real vəziyyəti əks edən, dəqiq və aktual informasiya 

verən  fənnin  olmasına  zərurət  yaratmışdır.  Vəziyyət  həm  də 

onunla  mürəkkəbləşir  ki,  indiki  dövrdə  qanunların  və  digər 

normativ aktların təzələnmə prosesi davam edir. Bu proses həm 

dövlətin  hüquq  mühafizə  funksiyasını  həyata  keçirməyə  və 

müvafiq  orqanların  təşkili  və  əsaslarına  aid  olan 

qanunvericiliyin daim təzələnməsində, həm də qanunvericiliyin 

tətbiqolunma təcrübəsinin yeniləşdirilməsində özünü göstərir. 

1995-ci  il  noyabrın  12-də  qəbul  olunan  Azərbaycan 

Respublikasının  Konstitusiyasında  dövlət  hakimiyyətinin  üç 

qolu 

müəyyənləşdirilmi.şdir. 



Bunlara 

qanunvericilik 

hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyəti daxildir. 

Bu  bölgüyə  əsasən,  Azərbaycan  Respublikasında  məhkəmə 

hakimiyyətinin  ədalət  mühakiməsi  yolu  ilə  həyata  keçirilməsi 

yalnız hakimlərə həvalə olunmuşdur. 

Ədalət  mühakiməsinin  həyata  keçirilməsində,  insan  və 

vətəndaş  hüquq  və  azadlıqlarının  mühafizəsinin  təmin 

edilməsində,  həmçinin  Azərbaycan  dövlətinin  müstəqilliyinin, 

suverenliyinin  və  ərazi  bütövlüyünün,  iqtisadi  və  siyasi 

qüdrətinin  möhkəmləndirilməsində,  ictimai  asayişin  və  ictimai 

təhlükəsizliyin  qorunmasında  məhkəmə  hakimiyyəti  ilə  yanaşı 

daxili işlər, ədliyyə, prokurorluq, milli təhlükəsizlik, gömrük və 

vergi orqanları da mühüm rol oynayırlar. Bu 



10 


orqanların  fəaliyyəti  bir-biri  ilə  sıx  əlaqəda  olmaqla  bərabər 

onlar  hüquq  mühafizə  funksiyalarını  qarşılıqlı  surətdə  yerinə 

yetirirlər.  Bunların  ayrılıqda  fəaliyyət  göstərmələri  qeyri- 

mümkündür.  Həmin  orqanların  qarşılıqlı  fəaliyyəti  nəticəsində 

ölkəmizdə sabitliyin  bərqərar olması,  ictimai  asayişin  qorunub 

saxlanılması,  cinayətkarlığa  və  digər  hüquq  pozmalarına  qarşı 

aparılan ardıcıl mübarizənin nəticələri yuxarıda göstərilən fikri 

bir daha təsdiq edir. 

Məhz  buna  görə  də  «Azərbaycan  Respublikasının  hüquq 

mühafizə  orqanları»  kursunun  tədrisi  zamanı  məhkəmə, 

prokurorluq,  daxili  işlər,  ədliyyə,  milli  təhlükəsizlik,  vergi  və 

gömrük  orqanlarının  təşkili  və  fəaliyyət  prinsiplərini, 

vəzifələrini, səlahiyyətlərini, bu orqanların sistemlərini, onların 

qarşılıqlı  əlaqələrinin  təşkili  və  fəaliyyətlərinin  demokratik 

əsaslarını tələbələrə öyrətmək vacib məsələdir. 

Yuxarıda  göstərilən  xüsusiyyətləri  nəzərə  alaraq,  hüquq 

mühafizə  fəaliyyətinin  anlayışı  belədir:  hüquq  nuihafh^ 

fəaliyyəti  -  xüsusi  səlahiyyətli  orqanlar  tərətındən 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  əsaslarla 

hüquqi təsir tədbirlərinin tətbiqi vasitəsilə hüququ mühatızə 

etmək məqsədi güdən dövlət fəaliyyətidir. Bir çoxları hüquq 

mühafizə  fəaliyyətini  xüsusi  səlahiyyətli  orqanlar  tərəfindən 

cinayətkarlıqla  mübarizə  sahəsində  həyata  keçirilən  fəaliyyət 

kimi  başa  düşürlər.  Lakin  bu  belə  deyildir.  Hüquq  mühafizə 

fəaliyyətinə yüxa- rıda verilən təhlilə əsasən bu fəaliyyət məhz 

hüququn  mühafizəsinə  yönəldilmişdir.  Hüququn  mühafizə 

sahəsi  isə  cinayətkarlıqla  mübarizə  sahəsindən  xeyli  genişdir. 

Buraya təkcə qanunazidd, ictimai təhlükəli hadisələrlə mübarizə 

deyil,  həm  də  vətəndaşın,  xarici  vətəndaşın,  vətəndaşlığı 

olmayan  şəxsin,  vəzifəli  şəxsin,  .sahibkarın,  dövlət  və 

qeyri-dövlət  müəssisəsinin  hüquqlarını  və  qanuni  mənafelərini 

pozan, yaxud onları məhdudlaşdıran hər bir hərəkətlə mübarizə 

və ya onun qarşısının alınması daxildir. 

Hüquq  mühafizə  fəaliyyətinin  əsas  məqsədləri  hüquq 

mühafizə orqanlarının təşkilini və fəaliyyətinin əsaslarını 

^^ = 11 = ■■■ — ■- = 




tənzimləyən qanunvericilik aktlarının məzmunundan irəli gəlir. Bu 

aktların geniş təhlili sonrakı fəsillərdə veriləcəkdir. 

Kursun  sistemi.  «Azərbaycan  Respublikasının  hüquq 

mühafizə orqanları» kursunun sistemini bu orqanların fəaliyyət 

dairələrinin  məzmununa,  əhəmiyyətinə,  yaranma  məqsədlərinə 

görə  və  qarşılıqlı  fəaliyyətində  əlaqələrini  nəzərə  alaraq 

aşağıdakı hissələrə bölmək olar: 

Birinci  hissə  kursun  predmetini,  sistemini,  başqa  hüquq 

fənləri arasında yerini və qarşılıqlı əlaqəsini; 

İkinci 


İ1İS.SƏ 

məhkəmə  hakimiyyətini,  ədalət  mühakiməsinin 

həyata  keçirilməsinə  dair  əsas  müddəaları,  Azərbaycan 

Respublikasının 

məhkəmə 

sistemini, 

rayon 

(şəhər) 


məhkəmələrini,  Ağır  cinayətlərə  dair  işlər  üzrə  məhkəməni, 

hərbi  məhkəmələri,  iqtisad  məhkəmələrini,  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Məhkəməsini,  Apellyasiya  Məhkəməsini, 

Ali Məhkəməni, Konstitusiya Məhkəməsini

Üçüncü  hissə  İnsan  Hüquqları  üzrə  Müvəkkilin  (Ombud- 

smanın)  insan  hüquqlarının  müdafiəsində  və  hüququn 

mühafizəsində 

rolunu, 


Azərbaycan 

Respublikasının 

Prokurorluğunu,  prokurorluğun  fəaliyyətini,  prokurorluq 

orqanlarında  xidmət  keçmənin  əsaslarını,  ədliyyə  orqanlarının 

strukturunu, vəzifələrini, səlahiyyətlərini

Dördüncü 

İ

1

İ.SSƏ 


təhqiqat, ibtidai istintaq və əməliyyat- axtarış 

fəaliyyətinin  əsaslarını;  polisin  təyinatı  və  əsas  vəzifələrini, 

fəaliyyət  prinsiplərini  və  istiqamətlərini,  polis  əməkdaşlarının 

səlahiyyətlərini,  daxili  işlər  orqanlarında  xidmət  keçmənin 

əsaslarını;  milli  təhlükəsizlik  vergi  və  gömrük  orqanlarının 

təşkili, strukturu, vəzifə və səlahiyyətləri ilə bağlı məsələləri; 

Beşinci  hissə  vəkilliyin  təşkilini,  vəzifələrini  və 

səlahiyyətlərini,  notariat  əməliyyatlarının  həyata  keçirilməsini, 

xarici dövlətlərin hüquq mühafizə orqanlarını əhatə edir. 

Bu  dərs  vəsaitində  hüquq  mühafizə  orqanlarının  təşkili, 

fəaliyyət  qaydaları  və  qarşılıqlı  əlaqələri  əsasən  göstərilən 

sistemə müvafiq olaraq öz əksini tapmışdır. 

=   -

■   '  


- =  

12

   - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -   




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə