Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə4/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   ...   198

1.2.

 

«Azərbaycan Respublikasının iıüquq nıülıafizə orqanları» 

kursunun başqa luiquq fənləri sistenıində yeri 

«Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanları» 

fənni, yuxarıda qeyd edildiyi kimi, dövləl orqanları sistemində 

hüquq mühafizə fəaliyyəti haqqında ilkin anlayışları özündə əks 

etdirir və bu fənn digər hüquq fənnləri ilə sıx əlaqədə öyrənilir. 

Bunlardan  ilk  növbədə  «Konstitusiya  hUququ»nıı 

göstərmək  lazımdır.  Bu  fənn  başqa  problemləri  özündə  əks 

etdirməklə  yanaşı,  hüquq  mühafizə  orqanlarının  digər  dövlət 

orqanları  arasında olan  yerini və  fəaliyyət  dairələrinin mühüm 

cəhətlərini onlar arasında qarşılıqlı əlaqələri, fəaliyyət göstərmə 

prinsiplərini  açıqlayır.  Bu  prinsipləri  əhatə  edən  Azərbaycan 

Respublikasının Konstitusiyasında - insan və vətəndaş hüquq və 

azadlıqlarına, məhkəmə  hakimiyyətinə həsr edilmiş müddəalar 

III,  IV  və  VII  fəsillərdə  hərtərəfli  və  geniş  işıqlandırılmışdır. 

Göstərilən  kursun  dövlət  orqanlarının  təşkili  və  fəaliyyət 

göstərməsinin  qanunauyğunluqlarını  özündə  cəmləşdirən 

«İnzibati  lıüqu(|»la  da  sıx  əlaqəsi  vardır.  Hüquq  mühafizə 

orqanlarından  Daxili  İşlər  Nazirliyi,  Ədliyyə  Nazirliyi,  Milli 

Təhlükəsizlik  Nazirliyi,  Vergilər  Nazirliyi,  Dövlət  Gömrük 

Komitəsi və onlara tabe olan strukturlar öz funksiyalarını həm də 

icra  hakimiyyəti  funksiyaları  çərçivəsində  həyata  keçirirlər. 

Bununla  əlaqədar  olaraq,  həmin  orqanların  idarəçilik 

səlahiyyətləri inzibati hüquq normalarına uyğun şəkildə qurulur. 

«Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanları» 

fənninin «Cinayət prosesi» ilə çox sıx əlaqəsi vardır. Çünki bu 

orqanların  fəaliyyətlərinə  düzgün  qiymət  verilməsi  cinayət 

icraatı işlərinin aparılması vəziyyətindən və cinayət- prosessual 

qaydalara  necə  riayət  edilməsindən  asılıdır.  Cinayət  prosesi 

hüquq mühafizə orqanlarına cinayətlərin açılmasında, günahkar 

şəxslərin ifşa olunmasında və ya 




günahsız  cinayət  məsuliyyətinə  cəlb  edilən  şəxslər  haqqında 

bəraətverici  qərarların  qəbul  edilməsində  köməklik  göstərir. 

Həmçinin  bu,  işə  bu  və  ya  digər  formada  cəlb  olunan 

vətəndaşlara  qarşı  olan  münasibət  və  hüquqi  rəftar 

davranışlarının  düzgün  aparılmasında  və  başqa  vacib 

məsələlərin  həllində  çox  mühüm  təsəvvür  və  hüquqi  baza 

yaradır. Bundan əlavə təhqitat, istintaq, məhkəmə, prokurorluq 

və vəkillik orqanları arasında olan hüquqi münasibətlər cinayət 

prosesi çərçivəsində nizamlanır. 

Bəhs  olunan  fənnin  «Mülki  proseslə»  də  sıx  surətdə 

əlaqəsinin olması mübahisəli mülki işlərə baxılarkən məhkəmə 

fəaliyyətinin həyata keçirilməsində də özünü aydın göstərir. 

Hüquq  fakültələrinin  yuxarı  kurs  tələbələrinə  hüquq 

mühafizə  fəaliyyətinin  əsas  sahəsi  kimi  «Prokuror  nəzarəti» 

fənni  tədris  edilirdi.  Burada  prokuror  nəzarətinin  həyata 

keçirilmə forma və metodlarının məzmunu geniş tədqiq edilirdi. 

Hal-hazırda  bu  fənn  «Azərbaycan  Respublikasının  hüquq 

mühafizə  orqanları»  kursuna  daxil  edilərək  prokurorluğun 

statusunda  mühüm  dəyişikliklər  baş  verdiyi  üçün  xeyli  ixtisar 

edilmişdir. 

«Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanları» 

fənni hüquq elminin başqa sahələri ilə də sıx surətdə əlaqədədir. 



1.3.

 

«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları» 

kursunun qanunvericilik mənbələri, bu orqanlar haqqında hüquqi 

aktların məzmununa görə təsnifatı 

Hüquq  mühafizə  orqanlarının  təşkili  və  funksiyaları 

haqqında  geniş  təsəvvürə  malik  olmaq  üçün  çoxlu  miqdarda 

qanunvericilik  və  digər  hüquqi  aktların  dərindən  öyrənilməsi 

tələb  olunur.  Bunların  sayını  dəqiq  müəyyən  etmək  mümkün 

deyildir. Bu aktları dəqiq hesablamaq da çətindir, çünki 



14 r -

 






onların oksoriyyolindo çoxlu maddobr, paraqraflar, bondlor vo 

s. vardır. 

Bu  məsələ  onunla  izah  edilir  ki,  «Azərbaycan 

Respublikasının  hüquq  mühafizə  orqanları»  kursu  dövlət  və 

qeyri-  dövlət  təşkilatlarının  və  vəzifəli  şəxslərin  fəaliyyət 

dairələrini  əhatə  edir  ki,  onların  da  fəaliyyət  dairələrinin  xeyli 

hissəsi  indiyə  kimi  qanunvericilik  və  hüquqi  aktlarla 

tənzimlənməmişdir. 

Belə  vəziyyət  isə  hüquq  mühafizə  orqanları  sisteminin 

əsaslandığı hüquqi bazanın öyrənilməsini təbii olaraq bir qədər 

mürəkkəbləşdirir.  Belə  bir  çətinliyin  aradan  qaldırılması  üçün 

ümumi  baza  yaradan  aktların  bölünmə  sisteminin  işlənib 

hazırlanması məqsədəmüvafiq hesab edilir. 

Bu sistemi yaradarkən hüquq mühafizə orqanlarının hüquqi 

aktlarının  siyahısı  onun  məzmununa  və  hüquqi  əhəmiyyətinə 

görə verilməlidir. 

Məzmunundan (predmetindən) asılı olmayaraq bəhs olunan 

hüquqi aktları aşağıdakı qruplara bölmək olar: 

-

 

ümumi 



xarakterli 

Azərbaycan  Respublikasının 



Konstitusiyası,  İnsan  Hüquqlarına  dair  Ümumi  Bəyannamə, 

Mülki  və  Siyasi  Hüquqlar  haqqında  Beynəlxalq  Pakt,  İnsan 

hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa 

Konvensiyası,  Azərbaycan  Respublikasının  qoşulduğu  digər 

beynəlxalq  və  dövlətlərarası  müqavilələr,  Azərbaycan 

Respublikasının 

Cinayət 

Məcəlləsi, 

Cinayət-Prosessual 

Məcəlləsi,  Mülki-Prosessual  Məcəlləsi,  İnzibati  Xətalar 

Məcəlləsi; 

-

 



məhkəmə  hakimiyyətinə  və  ədalət  mühakiməsinə  aid 

«Məhkəmələr 

və 

hakimlər 



haqqında», 

«Konstitusiya 

Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunları; 

-

 



«İnsan  Hüquqları  üzrə  Müvəkkil  (Ombudsman) 

haqqında», 

«Prokurorluq 

haqqında», 

«Azərbaycan 

Respublikasının  prokurorluq  orqanlarında  qulluq  keçmə 

haqqında», 



15

 

   -------------------  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə