Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə5/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   ...   198

«Əmoliyyat-axtanş  fəaliyyəti  haqqında»,  «Polis  haqqında», 

«Azərbaycan  Respublikasının  daxili  işlər  orqanlarında  xidmət 

keçmə  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə»,  «Milli 

təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunları, 

«Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  haqqında 

Əsasnamə»,  «Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik 

Nazirliyi haqqında Əsasnamə»; 

-

 



Gömrük  Məcəlləsi,  Vergilər  Məcəlləsi,  «Gömrük 

orqanlarında  xidmət  haqqında  Əsasnamənin  təsdiq  edilməsi 

barədə»,  «Dövlət  vergi  orqanlarında  xidmət  haqqında 

Əsasnamənin 

təsdiq 

edilməsi 



barədə» 

Azərbaycan 

Respublikasının  Qanunları,  «Azərbaycan  Respublikasının 

Dövlət  Gömrük  Komitəsi  haqqında  Əsasnamə»,  «Azərbaycan 

Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»; 

-

 



Hüquqi  yardımın  göstərilməsinin  təşkili  haqqında  - 

«Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Notariat haqqında» 

Azərbaycan Respublikasının Qanunları. 

Bu  qrup  hüquqi  aktların  sırasında  Azərbaycan  Re.spubli- 

kasmın  Konstitusiyası  öz  əhəmiyyətinə  görə  xüsusi  yer  tutur. 

Konstitusiyada  dövlət  və  ictimai  həyatın  mühüm  prinsipial 

məsələləri həll edilmişdir. 

«Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanları» 

kursu  üçün  Konstitusiyanın  əsas  insan  və  vətəndaş  hüquq  və 

azadlıqları  və  məhkəmə  hakimiyyəti  haqqında  fəsilləri  hüquq 

mühafizə  fəaliyyətinə  hərtərəfli  və  geniş  hüquqi  baza 

yaratdığına görə çox böyük əhəmiyyətə malikdir. 

Belə  ki,  bu  fəsillərdə  göstərilən  insan  və  vətəndaş 

hüquqlarının  və  azadlıqlarının  əsas  prinsiplərindən  olan 

bərabərlik  hüququ,  insan  və  vətəndaş  hüqüqlarınm  və 

azadlıqlarının  müdafiəsi,  mülkiyyət  hüququ,  azadlıq  hüququ, 

təhlükəsiz  yaşamaq  hüququ,  şəxsi  toxunulmazlıq  hüququ, 

mənzil  toxunulmazlığı  hüququ,  əmək  hüququ,  sosial  təminat 

hüqu- 



16

 ^ 



qu,  sağlam  olraf  mühitdo  ya.'jamaq  hüququ,  tolil  hüququ, 

moıızil  hüququ,  fikir  vo  söz  azadlığı  hüququ,  vicdan  azadlığı, 

seçki  hüququ,  azad  sahibkarlıq  hüququ  və  konstitusiyada 

göstərilən  digər  müddəaların  qanuna  zidd  məhdudlaşdırılma- 

sına  yol  verilmir,  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

etibarlı surətdə müdafiə olunur və hər cür qəsdlərdən cjoru- nur. 

Bununla əlaqədar olaraq hər kəsin hüquq və azadlıqlarının 

məhkəmədə  müdafiəsinə  təminat  verilir.  Məhkəmə  aidiy- 

yatmın  dəyişdirilməsinə  yol  verilmir.  Konstitusiyada  təsbit 

edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və 

qorumaq  qanunvericilik,  icra  və  məhkəmə  orqanlarının  borcu 

sayılır. 

Konstitusiyada  həmçinin  vətəndaşların  əsas  vəzifələri  də 

ətraflı surətdə öz əksini tapmışdır. Dövlət və cəmiyyət qarşısında 

hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn 

vəzifələr  daşıyır.  Hər  bir  şəxs  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  və  qanunlarına  əməl  etməli,  başqa  şəxslərin 

hüquq  və  azadlıqlarına  hörmət  bəsləməli,  qanunla  müəyyən 

edilmiş digər vəzifələri yerinə yetirməlidir. «Qanunu bilməmək 

məsuliyyətdən  azad  etmir».  «Vətənə  sədaqət  müqəddəsdir. 

Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur». 

Konstitusiyanın  və  qanunların  pozulması,  o  cümlədən 

konstitusiyada  və  qanunlarda  nəzərdə  tutulan  hüquqlardan 

sui-istifadə  və  ya  vəzifələrin  yerinə  yetirilməməsi  qanunla 

müəyyən edilən məsuliyyətə səbəb olur. 

17 



1.4.

 

Hüquq mühailzə orqanlarıııın 

fəaliyyətinin digər icra hakimiyyəti 

orqanlarının fəaliyyətindən fərqi və qar*^ılıqlı 

əlaqələri 

Konstitusiyada 

dövlət 

hakimiyyəti 



qanunvericilik 

hakimiyyətinə,  icra  hakimiyyətinə  və  məhkəmə  hakimiyyətinə 

bölünmüşdür. 

Hüquq mühafizə orqanlarına,  yuxarıda qeyd  edildiyi  kimi, 

məhkəmə hakimiyyətinə daxil olan məhkəmələr, prokurorluq və 

icra  hakimiyyətinə  aid  edilən  daxili  işlər,  milli  təhlükəsizlik, 

ədliyyə, gömrük və vergi orqanları daxildir. 

Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyətini 

ədalət  mühakiməsi  yolu  ilə  yalnız  məhkəmələr  həyata  keçirir. 

Məhkəmə  fəaliyyətini  «Məhkəmələr  və  hakimlər  haqqında», 

«Konstitusiya 

Məhkəməsi 

haqqında» 

Azərbaycan 

Respublikasının  Qanunları  və  digər  qanunvericilik  aktları 

tənzimləyir. 

Ədalət  mühakiməsinin  həyata  keçirilməsində  Azərbaycan 

Respublikasının  Prokurorluğu  və  müdafiə  tərəfi  də  (vəkillik) 

iştirak edir. 

Azərbaycan  Respublikasının  prokurorluğu  öz  fəaliyyətini 

digər  hüquqi  aktlarla  yanaşı,  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  «Prokurorluq  haqqında»  Qanuna  əsasən  təşkil 

edir  və  həyata  keçirir.  Milli  Məclis  tərəfindən  qəbul  edilmiş 

«Prokurorluq  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu 

prokurorluğun  düzgün  fəaliyyət  göstərməsi  üçün  əsas  hüquqi 

baza yaratmışdır. 

Hüquqi  yardımın  göstərilməsi  isə  digər  hüquqi  aktlarla 

yanaşı,  «Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında»,  «Notariat 

haqqında» Qanunlara əsasən tənzimlənir. 

Hüquq  mühafizə  orqanlarından  daxili  işlər,  prokurorluq, 

milli  təhlükəsizlik,  ədliyyə,  gömrük  və  vergi  orqanlarının 

cinayətlərin  müəyyən  edilməsində  üç  əsas  amili  mövcuddur: 

əməliyyat-axtarış,  təhqiqat  və  ibtidai  istintaq.  Prokurorluq 

orqanları istintaq aparmaqla yanaşı, Azərbaycan Respubli- 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə