Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə6/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   ...   198

kası  ərazisində  qanunların  icra  və  tətbiq  olunmasına  nəzarəti 

həyala keçirən müstəqil dövlət orqanıdır (sonrakı fəsillərdə hüquq 

mühafizə  fəaliyyətini  həyata  keçirən  orqanlar  və  bu  fəaliyyəti 

tənzimləyən  hüquqi  və  normativ  aktlar  haqqında  ətraflı  bəhs 

olunacaqdır). 

Hüquq mühafizə orqanları başqa icra hakimiyyəti orqanları 

ilə  sıx  əməkdaşlıq  və  qarşılıqlı  əlaqə  şəraitində  işləyir.  Bu 

əməkdaşlıq olmasa, onların işlərində qarşıda qoyulan vəzifələrin 

həlli çətinləşər və ya qeyri-mümkün olar. Bununla bərabər, hüquq 

mühafizə orqanları qanunvericilikdə nəzərdə tutulan vəzifələrinə, 

funksiyalarına  və  həll  etdikləri  məsələlərin  məzmununa  görə 

digər  icra  hakimiyyəti  orqanlarından  köklü  surətdə  fərqlənirlər. 

Bu  fərqlərin  mahiyyəti  müvafiq  mövzuların  şərhində  ətraflı 

nəzərdən keçiriləcəkdir. 



19 


II

 

FƏSİL 

Az

ərbaycan Respublikasında mə

hk

ə

m

ə

 v

ə

 

ə

dal

ə

t mühakim

ə

si 

2.1.

 

Məhkəmə hakiıniyyətiniıı anlayışı və əhəmiyyəti. 

Məhkəmənin Azərbaycan Respublikasının dövlət orqanları 

sistemində yeri 

Azərbaycan  Respublikasının  Konstitusiyasına 

görə, 


məhkəmə  hakimiyyəti  dövlət  hakimiyyətinin  bir  qoludur. 

Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyətini  ədalət 

mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. 

Məhkəmə  hakimiyyətini  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi,  Ali  Məhkəməsi,  Azərbaycan 

Respublikasının apellyasiya məhkəmələri, ümumi məhkəmələri 

və  digər  ixtisaslaşdırılmış  məhkəmələri  həyata  keçirirlər. 

Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə 

icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə 

həyata keçirilir. 

Beləliklə,  məhkəmə  hakimiyyətini  həyata  keçirən  subyekt 

kimi  hər  bir  dövlət  orqanı  deyil,  yalnız  cəmiyyətdə  gedən 

proseslərə  təsiretmə  imkanları  və  vasitələri  olan  məhkəmələr 

çıxış edir. Məhkəmə hakimiyyətinin imkan və vasitələri dedikdə 

məhkəmələrin çoxtərəfli səlahiyyətləri nəzərdə tutulur. 

Məhkəmə  hakimiyyətini  həyata  keçirən  məhkəmələr 

qanunverici  və  icra  funksiyalarını  həyala  keçirən  orqanlardan 

çox  fərqlənir.  Bu  fərq  təkcə  məhkəmələrin  spesifik 

səlahiyyətlərində deyil, həm də məhkəmələrin quruluşunda, ilk 

növbədə  isə  məhkəmə  korpusunun  formalaşmasında  əks 

olunmuşdur. 

Məhkəmə  quruluşu  və  məhkəmə  icraatı  qaydası  qanunla 

müəyyən olunur. Müasir dövrdə bütün növ və səviyyəli məh- 

=■■■■ - 

—^ 

20

 ='■■■ = 



komolor  qanunla  müəyyən  edilmiş  proseduralara  riayət 

olunmaqla  yaranır.  Bu,  ilk  növbədə,  hakim  vəzifəsini  peşəkar, 

savadlı,  qərəzsiz,  ədalətlə,  faktlara  əsasən  və  qanuna  müvafiq 

baxan adamlar tərəfindən tutulmasına təminat verir. 

Məhkəmələr  heç  bir  dövlət  orqanından  asılı  deyil  və  öz 

funksiyalarının  həyata  keçirilməsində  müstəqildir.  Lakin 

məhkəmə, icra və qanunverici orqanlar hamısı dövlət hakimiyyəti 

orqanlarıdır.  Buna  görə  onlar  qarşılıqlı  fəaliyyət  göstərir  və 

ümumi  məqsədlərə  çatmaq  üçün  bir-birlərini  tamamlayır. 

Məsələn,  qanunvericilik  hakimiyyətini  həyata  keçirən  Milli 

Məclis  hamı  üçün,  o  cümlədən  məhkəmələr  və  hakimlər  üçün 

icrası  məcburi  olan  qanunlar  qəbul  edir,  məhkəmələrin 

maliyyələşdirilməsini  təsdiq  edir.  Məhkəmələr,  eyni  zamanda, 

onlara  verilmiş  səlahiyyətlərdən  istifadə  edərək  qanunverici  və 

icra  orqanlarının  fəaliyyətinə  təsir  göstərə  bilər.  Məsələn, 

Konstitusiya  Məhkəməsi  qanunları  Konstitusiyaya  uyğun 

olmayan, icra orqanlarının qərarlarını isə qanunazidd hesab edə 

bilər. 


Məhkəmənin  məhkəmə  hakimiyyətinin  orqanı  kimi 

xüsusiyyəti  həm  də  ondan  ibarətdir  ki,  onun  fəaliyyəti  üçün 

xüsusi  qayda  (prosedur)  müəyyən  edilmişdir.  Bu  qayda 

məhkəmənin  səlahiyyətinə  aid  olan  məsələlərin  baxılmağa 

hazırlanmasının 

və 


baxılmasının 

ciddi 


surətdə 

dəqiqləşdirilməsin- dən ibarətdir. Qaydanın əsas məqsədi faktlara 

və  qanuna  müvafiq  ədalətli  qərarların  qəbul  edilməsinin 

təminatıdır. 

Məhkəmə 

fəaliyyətinin 

xüsusi 

qaydası 


məhkəmələrdə  icraatın  açıq,  çəkişmə  prinsipi  əsasında 

aparılmasına,  hər  kəsin  müdafiə  hüququnun  təmin  olunmasına, 

vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  bərabərliyinə  və 

digər prinsiplərə əsaslanır. 

Qanunverici  və  icra  orqanları  üçün  müəyyən  edilmiş 

qaydalar (reqlamentlər, qərarların qəbul edilmə qaydaları və s.) 

belə hərtərəfliyə və dəqiqliyə malik deyillər. 

 ..................................   ..............................................................................................................................................................................  



21

 ^=^==== 




2.2.

 

Məlıkəıııəbrin spcsiiık səlahiyyətləri. 

Hüquqi dövlətin fornıalaşniasının zəruri şərti 

kimi məhkəıııənin rüluııuıı və nüfuzunun 

artması 

Məhkəmə  səlahiyyətlərinin  arasında  ən  vacibi  ədalət 

mühakiməsidir.  Ədalət  mühakiməsini  yalnız  məhkəmələr 

həyata  keçirir.  Bundan  başqa  məhkəmənin  aşağıdakı 

səlahiyyətləri böyük sosial əhəmiyyət kəsb edir: 

1)

 

konstitusiya nəzarəti; 



2)

 

dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərinin və 



qərarlarının qanunauyğunluğuna və əsaslı olmasına nəzarət; 

3)

 



hökmlərin və digər məhkəmə qərarlarının icrasının təmin 

edilməsi; 

4)

 

məhkəmələrin  səlahiyyətinə  aid  edilmiş  inzibati  xətalar 



haqqında işlərə baxılması və həll olunması; 

5)

 



məhkəmə  təcrübəsinə  aid  məsələlər  üzrə  qüvvədə  olan 

qanunvericiliyin izah edilməsi

6)

 

məhkəmə korpusunun formalaşmasında iştirak etmək. 



Məhkəmələrin səlahiyyətinin dəyişdirilməsi məqsədi ilə 

müəyyən  olunmamış  hüquqi  üsulların  tətbiq  edilməsi  və 

fövqəladə 

məhkəmələrin 

yaradılması 

Azərbaycan 

Respublikasının Konstitusiyasına görə qadağandır. 

Göstərilən  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün 

məhkəmənin  məcburetmə  vasitələri  vardır.  Məhkəmənin  qəbul 

etdiyi  qərarlar  dövlətin  adından  çıxarılır  və  onların  icrası 

məcburidir. Yəni qanun dövlət orqanlarından, təşkilati-hü- quqi 

formasından 

asılı 

olmayaraq 



bütün 

müəssisələrdən, 

təşkilatlardan, 

vəzifəli 

şəxslərdən 

və 


vətəndaşlardan 

məhkəmənin göstərişlərinə şərtsiz tabe olmağı tələb edir. 

Məhkəmə göstərişlərinin reallığı ciddi təsiretmə vasitələri ilə 

qüvvətləndirilir.  Məsələn,  əgər  hansısa 

şəxs  iqtisad 

məhkəməsində işin həlli üçün vacib sənədi üzürsüz səbəblərdən 

təqdim etməzsə, məhkəmə onu cərimə etmək hüququna ma- 

= = 


22

 ■ 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə