Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə9/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   5   6   7   8   9   10   11   12   ...   198

mübahisobro  dair  işlər  üzrə  qərarların)  qanunvericiliklə 

müəyyən  edilmiş  xüsusi  keyfiyyətləri  var.  Bunlardan  biri 

hökmlərin,  qərarların  hamı  üçün  məcburi  olmasıdır.  Bu  o 

deməkdir  ki,  cinayət  işinə  baxılması  nəticəsində  məhkəmə 

tərəfindən çıxarılmış və qanuni qüvvəsinə minmiş hökm, qərar 

və  ya  qərardad  bütün  dövlət  hakimiyyəti,  yerli  idarəetmə 

orqanları, ictimai birliklər, vəzifəli şəxslər, habelə digər fiziki və 

hüquqi şəxslər üçün respublikanın bütün ərazisində məcburidir 

və mütləq icra olunmalıdır. 

Mülki  işlər  üzrə  məhkəmə  qərarlarının  sosial  və  hüquqi 

əhəmiyyəti qanunla bir qədər başqa cür müəyyən edilir: qanuni 

qüvvəsinə  mindikdən  sonra  onlar,  bir  qayda  olaraq,  avtomatik 

icra  olunmur.  Onların  həyata  keçirilməsi  üçün  maraqlı  şəxsin 

istəyini  bildirməsi,  yaxud  hansısa  başqa  şərtin  başlanması 

lazımdır.  Lakin  əgər  belə  istək  bildirmə  olubsa,  onda  mülki  iş 

üzrə məhkəmə qərarının icrası ölkənin bütün ərazisində və hamı 

üçün məcburidir. 

Məhkəmə qərarının icra olunmaması və yaxud onun icrasına 

mane olma  günahkar şəxslərə qarşı müxtəlif növ sanksiyaların 

tətbiq  olunmasına  gətirib  çıxara  bilər.  Məsələn,  CM-nə  görə, 

qanuni  qüvvəyə  minmiş  məhkəmə  qətnaməsinin,  hökmünün, 

qərardadının  və  ya  qərarının  icra  edilməməsi,  yaxud  bunların 

icrasına mane olma müəyyən müddətə azadlıqdan məhrum etmə 

və  ya  cərimə  ilə  cəzalandırılır.  Eyni  hərəkətlər  vəzifəli  şəxs 

tərəfindən  edildikdə  bu  müddət  artırılaraq  müəyyən  vəzifələri 

tutmaq hüququndan məhrum edilməklə cəzalandırılır. 



2.6.

 

Ədalət mühakiməsi dövlət 

fəaliyyətinin xüsusi növü 

kimi 

Yuxarıda  qeyd  olunan  xüsusiyyətlərdən  başqa  ədalət 

mühakiməsi dövləti fəaliyyətin xüsusi növü kimi yalnız konkret 

üsullarla həyata keçirilir. 



 -----------------  

29

 




Ədalət miilıakinıəsi aşağıdakı yolla həyata keçirilir: 

-

 



vətəndaşların, müəssisələrin, idarə və təşkilatların hüquq 

və  mənafelərinə  toxunan  mübahisələr  üzrə  mülki,  iqtisadi 

mübahisələrə dair işlərə məhkəmə iclaslarında baxılması və həll 

olunması; 

-

 

məhkəmə  iclaslarında  cinayət  və  inzibati  xətalara  dair 



işlərə  baxılması  və  günahkar  şəxslərə  qarşı  qanunla  nəzərdə 

tutulmuş  cəza  növlərinin  tətbiq  edilməsi,  yaxud  günahkarlara 

bəraət qazandırılması. 

Qeyd  etmək  lazımdır  ki,  konstitusiya  icraatı  da,  yuxarıda 

göstərildiyi kimi ədalət mühakiməsinin həyata keçirilməsinin bir 

növüdür.  Lakin  bu  icraatın  aparılmasının  ayrıca  mövzuda 

açıqlanması daha məqsədəmüvafiqdir. 

Mülki  və  iqtisadi  mübahisələrə  dair  işlər  fiziki  şəxslərin 

(Azərbaycan 

Respublikası 

vətəndaşlarının, 

xaricilərin, 

vətəndaşlığı  olmayanların)  və  hüquqi  şəxslərin  (müəssisələrin, 

idarə  və  təşkilatların)  qanuni  mənafelərinə,  əmlak  və  qeyri- 

əmlak hüquqlarına dair hüquq pozuntuları, yaxud mübahisələrin 

geniş  dairəsini  əhatə  edir.  Bunların  arasında  borcun 

ödənilməməsi,  bağlanmış  müqavilədən  irəli  gələn  öhdəliklərin 

yerinə  yetirilməməsi  (məsələn,  məhsulun  istehsalından,  yaxud 

göndərilən yerə çatdırılmasından, xidmətlərin göstərilməsindən 

irəli  gələn  mübahisələrə  dair),  işdən  qanunsuz  azad  olunması, 

mənzildən çıxarılması, mətbuatda təhqiredici məlumatların dərc 

olunması,  valideynlik  vəzifələrinin  yerinə  yetirilməməsi  ilə 

bağlı işlərə daha çox rast gəlmək olar. 

Cinayət  işlərinə  cinayətlər,  yəni  cəza  qorxusu  altında 

Cinayət  Məcəlləsi  ilə  qadağan  edilmiş  ictimai  təhlükəli 

hərəkətlər  aiddir.  Bu  kateqoriyalı  işlərə  baxılması  yüksək 

dərəcədə  məsuliyyət  tələb  edir,  çünki  burada  söhbət  insanın 

cinayətkar  bilinməsi,  yaxud  bilinməməsi  və  ona  qarşı  cinayət 

cəzası  növlərinin  (cərimə,  islah  əmək  işləri,  azadlıqdan 

məhrumetmə, 

əmlakın 

müsadirəsi) 

tətbiq 

edilib-edilməməsindən gedir. 





30

 




Ədalət mühakiməsi anlayışını dərk edərkən onu da yaddan 

çıxarmamaq lazımdır ki, digər işlərlə yanaşı dövlət orqanlarının, 

o  cümlədən  məhkəmələrin  böyük  diqqətini  tələb  edən  işlərin 

daha  bir  kateqoriyası  da  var.  Bu  inzibati  xətalar  haqqında 

işlərdir.  İnzibati  xətalara  görə  məsuliyyət  Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə 

tutulmu.şdur. 

Ədalət  mühakiməsinin  daha  bir  xüsusiyyəti  də  ondadır  ki, 

dövlət  fəaliyyətinin  bu  növü  yuxarıda  qeyd  olunduğu  kimi 

qanunvericilikdə  öz  əksini  tapmış  xüsusi  qaydaya  (prosedura) 

riayət olunmaqla həyata keçirilə bilər. Belə ki, mülki və cinayət 

işlər məhkəmə iclaslarında baxılmalı və həll olunmalıdır. Bu isə 

o deməkdir ki, işə baxılması və ona dair qərarın qəbul edilməsi, 

yaxud 


hökmün 

çıxarılması 

yalnız 

mülki-prosessual, 



iqtisad-prosessual,  yaxud  cinayət-prosessual  qanunvericiliyə 

dəqiq  riayət  olunmaqla  mümkündür.  Bu  qanunvericilikdə 

məhkəmə iclasına hazırlıq və onun aparılması zamanı (məhkəmə 

tərkibinin formalaşma qaydası, iclasda iştirak edə bilən və iştirak 

etməli  şəxslərin  dairəsi,  onların  hüquq  və  vəzifələri,  konkret 

hərəkətlərin yerinə yetirilməsinin şərtləri və ardıcıllığı, dəlillərin 

yığılma və əks olunma qaydası) qarşıya çıxan ən vacib  suallar 

tənzimlənir.  Bütün  prosessual  göstərişlər  həqiqətin  müəyyən 

edilməsi və qanuna müvafiq, əsaslandırılmış və ədalətli qərarın 

çıxarılmasına yönəlibdir. 

Nəhayət, 

ədalət 


mühakiməsinin 

fərqləndirici 

xüsusiyyətlərinə onun  yalnız xüsusi  orqan  - məhkəmə (hakim) 

tərəfindən  həyata  keçirilməsi  aiddir.  Bu  fəaliyyəti  yerinə 

yetirməyə heç bir başqa orqan və vəzifəli şəxsin hüququ yoxdur. 

31 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə