Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə4/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   ...   109

Мonqolların gizli tarixи 
 
11
 
 
 
 
 
GİRİŞ 
Monqolların gizli tarixi haqqında 
araşdırmalara ümumi bir baxış 
 
1. Monqol dövrünə dair tarixi qaynaqlar 
 
Monqol tarixi haqqında Avropada, islam dünyaşında, Çində  və 
monqol dilində yazılan əsərlər. 
XIII  əsrdə  əski göytürklərin vətənində qurularaq böyük bir sü-
rətlə böyüyən və bir çox dövlətləri yıxmaqla bərabər müxtəlif mə-
dəni ölkələr arasında vasitəçilik missiyasını da yerinə yetirən böyük 
monqol (və ya türk-monqol) dövlətinin özəlliklə ani olaraq qurulma-
sı və misilsiz bir genişlənmə qüdrətinə sahib olması indiyə qədər bir 
çox alimləri ilgiləndirmişdir. Ümumiyyətlə, avropalı alimlər bu döv-
rü araşdırarkən uzun zaman ancaq monqolcadan başqa dillərdə ya-
zılmış olan əsərlərdən faydalana bilmişlər ki, bunların bir qismi 
Plano Carpini, Wilhelm von Rubruck və Marco Polo
1
 kimi avropalı 
tacir və ya missioner səyyahlar tərəfindən qələmə alınmış, bir qismi 
də  İbn ül-Əsir
2
, Nəsəvi
3
, Cüveyni
4
, Vəssaf
1
, Rəşidəddin
2
,  İsfizari
3
 
və digər islam tarixçiləri tərəfindən yazılmış əsərlərdən ibarətdi
4

                                                           
1
 Bu üç şəxs və əsərləri məşhur olduğu üçün onlar barədə təfsilata girmirik. 
2
 Əli ibn ül-Əsir Kamil fit-tarix adlı əsərinin 12-ci cildində monqollardan bəhs 
edir. d'Ohsson (s.VIII) bu zatın bəlkə də monqollardan bəhs edən ilk islam ta-
rixçisi olduğunu yazır. 
3
 Məhəmməd b. Əhməd əl-Nəsəvi. Xarəzmşahlar sülaləsinin son hökmdarı Cə-
laləddinin tərcümeyi-halını yazmışdır: Siyrət əs-sultan Cəlaləddin Məngübirti 
(və ya Mənkubirni). 
4
  Əlaəddin  Əta Malik b. Məhəmməd Cüveyni. Üç cilddən ibarət olan Tarixi-
cahangüşa adlı əsərinin ilk fəsillərində Çingiz, Ögedey və Güyük xanın zama-
nından, üçüncü cildində isə Müñkə xanın səltənəti və Hülakü xanın İran səfə-
rindən bəhs edir.  


Monqolların gizli tarixi 
 
 
12
 
Bunlardan başqa, monqol dövrü ilə əlaqədar avropalıların ancaq 
qismən faydalanmış olduqları əsərlər aşağıdakılardır:   
Hsi-yo-chi – «Çin daoism rahibi Chanq-chunun şərqə səyahətinin 
tövsifi»
5
;  
Menq-Ta pei-lu – «Monqollar haqqında müfəssəl xəbər», yazan: 
Chao-huq (?), 1221
6

Hei-Ta shih-lioh – «Qara tatarlar (monqol1ar) haqqında təfsilat», 
yazanlar: Penq Ta-ya və Sü Tinq, 1237; 
Shenq-wu chin-chien-lu – «Müqəddəs savaşçının (Çingiz xanın) 
şəxsi səfərlərinin tövsifi»;  
Chai-pei chi-hsinq – «Şimal sərhəddinə bir səyahətin qeydləri», 
yazan: Chanq Teh-hui; 
Chao-pu tsunq-lu – «İstilanın ümumi tarixi»; 
Huanq Yüan Chenq-Mien-lu – «Monqolların Birma səfəri»; 
Liao, Chin, Yüan san-shih kuo-yüh-chieh – «Kitan, cürcən və 
monqol sülaləsi salnamələrindəki yabançı sözlərin izahı», 1781; 
Pinq Sunq-lu – «Sunq dövlətinin yenilməsi», yazan: Liu Min-
chunq; 
                                                                                                                                                          
1
 Abdulah b. Fəzlüllah Vəssaf əl-Həzrət. Əsəri: Təcziyyat əl-əmsar və təzciyyat 
əl-asar, hicri 655-728-ci illədə baş verən hadisələri əhatə edir. 
2
  Fəzlullah Rəşidəddinin farsca yazdığı  Cami  ət-təvarix adlı  məşhur  əsərinin 
birinci cildi monqollara aid olub 702-ci ildə yazılmışdır. Bu əsər çox tanınan 
və bəyənilən bir tarix qaynağı olduğundan onun əhəmiyyətindən burada təkrar 
bəhs etmək istəmirik. Bu xüsusdakı araşdırmaları Vladimirtsov gözəl bir şə-
kildə xülasə etmişdir (bax: Vlad. İçt., § 6). Yalnız bunu qeyd edək ki, Rəşi-
dəddin monqol xanının İran saraylarındakı təmsilçisinin və şəxsən Qazan xa-
nın ifadələrindən, eləcə də monqol tarixinə dair monqolca bir əsər olan Altan 
Dəbtərdən də istifadə etmişdir (aşağıya bax: s. 9). 
3
 Müinəddin Məhəmməd əl-İsfizari Rövzət ül-cənnat fi övsafi-mədinət ül-Herat 
adlı  əsərində Çiñgis ordusunun Xorasanı istilası  və buradakı monqol idarəsi 
haqqında məlumat verir. 
4
 Monqol dövrünə dair islami əsərlər hər tarixçi tərəfindən bilindiyi üçün 
yuxarıda ancaq doğrudan-doğruya monqollardan bəhs edən ən mühüm əsərlər 
zikr edilmişdir. 
5
 Bu əsər haqqında Vladimirtsovun qeydlərinə bax (Vlad. İçt., § 9). 
6
 Yenə oraya bax (Vlad. İçt., § 9). 


Мonqolların gizli tarixи 
 
13
 
Pei-hsüan sih-chi – «Şimal səfərləri haqqında xüsusi qeydlər», 
yazan: Liu-Chie; 
Yüan-shih – «Yüan (monqol) sülaləsinin tarixi»
1
  və çincə başqa 
kitabları, erməni dilində qələmə alınmış əsərləri
2
 də zikr etməliyik. 
Monqol dövrü ilə ilgili monqolca tarixi qaynaqlara keçmədən 
öncə, ümumiyyətlə monqol yazılı abidələri məsələsinə qısaca toxu-
naq
3
: monqol dilinin yazılı abidələrinə XIII əsrin ilk yarısında rast 
gəlirik
4
. XIII əsri əhatə edən əski dövr material baxımından zəngin 
olmasa da, Monqolların gizli tarixinin ortaya çıxması ilə böyük bir 
önəm qazanmışdır. 
O tarixdən etibarən buddizm ədəbiyyatının üstünlük təşkil etdiyi 
XVII əsrə qədər keçən 3-4 əsrlik bir dövrə aid əsərlərin son zaman-
                                                           
1
 Monqol dövirünə aid çincə qaynaqların  ən məşhuru Çin vəqayenamələrinin 
Yüan-shih («Yüan tarixi», yəni «Yüan (monqol) sülaləsinin tarixi») adlı 
qismidir. Bu əsər rəsmən Çində monqol dövlətini təsvir edir (1277-1367). Hə-
qiqətən bu əsər 1206-cı ildən başlayıb monqol dövründən öncə baş verən ha-
disələrə toxunsa da, burada əski dövrlərə aid məlumat, təəssüf ki, çox azdır. 
Vladimirtsov bu əsərin bir neçə  dəfə monqolcaya da çevrildiyini və hazırda 
Leninqrad Asiya muzeyində onun monqolca iki əlyazma nüsxəsinin mövcud 
olduğunu yazır (Vlad. İçt., § 9). Bundan başqa, müq. et: P.Pelliot. Notes sur le 
Turkestan…, TP, XXVII, 1930, s. 14; J. Klaproth, JA, 1830, t.VI. s.1-41 v. s. 
2
  Monqol dövrünə aid digər islami, Çin və erməni qaynaqlarından W.Barthold 
tənqidi şəkildə bəhs etmişdir. Bax: Turkestan v epoxu monqolskago naşestvi-
ya, SPB, 1900, s.1-60. 
3
  Vladimirtsov monqol yazi dilini bu dövrlərə ayırır: 
A) Əski yazı dili:       
I.   Əski dövr (XIII əsr), 
II.  Orta dövr  (XIV-XV-XVI əsrlər),  
III. Keçid dövrü  (XVII əsr).  
B)
 
Yeni yazı dili:  
C)
 
IV. Yeni-klassik dövr (XVII-XX əsrlər). (Vlad., Gr. s.33-39). 
4
  1219-1220-ci illərdə uyğur hərflərilə daş üzərinə yazılan və Baykal gölü ci-
varında tapılan beş sətirlık monqolca abidə bu dilin ən əski abidəsi olaraq qə-
bul edilir. Daşın  əsli hazırda Leninqrad Asiya muzeyindədir, həmin daş I.J. 
Şmidt, D.Banzarov və İ.Klyukin tərəfindən tədqiq edilmişdir. Bu dövrdə mey-
dana gəlmiş digər əsərlər üçün bax: B.Laufer. Skizze der mongolischen Lite-
ratur, KSz., VIII, 1907, s.191-201. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə